ABŞ-ın təhsil sistemi: hərtərəfli inkişaf üçün uğurlu model
Amerika Birləşmiş Ştatları (ABŞ) geniş perspektivlər və hədsiz imkanlar ölkəsidir. ABŞ
elmi-tədqiqatların, qabaqcıl texnologiyaların tətbiqi və sənayenin inkişafı sahəsində böyük uğurlar
qazanıb. Bütün bu uğurlar Amerikanın təhsil sisteminə də təsirsiz ötüşməyib. ABŞ təhsil sistemi
dünyanın ən qabaqcıl tələblərinə cavab verən, texniki və elmi bazasının unikallığı ilə seçilən və
analoqu olmayan bir sistemə çevrilib. Amerika universitetləri sadəcə ali təhsil müəssisələri
deyil. Onların hər biri elmin bütün sahələri üzrə qabaqcıl elmi tədqiqatların aparıldığı və böyük
kəşflərin edildiyi elmi tədqiqat mərkəzləridir. ABŞ-da tarixi, iqtisadi və sosial amillərin təsiri
altında formalaşmış müasir təhsil sistemi özünəməxsusluğu ilə seçilir. Burada dövlətin vahid
təhsil sistemi yoxdur. Hər ştat təhsilin strukturunu müstəqil şəkildə müəyyən etmək hüququna
malikdir.
Təhsil naziri Misir Mərdanovun dediyinə görə, digər ölkələrlə müqayisədə Amerika
məktəbləri daha demokratik olmaları ilə fərqlənir. İngiltərədə, Fransada və digər Qərbi Avropa
ölkələrində uşaqlar adətən, erkən yaşlarından ibtidai siniflərdə 2-4 il oxuduqdan sonra müxtəlif
növ məktəblərə daxil olurlar. Dövlətə məxsus məktəblərlə yanaşı, ABŞ-da kilsə və özəl təhsil
müəssisələri də mövcuddur. Kilsə məktəbləri dini təşkilatlar tərəfindən maliyyələşir və buradakı
təlim-tərbiyə işləri dini ruhda aparılır. Özəl məktəblərdə isə təhsil bahalı olduğundan burada,
adətən imkanlı ailələrin övladları təhsil alırlar. Uşaq bağçalarını başa vuran uşaqların təxminən 99
faizi məktəblərə daxil olurlar (6 yaşdan 13 yaşadək). Onların 94 faizi təhsillərini 18 yaşadək
davam etdirirlər. 18-24 yaş arası gənclərin 29 faizi isə kollec və universitetlərə qəbul
olurlar. ABŞ-da universitet və ya kolleclərə daxil olmazdan əvvəl 12 illik ibtidai və orta məktəb
təhsilini başa vurmaq əsas tələblərdən biridir: “ABŞ-da məktəbəqədər təhsil icbari
deyil. Valideynlər övladlarını istədikləri təhsil müəssisəsinə verə bilərlər. Ölkədə məktəbəqədər
təhsil müəssisələri sırasına oyun məktəbləri, körpələr evi (nursery school) və bağçalar
(kindergarten) daxildir.Amerikanın bəzi məktəbəqədər təhsil müəssisələrində Montessori
metodundan istifadə olunur. Bu metod doktor Mariya Montessori tərəfindən 1900-cü ilin
əvvəllərində yaradılıb. Həmin metoda əsasən hər bir uşağın özünəməxsus ehtiyacı, marağı və
inkişaf xüsusiyyətləri olduğu üçün ona fərdi yanaşma tətbiq olunmalıdır. Bəzi Montessori
məktəbləri (Montessori schools) məktəbəqədər təhsil müəssisələrindən (2-5 yaşlı uşaqlar üçün) və
ibtidai məktəblərdən (6-12 yaşlılar üçün) ibarətdir”.
79
Nazir bildirib ki, ABŞ-da təxminən 120 min orta məktəb var. Onların 27 mini
özəldir. Şagirdlərin 15 faizi özəl təhsil müəssisələrində və ya kilsə məktəblərində təhsil
alırlar. Məktəb məzunlarının təxminən 30 faizi universitetlərə qəbul olur. Məktəblərdə fənlərin
tədrisi baxımından vahid tələblər qoyulmur. Onlar məktəbin yerləşdiyi ərazidən (ştatdan) və ya
həmin məktəbin öz siyasətindən asılı olaraq dəyişə bilər. Bütün məktəblərdə tədris olunan icbari
fənlərə ingilis dili (İngiltərə və Amerika ədəbiyyatı), riyaziyyat (cəbr və həndəsə), xarici dil
(əsasən ispan dili), tarix (Amerika və Avropa tarixi) və təbiət elmləri (biologiya, kimya, ekologiya)
daxildir. Amerikanın məktəb sistemində biliyin qiymətləndirilməsi bir qədər demokratik xarakter
daşıyır.Burada fənlər üzrə vahid dövlət imtahanları mövcud deyil, onları aralıq və semestr testləri
əvəz edir. İlin sonunda isə yekun imtahan verilir. Təhsil alanların bu və ya digər fəndən aldığı
qiymət yalnız testlərin nəticəsi əsasında müəyyənləşdirilmir. Qiymətləndirməyə onun təhsilə
münasibəti, məktəb həyatında iştirakı və digər müvafiq meyarlar da təsir göstərir. Yeganə dövlət
imtahanı SAT-dır (Scholastic Aptitude Test-Təhsilin qiymətləndirilməsi testinin). Buraya
bacarıqlar üzrə ümumi akademik test, riyaziyyat biliyi və dil bacarıqlarının səviyyəsi daxildir. Bu
test kollec və universitetlərə daxil olmaq imkanı yaradır.
Tədris ili semestrlərə bölünür və 170-186 gün davam edir. Dərslər 5-6 saat olmaqla
həftənin beş günü keçirilir.
İbtidai məktəb. Əsasən 6 yaşdan etibarən başlayır. Burada təhsil ştatdan asılı olaraq 5-
6 il davam edir. Amerikada adətən, məktəbə uşaqları 6 yaşında qəbul edirlər. Bütün dərslər bir
müəllim tərəfindən aparılır.
İbtidai məktəblərdə şagirdləri adətən, testlərin nəticələrinə uyğun qruplara bölürlər. Bu
testlər xüsusi hazırlıq tələb etmir, istedadlı uşaqları üzə çıxarır və riyazi dəqiqliklə intellekt
əmsalını – IQ (intelligence quotient) müəyyənləşdirməyə imkan verir. IQ (ay kyu) testləri insanın
intellekt səviyyəsinin qiymətləndirilməsidir. ABŞ-da orta intellekt əmsalı 100-dür. Ölkə
məktəblərinin məzunlarının orta IQ-su 115, əlaçıların 135-140 təşkil edir.70-dən aşağı IQ əqli
gerilik hesab olunur. IQ müəyyən edildikdən sonra A, B və C (istedadlı, normal və
qabiliyyətsizlər) qrupları yaradılır və təhsil diferensiallaşdırılır. Təhsildə geri qalan uşaqlarla ciddi
iş aparılır. İstedadlılar isə adətən, kollec və universitetlərə hazırlaşırlar. Orta məktəbdə
qiymətləndirmə sistemi ingilis əlifbasının A, B, C, D, F hərfləri ilə aparılır. Orta qiymətin
müəyyən edilməsi üçün hərflərə uyğun ballardan (A=4, B=3, C=2, D=1 və F= 0) istifadə olunur.
C-dən yuxarı qiymətlər yaxşı qiymətlər hesab edilir. Təhsilin davam etdirilməsi üçün tədrisin
sonunda B və ya A qiymətləri alınmalıdır. D – biliyinorta səviyyədən aşağı olduğunu, F isə qeyri-
qənaətbəxş nəticə və ya tədris materialının tamamilə öyrənilməməsi deməkdir.Orta məktəbin
bitirilməsi haqqında diplom almaq üçün son 4 il ərzində 16 akademik kurs üzrə zaçot almaq
kifayətdir. Akademik kurs adətən 90-180 məşğələdən ibarət olur. Adətən hər yarımilə 5-6 kurs
düşür. Son 4 ildə şagirdlərə 5 əsas fənnin – ingilis dili (4 il), riyaziyyat (3+ il), təbiət elmləri (3 il),
sosial elmlər (3 il), kompüter (5 ay) öyrənilməsi məsləhət görülür. Universitet və dördillik
kolleclərdə təhsilini davam etdirmək istəyənlər üçün xarici dil kursunu (2 il) keçmək də tələb
olunur. Əsas fənlər 20-30 ixtisaslaşmış kurslara bölünür. Məsələn, ingilis dilinə Amerika
ədəbiyyatı və ədəbi yaradıcılıq daxil edilir. Məqbul qiymət almaq üçün müasir yazıçıların
yaradıcılığı və ya jurnalistika sahəsindən də imtahan vermək mümkündür.Təhsil Nailiyyətlərinin
Milli Qiymətləndirilməsi (National Assessment of Educational Progress – NAEP) təşkilatının
verdiyi məlumata əsasən, 2010-2011-ci tədris ilində təxminən 49,4 milyon şagird dövlət ibtidai
və orta məktəblərində təhsil alır. Bundan əlavə, 5,8 milyon şagird özəl məktəblərdə təhsil alır.
Bütün bu məktəblərdə təxminən 3,8 milyon müəllim çalışır: “ABŞ-da ali təhsil müəssisəsi
anlayışının dəqiq təyinatı mövcud deyil. Orta məktəbdən sonra təhsil verən istənilən təhsil
müəssisəsi kollec, məktəb, institut və hətta universitet adlandırıla bilər. Hər hansı təhsil
müəssisəsinin statusunu müəyyənləşdirən yeganə meyar orda tədris olunan ixtisasların keyfiyyəti
80
və həyata keçirilən elmi tədqiqatlar ola bilər.Ali məktəblərə qəbul olunmaq üçün abituriyentlərə
qarşı vahid tələblər yoxdur. İkiillik kolleclərə daxil olmaq üçün heç bir qəbul şərtləri və yaş
məhdudiyyəti qoyulmur. Abituriyentlərdən sadəcə olaraq orta təhsil haqqında sənəd tələb
edilir.Ali təhsil müəssisəsinin növündən və nüfuzundan asılı olaraq, qəbul olmaq istəyənlərdən
müsabiqə imtahanları, müsahibələr və test imtahanları götürülə bilər. Amerika ali təhsilində
çoxpilləli sistem qəbul edilib. Bu sistemə əsasən ölkədəki ali təhsil müəyyən dövrlərə bölünür.
Bakalavr (Undergraduate) dövrü 4 il davam edir və humanitar (Bachelor of Arts, BA) və ya təbiət
elmləri (Bachelor of Science, BS) bakalavr dərəcəsinin alınması ilə başa çatır. Bakalavr kursunun
proqramına təxminən 30 tədris fənni daxildir. Onlardan hər biri müəyyən kredit balı ilə
qiymətləndirilir. Ümumilikdə, bakalavr dərəcəsini almaq üçün 120 kredit toplamaq
lazımdır. Əgər tələbə müəyyən sayda mühazirədə iştirak edibsə (akademik saatlarla ölçülən),
laborator işləri yerinə yetiribsə, müstəqil iş (referat, esse, hesabat və s.) yazıbsa, o zaman müvafiq
krediti qazanmış hesab olunur. Amerika təhsil sistemi özünəməxsus çevikliyi ilə
fərqlənir. Məsələn, bakalavr proqramı üzrə təhsilin ilk iki ili bir sıra əsas fənlərin icbari qaydada
öyrənilməsi nəzərdə tutulur. Növbəti iki ildə isə tələbələr kifayət qədər geniş siyahıdan istədikləri
kursu seçə bilirlər. Magistr (Graduate) dövrü magistr dərəcəsinin (MasterTs Degree) verilməsi ilə
nəticələnir. Magistraturada təhsil iki ildir. Sonda məzunlar magistr dissertasiyası yazır və müdafiə
edirlər. ABŞ-ın ali təhsil müəssisələrinin sayı 4480-dən çoxdur. Buraya ikiillik və dördillik
kolleclər, eləcə də universitetlər daxildir.
Universitetlər proqram seçimində və onların məzmununun müəyyən edilməsində
sərbəstdirlər. Bundan əlavə, ölkənin ən yaxşı universitetləri böyük maliyyə sərbəstliyinə
malikdirlər. Onların maliyyə mənbələri yalnız tələbələrdən alınan təhsil haqları hesabına deyil,
həmçinin elmi-tədqiqat işlərindən, sponsor yardımından əldə edilən gəlirlər hesabına formalaşır.
Ölkənin ən qədim ali təhsil müəssisəsi 1636-cı ildə yaradılmış Harvard Universitetidir. 1693-cü
ildən 1749-cu ilədək ABŞ-da daha dörd ali təhsil ocağı – Vilyam və Meri Kolleci (1693, Virciniya
ştatı), Yel (1701), Prinston (1746) və Pensilvaniya (1749) universitetləri fəaliyyətə başlayıb. Digər
universitetlər ərazilərə görə (Orta Qərb, Şimal, Cənub və Qərb bölgələri) bölünürlər. Bu sıraya öz
ştatlarının büdcəsindən maliyyələşən dövlət universitetləri, ayrı-ayrı şəxslərin və ya fondların
maliyyə vəsaiti hesabına fəaliyyət göstərən özəl universitetlər daxildir. Dünya universitetləri
reytinqində ABŞ universitetləri həmişə yüksək pillələri tuturlar. “Times Higher Education World
University Rankings”in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı
araşdırmaya əsasən dünyadakı 100 ən yaxşı universitetin 51-i ABŞ-dadır. Reytinqin ilk beşliyində
də ABŞ universitetləri qərar tutur. “QS World University Rankings”in hesabatına əsasən isə
dünyadakı 100 ən yaxşı universitetin 31-i ABŞ-da yerləşir. Bu reytinqdə ilk onluğa daxil olan
universitetlərin altısı Amerikanın payına düşür.
Təhsilin sonunda bakalavr, magistr və doktorluq dərəcələri verilir. Kollec və universitetlər
veriləcək dərəcələri və onları alacaq tələbələri özləri müəyyənləşdirir. Amerika universitetləri
tədris binaları, laboratoriyalar, kitabxanalar, yataqxanalar, müəllimlər üçün evlər, kafe və
yeməkxanalar, idman və mədəni kampuslar, təhsil şəhərcikləri ilə əhatə olunur. Tədris ili 2 və ya
3 semestrdən ibarətdir.
Mühazirələrdə, adətən, minədək tələbə iştirak edir. Hər tələbənin şəxsi tədris planı olur.
Universitetlərdə daimi qruplar yoxdur. Müəllimlər adətən, mühazirənin surətini tələbələrə
payladıqları üçün konspekt tutmağa ehtiyac olmur. Hər semestrin sonunda imtahan və zaçotlar
verilir. Bu zaman nailiyyət qazana bilməyən tələbələr universitetlərdən çıxarılmırlar. Onlara
imtahanı bir neçə dəfə yenidən vermək imkanı yaradılır. Dördillik kolleclər statusuna görə
universitetlərə bərabər tutulurlar. Onların bəziləri müstəqil təhsil müəssisələri olsa da, digərləri
universitetlərin tərkibində fəaliyyət göstərirlər. Kolleclərlə universitetlər arasında yeganə fərq
kolleclərin yalnız bakalavr proqramı əsasında tədris aparmasından ibarətdir. Təhsilini
81
magistraturada davam etdirmək istəyən tələbə universitetin magistr (Graduate) proqramına
qəbul oluna bilər.Bundan əlavə, ABŞ-da ştatdaxili regional kolleclər də fəaliyyət göstərir. XX
əsrin əvvəllərində yaradılan regional kolleclərdən ibarət sistemin əsas məqsədi məktəblə
universitet arasında keçid yaratmaqdır. Bu kolleclərdə təhsil 2 il davam edir və Associate degree
(Aralıq dərəcə) alınması ilə başa çatır. Bu dərəcə tələbələrə bakalavr dərəcəsi almaq üçün öz
təhsillərini universitetlərdə davam etdirmək imkanı yaradır. Regional kolleclərin
özünəməxsusluğu, onların ümumtəhsil proqramları və texniki sahələr üzrə ixtisasartırma kursları
təklif etməsindən ibarətdir.ABŞ-da tibbi təhsil ən bahalı təhsillərdən hesab edilir. Tələbələrin bir
hissəsi təhsil haqqı ödəmək iqtidarında olmadıqlarından, əsasən təhsil kreditləri hesabına
oxuyurlar. Statistikaya əsasən, təhsilin sonunda Amerika Tibb Məktəbi məzunlarının
əksəriyyətinin 100 min dollardan artıq borcu olur. Buna baxmayaraq, məzunların təcrübi və
tədqiqat fəaliyyətlərinin ilk aylarında aldıqları yüksək məvaciblər təhsilə xərclənmiş vəsaiti
ödəmək imkanı yaradır.ABŞ-ın ən məşhur tibb məktəbləri arasında Oreqon Tibb və Elm
Universiteti (Oregon Health & Science University), Miçiqan Dövlət Universiteti Osteopatik Tibb
Kolleci (Mich. State U. College. of Osteopathic Medicine), Minnesota Universiteti (University of
Minnesota), Con Hopkins Universiteti (Johns Hopkins University), Kolumbiya Universiteti
Terapiya və Cərrahiyyə Kolleci (Columbia U. College of Physicians and Surgeons) və digər tədris
ocaqlarının adlarını çəkmək olar.Amerika ali təhsilindən danışarkən biznes təhsilini qeyd
etməmək mümkün deyil. Belə ki, dünyada ilk biznes məktəbi – Tak Biznes Məktəbi (TuckTs
School of Business) məhz ABŞ-da yaradılıb. Bu gün dünyanın aparıcı biznes məktəblərinin
təxminən 60 faizi Amerikadadır. Bu ölkədə alınmış MBA (Master of Business Administration)
diplomu bütün dünyada gələcək uğurlu karyeranın zəmanəti hesab edilir. ABŞ-da 1500-dən artıq
təhsil müəssisəsi MBA proqramları təklif edir. Amerikanın ən məşhur biznes-proqramlarına
marketinq, maliyyə, beynəlxalq və İnternet biznesi, sahibkarlıq, pərakəndə satış və digər sahələr
üzrə proqramlar aiddir. ABŞ biznes-məktəblərində təhsil iki il davam edir. Təhsil haqqı ildə
təxminən 50 min dollardır. Amerika biznes məktəbinə daxil olan hər kəs qəbul komissiyasına
təhsil haqqını ödəmə qabiliyyətinin olması ilə bağlı zəmanət təqdim etməlidir. İlk MBA
məktəbləri olan Harvard, Stenford və Barton məktəbləri uzun illərdir ki, dünya universitetlərinin
reytinq siyahısında ilk üç pilləni tuturlar. Bəzən onlar reytinq siyahısında bir-birini əvəz edirlər”.
M.Mərdanov vurğulayıb ki, ABŞ universitet və kolleclərdə təhsil alan əcnəbi tələbələrin
sayına görə dünya lideridir. Tələbələrin Amerikanı seçməsinin bir sıra səbəbləri var. Amerikada
geniş ixtisas seçimi və güclü elmi-tədris bazası mövcuddur. Amerika universitetləri sadəcə ali
təhsil müəssisələri deyil. Onların hər biri elmin müxtəlif sahələri üzrə qabaqcıl tədqiqatların
aparıldığı və kəşflərin edildiyi mərkəzlərdir. ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət
İşləri üzrə Bürosunun dəstəyi ilə Beynəlxalq Təhsil İnstitutunun (Institute of International
Education, IIE) hazırladığı illik hesabatına əsasən 2009-2010-cu tədris ilində ABŞ
universitetlərinə 202 mindən çox əcnəbi tələbə qəbul olunub. Ümumlikdə, 2009-2010 – cu tədris
ilində ABŞ universitetlərində 700 minə yaxın əcnəbi tələbə təhsil alıb ki, bu da 2008-2009-cu ilin
tədris ili ilə müqayisədə 2,9 faiz çoxdur. ABŞ-da təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyəti
Çin (18,5 faiz), Hindistan (15,2 faiz) və Cənubi Koreya (10,4 faiz) vətəndaşlarıdır. Bu üç ölkədən
olan tələbələr əcnəbi tələbələrin ümumi sayının təxminən 44 faizini təşkil edir. Əgər 2008-2009-
cu tədris ilində əcnəbi tələbələr arasında hindistanlıların sayı çoxluq təşkil edirdisə, 2009-2010-cu
tədris ilində çinlilər ön mövqeyə çıxıb. Bundan əlavə, ABŞ-da təhsil alan əcnəbi tələbələrin
statistikasında ilk onluğa Kanada (4,1 faiz), Tayvan (3,9 faiz), Yaponiya (3,6 faiz), Səudiyyə
Ərəbistanı (2,3 faiz), Meksika (1,9 faiz), Vyetnam (1,9 faiz) və Türkiyə (1,8 faiz) daxildir.”2007-
2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”
çərçivəsində 26 azərbaycanlı gənc ABŞ-ın ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilib. Artıq
onlardan 9 nəfəri təhsillərini başa vuraraq ölkəmizə qayıdıb. ABŞ-da təhsil alan əcnəbi
82
tələbələrin əksəriyyəti Cənubi Kaliforniya Universitetində (University of Southern California,
8 minə qədər), İllinoys – Urbana Şampeyn Universitetində (University of Illinois – Urbana-
Champaign, təxminən 8 min), Nyu-York Universitetində (New York University, 7,3 min), Perdyu
Universitetində (Purdue University, 6,9 min), Kolumbiya Universitetində (Columbia University,
6,8 min), Miçiqan Universitetində (University of Michigan – 6,1 min), Kaliforniya
Universitetində (University of California, 5,7 min), Miçiqan Dövlət Universitetində (Michigan
State University, 5,4 min), Texas Universitetində (University of Texas, 5,3 min) və Boston
Universitetində (Boston University, 5,2 min) təhsil alırlar.ABŞ-da təhsil alanların 21,1 faizi (145,5
min nəfər) biznes və menecment sahələrinə, 18,4 faizi (127,4 min nəfər) mühəndislik elmlərinə,
8,9 faizi (61,285 min nəfər) fizika və həyat haqqında elmlərə, 8,8 faizi (təxminən 61 mini)
riyaziyyat və kompüter elmlərinə, 8,7 faizi (təxminən 60 mini) ictimai elmlərə üstünlük
verirlər. Beynəlxalq Təhsil İnstitutunun (Institute of International Education, IIE) məlumatına
görə, 2008-2009-cu tədris ilində Amerikadan olan 260 mindən artıq tələbə xarici ölkələrdə təhsil
alıb. Bu ölkələr arasında liderliyi Böyük Britaniya (12 faiz), İtaliya (10,5 faiz), İspaniya (9,3 faiz),
Fransa (6,5 faiz) və Çin (5,3 faiz) tutur. Xarici dövlətlərdə oxuyan amerikalılar əsasən sosial
elmlərə, biznes və idarəetmə, humanitar, tətbiqi incəsənət, rəssamlıq, fizika və yer haqqında
elmlərə üstünlük verirlər: “ABŞ hökuməti Amerikada təhsil almaq istəyən əcnəbi tələbələr üçün
xeyli sayda təqaüdlər təklif edir. Onların böyük hissəsi magistr və doktor proqramlarının
iştirakçıları üçün nəzərdə tutulub. Lakin bakalavrlar üçün də təqaüdlər mövcuddur. Qlobal
Bakalavr Mübadiləsi Proqramı (UGRAD) çərçivəsində təqaüd I-III kurs tələbələrinə verilir. Bu,
1 və ya 2 il ərzində kənd təsərrüfatı, biznes, informatika, pedaqogika, iqtisadiyyat, beynəlxalq
əlaqələr və digər istiqamətlər üzrə təhsil almaq imkanı yaradır. 1995-ci ildən bu proqramda 200-
dən çox azərbaycanlı tələbə iştirak edib.Fulbrayt Proqramı (Fulbright Program) çərçivəsində
magistraturada təhsil üçün incəsənət, humanitar və ictimai elmlər, texniki və təbiət elmləri, eləcə
də ABŞ tarixi, hüquq, jurnalistika, psixologiya, kinematoqrafiya, teatr və incəsənət, sosiologiya,
memarlıq və digər sahələr üzrə təqaüd ayrılır. Eləcə də bu proqram çərçivəsində Amerika
universitetlərində magistr (MA- Master of Arts) dərəcəsinin alınması üzrə ikiillik qrantlar təklif
edilir. Bundan əlavə, proqram Amerika universitetlərində və arxivlərində namizədlik
dissertasiyası üçün material toplamaq məqsədilə elmi-tədqiqat işləri aparmağa birillik qrantlar
ayırır. Fulbrayt Proqramı üzrə təqaüdlər Azərbaycan vətəndaşları üçün də verilir. Bu proqram üzrə
təqaüdlərin verilməsi açıq müsabiqə yolu ilə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən hər tədris
ilində həyata keçirilir. Ali təhsili (ən azı bakalavr dərəcəsi) olan, ingilis dilini bilən Azərbaycan
vətəndaşları bu proqrama qoşulmaq üçün ərizə verə bilərlər. ABŞ Konqresi tərəfindən 1992-ci
ildə təsis edilmiş Edmund S.Maski Magistr Proqramının (Edmund S.Muskie Graduate Fellowship
Program) məqsədi Avrasiya ərazisində iqtisadiyyatın və demokratiyanın inkişafına yardım
göstərməkdir. Bu, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə
Bürosunun proqramı olsa da, IREX tərəfindən həyata keçirilir. Proqram Azərbaycan, Rusiya,
Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ermənistan, Özbəkistan
və Ukraynadan olan aspirantlara və mütəxəssislərə ABŞ-da 1 il dərəcəsiz, 1 və ya 2 il müddətində
isə dərəcə almaq üçün təhsil təklif edir.
1998-2008-ci illər ərzində təqribən 280-ə yaxın azərbaycanlı gənc bu proqramda iştirak edib.
Proqram iştirakçıları magistr dərəcəsi almaqla yanaşı, bitirdikləri universitetdə ixtisasları üzrə 12
həftəlik təcrübə keçmək imkanı da qazanırlar. Ali təhsili (ən azı bakalavr dərəcəsi) olan, ingilis
dilini bilən və biznes idarəçiliyi, iqtisadiyyat, hüquq, ictimai idarəetmə, ictimai siyasət, ətraf
mühit, beynəlxalq əlaqələr, kitabxanaçılıq, təhsil və jurnalistika ixtisaslarından birinə yiyələnmək
istəyən istənilən Azərbaycan vətəndaşı proqram üzrə təqaüd almaq üçün müraciət edə bilər.
Gələcək Liderlərin Mübadiləsi Proqramı (FLEX) ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə
həyata keçirilir. Bu proqram çərçivəsində MDB ölkələrindən hər il yüzlərlə X və XI sinif şagirdləri
83
ABŞ-ın orta məktəblərində təhsil alır və bu ölkədə yaşayır. Proqram üzrə seçim prosesi ingilis
dilini bilmə, şəxsi keyfiyyətlər, akademik nailiyyətlər və rəhbərlik potensialı kimi meyarlara
əsaslanır. Seçilmiş şagirdlər Amerika haqqında kurslar keçir və bir il müddətində Amerikanın orta
məktəblərində tam kursu bitirirlər.1998-ci ildən başlayaraq FLEX Proqramı üzrə hər il 55
azərbaycanlı şagird ABŞ-da təhsil alır. İndiyədək 800-dən artıq şagirdimiz bu proqramda
iştirak edib. FLEX Proqramı çərçivəsində ABŞ-da bir il təhsil almaq hüququ qazanan məktəblilər
arasında təkcə Bakı şəhərinin deyil, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir, Quba, Şəki,
Lənkəran məktəblərinin də şagirdləri var. Gənc Müəllimlərin İnkişafı Proqramı (JFDP) gənc ali
məktəb müəllimləri üçün nəzərdə tutulur. Bu layihə tədris proqramlarının hazırlanması və tədris
metodikasının təkmilləşdirilməsi sahələrini əhatə edir. Həmin proqram çərçivəsində müəllimlər
ABŞ və Azərbaycanın ali məktəbləri ilə sıx əməkdaşlıq əlaqələri yaradırlar. Birillik akademik
proqramda 2 aylıq stajkeçmə də nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, bu proqram elmi dərəcə
alınmasını nəzərdə tutmur. 1999-2007-ci illərdə Azərbaycandan 35 nəfər bu proqramda iştirak
edib. 2010-2011-ci tədris ili üzrə Gələcək Liderlərin Mübadiləsi Proqramı (FLEX) çərçivəsində
42, Gənc Müəllimlərin İnkişafı Proqramı (JFDP) üzrə 5, “Open World” Proqramı çərçivəsində 50,
Qlobal Bakalavr Mübadiləsi Proqramı (UGRAD) çərçivəsində 10, Edmund S. Maski Proqramı
çərçivəsində isə 15 nəfər ABŞ-a göndərilib. Bunlardan əlavə, Amerikada hər universitetin öz
təqaüd proqramı mövcuddur. Bir çox hallarda onlar əcnəbi tələbələrə də şamil edilir. Bəzən
təhsildə və ya idmanda yüksək göstəricilər qazanmaq təqaüd almaq üçün əsas ola bilər. Adətən,
bu cür təqaüdlərin məbləği yüksək olmur və təhsil xərclərinin yalnız bir qismini ödəyir”.
M.Mərdanov qeyd edib ki, ABŞ-da elmin idarə edilməsi təcrübəsi xeyli maraq doğurur.
Çünki söhbət təhsil, iqtisadiyyat sahələri və müxtəlif dövlət orqanları ilə sıx inteqrasiya edən
dünyanın ən iri Elmi-Texniki Kompleksindən gedir. Burada universitetlərin tədqiqat mərkəzləri,
sənaye korporasiyaları, milli dövlət laboratoriyaları, azad tədqiqat təşkilatları, kiçik və orta
kommersiya və mühəndis şirkətləri, kooperativ təşkilatlar daxildir. Hökumət ETK-nın müstəqil
fəaliyyətinin səmərəliliyini təmin edir, həmçinin elmi-texniki siyasətin formalaşması işinin təşkili
ilə məşğul olur. Milli Elm Fondu (MEF) federal hökumət tərkibində elm və texnikanın inkişafına
məsul olan yeganə qurumdur. MEF əsasən universitetlərdəki kiçik, orta kommersiya və mühəndis
firmalarındakı fundamental tədqiqat proqramlarını maliyyələşdirir. Federal hökumətin büdcə
maliyyəsi nəzəri elmin inkişafını stimullaşdıran əsas mənbə hesab olunur. Federal hökumətin
maliyyəsi universitetlərin fundamental tədqiqat xərclərinin 65 faizini və qeyri- təhsil xərclərinin
isə 60 faizini təşkil edir. Dövlət bu investisiyanı bütün elm sahələrində liderliyi saxlamaq
məqsədilə ayırır.
Ali təhsil müəssisələri qabaqcıl fundamental tədqiqatların həyata keçirilməsində və yüksək
ixtisaslı elmi kadrların yetişdirilməsində əsas rola malikdir. ABŞ-ın ali məktəblərində təhsil
prosesi ilə yüksək keyfiyyətli elmi tədqiqatlar bir-birilə sıx birləşir.
Dostları ilə paylaş: |