Мцщазиря №1 (2 саат)


Beynəlxalq elmi əməkdaşlıq



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə26/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   22   23   24   25   26   27   28   29   ...   54
muhazire

Beynəlxalq elmi əməkdaşlıq 
Almaniyada elmin beynəlmiləlləşdirilməsi sahəsində əldə edilmiş uğur universitetlərin, elmi-tədqiqat müəssisələrinin və siyasətçilərin 
birgə səylərinin məhsuludur. Dəstək məqsədyönlü layihələrin, təqaüdlərin və həvəsləndirici mükafatların yardımı ilə beynəlxalq tələbə, aspirant 
və alim mübadiləsinə göstərilir. Bu tədbirlər təhsildə nailiyyətlərin artırılması və əcnəbi tələbələrin sosial inteqrasiyası üzrə proqramlarla daha da 
möhkəmləndirilir. Almaniya universitetləri böyük uğurla dünyanın hər yerindən tələbə və gənc alimləri cəlb edirlər. Bu işdə xaricdəki alman 
məktəbi sistemi və alman universitetlərinin xarici ölkələrin ali məktəbləri ilə əməkdaşlığı mühüm rol oynayır. Bu qəbildən olan təşəbbüslərin 
reallaşmasında dünya üzrə tələbə və alim mübadiləsinə dəstək olan Alman Akademik Mübadilə Xidmətinin (DAAD) fəaliyyəti də danılmazdır. 
DAAD-ın 100-dən çox ölkədə nümayəndəliyi və ya Keçmiş Təqaüdçülər Cəmiyyəti fəaliyyət göstərir. Bu qurum həmçinin alman universitetlərində 
yüzlərlə xarici dil (əsasən ingilis) kurslarının açılmasında iştirak edir.
Aleksandr Humbolt adına Fond da beynəlxalq elmi əməkdaşlığa yardım göstərən əsas təşkilatlardan biridir. 2009-cu ildən başlanılan 
"xarici elmi siyasət sahəsində təşəbbüs" sayəsində federal xarici işlər nazirliyi elmi mübadilə üzrə mövcud vasitələri möhkəmləndirir və yeni 
tədbirlər hesabına onları genişləndirir. Xaricdə yaradılmış Almaniya Elm və İnnovasiya Evləri isə alman elminin inkişafına daha əlverişli şərait 
yaradır.
Almaniya universitetlərinin dəstəyi ilə xaricdə tərəfdaş müəssisələrlə birgə nümunəvi elmi tədqiqatlar və təlim mərkəzləri yaradılır. 
Bundan əlavə, əcnəbi tələbələrə təqaüdlərin verilməsi üzrə təkliflər artır və dünyada alman dilinin öyrənilməsi üçün yaxşı şərait yaradılır. 
Almaniyanın Nobel mükafatı laureatları
Almaniyanın 80 Nobel mükafatı laureatından 68-i bu mükafatı təbiət elmləri və tibb sahəsindəki xidmətlərinə görə alıb. Fizika sahəsində 
ilk Nobel mükafatına Konrad Rentgen "şüalanmanın yeni növünə görə" layiq görülüb. Növbəti laureatlar Robert Kox, Maks Plank, Albert Eynşteyn 
və Verner Heyzenberq olublar. Bu ən yüksək elmi mükafatı alan sonuncu alman alimləri isə Kristiane Nüssleyn - Volhard, Harald zur Hausen (tibb 
sahəsi üzrə), Horst Ştörmer, Herbert Kremer, Volfqanq Ketterle, Teodor Henş, Peter Grünberq (fizika sahəsi üzrə) və Gerhard Ertldir (kimya 
sahəsi üzrə). 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin