Azərbaycan texniki universiteti İxtisas: Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi Fakülte: Nəqliyyat və logistika Qrup: 2107a Telebe: Hesenov Elman



Yüklə 231,85 Kb.
tarix02.01.2022
ölçüsü231,85 Kb.
#39975
Nəqliyyat qanunvericiliyi


Azərbaycan texniki universiteti



İxtisas: Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

Fakülte: Nəqliyyat və logistika

Qrup: 2107a

Telebe: Hesenov Elman

Nəqliyyat qanunvericiliyi

Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

“nəqliyyat” - Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış yüklərin və insanların daşınma vasitələridir, o cümlədən dəmir yolu, avtomobil, dəniz, daxili su, hava, şəhər və şəhərətrafı elektrik, metropoliten, həmçinin Azərbaycan Respublikasının ərazisində yerləşən magistral boru kəmərləri;

“nəqliyyat müəssisəsi” - qanunvericiliyə və öz təsis sənədlərinə uyğun fəaliyyət göstərən, yük, sərnişin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinin saxlanılması texniki xidmət və təmir, yükləmə-boşaltma və liman xidmətləri göstərən hüquqi şəxsdir.

“daşıyıcı” - haqq müqabilində sərnişin, baqaj, yük və poçt daşımaları üzrə xidmətləri göstərən, mülkiyyət icarə ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxsdir. 

“Müştəri” - yükgöndərən, yükalan sərnişin, icarəçi və sair kimi daşıyıcı ilə bağlanmış müqaviləyə uyğun nəqliyyatdan istifadə edən hüquqi və ya fiziki şəxsdir.



Nəqliyyat haqqında qanunvericilik

1. Nəqliyyatın fəaliyyəti ilə əlaqədar münasibətlər bu Qanunla nəqliyyat növləri üzrə məcəllələrlə və nizamnamələrlə, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.

2. Magistral boru kəməri sahəsində münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

3. Daşıma və yükaşırma şərtləri, nəqliyyat vasitələrindən istifadə qaydaları, nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, əmək mühafizəsi, yanğına qarşı təhlükəsizlik, texniki-texnoloji, ekoloji və sanitar normaların tələblərinə əməl olunması nəqliyyat münasibətlərinin bütün iştirakçıları üçün məcburi olan, müvafiq nəqliyyat növlərinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar, həmçinin tərəflərin razılığı (bağladıqları müqavilələr) ilə müəyyən edilir.

4. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda olanlardan fərqli qaydalar müəyyən edilmişdirsə, həmin müqavilələrin qaydaları tətbiq edilir.

 Nəqliyyat sahəsində mülkiyyət münasibətləri

Azərbaycan Respublikasında nəqliyyat dövlət, xüsusi və bələdiyyə mülkiyyət növlərinə əsaslanır.

Bütün nəqliyyat mülkiyyətçiləri bərabər hüquqa malikdirlər və qanunla eyni cür müdafiə olunurlar.

Ümumi istifadədə olan və dövlət əhəmiyyəti kəsb edən dəmir yolları və onların mühəndis tikililəri və qurğuları, magistral boru kəmərləri, mayaklar, gəmilərin təhlükəsiz hərəkətini nizamlayan və ona zəmanət verən qurğular və naviqasiya nişanları, hava hərəkətinin təşkili və idarə edilməsi sisteminin aeronaviqasiya vasitələri və avadanlığı, hava gəmilərinin uçuş təhlükəsizliyini təmin edən qurğular, aviasiya daşımaları ilə əlaqədar mühəndis şəbəkələri və qurğuları, həmçinin metropoliten dövlət mülkiyyətidir.

 Nəqliyyat sahəsində dövlət idarəetməsinin əsas vasitələri aşağıdakılardır:

- nəqliyyat sahəsində iqtisadi, investisiya, tarif və elmi-texniki siyasətin həyata keçirilməsi, nəqliyyatın ayrı-ayrı növlərinin inkişafına dair proqramların işlənib-hazırlanmasının və yerinə yetirilməsinin təşkili;

- nəqliyyat kompleksinin bazar iqtisadiyyatı münasibətlərinə keçidi ilə əlaqədar islahatların aparılmasına rəhbərlik;

- dövlət, o cümlədən müdafiə ehtiyaclarının, yük daşımalarına və digər nəqliyyat xidmətlərinə olan tələbatların proqnozlaşdırılması, onların təmin olunması üzrə nəqliyyat kompleksinin fəaliyyətinin təşkili və əlaqələndirilməsi;

- nəqliyyatda inhisar fəaliyyətinin məhdudlaşdırılması və rəqabətin inkişafı üzrə məqsədli tədbirlərin görülməsi, mülkiyyət formasından asılı olmayaraq bütün nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün bərabər şəraitin təmin edilməsi;

- nəqliyyat kompleksinin təhlükəsiz, səmərəli və ahəngdar işinin təmin edilməsi üzrə dövlət tənzimlənməsinin həyata keçirilməsi;

- nəqliyyat kompleksinin, nəqliyyatın ayrı-ayrı növlərinin fəaliyyətinə dair normativlərin müəyyən edilməsi və təkmilləşdirilməsi;

- nəqliyyat məsələləri ilə əlaqədar dövlətin iqtisadi mənafelərinin, nəqliyyat müəssisələrinin və nəqliyyat istehlakçılarının qanuni mənafelərinin və hüquqlarının müdafiəsi;

- beynəlxalq nəqliyyat xidmətləri bazarında milli nəqliyyat kompleksinin fəaliyyətinin səmərəliliyinin və rəqabətə davamlılığının artırılması, xarici investisiyaların cəlb edilməsi;



- xarici ölkələrlə nəqliyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı.
Yüklə 231,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin