Jan Jak Russonun tərbiyə haqqında fikirləri. XVIII əsr fransız maarifçilərindən biri də Jan Jak Russodur (1712-1778). O, təbii hüquq, təbii tərbiyə və təbii din nəzəriyyələrini irəli sürmüşdür: I. Təbii hüquq nəzəriyyəsi. J.J.Russoya görə, əmək adamlarını, onların uşaqlarını tərbiyə etməyə
ehtiyac yoxdur. Onlar onsuz da tərbiyəlidirlər. Dövlətlilərin uşaqlarını tərbiyə etmək lazımdır. O zaman dünya
başqa şəkil alar. Ona görə də J.J.Russo Emili varlı ailədən götürmüşdü. O, deyirdi ki, pozulmuş cəmiyyət
insanları da pozur, belə cəmiyyətdə Emili tərbiyə etmək olmaz. Ona saf təbiətdə, təbiətə uyğun tərbiyə vermək
lazımdır. Təbiətə imkan vermək lazımdır ki, uşaqları tərbiyə etsin. Bitkini becərməklə, insanı tərbiyə etməklə formalaşdırmaq olar. II. Təbii tərbiyə nəzəriyyəsi. Russoya görə, uşağın tərbiyəsi təbiətə uyğun olmalıdır. Russo azad tərbiyə
tərəfdarı idi. Russo tərbiyənin psixoloji cəhətdən əsaslandırılmasını müdafiə edir, uşağın yaş xüsusiyyətləri ilə
bərabər, həm də fərdi xüsusiyyətlərinin nəzərə alınmasını zəruri hesab edirdi.
J.J.Russonun nəzəriyyəsinə görə, təbii tərbiyə tərbiyəçinin uşağı dərindən bilməsi, onun şəxsiyyətinə
yüksək dərəcədə hörmət etməsi nəticəsində onu pis təsirdən qoruya bilər. J.J.Russo deyirdi ki, uşaqlar
tərbiyəni üç mənbədən: təbiət, əşya və insanlardan alır:
1. Təbiət vasitəsi ilə tərbiyə insanın qabiliyyətlərini, hiss orqanlarını inkişaf etdirmək deməkdir;
2. Əşya və hadisələrlə tərbiyə uşaq şəxsiyyətinə onu əhatə edən mühitlə təsir etmək deməkdir. Məsələn:
uşaq əlini oda vurur, əli yanır. Ona görə də ikinci dəfə əlini bir daha oda vurmur və buradan da təbii olaraq
əşyalar vasitəsilə uşaq tərbiyə olunur.
3. İnsanlarla tərbiyə uşaq şəxsiyyətinə müəyyən məqsədlə edilən pedaqoji təsirdir. Russoya görə,
alınan bilik və vərdişlər insanlar tərəfindən verilən tərbiyəyə daxildir.
Bu üç təsir istiqamətdə, vəhdətdə həyata keçirilərsə, tərbiyə düzgün gedər, qarşıya qoyulmuş məqsədə
nail olmaq olar. Tərbi- yədə ən böyük səhv həddindən artıq tələsməkdir. J.J.Russo uşağın təcrübəsini
həddindən artıq yüksək qiymətləndirirdi. Təbiətin verdiyi bizdən asılı deyildir. Russonun təbii tərbiyə
nəzəriyyəsi onu azad tərbiyəyə gətirib çıxarırdı. O deyirdi: “Təbiət tələb edir ki, uşaqlar böyük olmazdan