Korporativ informasiya sistemləri (KİS) müəssisədə biznes-proseslərin və eyni zamanda operativ və idarəetmə uçotunun avtomatlaşdırılmasını nəzərdə tutur.KİS-lər avtomatlaşdırılacaq biznes-proseslərin miqyas və mürəkkəbliyindən asılı olaraq müxtəlif ola bilərlər. Hazırda müxtəlif KİS sistemləri mövcuddur: MRP, MRP II, ERP, CSRP. Bu sistemlər əslində iqtisadi münasibətlərin mürəkəbləşməsi ilə əlaqədar yeni proseslərin avtomatlaşdırılması ehtiyacının nəticəsi olaraq əvvəlkilərə yeni bölmələrin (modulların) əlavə edilməsi şəklində inkişaf etmişdir.
MRP (Material Requirements Planning Resurslara olan Tələbatın Planlaşdırılması) İstehsalda material resurslarının hərəkətinin idarə edilməsinə imkan verir (70-ci illər).MRP II (Manufacturing Resource Planning İstehsal Resurslarının Planlaşdırılması) MRP sisteminə maliyyə planlaşdırılması, əks əlaqə və biznes-proseslərin modelləşdirilməsi elementləri əlavə edilmişdir (80-ci illər)ERP (Enterprise Resource Planning Müəssisənin Resurslarının Planlaşdırılması) MRP II sisteminə maliyyə planlaşdırılması modulu əlavə edilmişdir(90-cı illər).
CSRP (Customer Synchronized Resource Planning İstehlakçılara istiqamətlənərək Resurslarının Planlaşdırılması) ERP sisteminin bütün imkanlarına malikdir və eyni zamanda müştərilərlə geniş münasibətləri əhatə edir: sifarişlərin sənədləşdirilməsi, texninki tapşırıqlar, sifarişçinin yerindəcə dəstəklənməsi (90-cu illərin sonu).Hazırda inkişaf edən ölkələrdə MRP II və ERP sistemlərinin tətbiqi daha geniş yayılmışdır. Bu onunla bağlıdır ki, bu ölkələrdə hələ daxili biznes proseslər avtomatlaşdırılmamışdır.KİS-lərin tətbiqi imkanları genişdir. Onlar müxtəlif sahələrdə-K/t, nəqliyyat, bank, tıcarət, istehsal və s. müvəffəqiyyətlə tətbiq olunur.
KİS-lərin tətbiqi müəssisələrə aşağıdakı nəticələrin əldə olunmasına səbəb olur:- İdarəetmə qərarlarının verilməsi üçün lazım olacaq informasiyaların operativ və daha dəqiq əldə edilməsi imkanı- Dəqiq planlaşdırmanın aparılması və faktiki nəticələrə daha yaxın olan büdcələrin qurulması və yerinə yetirilməsinin izlənilməsi- İstehsal tsiklinin 30-40 % aşağı salınması- Anbar sahələrinin 25-30 % azaldılması- Əmtəə-material ehtiyatlarının dövriliyinin 60-70 % artırılması- Məhsulun çatdırılması ilə bağlı olan gecikmələrin 40-50 % aşagı salınması- Sığorta ehtiyyatlarının 30-40 % azaldılması- İdarəetmə xərclərinin 25-30 % aşağı salınması və s.