İxtisas: İnformasiya texnologiyaları və sistemləri Qrup: 20 İts mövzu: Koperativ informasiya sistem tətbiqi



Yüklə 81,84 Kb.
səhifə2/3
tarix07.10.2022
ölçüsü81,84 Kb.
#64676
1   2   3
20its Həsən

KİS-lərin tətbiq edilməsi müəssisəyə həmçinin əməliyyatların şəffaf olunması baxımından da çox əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, KİS-lər müxtəlif proseslərin avtomatlaşdırılması üçün müstəqil modullara malikdir. Onun üçün də müəssisə tam avtomatlaşdırmanı hissə-hissə həyata keçirə bilər. Məsələn: İstehsal müəssisəsi əvvəlcə lojistika, istehsal və planlaşdırma bölmələrini, daha sonra isə digər bölmələri avtomatlaşdıra bilər. Lakin KİS-lərin müəssisədə tətbiq edilməsi müəyyən çətinliklərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, KİS-lərin tətbiq edilməsi bəzən kulli miqdarda vəsaitin xərclənməsinə səbəb olur. Buna görə də KİS-lərin tətbiq edilməsi ayrıca bir investisiya layihəsi kimi nəzərdə tutulmalıdır. Qeyd etmək lazımdır ki, KİS-lərin tətbiqi əsasən 3 mərhələdə həyata keçirilir:

1-ci Mərhələ: Lazımi KİS-in seçilməsi2-ci Mərhələ: KİS-in istismarı3-cü Mərhələ: Nəticənin məqsədə uyğunluğunun yoxlanılması.Hər üç mərhələdə həyata keçirilən proseslərin düzgünlüyünün yoxlanılması üçün aparılan əməliyyatların auditi lazımdır. Adətən bu cür lahiyələrin auditi iki şəkildə həyata keçirilir:

1. Birdəfəlik audit

2. Kompleks audit

Birdəfəlik audit əsasən 3-cü mərhələdə aparılır. Auditor həyata keçirilən avtomatlaşdırmanın firmanın istəyinə nə qədər uyğun olub-olmadığını yoxlayır. Lakin bü cür auditdə risk çoxdur. Belə auditin ancaq əvvəlki iki mərhələnin daxili imkanlar hesabına yoxlanılması mümkün olan müəssisələrdə aparılması məqsədə uyğundur.Kompleks audit isə hər üç mərhələni əhatə edir. Kompleks audit zamanı auditorlar layihənin bütün mərhələlərində ya başdan sona qədər iştirak edir, ya da müəyyən müddətdən bir yerinə yetirilmiş işlərin nəticəsini yoxlayırlar. Mərhələlərdə həyata keçirilən audit əsasən aşağıdakıları əhatə etməlidir.

1-ci Mərhələ:

- Müəssisədəki biznes proseslərin ardıcıllığının hazırlanması

- Müəssisənin avtomatlaşdırmasına ehtiyacı olduğu bölmələrin müəyyənləşdirilməsi

- Müvafiq KİS-in seçilməsi və s.

2-ci Mərhələ:


Yüklə 81,84 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin