12
hindlilərin müqəddəs, eyni zamanda tədris kitabı idi. Bu kitabda tərbiyə və təhsilin məzmunu
ilə bağlı nümunələr verilirdi. Bu kitab müdrik müəllimin öz şagirdi ilə söhbəti formasında
yazılmışdır. Burda müəllimlərin evində təlim qaydası çox hallarda ailə münasibətləri tipində
qurulurdu: şagird ailənin üzvü hesab edilirdi, təhsil almaqla yanaşı, birgəyaşayış qaydalarını
da mənimsəyirdi. Tədris məşğələləri keçmək üçün xüsusi bina yox idi. Təlim açıq havada
keçirilirdi. Müəllimin evi - qurukula təlim almaq üçün ən münasib yer idi.
Sonralar ailə
məktəbləri yarandı ki, burada gənclərə şihafi yolla bilik verilirdi. Şagirdlər veda mətnləri
dinləyir, əzbərləyir və təhlil edirdilər. Təlim səs-heca üsulu ilə aparılırdı. Hindistanda palma
yarpaqları üzərinə yazırdılar ki, bunları da çox az müddət saxlamaq mümkün idi. Ona görə də
yazıya nisbətən şifahi sözə daha çox üstünlük verilirdi. Şifahi şərh biliklərin verilməsində daha
etibarlı üsul hesab olunurdu. Vedaların əsas hissəsi arxaik dildə səslənirdi. Buna görə də
təlim
fənləri sırasında qrammatika, fonetika və etimologiya xüsusi yer tuturdu. Şagirdlərin vəzifələri
təkcə vedaları
əzbərləməklə bitmirdi, onlar ev işlərinə kömək etməli, pəhriz saxlamalı,
nəfslərini boğmalı idilər.
Tərbiyənin və məktəb təhsilinin inkişafında buddizmin mühüm rolu olmuşdur. Buddizm
təliminin əsasını 4 “nəcib həqiqət” təşkil edirdi. 1) Həyat özü şərdir,
çünki əzab-əziyyətlə
doludur; 2) əzab-əziyyət səbəbsiz deyil, bu kef çəkmək, hakimiyyətə, ağalığa və var-dövlətə
sahib olmaq arzusundan doğur; 3) Əzab-əziyyətə son qoymaq üçün arzu və nəfsdən imtina
etmək lazımdır; 4) Əzab-əziyyətə son qoymaq üçün insan özünü mənəvi cəhətdən təkmilləşdir-
məli, pis hərəkətlərdən çəkinməli, arzularını boğmaq üçün daxili müvazinətini itirməməli, düz
danışmalı, yalan və böhtandan imtina etməli, pak əməl sahibi olmalıdır.
Qədim Hindistanda mütəşəkkil tərbiyə və təlim uzun bir inkişaf yolu keçmiş, təlim
proqramı tədricən praktik həyata yaxınlaşmış, nisbətən sadələşdirilmiş, təhsilə cəlb olunanların
sosial dairəsi genişlənmişdir. Burada elmin müxtəlif sahələri inkişaf etmişdi. Riyazi biliklər
sahəsində müəyyən nailiyyətlər qazanılmışdır. 1-9 rəqəmlərini hindlilər kəşf etmiş, Pifaqor
teoremini bilmişlər.