4
Mündəricat
Avropa Şurası haqqında
Parlament Assambleyası və “Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsi haqqında
Parlament Assambleyasının Sədri tərəfindən ön söz
Qadınlara münasibətdə zorakılıq haqqında Baş məruzəçinin müraciəti
Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında
Konvensiyanın dəstəklənməsində parlament üzvlərinin rolu
Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında
Konvensiyası (CETS No. 210, İstanbul Konvensiyası)
Nə üçün Konvensiya
Konvensiya nələri əhatə edir
Vahid siyasət və məlumatların toplanması
Qabaqlayıcı tədbirlər
Müdafiə və dəstək
Maddi (substantiv) hüquq
İstintaq, məhkəmə təqibi, prosessual hüquq və qoruyucu tədbirlər
Miqrasiya və sığınacaq
Monitorinq Mexanizmi
Digər beynəlxalq sənədlərlə oxşarlıq
Yekun müddəalar
Avropa Şurası Baş Katibinin Müavini tərəfindən son söz
Əlavələr
Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında
Konvensiyası
(CETS No. 210)
İmzalamış və ratifikasiya etmiş ölkələrin cədvəli
Qadınlara qarşı zorakılıqla bağlı Avropa Assambleyasının qərar və tövsiyələrinin siyahısı (2000-2012)
Qadınlara qarşı zorakılıqla bağlı Avropa İnsan hüquqları Məhkəməsinin presedent hüququ
Digər müvafiq beynəlxalq sənədlər və standartların siyahısı
“Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsinin üzvlərinin siyahısı
Avropa Şurası haqqında
5
Avropa Şurasına 47 ölkə daxildir ki, buda faktiki olaraq Avropa qitəsinin bütünü
deməkdir. Təşkilatın məqsədi İnsan Hüquqları və Fundamental Azadlıqlarının
müdafiəsi haqqında Konvensiyaya (İnsan Hüquqları üzrə Avropa Konvensiyası)
və şəxslərin, o cümlədən qadın və qızların müdafiəsi üzrə digər sənədlərə
əsaslanan ümumi demokratik və hüquqi prinsipləri inkişaf etdirməkdən ibarətdir.
1990-cı ildən bəri Avropa Şurası qadınlar və qızları gender əsaslı zorakılıqlardan
qorumağı fəal şəkildə təbliğ edir. 2002-ci ildə Qadınları hər növ zorakılıqdan
qorumaq haqqında 5 saylı Tövsiyənin qəbul edilməsi, 2006 - 2008-ci illərdə isə
qadınlara qarşı zorakılığı, o cümlədən məişət zorakılığını pisləyən və bütün
Avropanı əhatə edən kampaniyanın keçirilməsi buna sübutdur.
www.coe.int/conventionviolence
conventionviolence@coe.int
6
Parlament Assambleyası və “Zorakılıqdan azad qadınlar”
Parlament Şəbəkəsi haqqında
Parlament Assambleyasını Avropa Şurasına üzv olan 47 dövlətin milli parlamentlərini
təmsil edən nümayəndələr təşkil edirlər. Onlar ildə 4 dəfə görüşərək aktual məsələləri
müzakirə edir, Avropa hökumətlərinə təşəbbüslərlə müraciət edərək hesabatlar
hazırlayırlar. Bu parlament üzvləri onları seçən 800 milyon Avropalının adından çıxış
edirlər.
“Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsi ilk dəfə qadınlara qarşı zorakılıqla
mübarizə kampaniyası(2006-2008) çərçivəsində yaradılmışdır. Həmin müddət ərzində
40-a yaxın milli parlament Avropada 200-dən artıq müxtəlif növ tədbir həyata
keçirərək qadınlara münasibətdə zorakılığı pisləmiş, parlament üzvləri və cəmiyyət
arasında maarifləndirmə işləri aparmış, bu bəlanın qarşısını almaq üçün qanunlarda
dəyişiklik edərək qurbanların qorunması və günahkarların məhkəməyə cəlb edilməsini
təmin etmişlər.
Özünün 1635 saylı (2008-ci il) “Qadınlara qarşı zorakılıqla Mübarizə: Avropa Şurası
Konvensiyasına doğru Tövsiyəsi ilə Assambleya belə qərara gəlib ki, kampaniyanın
bitməsi Şəbəkənin sonu demək deyil. Əksinə, bu parlament üzvləri arasında
informasiyanın mübadiləsinin genişləndirilməsi və onların birgə fəaliyyətlərdə sıx
əməkdaşlıq etmələri üçün yeni və güclü vasitədir.
Şəbəkənin hal-hazırda Parlament Assambleyasına üzv olan və orada müşahidəçi
statusuna malik olan dövlətlərin, eləcə də Demokratiya naminə Partnyorların
nümayəndə heyətlərindən ibarət 51 üzvü vardır. Şəbəkənin Siyasi Əlaqələndiricisi
olaraq fəaliyyət göstərən qadınlara qarşı zorakılıq üzrə Baş məruzəçi ona sədrlik edir.
İstanbul Konvensiyasının Nazirlər Komitəsi tərəfindən qəbul olduğu vaxtdan bəri,
Şəbəkə onun gecikdirilmədən qüvvəyə minməsi naminə təbliğ və təşviq edilməsinin
genişləndirilməsini qarşına başlıca məqsəd olaraq qoymuşdur.
www.assembly.coe.int/stopviolence/
womenfreefromviolence@coe.int
7
Şəkil
Parlament Assambleyasının Sədri Tərəfindən Ön söz
İndi qadınlara münasibətdə zorakılığın qarşının alınması üçün hərəkət edin!
2012-ci il olmasına baxmayaraq, hələ də dünyanın hər yerində milyonlarla qadın fiziki və psixoloji
zorakılıqdan əziyyət çəkməyə və bütün digər hüquqlarından daha vacib olan zorakılıq qorxusundan azad
yaşamaq hüququndan məhrum edilməyə davam edir. Qadına qarşı zorakılıq, habelə məişət zorakılığı
qəbuledilməz və dözülməz haldır. Amma yenə də Avropada hər beş qadından biri zorakılığın ya keçmişdə
qurbanı olmuş, ya hal-hazırda qurbanıdır, ya da gələcəkdə potensial olaraq qurbanına çevrilə bilər. Belə
rəftarı yalnız pisləmək artıq kifayət deyil: biz artıq hərəkət etməliyik. Siyasi məsuliyyətimiz bizdən bu
fundamental hüquqların pozulmasına son qoymağı tələb edir.
Parlament üzvləri şəbəkəsinin əsasını qoyduqdan və 2006 - 2008-ci illərdə geniş miqyaslı kampaniya
həyata keçirdikdən sonra Avropa Şurası qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə və onun
qarşısının alınması haqqında Konvensiya qəbul etməklə fəaliyyətinə konkret forma vermiş oldu.
Konvensiya 2011-ci il 26 may tarixində İstanbul şəhərində imzaya açıq elan olundu.
İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə sahəsində
qurbanları müdafiə yollar, qabaqlayıcı tədbirlər, törədən şəxslərin məsuliyyətə cəlb olunması və bu sahədə
siyasətlərin formalaşdırılması kimi məsələləri özündə ehtiva edən hərtərəfli beynəlxalq sənəddir. Kifayət
qədər ölkədə ratifikasiya olunduğu təqdirdə, Konvensiya qadınların statusunu yüksəldəcək və insan
hüquqlarına hörmət bəslənməsinə töhfə verəcəkdir. Konvensiyanın ratifikasiyası və daha sonra həyata
keçirilməsi bizim qurbanların ədalətə olan ehtiyaclarından xəbərdar olduğumuzu və onlarla bu məsələdə
həmrəy olduğumuzu aydın şəkildə nümayiş etdirəcəkdir. Bu günə qədər 24 ölkə Konvensiyaya imza atıb və
yalnız bir ölkədə - Türkiyədə bu sənəd ratifikasiya olunub. Buna görə də, qurbanların müdafiəsini özündə
əks etdirən bu sənəd hələ qüvvəyə minməyib.
Mən Avropa Şurasına üzv dövlətlərin və digər ölkələrin parlament üzvlərini İstanbul Konvensiyasına imza
atılmasını, onun ratifikasiya edilməsini və həyata keçirilməsini artırmağa səsləyirəm. Biz bu konvensiyanı
gözardı etməməli, tam əksinə onun zorakılıq üzərində qələbəsinə zəmin yaratmalıyıq.
Sizi Konvensiyanın mahiyyətini aydın şəkildə anlamaq üçün bu stolüstü kitabdan praktiki vəsait kimi
istifadə etməyə dəvət edirəm. Bu kitabça Konvensiyanın təbliği üçün bir sıra fəaliyyətlərin həyata
keçirilməsi sahəsində bələdçi rolunu oynamaqla yanaşı, həm də sənədin mahiyyətini anlamağa yardım
edəcək. Eyni zamanda, sizi Strasburqda davamlı iclaslar keçirən “Zorakılıqdan azad Qadınlar”
Parlament Şəbəkəsinin işlərini izləməyə dəvət edirəm. 2006-cı ildən bu Şəbəkənin üzvləri qadınlara qarşı
zorakılıqla mübarizənin bayraqdarları sayılırlar. Belə ki, onlar öz müvafiq parlamentlərində və ümumi
ictimaiyyət arasında maarifləndirmə işləri aparırlar. İndi isə, Şəbəkə üzvləri bütün fəaliyyətlərini İstanbul
Konvensiyasının təbliğinə yönəldiblər.
Avropa Şurası Parlament Assambleyasının artıq cənab Mendes Botanın simasında qadınlara qarşı
zorakılıqla bağlı məsələlər üzrə rəsmi sözçüsü var. O, qadınlara qarşı zorakılıq məsələləri ilə bağlı Baş
Məruzəçi təyin olunub. Mən sizi cənab Mendes Botanın ekspert xidmətlərinə müraciət etməyə çağırıram.
Şəxsən özüm də onu bu işdə tamamilə dəstəkləyirəm.
Biz hamımız zorakılığa qarşı birləşməli, gücümüzü nümayiş etdirərək bu konvensiyanın qüvvəyə minməsi
üçün əsl siyasi stimul yaratmalıyıq. Gəlin 2012-ci ili qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə
mübarizə nöqteyi-nəzərindən mühüm il elan edək. Hərəkət edin. Konvensiyanı ratifikasiya edin.
Jan –Klod Minyon (Jean Claude Mignon)
Avropa Şurası Parlament Assambleyasının Sədri
10
Qadınlara qarşı Zorakılıq və Məişət Zorakılığının Qarşısının
Alınması və Ona qarşı Mübarizə haqqında Konvensiyanın
dəstəklənməsində parlament üzvlərinin rolu
Qadınlara qarşı Zorakılıq və Məişət Zorakılığının Qarşısının Alınması və Ona qarşı Mübarizə haqqında
Konvensiya dəstəklənməsində Parlament üzvləri həlledici rola malikdirlər.
Qanunverici orqanın nümayəndələri və siyasət formalaşdıran şəxslər olaraq parlament üzvləri prosesi
Konvensiyaya imza atmaq və ratifikasiya etmək mərhələsinə qədər çatdıra bilərlər. Bundan başqa, onlar
ratifikasiya prosesində birbaşa iştirak edirlər. Onların üzərlərinə götürə biləcəyi və götürməli olduqları
fəaliyyətlər bunlardır:
Konvensiyanı dəstəklənməsi ilə bağlı hökumətlərinin rəyini öyrənmək;
İmza atma və ya ratifikasiya prosesinin hansı mərhələsinə çatıldığı ilə bağlı hökumətlərindən
məlumat almaq;
Konvensiya ilə bağlı milli səviyyədə, xüsusilə öz parlamentlərində müzakirələr təşkil etmək;
Öz parlamentlərinin sənədləşmə mərkəzində müvafiq məlumat sənədlərinin olmasını
təmin etmək;
Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti arasında Konvensiya barəsində biliklərin
artırılması üçün təşəbbüslər irəli sürmək və dəstəkləmək;
Konvensiyanı dəstəkləmək məqsədilə ictimai sorğu keçirmək;
Konvensiyanın milli dillərə tərcümə olunmasını təmin etmək.
İstanbul Konvensiyasından asılı olmayaraq belə, parlament üzvləri qadınlara qarşı zorakılığa son qoymaq
üçün bir sıra addımlar ataraq əhəmiyyətli töhfələr verə bilər ki, bura xüsusilə aşağıdakılar daxildir :
Qadınlara qarşı zorakılıq sahəsində qanunlar hazırlamaq və onların beynəlxalq standartları ən
yüksək dərəcədə əks etdirməsini təmin etmək;
Qadınlara qarşı baş vermiş zorakılıq halları haqqında milli səviyyədə sistematik məlumatlar
toplanması ilə bağlı müraciət etmək;
Zorakılıq qurbanlarına yardım edən xidmət qruplarına lazımi resursların ayrılmasını təmin etmək.
Nəhayət, cəmiyyətin fikrinə təsir edə bilən şəxslər olaraq parlament üzvləri mentalitetlərin təkamülünə
təkan verə biləcək imtiyazlı mövqeyə sahibdirlər. Bu səbəbdən, onlar :
mətbuat vasitələri də daxil olmaqla, ictimaiyyət arasında qadınlara qarşı zorakılığı pisləmək və
inkar etmək məqsədilə güclü mövqe nümayiş etdirməli;
qadınlara qarşı zorakılığın tamamilə aradan qaldırılması kimi məsələləri öz partiyalarının siyasi
proqramlarına daxil edilməsi üçün lobbiçilik fəaliyyəti aparmalıdırlar;
ictimaiyyət qarşısında etdikləri hər çıxışda qadınlara qarşı zorakılığın köklü surətdə aradan
qaldırılması məsələsinə toxunmalıdırlar;
İctimai rəyə təsir etmək imkanına malik olan digər şəxslərin, məsələn, jurnalistlərin, yazıçıların,
şou biznes nümayəndələrinin də iştirakı ilə qadınlara qarşı zorakılıqla bağlı maarifləndirmə
tədbirləri təşkil etməlidirlər.