Ağırlaşdırıcı hallar
Konvensiya müəyyən hallarda, məsələn, cinayətin yaxın ailə üzvü tərəfindən törədildikdə, təkrar
törədildikdə, xüsusilə həssas olan insana qarşı törədildikdə, uşağa qarşı və ya onun gözü önündə
törədildikdə, bir neçə insan tərəfindən törədildikdə, ifrat zorakılıqla törədildikdə, silahdan istifadə etməklə
23
və ya silahla təhdid törədildikdə, qurbana ciddi xəsarət yetirildikdə və təqsirkar daha öncə oxşar cinayətlə
məhkum olunduqda daha ağır cəzaların verilməsini nəzərdə tutur.
İspaniyada, Gender Zorakılığı haqqında Orqanik Qanunun qəbul edilməsindən sonra
Cinayət Məcəlləsinin 148-ci Maddəsinə zorakılığın birbaşa (keçmiş) həyat yoldaşına və
birgə yaşayıb-yaşamamalarından asılı olmayaraq təqsirkarın evliliyə bənzər
münasibətdə olduğu şəxsə qarşı yönəldiyi hallarda cəzaların artırılması məqsədiylə
dəyişiklik edildi. Belçikanın Cinayət Məcəlləsində məişət zorakılığı xüsusi cinayət əməli
olaraq əksini tapmır. Amma, indiki və ya keçmiş həyat yoldaşı və ya partnyoru tərəfindən
fiziki zorakılıq törədilməsi ən ciddi cinayətlərdən hesab olunur və ona qarşı daha ciddi
cəzalar tətbiq edilir.
Mübahisəli məsələlərin həlli ilə bağlı məcburi alternativ proseslərin və ya cəzaların qadağan edilməsi
Zorakılığın baş verdiyi hallarda mübahisəli məsələlərin həlli üçün alternativ metodlar qadağan olunmuşdur,
çünki qurbanla cinayətkar arasında vasitəçilik prosesi heç bir zaman bərabər ola bilməz. Konvensiyada
əksini tapmış zorakılıq baş veribsə, bu cinayətdir və məsuliyyətə cəlb olunaraq mühakimə edilməlidir.
Cinayətkardan cərimə ödəmək tələb olunduğu təqdirdə Tərəflər dolayı yolla bunun qurban üçün maliyyə
çətinlikləri törətməməsini təmin etməlidirlər, belə ki, təqsirkar və qurban çox vaxt eyni ailənin üzvü olurlar
ki, bu da ailə gəlirinə və ya alimentə təsir edə bilər.
İstintaq, məhkəmə təqibi, prosessual hüquq və qoruyucu tədbirlər
Konvensiyanın VI fəsli
Risklərin qiymətləndirilməsi və idarə olunması
Bir çox qurbanlar təqsirkarlar tərəfindən ciddi zorakılıq və ya hətta ölümlə hədələnirlər ki, bu da xüsusilə
qurbanlar evi tərk etdikdə yaxud təqsirkar məsuliyyətə cəlb olunma riski ilə üzləşdikdə baş verir. İstintaqın
bütün mərhələlərində qurbanın qorunmasını təmin etmək üçün birgə fəaliyyət göstərən müvafiq orqanlar
tərəfindən onun üzləşdiyi təhlükənin dərəcəsini müəyyənləşdirmək məqsədilə qiymətləndirmə aparılmalı və
bu riskin idarə olunması üçün bir plan hazırlanmalıdır. Bu dəyərləndirmə zamanı təqsirkarın odlu silahının
olub-olmaması da araşdırılmalıdır. Bu kimi hallarda, Tərəflər qurbanın müdafiəsi üçün hər hansı odlu
silahın və ya döyüş sursatının dərhal müsadirəsini nəzərdə tutan müəyyən tədbirlər görə bilərlər.
Birləşmiş Krallıqda, çox yüksək risk qurbanları ilə bağlı fikir mübadiləsi etmək
qurbanlara və onların uşaqlarına zərər dəyməsinin qarşısını almaq üçün tədbirlər
görmək məqsədilə ayda bir dəfə Çox saylı Qurumların İştirak etdiyi Risk
Dəyərləndirilməsi Konfransları ( MARACs) keçirilir. Onlar müxtəlif səlahiyyətli
orqanları və xidmət qurumlarını, məsələn, polis, probasiya xidməti, bələdiyyələri, səhiyyə
və mənzil orqanlarını, sığınacaq və yardım xidmətlərinin işini əlaqələndirirlər. Çox saylı
Qurumların iştirak etdiyi Risk Dəyərləndirilməsi Konfransları (MARACs) qurbanların
təhlükəsizliyini genişləndirmək üçün fərdi planlar tərtib edir. Bu konfranslar məlumat
boşluqlarının aşkara çıxardılması və aradan qaldırılmasında önəmli rol oynayırlar.
Təcili uzaqlaşdırma əmrləri
Qurbanın dərhal müdafiəsini təmin etmək üçün, Konvensiya zorakılıq törətmiş təqsirkarın öz evindən
uzaqlaşdırılması, gələcəkdə zorakılıq hallarının qarşını almaq üçün qurbanla təqsirkar arasında fiziki
məsafənin qoyulması kimi tədbirləri nəzərdə tutur. Mənzilin sahibi olsa belə, cinayətkarın uzaqlaşdırılması
qurbanın əlavə travmalara məruz qalmasının qarşısını alır, əks halda zərərçəkən təhlükəsizlik üçün, əksər
hallarda öz uşaqları ilə birgə yaşayış yerini tərk etməyə məcbur edilir. Bu kimi halların qarşısının alınması
ilə bağlı hansı orqana səlahiyyət verilməsi məsələlərini Tərəflər özləri həll edirlər, amma bu zaman
qurbanın və ya risk altında olan şəxsin təhlükəsizliyi prioritet olaraq qalmalıdır.
24
Məhdudlaşdırma və ya qoruma əmrləri
Cinayətkarın zorakılığına əngəl olmaq və müəyyən vaxt müddətində onun qurbanla heç bir əlaqəyə
girməməsi üçün Tərəflər bu əmrlərin Konvensiyada nəzərdə tutulan hər növ zorakılığa məruz qalan
qurbanlara tətbiq edilməsini təmin etməlidirlər. Qurbanın təcili müdafiəsi məqsədilə bu əmrlər:
əldə oluna bilən olmalı;
dərhal qorunma üçün yararlı olmalı;
cinayətkarın başqa hüquqi icraatla üzləşib-üzləşməməsindən asılı olmayaraq əlçatan olmalı;
sonrakı hüquqi icraatlar müddətində icazə verilən olmalı;
sadəcə Tərəflərdən birinin xahişi ilə tətbiq edilə bilən olmalı;
ədalət məhkəməsində cavabdehin hüquqlarına xələl gətirmədən verilməlidir.
Avstriyada Ailə Qanunu çərçivəsində Zorakılıqdan Müdafiə qurbanın razılığı və ya
xahişinə baxmadan zorakılığın qarşısının alınması tədbiri kimi polisə məişət zorakılığı
törədən şəxsi ümumi mənzildən 10 gün müddətində çıxarmaq hüququ verir. Polis 24 saat
ərzində qurbana hərtərəfli məsləhət verə bilən müdaxilə mərkəzinə hadisə ilə bağlı
məlumat göndərməlidir. Aparılan məsləhətləşmənin məqsədlərindən biri qurbanın 3 aya
qədər davam edən uzun müddətli müdafiə əmri ilə bağlı ailə məhkəməsinə müraciət edib-
etməməsinə dair məlumatlı qərar verməsini təmin etməkdən ibarətdir. Bu qanundan
sadəcə ər və arvadlar və ya partnyorlar deyil, həmçinin ailə şəklində yaşayan bir sıra
potensial qurbanlar da yararlanmalıdır.
Qoruma tədbirləri
Məhkəmə prosesi zamanı qurbanların hüquqlarına hörmət bəslənməsini təmin etmək və onların başqa
travmalarla üzləşməsinin qarşısını almaq məqsədilə Tərəflərdən bir sıra müdafiə tədbirləri təqdim etmək
tələb olunur ki, onlara da aşağıdakılar daxildir:
qurbanların, onların ailələrinin və şahidlərin hədə-qorxu halları ilə üzləşməməsini təmin etmək;
xüsusi təhlükə altında olan qurbana cinayətkarın yeri ilə bağlı məlumat verilməsi;
mövcud xidmətlər, istintaqın gedişatı və onların məhkəmə işinin nəticəsilə bağlı məlumat
verilməsi;
cinayətkarın iştirakı olmadan ifadə verməsinin və dəlil-sübutlar təqdim etməsinin təmin edilməsi
və şəxsi həyatlarının və kimliklərinin müdafiəsi;
İfadə verən və ya prosesdə iştirak edən qurbana pulsuz olaraq tərcümə xidmətinin edilməsi.
Miqrasiya və sığınacaq
Konvensiyanın VII Fəsli
Miqrant və qaçqın qadınlar zorakılığa qarşı xüsusilə həssasdırlar. Buna görə, Konvensiya onun
müddəalarının icrası ilə bağlı miqrant yaxud qaçqın statusu səbəbiylə kiməsə ayrı-seçkilik tətbiq edilməsini
qadağan edir. Konvensiya həmçinin həssas şəxslərin ehtiyaclarını nəzərə almaqla belə zorakılığın qarşısının
alınması tələb edir.
Yaşayış (rezident) statusu
25
Avropa Şurasına üzv dövlətlərinin əksəriyyəti öz hüquqlarına əsasən yaşayış statusu verənə qədər
müəyyən müddət ərzində ər-arvadın evli qalmasını və ya birgə yaşamasını tələb edir. Nəticədə miqrant və
qaçqın qadınların çoxu zorakılıq vəziyyətini tərk etmirlər, çünki bu zaman onlar yaşayış statusunu itirmək
təhlükəsi ilə üzləşirlər. Konvensiya zorakılığa məruz qalan miqrant qadınlara müstəqil yaşayış statusu əldə
etmək imkanı yaradır və digər ölkədə zorla evliliyə məcbur edilən miqrant qurbanların öz yaşayış
statuslarını bərpa etməsinə şərait yaradır.
Konvensiya Tərəflərə yaşayış statusu ilə bağlı müddəaları tətbiq etməmək və ya onları yalnız xüsusi hallar
və şərtlərdə tətbiq etmək hüququ verir.
Gender əsaslı sığınacaq tələbləri
Sığınacaq axtaran qadınları müdafiə ilə bağlı spesifik məsələlər narahat edir ki, onlar da kişiləri narahat
edən məsələlərdən fərqlidir. Mədəniyyət nöqteyi-nəzərindən həssas məsələlərə önəm verilməyən miqrant
statusunun müəyyənləşdirilməsi prosesi zamanı zorlama kimi zorakılıqlara məruz qalan qadınlar adətən
bunu dilə gətirə bilmir və ya demək istəmirlər. Çox vaxt cinsi qısnama və istismara məruz qalan bu
qadınlar özlərini müdafiə etməkdə aciz qalırlar. Sığınacaq axtaran qadınlarla bağlı bir sıra məsələləri həll
etmək üçün Konvensiya Tərəflər üzərinə aşağıda qeyd olunmuş öhdəlikləri qoyur:
qadınlara qarşı gender-əsaslı zorakılığı 1951-ci il Qaçqınlar üzrə Konvensiyanın mənası baxımından
təqib kimi qəbul etməyi;
Qaçqın statusu verilərkən gender cəhətdən həssas təfsir verilməsini təmin etməyi;
Sığınacaq verilməsi prosesində qadınlar və kişilər arasındakı fərqlərin nəzərə alınmasını təmin etmək
məqsədilə gender cəhətdən həssas prosedurları, təlimatlar və dəstək proqramları təqdim etməyi.
Bu müddəa və aşağıda göstərilən non-refoulement (geri qaytarılmama) müddəası Qaçqınların Statusuna
dair 1951-ci il Konvensiyasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən şərh edilən İnsan
Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü bəndinə uyğundur və onların hüdudlarından kənara çıxmır.
2002-ci ildə BMT Qaçqınlar üzrə Ali Komissarı(BMT QAK) Beynəlxalq Müdafiə
haqqında Təlimatlar: 1951-ci il Konvensiyasının 1A(2) Maddəsi və/və ya onun 1967-ci il
Protokolunun konteksti çərçivəsində Gender Əsaslı Təqib sənədini nəşr etdirib. Bu
Təlimatların əsas məqsədi hökumətlər, hüquqi sahəsində çalışanlar, qərar qəbul edənlər və
məhkəmələri, həmçinin bu sahədə qaçqın statusunun müəyyənləşdirilməsi işini həyata
keçirən BMTQAK əməkdaşlarını hüquqi interpretasiya təlimatları ilə təmin etməkdən
ibarətdir.
Non-refoulement (qaçqınların geri qaytarılmaması)
Konvensiya statusundan asılı olmayaraq beynəlxalq müdafiəyə ehtiyacı olan qaçqınların həmin ölkədə
onları təhlükə gözlədikdə ya da işgəncəyə, qeyri-insani yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə
məruz qalma ehtimalları olduqda öz ölkələrinə geri qaytarılmamasını bir öhdəlik olaraq müəyyən edir.
Non-refoulement (geri qaytarılmama) prinsipi sığınacaq axtaranlar və qaçqınların beynəlxalq müdafiəsi
sahəsində əsas rol oynayan prinsipdir.
Monitorinq mexanizmi
Konvensiyanın IX Fəsli
Tərəflərin Konvensiyanı tam şəkildə yerinə yetirməsindən əmin olmaq üçün o qüvvəyə mindikdən sonra
monitorinq mexanizmi yaradılacaq. Bu mexanizm 2 qurumdan ibarət olacaq:
26
Qadınlara və məişət zorakılığına qarşı tədbirlər üzrə ekspert qrupu- GREVİO adlanan texniki orqan
insan hüquqları, gender bərabərliyi, qadınlara və məişət zorakılığına qarşı mübarizə, qurbanlara
yardım kimi sahələr üzrə çalışan 10 və ya 15 mütəxəssisdən ibarət olacaq. Bu qrup Konvensiyada
iştirak edən Tərəflərin(ölkələrin) vətəndaşlarından ibarət olacaq və burada gender, çoxşaxəli və
coğrafi balans qorunub saxlanılacaq. Onun rolu Tərəflərin Konvensiyanı nə dərəcədə yerinə yetirdiyini
müəyyənləşdirməkdən ibarət olacaq.
Tərəflərin Komitəsi Konvensiyada iştirak edən Tərəflərin nümayəndələrindən ibarət olan bu siyasi
orqan həmin ölkələrin namizədliyini irəli sürdüyü şəxslər arasından GREVİO-nun üzvlərini seçəcək.
Prosedur
GREVİO hazırlayacağı sorğu əsasında Konvensiyada iştirak edən dövlətlərdən hesabatlar alacaq. O,
həmçinin QHT-lərdən, vətəndaş cəmiyyətlərindən, insan hüquqlarının müdafiəsi üzrə milli institutlardan,
Avropa Şurası İnsan Hüquqları üzrə Komissarından, Parlament Assambleyasından və Avropa Şurasının
digər ixtisaslı qurumlarından yaxud Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan
Qaldırılması üzrə Konvensiya (CEDAW) Komitəsi kimi digər beynəlxalq sənədlər tərəfindən yaradılan
ixtisaslaşdırılmış qurumlardan məlumat ala bilər. Əgər verilmiş məlumat kifayət deyilsə yaxud hər hansısa
bir məsələ təcili diqqət tələb edirsə, onda GREVİO bu dövlətin milli hakimiyyət orqanları ilə əməkdaşlıq
çərçivəsində həmin ölkəyə səfər edə bilər.
Alınan məlumat əsasında GREVİO sözügedən ölkə tərəfindən şərh edilməsi üçün bir hesabat tərtib edəcək.
Bu şərhlər yekun hesabatda nəzərə alınacaq və GREVİO nəticələri Tərəflər Komitəsinə təqdim edəcək.
Komitə GREVİO-nun əldə etdiyi nəticələr əsasında bu ölkənin göstərilmiş tarixdə yerinə yetirməsi üçün
tövsiyyələr qəbul edə bilər.
Ümumi Tövsiyyələr
GREVİO xüsusi bir Tərəf üçün deyil, iştirak edən bütün dövlətlər üçün nəzərdə tutulan tövsiyyələr qəbul
edə və Konvensiyanın müddəalarının effektiv şəkildə yerinə yetirilməsinə dair aydın təlimatlar təklif edə
bilər.
Monitorinqə Parlamentlərin cəlb edilməsi
Konvensiyanın müddəalarının yerinə yetirilməsində oynadıqları rolu nəzərə alaraq Milli Parlamentlər
monitorinq prosesində iştirak etməyə dəvət olunurlar və Tərəflərdən GREVİO hesabatlarını məsləhətləşmə
məqsədi ilə parlamentlərə təqdim etmək tələb olunur.
Avropa Şurası Konvensiyasında ilk dəfə olaraq Parlament Assambleyası, Konvensiyanın yerinə
yetirilməsini müntəzəm olaraq yoxlamağa dəvət olunur. Bu müddəa Parlament Assambleyasının qadınlara
qarşı zorakılıq məsələsini Avropa Şurası və üzv dövlətlərin siyasi gündəminə gətirilməsində və bu məsələ
ilə bağlı uzunmüddətli öhdəliyin qəbul edilməsində oynadığı önəmli rolu tanıyır.
Digər Beynəlxalq Sənədlərlə əlaqə
Konvensiyanın X Fəsli
Bu müddəa Konvensiya ilə digər beynəlxalq sənədlərin ahəngdar şəkildə mövcud olmasını təmin etmək
məqsədilə onlar arasında münasibətləri əhatə edir. Konvensiya özünün də əhatə etdiyi məsələlərlə bağlı
Avropa İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyası və onun Protokolları,
Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Konvensiya və onun
Fakültativ Protokolu kimi beynəlxalq sənədlərin müddəalarından irəli gələn hüquq və vəzifələrə müdaxilə
etmir. Konvensiya qadınlara qarşı zorakılığın və məişət zorakılığı qurbanlarının müdafiəsinin və onlara
edilən dəstəyin genişləndirilməsi üçün tərtib edilmişdir.
27
Konvensiyada iştirak edən Tərəflər Konvensiyanın müddəalarını gücləndirmək və ya onun yerinə
yetirilməsini genişləndirmək məqsədilə bəhs edilən məsələlər ətrafında ikitərəfli və ya çoxtərəfli sazişlər
əsasında əməkdaşlıq etməyə həvəsləndirilirlər
.
Yekun Müddəalar
Konvensiyanın XII fəsli
Qüvvəyə minməsi
Konvensiya Avropa Şurasına üzv dövlətlər, onun hazırlanmasında iştirak etmiş qeyri-üzv dövlətlər
(Kanada, Vatikan, Yaponiya, Meksika və Amerika Birləşmiş Ştatları) və Avropa İttifaqı üçün imzaya
açıqdır.
Konvensiya səkkizi Avropa Şurasına üzv dövlət olmaqla, 10 ölkə tərəfindən imzalandığı və ratifikasiya
edildiyi təqdirdə qüvvəyə minəcək.
Konvensiyaya qoşulma
Konvensiya qüvvəyə mindikdən sonra Avropa Şurasına üzv olmayan istənilən dövlət ona qoşulmağa dəvət
edilə bilər.
Qeyd-şərtlər
Tərəflərə yalnız icazə verilən maddələrə və yalnız bir dəfə yenilənməklə, beş il müddətinə qeyd-şərtlər
etmək icazəsi verilir. Qeyd-şərtlərin edilməsi imkanı mümkün qədər çox dövlətin Konvensiyanı ratifikasiya
etməsinə şərait yaratmalıdır, lakin xüsusi məsələlərlə bağlı onların qanunvericiliyinin uyğunlaşdırılmasına
daha çox vaxt aparır.
Qeyd-şərtlər aşağıdakılarla bağlı edilə bilər :
Maddə 30 (Kompensasiya), 2-ci bəndinə;
Maddə 44 (Yurisdiksiya), 1.e, 3 və 4 –cü bəndlərə;
Maddə 55 (Ex parte and ex officio icraat), 35-ci Maddənin 1-ci bəndinə az əhəmiyyətli cinayətlərlə
bağlı;
Maddə 58 (Məhdudiyyət Əsasnaməsi) 37, 38 və 39-cu Maddələrlə bağlı;
Maddə 59 (Yaşayış statusu).
Tərəflər, eyni zamanda Maddə 33-ə (psixoloji zorakılıq) və Maddə 34-ə (təcavüz məqsədilə təqib) qeyri-
cinayət cəzaları tətbiq etmək hüququnu saxlaya bilərlər.
Qeyd-şərtlər Konvensiya imzalandıqdan və ratifikasiya olunduqdan sonra edilə və Avropa Şurasının Baş
Katibi tərəfindən verilən Bəyanat ilə çıxarıla bilər. Beş ildən sonra qeyd-şərtlər yenilənmədiyi təqdirdə
aradan qalxırlar. Tərəf öz qeyd-şərtini yeniləməyi qərara aldıqda onun səbəbləri barədə GREVIO-nu
məlumatlandırmalıdır.
28
Şəkil
Avropa Şurası Baş Katibinin Müavini tərəfindən Son söz
29
Qadınlara qarşı zorakılıq və məişət zorakılığının cəmiyyətin bütün təbəqələrinə təsir etdiyinə və üzv
dövlətlərin hamısında geniş yayıldığına heç bir şübhə yoxdur. Cinsi zorakılıq və təcavüz, zorlama, məcburi
evlilik, qadın sünnəti, partnyorları tərəfindən fiziki və psixoloji təcavüz, məcburi abort və qısırlaşdırma
Avropa və dünyada bir çox qadınların üzləşdiyi kədərli reallıqlardır.
İstanbul konvensiyası qadınlara qarşı zorakılığın gender əsaslı zorakılığın bir forması olduğunu və yalnız
qadın olduqları üçün qadınların başına gəldiyini və qadınların kişilərlə müqayisədə bu zorakılığa daha çox
məruz qaldığını dərk etmə gerçəyi əsasında hazırlanıb. Burada insan hüquqları təhlükədə olduğundan,
dövlətlər zorakılığın bütün formaları ilə mübarizə aparmaq, qurbanları qorumaq, təqsirkarları məsuliyyətə
cəlb etmək kimi vəzifələrin məsuliyyətini daşıyırlar. Bura açıq danışmamız tələb olunur: əgər qadınlar iri
miqyasda gender əsaslı zorakılığa məruz qalırsa, dövlət orqanları və qurumları isə buna laqeydlik göstərək
görməzdən gəlirsə, onda qadınlar və kişilər arasında hansı real bərabərlikdən söz gedə bilər?!
İstanbul Konvensiyası qadınlara qarşı törədilmiş zorakılıq formalarını ünvanlasa da, ailə daxilində kişilər,
uşaqlar və qocaların təcavüzə məruz qaldıqlarını əks elətdirən faktların da üstündən keçmir, onları gözardı
etmir. Yardıma və müdafiəyə ehtiyacı olan hər kəsə kömək etmək məqsədilə, İstanbul Konvensiyası
Tərəfləri məişət zorakılığının bütün qurbanları üçün nəzərdə tutulan tədbirləri tətbiq etməyə çağırır.
Parlament Assambleyası uzun zamandır ki, gender bərabərliyini inkişaf etdirmək üçün yollar axtarır və
dövlətlərdən qadınlara münasibətdə ayrı-seçkilik qoyulması səbəbiylə yaranan təcili problemləri həll
etmələrini tələb edir. Qadınlara qarşı zorakılığın gender bərabərliyi sahəsində başlıca maneə, insan
hüquqları pozuntusu və cəmiyyətimiz üçün təhlükə olduğunu nəzərə alsaq, Assambleya zorakılığa qarşı
mübarizə məqsədilə həm İstanbul Konvensiyasından əvvəl, həm də onunla bağlı danışıqlar gedən
müddətdə, məcburi hüquqi qüvvəyə malik olan hərtərəfli standartlar toplusunun hazırlanmasında həlledici
rol oynamışdır. Müqavilə bu təşəbbüslərin kulminasiyası olmaqla bərabər, dəyişikliyə səbəb olacaq
beynəlxalq tədbirlər toplusudur. Mən inanıram ki, Assambleyanın cari öhdəliyi Konvensiyanı təbliğ və
təşviq etməkdir. Mətn üzərində aparılan danışıqlar qadınlara qarşı zorakılıqla mübarizə aparmaq üçün güclü
siyasi impuls yaratmışdır. Bu məqamdan istifadə edərək müqavilənin ən tez imkanda qüvvəyə minməsini
təmin etmək vacibdir.
Bu stolüstü kitabla parlament üzvlərinə cəmiyyətdə İstanbul Konvensiyasının daha çox tanınması, onun
müddəalarının izahı və vacibliyinin səbəblərini göstərilməsi üçün praktiki vasitə təqdim edilir. Mən
əminəm ki, siz vəziyyətin tələb etdiyi inandırıcı arqumentləri tapa biləcəksiniz. Dünyada, o cümlədən
Avropada yaşayan qadınlar sizin dəstəyinizə inanırlar.
Qabriella Battaini-Draqoni,
Avropa Şurası Baş Katibinin Müavini
Dostları ilə paylaş: |