United nations office in azerbaijan



Yüklə 18.12 Kb.
tarix21.04.2017
ölçüsü18.12 Kb.



БИРЛЯШМИШ МИЛЛЯТЛЯР ТЯШКИЛАТЫНЫН АЗЯРБАЙЪАНДАКЫ НЦМАЙЯНДЯЛИЙИ



3, UN 50th Anniversary str., Baku, Azerbaijan, AZ 1001

Tel: (+99412) 98 98 88 Fax: (+99412) 92 24 91 / 98 32 35 E-mail: office@un-az.org www.un-az.org





Мятбуат цчцн мялумат
Информасийа хидмяти

ПР/04/020 25 ийун 2004-ъц ил

BMT Baş Katibinin Narkotiklərdən sui-istifadə və onların qeyri-qanuni dövriyyəsi əleyhinə Beynəlxalq Gün münasibətilə müraciəti


26 iyun 2004
Nakotik vasitələrdən istifadə haqqında ən zərərli yanlış təsəvvür bu problemin daimi olması haqqındadır. Əsl həqiqət isə ondadır ki, narkotiklərdən istifadənin müalicəsi mümkündür, və bu da dəyər və şərəfi insan həyatına qaytara bilər. Narkotiklərdən sui-istifadə və onların qeyri-qanuni dövriyyəsi əleyhinə Beynəlxalq Günün builki mövzusu «Narkotiklər: Müalicə mövcuddur», yanlış təsəvvürə aydınlıq gətirmək və ən son və etibarlı tədqiqat və dəlillərə əsaslanan müalicəyə dair faktların çatdırılmasına xidmət edir.
Bütün dünyada milyonlarla insan – bu bəlaya düçar olanlar və onların ailələri-narkotiklər problemi ilə üzləşmişdir. Onların həyatı puç olmuş, sağlamlığına ziyan dəymiş, təhsili yarımçıq qalmış, iş yerləri itirilmiş, ailələri isə dağılmışdır. Narkotiklərlə bağlı problemləri olan şəxslər, onların ailələri və dostları bilməlidirlər ki, bu vəziyyətdən çıxış yolu vardır və səmərəli yardım hər bir fərdin ehtiyacları və vəziyyətindən asılı olaraq müxtəlif formalarda mümkündür.
Bu gün biz asılılıq mexanizmini daha yaxşı başa düşürük. Bilirik ki, narkotikdən asılılıq xroniki xarakter daşıyır və bir çox hallarda orqanizmin pozulmasına səbəb olur. Bildiyimiz kimi, bir çox xroniki xəstəliklər kimi, narkotik vasitələrin təsiri altına düşmüş şəxslərin yenidən səmərəli həyat şəraiti əldə etməsinə, sağlamlığında yaranmış fiziki və əqli problemin azaldılması və aradan qaldırılmasına, ailə bağlarının inkişaf etdirilməsinə, uşaqlara göstərilən qayğının bərpası və daha da möhkəmləndirilməsinə, daha yaxşı yaşayış şəraiti və məşğulluq imkanlarının əldə olunmasına kömək edən səmərəli müdaxilələr də mövcuddur. Bu da məlumdur ki, narkotik vasitələrdən müalicə kriminal hadisələrin sayının, qanla keçən infeksion xəstəliklərin, xüsusilə də HİV/AİDS-in ötürülməsi riskinin azaldılması və onlara daha sağlam və faydalı şəxslər və ailələrdən yararlanmağa imkan verilməsi kimi məsələlərdə cəmiyyət üçün xeyirlidir.
Siyasəti formalaşdıranlar anlamalıdırlar ki, müalicə narkotiklərdən istifadənin təkcə sağlamlığa və cəmiyyətə göstərdiyi təsirin deyil, eləcə də göstərilən tibbi xidmət, sosial təminat və kriminal hadisələrə hüquqi müdaxilə xərclərinin azaldılması məsələlərinin həllinin mənfəətli yoludur. BMT-nin Narkotiklər və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Agentliyinin www.unodc.org internet səhifəsində yerləşdirilən küllü miqdarda faydalı məlumat narkotik vasitələrin istifadəsindən müalicəyə dair faktlara aydınlıq gətirməyə imkan verəcək.
Narkotiklərdən sui-istifadə və onların qeyri-qanuni dövriyyəsi əleyhinə Beynəlxalq Gündə mən hər bir kəsi müalicəyə və onun səmərəliliyinə dair təsirli dəlillərə diqqət yetirməyə və onları nəzərə almağa çağırıram. Müalicə varsa, biz hamımız ondan faydalana bilərik.


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə