United Nations Children’s Fund Azerbaijan Country Office



Yüklə 14,82 Kb.
tarix15.03.2017
ölçüsü14,82 Kb.
#11339


United Nations Children’s Fund

Azerbaijan Country Office

24, Suleyman Dadashev str.

Baku, Azerbaijan AZ 1073

Telephone 994-12 492 17 82

994-12 492 30 13

Facsimile 994-12 493 82 78

e-mail baku@unicef.org

www.unicef.org/azerbaijan



Birləşmis Millətlər Uşaq Fondu

Azərbaycan Nümayəndəliyi

3, BMT-nin 50 illiyi küçəsi

Bakı, Azərbaycan AZ 1001

Telefon 994-12 492 17 82

994-12 492 30 13

Faks 994-12 493 82 78

e-poçt baku@unicef.org

www.unicef.org/azerbaijan





ŞAHMAT ÇEMPİONU TEYMUR RƏCƏBOV UNICEF-in XOŞMƏRAMLI SƏFİRİ OLDU
BAKI, 4 may, 2006-cı il – Teymur Rəcəbov, dünya şöhrətli gənc şahmat çempionu Azərbaycanda UNICEF-in Xoşməramlı Səfiri təyin edildi.
Dünyada ən gənc beynəlxalq qrossmeyster adı almış Rəcəbov bu yeni rolunda ölkədə diqqəti yod çatışmazlığı probleminə və duzun universal yodlaşdırılmasına olan ehtiyaca yönəldəcəkdir.
Yod çatışmazlığı bütün dünyada uşaqlarda zehni və əqli inkişafın zəifliyinə gətirib çıxaran səbəblərdən biridir. Uşaqlıq və yeniyetmə çağlarında yod çatışmazlığı xəstəliklərinə fiziki inkişafın gerililiyi, əqli inkişafın zəifləməsi, intellektual səviyyənin aşağı düşməsi və zob xəstəliyi daxildir.
İnsan orqanizminə yaşadığı ömür boyu bir çay qaşığı miqdarında yod tələb olunur. Yod çatışmazlığına qarşı mübarizə aparmaq üçün, gündəlik qida rasionun tərkibində az miqdarda da olsa yod olmalıdır. Bunun da ən səmərəli və sərfəli yolu əhalinin qida tərkibində qəbul etdiyi xörək duzunun yodlaşdırılmasıdır.
Azərbaycan yod çatışmazlığı xəstəliklərinin aradan qaldırılması istiqamətində mühüm irəliləyiş əldə etmişdir. Buna 2003-cü ildə duzun universal yodlaşdırılması haqqında qanunun qəbul edilməsini misal gətirmək olar. Buna baxmayaraq, yodlaşdırılmış duzun istehsalında xüsusilə keyfiyyətə nəzarəti artırmaqla və yuxarıda qeyd edilmiş qanunu tam tətbiq edərək yodlaşdırılmamış duzun satışının tam aradan qaldırılmasına ehtiyac vardır. Ölkə 2007-ci ilin sonuna qədər bu problemin aradan qaldırılmasını öz öhdəsinə götürmüşdür.
“Zehnin və əqlin inkişafdan geri qalması tək uşaqlar üçün faciə deyil. Mikro-qidalandırıcıların, o cümlədən A vitamini, dəmir və yod çatışmazlıqları milli iqtisadi artımın 5 faiz aşağı düşməsinə gətirib çıxara bilər”, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Hanaa Singer bildirdi.
“Biz Azərbaycanda uşaq və gənclərin həyatının yaxşılaşdırılması istiqamətində Teymurun bizə qoşulmasından çox məmnunuq. Mən inanıram ki, o, öz bacarıq və vaxtını sərf edib, gənclər üçün nümunəvi rol oynayaraq və onlarda ruh yüksəkliyi yaradaraq bu sahədə fəal təbliğatçı olacaqdır”, o qeyd etdi.
UNICEF-in Xoşməramlı Səfirləri dünya miqyasında tanınmış şəxslərdir. Onlar, həm öz sahələrində həm də geniş ictimaiyyətdə uşaqlar üçün lazım olan köməyi səfərbər edəcək qabiliyyətə malikdirlər. Teymur, illərlə UNICEF-i dəstəkləyən 200-dən artıq film, musiqi, idman və ədəbiyyat sahələrindəki ulduzların sırasına qatılır: Suzan Sarandon, Roger Mur, Nikol Kidman, Robi Uilyams, Sara Cessika Parker, Diana Ros, İzabella Rosselini, Fil Kolins, Mia Farou, və digərləri.

###


UNICEF dünyanın 156 ölkə və ərazilərində fəaliyyət göstərir. Onun proqramları təhsil, səhiyyə, su təchizatı və sanitariya və uşaqların müdafiəsi kimi sahələri əhatə edir. UNICEF həmçinin hökumətlə uşaq haqlarının müdafiəsi və irəli sürülməsi və uşaqların gələcək həyatlarında qərar vermək hüquqlarının olacağına zəmanət vermək üçün daxili siyasəti, büdcə ayırmaları və proqramların işlənib hazırlanmasını təbliğ edir.

Əlavə məlumat üçün əlaqə saxlayın:

Ayna Mollazadə, Media və İctimai Əlaqələr üzrə Məsul İşçi

Tel: 99412 492 3013

Faks: 99412 492 2468

E-poçt: amollazade@unicef.org


\



Yüklə 14,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin