ŞӘHӘR İŞLӘRİ Bütövü kәsmә, paraya dәymә, doğra doyunca ye



Yüklə 38,61 Kb.
tarix24.03.2017
ölçüsü38,61 Kb.
#12225
ŞӘHӘR İŞLӘRİ

Bütövü kәsmә, paraya dәymә, doğra doyunca ye
Atalar sözü

S ә d r. Camaat! Sizi bura çağırmışıq ki, bir yaman xәbәr verәk. Bizi soyurlar.
C a m a a t. Bilirik, bilirik. Şәhәr xarab oldu, әldәn getdi.... Bunların hamısını bilirik.

B i r i s i. Bayıra çıxırıq, qorxuruq, evimizdә otururuq, qorxuruq.

B i r a y r ı s ı. Vay odur ki, poçtdan kağız alam, ürәyim qopub dabanıma düşür. Deyirәm ki, yәqin anonimni kağızdır, pul istәyirlәr. Vallah, odur ki, bütün dost-aşnaya yazmışam ki, daha mәnә bu günlәrdә kağız yazmasınlar. Çünki sözün doğrusu, hәr kağız aldıqca, sarılıq azarına, düşürәm.

Bir özgәsi. Әşi, sәn onu deyirsәn. Mәn yazıq nә qayırım ki, evimizin qapısı ağzında fayton sәsi eşidәn kimi deyirәm: Vay, mәni oğurlamağa gәldilәr. Odur ki, cәmi tanışlarımdan tәvәqqә elәmişәm ki, bizә faytonla gәlmәsinlәr.

B i r q e y r i s i (Kamali-naümidlә). Qapımızın izvanökini sındırmışam. Nә qayırım, a başına dönüm, izvanök "cırt" elәdikcә, mәndә ürәk qalmır ki....

S ә d r. Bunlar hamısı ona dәlildir ki, bizi soyurlar. Ona görә dә buraya yığılmışıq ki, bu barәdә bir әncam tapasınız. Hәr nә ürәyinizә, ağlınıza gәlir, hamısını açın, burada deyin, bәlkә allah belә elәyә ki, bir әncam tapıla.

B i r n ә f ә r. Cәnab sәdr, әvvәla, tәvәqqә elәyirәm ki, burada bir nәfәr intelligent olmasın vә hәrgah varsa da, dursun, bassın bayıra.

S ә d r. Arxayın ol. Biz buraya bir nәfәr dә intelligent çağırmamışıq.
S ә s l ә r. Afәrin bu tәdbirә!

S ә d r. Çox sağ olun! İndi buyurun, danışın görәk, nә qayıraq?!

B i r n a t i q. Camaat, danışmaq, üçün mәnim ürәyimdә çox söz var, amma, heyf ki, boğazım quruyub vә nitqim tutulub. Boğula-boğula qalmışam. Çünki sözün doğrusu, buraya yığılan adamların hamısının xasiyyәtinә bәlәd deyilәm. Bәlkә sözüm birisinә xoş gәlmәdi, onda gәrәk buradan bayıra çıxmayam....
Ö z g ә n a t i q. Camaat, siz nә qorxaq adamlarsınız?! Bu işlәrin özgә bir әlacı yoxdur, tәk bircә әlacı var ki, onu sizә deyirәm. Bütün soyğunçuların hamısının adlarını yazmaq vә cәnab qradonaçalnikә vermәk vә ondan tәvәqqә elәmәk ki, o adamların hamısını köhnә dumun qabağında assınlar, vәssalam!
D i g ә r b i r n a t i q (Әvvәlkinә). Balam, allah sәndәn

razı olsun. Savadın varmı?
Ә v v ә l k i n a t i q. Necә?
İ k i n c i. Hәrgah savadın varsa, ala bu qarandaş-kağızı, o adamların adlarını yaz, yoxsa sәn de, mәn yazım....
B i r s ә s (Әvvәlki natiqә). ... filan ... zәhmәt çәk, bayıra çıx, sәninlә bir müxtәsәr işim var....

Ә v v ә l k i n a t i q. Bu saat gәlirәm. Camaat, ancaq o adamların adlarını mәn bilmirәm vә mәnim o cürә şeylәrdәn әsla xәbәrim olmaz. Bir sözdür dedim, hamı danışır, biri dә mәn. Yoxsa mәn nә bilirәm ki, soyğunçu kimdir?
B a ş q a b i r n a t i q. Camaat, buraya yığılan adamların hamısı bakılıdırmı?
S ә s l ә r -- Hәri, hәri! Necә?
H a m a n n a t i q. Heç, elә onu xәbәr alırdım....

S ә d r. V i n o v a t! Tәk bircә mәn bakılı deyilәm, özüm dә Kurskdan gәlmişәm.
S ә s l ә r. Әgәr yoxdur, deyin görәk, nә elәmәk lazımdır?
B i r n a t i q (Ayağa durub, ora-bura boylanır)....
S ә s l ә r. Nә axtarırsan?
H a m a n n a t i q. Burada molla yoxdur ki?
S ә s l ә r. Xeyir, mollanın burada nә işi var?

H a m a n n a t i q. Çox yaxşı. Keçәn sәfәr klubda qumar oynayırdım. Gördüm ki, birisi gәldi vә mәnim yoldaşımdan min manat pul aldı. Soruşdum ki, nә üçün o sәndәn min manat pul aldı. Cavabında dedi ki.... (Bәrk öskürürlәr), cavabında dedi ki, pul alan ... qardaşımdır (Oturur).

A y r ı n a t i q. Camaat, vallah, adam ürәyinin sözünü açıb deyә bilmir, belә can şirindir, nә etmәk? Yenә bir ayrı yer ola....
B i r i s i. Camaat, durun gedәk mәscidә!...

A y r ı s ә s. Bәli, yumurtası tәrs düşmüş toyuq kimi o taxçadan bu taxçaya atılaq. Hәr nә sözünüz var, burada deyin, vәssalam.

T ә z ә b i r n a t i q. Hәzәrat! Hәmin bu cürә işlәr ki, bu gün bizim Bakıda vaqe olur, haman bu işlәr hamısı bütün Rusiyada da vaqe olur. (Sәdr başını qalxızır). Bu nizamsızlıqların hamısına da sәbәb Rusiyada mövcud olan istibdad....
S ә d r. (Bәrk çığırır)-- O, hey! Oralara әl uzatma.

Vallah, mәclisi bağlaram.
S ә s l ә r. Otur aşağa!
B i r i s i. Cәnab sәdr, sәndә durbin yoxdur ki?
S ә d r. Xeyir, nәyә lazım idi?
B i r i s i. Heç, bu danışan oğlana durbinlә yaxşı baxacaqdım, çünki çox şübhәli görünür, qorxuram ki, intelligent ola.
S ә d r. Әşi, o barәdә arxayın ol!
B i r n a t i q. Camaat, yadıma bir yaxşı şey düşdü. Gәlin, tәzәdәn bir "hidayәt" mәclisi quraq.
B i r q e y r i s i (Acıqlı). Nә deyirsәn?!

Ә v v ә l k i. Heç! Deyirәm ki, hamısından yaxşısı budur. gәlin, müsәllaya çıxaq.
S ә d r. Ağlınız nә kәsir?
A y r ı n a t i q. Bilirsiniz nә var? Bu işlәrin hamısının tәqsiri qaradovoylardadır.
S ә d r. A kişi, mәn imanım, qaradovoylarda tәqsir yoxdur. Eşşәyә gücünüz çatmır, palanı toqqaşlayırsınız!

S ә s l ә r (Ağlamsınaraq). Di yaxşı, bәs nә olsun?! (Hamı başını aşağı salır. Bәzilәri dәsmal çıxarırlar).

B i r n a t i q. Hәzәrat! İzn verin, sizin üçün bir nağıl söylәyim. Çünki bu nağıl mәsәlәni bir qәdәr hәll edәr.
S ә s l ә r. Söylә, söylә.

H ә m i n n a t i q. Camaat, biri var imiş, biri yox imiş. Bir kor varmış, bir dә bir kar varmış. Bunlardan başqa bir dә bir çılpaq varmış vә әlavә bir dә bir çolaq varmış. Camaat, günlәrin bir günü bunlar hamısı sәfәrә çıxıb, bir yerdә gecәlәyirlәr. Birdәn bunları vahimә basır. Kor deyir: "Gendәn bir qaraltı görürәm...." Kar deyir: "Mәn dә şaqqıltı eşidirәm". Çılpaq deyir: "Adә, birdәn bizi soyarlar, ha!" Çolaq da deyir: "Durun, qaçaq!"

Camaat, nağıl qurtardı. O yedi yerә keçdi, siz dә yeyin, dövrә keçin.

Vәssalam!
Yüklə 38,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin