Ix mövzu: Duyğu hissi idrak prosesi kimi plan



Yüklə 104.76 Kb.
Pdf просмотр
tarix23.12.2016
ölçüsü104.76 Kb.

 



IX 



MÖVZU:

  

          

Duyğu hissi idrak prosesi kimi

 

 

PLAN: 

1. 


Duyğular haqqında anlayış. Reseptorlar və analizatorlar.

 

2. 



Duyğuların təsnifatı.

 

3. 



Diyğuların  ümumi  xassələri.  Mütləq  və  fərqləndirmə  həssaslığı. 

Adaptasiya. 

4. 

Duyğuların inkişafı və sensor tərbiyənin aktual məsələləri.



 

 

ƏDƏBİYYAT



 

1. 


Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. B., “Çinar

-

çap”, 2002. səh 3



-35. 

2. 


Ümumi psixologiya. (A.V.Petrovskinin redaktorluğu ilə). B., “Maarif”, 1982. 

səh 3


-27. 

3. 


Общая  психология.  (Под.  ред.  В.В.  Богословского,  А.  Г.Королева, 

А.А.Степанова) М., «Просвещение, 1981.

 

4. 


Р.С.Немов. Психология. М., «Просвещение», 1990.

 

5. 



E.İ.Şəfiyeva., M.Ə.Həmzəyev. Psixofiziologiya. B., “Səda”, 1998.

 

 



Təsəvvür  edin  ki,  Siz  turist  gəzintisindəsiniz.  Səhər  tezdən  göl 

kənarındakı    meşədə  qurduğunuz  çadırda  oyanmışsınız.  Günəş  şüaları 

çadırın  üstünə  düşür,  quşalrın  səsi  gəlir,  suyun  şırıltısı  eşidilir,  müxtəlif 

güllərin  və  otların  xoş  ətri  gəlir.  Bu  təsirlər  sizdə  müxtəlif duyğular  –

 

görmə, 


eşitmə, temperatur, qorxu və s. kimi duyğular yaradır.

 

Duyğular canlı materiyanın  ən mühüm ümumbioloji xüsusiyyətlərindən 



biridir.  O,  orqanizmin    mühitlə  psixi  əlaqələri  əsasında  meydana  gəlir.

 

Duyğularda  psixikanın  idraki  emosional  və    tənzimləyici  funksiyaları  üzvü 



vəhdət halında  birləşmiş və ya inteqrasiya olunmuşdur.

 

Insa



nın  idrak  fəıaliyyəti,  yəni  dərketmə  prosesi  duyğyulardan  bəşlanır. 

Duyğular  hissi  idrakın    və  ya  hissi  dərketmənin  əsasını  təşkil  edən  ən  sadə  



 

psixi idrak prosesidir. Onunn vasitəsilə əldə edilən  ilkin qavrayış  materialları 



rasional  (məntiqi)  idraka  ötürülür  və  obyektiv  reallığın    dərk  edilməsinin 

mühüm vasitəsi rolunda çıxış edir. Hissi idrak formaları olan duyğu, qavrayış 

və  təsəvvürlər  məntiqi  idrak  forması  olan    təfəkkürə  material  verir.  Əslində 

İdrakın  bu  iki  forması  (hissi  və  rasional)  bir

-biri  il

ə  o  qədər  dərindən  

çulğalaşmışdır ki, onları bir

-

birindən şərti olaraq ayırmaq mümkündür. 



 

Hissi  idrak  formaları  insana  maddi

-

real  aləmin    cism  və  hadisələrini 



sensor səviyyədə dəörk etmək imkanı verir.

 

Hissi  idrak  formaları  həm  heyvanlarda,  həm  də  insanlarda    vardır. 



Əmək  fəaliyyəti,  şüurun  yaranması  ilə  idrakın  yeni,  məhz  insana  məxsus 

oloan forması –

 

mücərrəd nəzəri təfəkkür forması meydana gəlmişdir. 



 

Duyğuların əsas funksiyası ətraf aləmdə, eləcə də  bədəndə baş verən 

hadisələr  barədə  subyektə  məlumat  verməkdir.  Odur  ki,  duyğuları  məhz 

subyektiv inikas forması adlandırırlar. Bütün idrak prosesinin əsasını duyğular 

təşkil  edir.  O,  orqanizmlə  mühit  arasında  ilkin  əlaqə  formasıdır,  varlığın  ən 

sadə,  ən  bəsit  xassələri  haqqında  insana  məlumat  verirş

İşığın,  səsin, 



təzyiqin,  istinin,  soyuğun  və  s.  əks  etdirilməsi    məhz  duyğudur.  Bu  mənada 

duyğular ətraf xarici aləm haqqında biliklərimizin ən ilkin və əsas mənbəyidir.

 

Beləliklə,  psixologiyada duyğulara verilən təriflə tanış olar:



 

İndiki  anda  hiss  üzvlərinə



 

təsir  edən  cism  və  hadisələrin    ayrı

-

ayrı 


xassə və keyfiyyətlərin  insan beynində subyektiv inikası duyğu adlanır.

 

 



Duyğular həm xarici aləm hadisələri, həm də orqanizmin daxilində baş 

verən proseslər barədə subyektə məlumat verir. Bunun sayəsində orqaniz

min 

ətraf xarici aləmə bələdləşməsi mümükün olur.



 

 

Duyğunun  fizioloji  əsasını,  mexanizmin,  beyin,  sinir  sisteminin 



mürəkkəb fəaliyyəti təşkil edir. Bu  fəaliyyəti 

analizator 

adlandıran İ.P.Pavlov 

bu sinir sistemi haqqında mürəkkəb  və bitkin bir təlim yaratmışdır. Analizator 

deyərkən    Pavlov  mürəkkəb  sinir  aparatını  nəzərdə  tuturdum  ki,  o  da  3 

hissədən ibarətdir:

 


 

1) Periferik (reseptor) hissə 



qəbuledici hissə;

 

2) Ötürücü hissə;



 

 

3) Mərkəzi hissə (baş beyinin qabıq mərkəzi).



 

 

Analizatorların 



periferik  hiss

əsinə

 

bütün  hiss  orqanları  (göz,  qulaq, 



burun,  dil,  dəri)  və  xüsusi    reseptor  analizatorları  daxildir.  Bu  analizatorlar 

bədən əzələlərində və daxili orqanlarda yerləşir.

 

 

Analizatorların  periferik  şöbəsi  müəyyən  fiziki  enerji  hasil  edir  və  onu 



sinir  oyanma

sı  şəklində  yenidən  hasil  edir.    Göz  elektromaqnit  dalğalarının, 

qulaq  hava  dalğalarının  təsirlərinə  uyğunlaşır.  Reseptorlarda  ixtisaslaşma 

getdiyi üçün onlar yalnız uyğun qıcığı qəbul edirlər. Daxili və xarici mühitdən 

gələn  qıcıqlar reseptorlar tərəfindən  qəbul edilir. Normal şəraitdə qıcıqlar öz 

təbiətinə görə  



mexaniki 

və kimyəvi ola bilər. Bunlara  iy, isti, soyuq, səs, işıq 

və s. aid edilə bilər. 

 

 



Ötürücü  şöbə  sinir  oyanmasını  beynin  uyğun  mərkəzinə  nəql  edir. 

Mərkəzi  şöbə  analizatorun  ali  hissəsidir.  Duyğu  məhz  burada  oyanır,  təhlil

-

tərkib olunur. 



 

Duyğuların növləri: 

 

Qıcığın xarakterindən asılı olaraq duyğuların aşağıdakı 



növlərini fərqləndirirlər. 

 

1.  Ekstrosep



tiv  və  ya  xarici  duyğular.  Onların  reseptorları  bədənin  

səthində yerləşir, xarici aləmdə

 

olan cism və hadisələrin  xassələrini əks 



etdirir.  Görmə,  eşitmə,  iybilmə,  dadbildə  və  dəri  duyğuları  bu  qrupa 

daxildir. 



2. 

İnteroseptiv və ya daxili duyğular.

 

Onların reseptorları bədənin daxili 



orqanlarında,  həmçinin  bədənin    toxumalarında  yerləşir  və  daxi

li 


üzvlərin  vəziyyətini  əks  etdiri.  Aclıq,  toxluq,  susuzluq  duyğuları  və  s. 

məhz interoseptiv duyğulara aiddir. 



 

3. 

Propruopeseptiv  duyğular.

 

Onların  reseptorları  oynaq  və  əzələlərdə 



yerləşir.  Bədənimizin  hərəkəti  və  vəziyyəti  haqqında  məlumat  verir. 

 

Hərəkət  və  müvazinət    duyğularını  p



ropruopeseptiv 

duyğulara  misal 

göstərmək olar. 

 

Xarici duyğulara

 

aid edilən görmə duyğuları



 

xarici aləm haqqında  çox 

zəngin informasiya gətirir. Müəyyən edilmişdir ki, ətraf aləmdən insan beyninə 

daxil  olan 

informasiyaların  80

-90%-


i  məhz  görmə    analizatoru  vasitəsilə 

verilir.    İş  əməliyyatlarının  80%

-

dən  çoxu    görmə  nəzarəti  altında  həyata 



keçirilir. 

 

Görmə  duyğusu  sayəsində  biz    cismlərin  forma  və  rəngini,  ölçüsünü, 



həcmini, məsafəsini dərk edirik. Onlar insanın məkanda bələdləşməsini təmin 

edir,  hərəkətlərini  tənzim  etməyə  imkan  verir.  Oxumaq  vasitəsilə  bəşər 

təcrübəsinə  yiyələnmək də görmə sayəsində mümkündür. 

 

İşıq gözün torlu qişasında kolbacıqlara və çöpcüklərə təsir edir. Orada 



əmələ gələn qıcıqlanma ənsə payındakı  görmə mərkəzinə nəql edilir. Görmə 

analizatorunun  bu  3  hissədən  biri    zədələnərsə,  görmə  duyğusu  əmələ 

gəlməz.  Məsələn,  kolbacıqlar  zədələnərsə,    xromatik  rənglər  fərqləndirilmir, 

hər  şey  ağ,  qara  və  boz  rəngdə  görünür;  Çöpcüklər  zədələnərsə,  “qarov” 

xəstəliyi və ya “toyuq korluğu” yaranır, insan qaranlıqda heç bir şey görmür. 

Görmə  analizatorunun  beyin  (mərkəzi)  nahiyəsi  zədələndikdə  isə  insanda 

ümumək korluq yaranır. 

 

Eşitmə  analizatorları:



 

bu  analizatorlar  üçün



 

qıcıqlandırıcı  rolunu  səs 

dalğaları

 

təşkilm  edir.  İnsanın  eşitmə  orqanı  saniyədə  16.000



-

dən  20.000 

hersədək  dalğa  uzunluğu  ilə  yayılan  səsləri  (dalğaları)  qəbul  etməyə 

uyğunlaşmışdır. Qulaq saniyədə 1000 san/ tezliyə malik dalğalara daha yaxşı 

uyğunlaşmışdır. 

 

Eşitmə duyğuları  səsin hündürlüyünü, gurluğunu və tembrini əks etdirir. 



Bütün  eşitmə  duyğuları    nitqi,  musiqi  səslərinim  və  səs

-

küyləri  əks  etdirir. 



Onların  da  hüdudu  var.  Belə  ki,  çox  səs

-

küy  sinir  sistemini  pozur,  insanda 



əsəbilik yaradır. 

 


 

Duyğular  yalnız  analizatorlara  görə  deyil,



 

həm  də  məzmunca  da 

fərqlənir. (dadbilmə, iybilmə, cinsi, aclıq, toxluq, susuzluq, hərəkət duyğusu, iy 

və s.). Məsələn, orqanizmdə ağrı duyğuları olmasaydı, biz qıcıqları, təhlükəli 

və  ya  faydalı  olmasını  fərqləndirə  bilməzdik.  Deməli,  insanın  duyğu 

analiz


atorları  sanki  qıcığın  müəyyən  kəmiyyətinə  (aşağı  və  yuxarı  həddinə), 

uyğunlaşır.  Məsələn,  biz  uzaq  ulduzlardan  gələn  işığı,  dəriyə  qonan  tozları 

hiss  etmirik.  Çünki,  hər  cür  qıcıq    duyğu  əmələ  gətirmir.  Duyğunun  əmələ 

gəlməsi ünün qıcıq müəyyən kəmiyyətə malik olmalıdır.

 

Qıcığın  ən  zəif  duyğu  əmələ  gətirə  bilən  ən  kiçik  kəmiyyəti  duyğunun 



mütləq  həddi  adlanır.  Bu  kəmiyyətdən  aşağı  olan  qıcıqlar  duyğu  əmələ 

gətirə bilmir. 

 

Ən  zəif  qıcığı  duyma  qabiliyyəti 



m

ütləq  həssaslıq

 

adlanır.  Mütləq 



həssaslıqla,  duyğunun  aşağı  mütləq  həddi  tərs  mütənasibdir. 

E=

p

1

;  Burada 



“E” –

 

mütləq həssaslıq, “P”



isə mütləq hədd kəmiyyətini bildirir. 

 

Duyğunun  aşağı  mütləq  həddi  olduğu  kimi  yuxari  mütləq  həddi  də 



vardır.  Məsələn,  insan  qulağı  20000  hersədək  səslə

ri  duya  bilir.  Ondan 

yuxarını qəbul etmir.

 

Eynicinsli  qıcıqlar  arasındakı  ən  az  fərqi  duyma  qabiliyyətinə 



fərqləndirmə  həssaslığı

 

deyilir.  Məsələn,  xalça    toxuyan  qızlarda  rəng 



çalarlarına həssaslıq adi adamlarda olduğundan onlarca dəfə artıq olur. 

 

Dadbil



mə duyğuları:

 

Quru dil üzərinə  qoyulmuş quru qənd heç bir duyğu yaratmır. Dil 4 cür 

kəmiyyəti müəyyən etməyə qadirdir. Şirin, turş, duzlu, acı. 

 

İybilmə  duyğuları:  Burun  boşluğunda  yerləşən  iybilmə  hüceyrələri 

iybilmə orqanıdır. İnsanda iybilmə duyğuları o qədər də əhəmiyyətli deyil.

 

Dəri  duyğyuları:

  (taktil-

toxuma  və  temperatur  duyğuları).  Toxuma 

həssaslığı barmaqların  və dilin ucunda çoxdur. Bədənin paltarla örtülməyən  

açıq hissələri temperatur duyğularına az həssasdır. Dəri duyğularının xüsusi 

növü ki

mi ehtizaz 



duyğuları fərqlənir.

 


 

Kor-



karlar  çox  həssasdır.  Bələdləşmə  üçün  zəruridir.  Musiqi,  divarın, 

qapının döyülməsini, küçədə yaxınlaşan nəqliyyatı hiss edirlər. 

 

Insanda  duyğuların  (daxili)  xüsusi  qrupu  kimi  üzvü  duyğuların 



da 

rolunu  qeyd  etmək  olar.  Aclıq,  susuzluq  və  s.  Bu  reseptorlar  mədədə 

divarlarda yerləşir.

 

Başın  vəziyyəti  haqqında  insanda  hissiyat  yaradan  duyğular  



müvazinət  duyğularıdır.

 

Bu  duyğunun  aparatı  –



  vestibulyar  aparat  daxili 

qulaqda yerləşir. Təyyarəçi və kosmonavt üçün mühümdür.

 

Ağrı duyğuları

 

(ağrı nöqtələri) əzələlərdə və daxili orqanlarda yerləşir.

 

Xarici  mexanii  təsirlər  və  daxili  xəstəliklər  bu  duyğuların  mənbəyidir.  Güclü 



işıq, səs, soyuq, isti, iy və s. bu duyğuları yaradır. 

 

Adaptasiya 





 

Qıcıqlandırıcının  təsirindən  asılı  olaraq    hiss  üzvlərinin 

həssaslığının dəyişməsidir. 

 

Adaptasiyanın 3 növü var:



 

1. 


Qıcığın fasiləsiz təsirindən  duyğu sönür

  (neqativ); 

2. 

Duyğuların kütləşməsi (nüqativ);



 

3. 


Zəif qıcığın təsiri ilə həssaslığın artması (neqativ oyanma).

 

Duyğuların patalogiyası.



  

       


Göynəmə, dartılma, təzyiq, sancma, 

soyuqluq. Bunlara senestopatiyalar 

deyilir. 

 

Hipersteziya 





 

qıcıqların güclü qavranılması. (adi lampa işığı, projektor, 

səslər gurultu kimi qavranılır).

 

 



Hiposteziya 



 

qıcığın zəif qavranılması. 

 

 

Şəxsiyyətin  fərdiyyətini  əks  etdirən  mühüm  xüsusiyyətlərdən  biri 



şəxsiyyətin  sensor    təşkili

 

adlanır.  Bu  anlayış  şəxsiyyətin    həssaslığının 



ayrı

-

ayrı  sistemlərinin  inkişaf  səviyyəsini  və  onların  bir  kompleksdə  



birləşməsi üsullarını nəzərdə tutur. 

 

 



Canlılar  arasında    həssaslıq

 

anadangəlmə  bir  modal  əlamətdə    özünü 



əks  etdirir.    Məsələn,  qartallarda  görmə,  itlərdə  isə  iybilmə    həssaslığı  daha  

 

yüksək  inkişaf  etmişdir.    İnsanda  sensor  xüsusiyyətlər    həyatlın  gedişində  



tədricən formalaşır. Psixoloqların qeyd etdiyi kimi,  sensor inkişaf 

 

şəxsiyyətin 



uzunmüddətli həyat yolunun nəticəsidir. Deməli, buradan belə bir nəticə çıxır 

ki,  həssaslıq şəxsiyyətin potensial  xüsusiyyətidir. Onun əsasında orqanizmin 

anatomik-

fizioloji xüsusiyyətləri kimi özünü göstərən təbii imkanlar durur.

 

 

M



əsələn,    elə  məşhur  adamlar  vardir  ki,  onlar  lap  uşaqlıqdan    musiqi 

sahəsində yüksək eşitmə həssaslığı ilə fərqlənmişlər. 



 

 

   



 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə