müvazinət duyğularıdır.
Bu duyğunun aparatı –
vestibulyar aparat daxili
qulaqda yerləşir. Təyyarəçi və kosmonavt üçün mühümdür.
Ağrı duyğuları
(ağrı nöqtələri) əzələlərdə və daxili orqanlarda yerləşir.
Xarici mexanii təsirlər və daxili xəstəliklər bu duyğuların mənbəyidir. Güclü
işıq, səs, soyuq, isti, iy və s. bu duyğuları yaradır.
Adaptasiya
–
Qıcıqlandırıcının təsirindən asılı olaraq hiss üzvlərinin
həssaslığının dəyişməsidir.
Adaptasiyanın 3 növü var:
1.
Qıcığın fasiləsiz təsirindən duyğu sönür
(neqativ);
2.
Duyğuların kütləşməsi (nüqativ);
3.
Zəif qıcığın təsiri ilə həssaslığın artması (neqativ oyanma).
Duyğuların patalogiyası.
Göynəmə, dartılma, təzyiq, sancma,
soyuqluq. Bunlara senestopatiyalar
deyilir.
Hipersteziya
–
qıcıqların güclü qavranılması. (adi lampa işığı, projektor,
səslər gurultu kimi qavranılır).
Hiposteziya
–
qıcığın zəif qavranılması.
Şəxsiyyətin fərdiyyətini əks etdirən mühüm xüsusiyyətlərdən biri
şəxsiyyətin sensor təşkili
adlanır. Bu anlayış şəxsiyyətin həssaslığının
ayrı
-
ayrı sistemlərinin inkişaf səviyyəsini və onların bir kompleksdə
birləşməsi üsullarını nəzərdə tutur.
Canlılar arasında həssaslıq
anadangəlmə bir modal əlamətdə özünü
əks etdirir. Məsələn, qartallarda görmə, itlərdə isə iybilmə həssaslığı daha
7
yüksək inkişaf etmişdir. İnsanda sensor xüsusiyyətlər həyatlın gedişində
tədricən formalaşır. Psixoloqların qeyd etdiyi kimi, sensor inkişaf
şəxsiyyətin
uzunmüddətli həyat yolunun nəticəsidir. Deməli, buradan belə bir nəticə çıxır
ki, həssaslıq şəxsiyyətin potensial xüsusiyyətidir. Onun əsasında orqanizmin
anatomik-
fizioloji xüsusiyyətləri kimi özünü göstərən təbii imkanlar durur.
M
əsələn, elə məşhur adamlar vardir ki, onlar lap uşaqlıqdan musiqi
sahəsində yüksək eşitmə həssaslığı ilə fərqlənmişlər.