Dövlət imtahanı Sənayenin təşkili və idarə olunması


Sənayedə elmi texniki tərəqqinin (ETT) mahiyyəti və əhəmiyyəti



Yüklə 185,94 Kb.
səhifə2/35
tarix18.06.2023
ölçüsü185,94 Kb.
#132224
1   2   3   4   5   6   7   8   9   ...   35
Dövlət imtahanı

Sənayedə elmi texniki tərəqqinin (ETT) mahiyyəti və əhəmiyyəti.

Sual 4. Sənayenin təşkili və idarə edilməsində elmi-texniki tərəqqinin ən ümdə vəzifəsi ictimai istehsalın intensivləşdirilməsini və bunun da əsasında onun səmərəliliyinin yüksəldilməsini təmin etməkdən ibarətdir. Elmi-texniki tərəqqi, intensivləşdirmə və istehsalın iqtisadi səmərəliliyi bir-birləri ilə qarşılıqlı surətdə əlaqədardırlar, yəni istehsalın səmərəliliyi elmi-texniki tərəqqinin və istehsalın intensivləşdirilməsinin son nəticəsidir. ETT bu nəticənin əldə edilməsində hərəkətverici qüvvədir. ETT inkişaf etdikcə isə istehsalın intensivləşdirilməsinin yüksəldilməsi üçün şərait yaranır ki, bu da istehsalın səmərəsini artırır. ETT - iri maşınlı istehsala xas olan elm və texnikanın irəliləyə doğru və qarşılıqlı əlaqədə inkişafıdır. ETT elmi axtarışlar, konstruksiyaetmə, məmulatların təcrübə-sınaq halında hazırlanması və onların mənimsənilməsi üçün tətbiqini əhatə edən ardıcıl proseslərin vəhdətliyi prosesini özündə birləşdirir.



  1. .ETT-nin əsas mərhələləri və istiqamətləri

Sual 5. Sənayenin təşkili və idarə edilməsində ETT-nin aşağıdakı istiqamətlərini fərqləndirirlər:
İstehsalın elektrikləşdirilməsi - elmi-texniki tərəqqinin əsas istiqamətlərindən biri hesab edilir, çünki ETT-nin digər istiqamətlərinin inkişafı başlıca olaraq elektrikləşmə nəticəsində həyata keçirilir. İstehsalın elektrikləşdirilməsi dedikdə, mühərrik aparatlarında, texnoloji proseslərdə, istehsalın idarə edilməsi vasitələrində və onların üzərində nəzarətdə elektrik və digər enerji növlərindən istifadə edilməsi nəzərdə tutulur. İstehsalın mexanikləşdirilməsi - insanın əmək fəaliyyəti prosesində əl əməyi vasitələrinin maşın və mexanizmlərlə əvəz olunmasıdır. İstehsalın avtomatlaşdırılması - işçilərin fıziki əməyinin tam aradan qaldırılmasını yə onun HEM daxil olmaqla maşın, avadanlıq, aparat və cihazlar sistemi ilə əvəz olunmasını təmin edir. İstehsalın kimyalaşdırılması - kimyəvi texnologiya metodlarının, kimyəvi xammalın və ondan alınan material və məmulatların istehsala tətbiqi ilə xarakterizə olunur.




  1. Yüklə 185,94 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin