TəZYİQİN ÖLÇÜLMƏSİ



Yüklə 0,55 Mb.
səhifə1/11
tarix23.01.2022
ölçüsü0,55 Mb.
#51496
  1   2   3   4   5   6   7   8   9   10   11
C fakepathT zyiq. T zyiq ölçm vasit l ri


TƏZYİQİN ÖLÇÜLMƏSİ
Səthə perpendikulyar təsir edən qüvvənin həmin səthin sahəsinə olan nisbəti təzyiq adlanır. Təzyiq - maddənin termodinamik vəziyyətini təyin edən əsas kəmiyyətlərdən biridir. Texnoloji prosesin gedişi, texnoloji aparatların vəziyyəti və onların işləmə rejimi təzyiq ilə təyin edilir. Təzyiqin ölçülməsi məsələsi bəzi texnoloji parametrlərin, məsələn, dəyişən termodinamik parametrli qaz və ya buxarın sərfinin, mayenin səviyyəsinin və s. ölçülməsində rastlaşır.

Atmosfer, mütləq, izafi və vakuum (seyrəklik) təzyiq növləri mövcuddur.

Atmosfer (barometrik) təzyiq - Yer atmosferinin hava sütunun kütləsilə yaradılan təzyiqdir.

Mütləq təzyiq - mütləq sıfırdan hesablanmış təzyiqdir. Mütləq təzyiqin hesablanma başlanğıcı kimi daxilindən hava tamamilə çıxarılmış qabdakı təzyiq qəbul edilir.

İzafi təzyiq - mütləq və barometrik təzyiqlər arasındakı fərqdir.

Vakuum (seyrəklik) - barometrik və mütləq təzyiqlər arasındakı fərqdir.

Beynəlxalq vahidlər sistemində (Sİ) təzyiq vahidi kimi paskal (Pa) - sahəsi 1 m2 olan səth üzrə müntəzəm paylanmış və ona perpendikulyar istiqamətdə yönəlmiş 1 Nyuton (N) qüvvənin yaratdığı təzyiq qəbul edilmişdir.

Qeyd etmək lazımdır ki, hal-hazırda təzyiqin sistem ölçü vahidi ilə yanaşı, hələ ki, sistemdən kənar vahidləri də istifadə edilir. Onların sırasında bar, millimetr civə sütunu, santimetr kvadratına düşən kiloqram-qüvvə, metr kvadratına düşən kiloqram-qüvvə, millimetr su sütunu aiddir.

Bu təzyiq vahidləri arasındakı nisbət aşağıdakı kimidir:

Təzyiq ölçmə vasitələri ölçülən təzyiqin növünə və iş prinsipinə görə təsnif olunur. Ölçülən təzyiqin növünə görə ölçmə vasitələri aşağıdakılara bölünür:



  • izafi təzyiq manometrləri - izafi təzyiqi ölçmək üçün;

  • mütləq təzyiq manometrləri - mütləq sıfırdan hesablanmış təzyiqi ölçmək üçün;

  • barometrlər - atmosfer təzyiqini ölçmək üçün;

  • vakuummetrlər-vakuumu (seyrəkliyi) ölçmək üçün;

  • manovakuummetrlər - izafi təzyiqi və vakuumu (seyrəkliyi) ölçmək üçün.

Göstərilən ölçü vasitələrindən başqa ölçü təcrübəsində aşağıdakılar da tətbiq olunur;

  • basqıölçənlər - kiçik izafi təzyiq manometrləri (40 kPa qədər);

  • dartıölçənlər - yuxarı ölçü həddi 40 kPa-dan çox olmayan vakuummetrlər;

  • dartı-basqı ölçənlər - ölçü diapazonu +20 + -20 kPa olan manovakuummetrlər;

  • qalıq təzyiq vakuummetrləri - dərin vakuum və ya qalıq təzyiqin, yəni 200 Pa-dan az olan mütləq təzyiqləri ölçmək üçün təsis edilmiş vakuummetrlər;

  • diferensial manometrlər - təzyiqlər fərqini ölçən ölçmə vasitələri.

İş prinsipinə görə təzyiq ölçmə vasitələri mayeli, porşenli, deformasiyalı (yaylı), ionizasiyalı, istilik, elektrik manometrlərinə bölünürlər. Göstərilən bölgüyə başqa fiziki hadisələrə əsaslanan ölçmə vasitələri də əlavə oluna bilər.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin