TəZYİQİN ÖLÇÜLMƏSİ


Deformasiyalı təzyiq ölçmə vasitələri



Yüklə 0,55 Mb.
səhifə2/11
tarix23.01.2022
ölçüsü0,55 Mb.
#51496
1   2   3   4   5   6   7   8   9   10   11
C fakepathT zyiq. T zyiq ölçm vasit l ri

2. Deformasiyalı təzyiq ölçmə vasitələri
Deformasiyalı təzyiq ölçmə vasitələrinin təsir prinsipi həssas elementin elastik deformasiyasının və ya onun yaratdığı qüvvənin istifadə edilməsinə əsaslanır. Bu növ ölçmə vasitələrində ölçülən təzyiqin ölçüsü elastik həssas elementin deformasiyası və ya onun yaratdığı qüvvədir. Həssas elementin ölçü praktikasında tətbiq olunan üç əsas forması var: boruvari yay, silfon və membranlar.

Boruvari yaylar. Boruvari yay (manometrik boru, Burdon yayı) - içi boş, metal, əyrixətli elastik borudur, onun uclarından birinin yerini dəyişmək imkanı var, o biri ucu isə sərt bərkidilib. Boruvari yaylar əsas etibarilə yayın daxilinə verilən ölçülən təzyiqi yayın sərbəst ucunun mütənasib yerdəyişməsinə çevirmək üçün istifadə olunurlar. En kəsiyi adətən oval şəkilli olan çevrə qövsü üzrə əyilmiş bir sarğılı boruvari yay (şəkil 1) daha çox istifadə olunur. Verilən izafi təzyiq nəticəsində boruvari yay açılır, seyrəklik nəticəsində isə yay yığılır. Borunun göstərilən istiqamətdə yerdəyişməsi borunun uzunluğunun sabit qalması ilə onun daxilindəki izafi təzyiqin təsiri nəticəsində borunun kiçik oxunun böyüməsi ilə izah olunur. Nəzəri olaraq borunun uzunluğu da dəyişir, lakin bu dəyişmə borunun uzunluğu ilə müqayisədə o qədər kiçikdir ki, borunun ümumi yerdəyişməsinə əhəmiyyətli dərəcədə təsir göstərmir.

Şəkil 1. Boruvari yaylı manometer


1000 MPa qədər yüksək təzyiqləri ölçmək üçün əyrixətli və düzxətli boruvari yaylardan istifadə olunur. Düzxətli boruvari yayın kəsiyinin görünüşü şəkil 1-də göstərilmişdir. Yayın sərbəst ucunun yerdəyişməsi en kəsiyin dəyişməsi sayəsində yox, əyici momentin təsiri nəticəsində baş verir:

Nəzərdən keçirilən yayların əsas nöqsan cəhəti dönmə bucağının kiçik olmasıdır ki, bu da ötürücü mexanizmlərin istifadə edilməsini tələb edir. Bu nöqsan en kəsiyi oval və ya ulduz şəklində olan burulmuş boruvari yay həssas elementlərində aradan qaldırılmışdır. Belə burulmuş yayın dönmə bucağı 40-60° olur. Bu ötürmə mexanizminin istifadə edilməsindən imtina etməyə imkan verir, çünki əqrəb bilavasitə yayın sərbəst ucuna bərkidilə bilər. Boruvari yaylar 5 MPa qədər təzyiqlər üçün tunc, tompak və bürüncdən, 5 MPa-dan yüksək təzyiqlər üçün isə legirlənmiş poladlardan və müxtəlif tərkibli poladlardan hazırlanırlar. 1000 MPa və daha çox təzyiqlər üçün 50 XFA tipli legirlənmiş poladdan istifadə olunur.




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin