1. Fənn haqqında məlumat: Kodu ____________
Tədris ili 2014-2015semestr
Fakültə İnşaat - texnologiyası. Qrup M674a
Tədris yükü: mühazirə 45 saat, seminar (məşğələ) 30 saat,
Cəmi 75 saat.
Kredit:
Auditoriya: № 913 Saat: 140 2. Müəllim haqqında məlumat: Adı, atasının adı, soyadı və elmi dərəcəsi: dos.Hüseynova Leyla Heydər qızı
Kafedranın ünvanı: Ayna Sultanova 5, I korpus, 9-cu mərtəbə Məsləhət saatları: _______________________________
E-mail ünvanı:
İş telefonu: 5391034 3. Tələb olunan dərslik və dərs vəsaitləri: Фокин С.В. Деревообработка . Растов на Дону. 2012.-340 с.
Петри В.Н. Рлитные материалы и изделия из древесины. 1976. Москва. -359 с.
Хухрянский П.Н. Прессование древесины. Москва. 1984.-351 с.
Ağabəyli N.M. İnşaat materialları və məmulatları. Bakı. 2008
Гомонай М.В. Производства топливных брикетов: древесное сырье, оборудование, технологии, режимы работы. Монография М.: 2006. 68 с.
4. Fənnin təsviri və məqsədi: Fənn Kompozisiyon oduncaq materiallarının və məmulatların hazırlanma texnologiyasından, material sərfinin hesablanma qaydalarından və tələb olunan texniki sənədlərin tərtib olunma qaydalarını öyrədir.
Kompozisiyon oduncaq materiallarının məmulatlarının hazırlanması zamanı əsas etibarı ilə oduncaq materialları, polimer əsaslı yapışqanlardan və qeyri-üzvi mənşəli yapışdırıcı materiallardan istifadə olunur. İstifadə olunan materialların xassələri məmulatların formasına, onların möhkəmliyinə, uzunömürlülüyünə, emal keyfiyyətinə və s. təsir göstərir. Bu səbəbdən Fizika, Kimya, Oduncaqşünaslıq, Oduncağın hidrotermiki emalı, Ağackəsmə, Yapışdırılmış ağac məmulatlarının texnologiyası, Dəzgah və alətlər fənlərinin bilikləri fənnin öyrənilməsi uçun baza bilikləri hesab olunur.
Məmulatların hazırlanması üçün qədim konstruksiya materialı olan oduncaqla yanaşı AYT-ları, MDF, laminat və s. geniş istifadə olunur. Bu materialların hər birinin özünə məxsus istehsal texnologiyası mövcuddur. Bu da mütəxəssisdən hər bir materiala onun xassələrinə və texnoloji imkanlarına uyğun olaraq fərdi yanaşmanı tələb edir.
Kompozisiyon oduncaq materialları vəməmulatlarının istehsalının inkişafı üçün əsas faktor geniş profilli, yüksək ixtisaslı, müasir istehsalın mürəkkəb sistemlərini idarə edə bilən mühəndislərdir. Mühəndis hazırlığı insan təfəkkürünün inkişafının yeni formasıdıdır. Bunun üçün tələbələrdən tədris olunan fənni mükəmməl öyrənmək və ona verilən informasiyanı yaxşı mənimsəmək tələb olunur.