Azərbaycan Dövlət İqtisad Universiteti mba mühasibat uçotu audit Fənnin adı



Yüklə 36,9 Kb.
səhifə1/6
tarix20.05.2023
ölçüsü36,9 Kb.
#118216
  1   2   3   4   5   6
Zeynal-Audit


Azərbaycan Dövlət İqtisad Universiteti
MBA Mühasibat uçotu audit
Fənnin adı : Audit müqaviləsi , riskin dəyərləndirilməsi və audit dəlilləri
Layihənin adı : Audit prosesində auditin seçmə metodları və testləri

Magistrantların adı:

  1. Qasımov Zeynal

  2. Quluzadə Nuranə

  3. Qasımova Leyla

  4. Rüstəmova Naibə

  5. Məşədizadə Aygün

Müəllimin adı:Aslanlı Rövşanə
Tədris ili və semestr (2022/2023, payız semestri): 2022/2023 2 ci kurs 2ci semestr və ya 4cü semestr
Kurs:2
Qrup:A6/2-21
İl:2023

Plan
Giriş
1.Audit seçmə
2.Seçmənin növləri
3.Audit testləri
4. Auditor sübutları və analitik prosedurlar
5.Auditin metod və metodlar sistemi
Nəticə
Ədəbiyyat


Giriş
Auditin məqsədi maliyyə hesabatı istifadəçilərının bu hesabatlar üzrə etimad dərəcəsini artırmaqdır. Bu məqsədə maliyyə hesabatlarının bütün əhəmiyyətli hallarda müvafiq maliyyə hesabatı standartlarına uyğun olaraq hazırlanıb-hazırlanmamasına dair auditor rəyi bildirməklə nail olmaq mümkündür. Əksər ümumi təyinatlı standartlarda belə rəy maliyyə hesabatlarının bütün əhəmiyyətli hallarda düzgün təqdim edilməsi, yaxud standartlara uyğun olaraq həqiqi və düzgün fikir ifadə etməsi ilə bağlıdır. Beynəlxalq Audit Standartlarına və müvafiq etika tələblərinə uyğun şəkildə aparılmış audit auditor tərəfindən belə rəyin ifadə edilməsinə imkan yaradır.
Maliyyə hesabatlarına dair auditor rəyi maliyyə hesabatlarının bütün əhəmiyyətli hallarda müvafiq maliyyə hesabatı standartlarına uyğun olaraq hazırlanıb-hazırlanmaması barədədir. Belə rəy maliyyə hesabatları üzrə bütün audit yoxlamalarına aiddir. Bu səbəbdən auditor rəyi müəssisənin gələcəkdə uğurlu fəaliyyətə davam edə bilməsinə və ya rəhbərlik tərəfindən müəssisənin fəaliyyətinin effektiv və ya səmərəli idarə olunmasına dair əminlik ifadə etmir. Lakin müəyyən dövlətlərdə tətbiq edilən hüquq və ya qanunvericiliyə görə auditorlardan daxili nəzarətin effektivliyi və ya fərdi idarəetmə hesabatı ilə maliyyə hesabatlarının uyğunluğu barədə rəy bildirmək tələb oluna bilər. BAS-larda maliyyə hesabatları haqqında rəyin formalaşdırılması ilə bağlı məsələlər üzrə tələb və qaydalar nəzərdə tutulsa da, auditor belə rəylərin bildirilməsinə dair əlavə öhdəliklərə malik olduğu halda, ondan əlavə işlərin icrası tələb edilə bilər.
Üzv şirkətlərdən IAASB tərəfindən buraxılmış Beynəlxalq Audit Standartları əsasında transmilli auditlər aparmaq üçün müvafiq siyasət və metodologiyaların olması tələb edilir.Bu təlimatlara IAASB tərəfindən buraxılmış Beynəlxalq Audit Standartları əsasında audit yoxlamalarının həyata keçirilməsi ilə bağlı siyasət və metodologiyalar daxildir.

1.Audit seçmə
Audit seçməsindən istifadə edən zaman auditorun məqsədi seçimin edildiyi toplam haqqında qərar qəbul etmək üçün lazımi əsasları təmin etməkdir 
Seçmənin düzgün aparılması onun auditin qarşısında qoyulan tələblərə uyğun olmasını təmin etmək üçün məcmunun aşağıdakı xarakteristikasını nəzərdən keçirmək lazımdır:
məcmunun hansı növü ayrıca maddə təşkil edir – kompüter proqramı, əllə qeydlər yazılışı və s.
seçmənin ayrı-ayrı maddəsi hansı qayda ilə bütün məcmunun daxilində bölüşdürülür;
seçmə sıfır və ya mənfi həcm ölçüsünü əks etdirməlidir və s.

Yüklə 36,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin