Azərbaycan Dövlət İqtisad Universiteti mba mühasibat uçotu audit Fənnin adı


Bu məqsədlə auditor aşağıdakı testlərtən istifadə edə bilər



Yüklə 36,9 Kb.
səhifə4/6
tarix20.05.2023
ölçüsü36,9 Kb.
#118216
1   2   3   4   5   6
Zeynal-Audit

Bu məqsədlə auditor aşağıdakı testlərtən istifadə edə bilər:
1) ehtiyatların qruplaşdırılmasının yoxlanması;
2)əmtəə-material qiymətlilərin hesablaşma-ödəniş tələbnamələri, hesabfakturaları, əmtəə-nəqliyyat qaimələri əsasında təhlilin aparılması;
3) malgöndərən təşkilatların sənədləri və əmtəə-material qiymətlilərin mədaxil sənədlərinin üzləşdirilməsi;
4) mühasibat uçotu ilə anbara mədaxil edilən əmtəə-material qiymətlilərin ilkin sənədlər əsasında üzləşdirilməsi;
5) lazimi tələblər, şifahi sorğular (işçilərə, mütəxəssislərə, üçüncü şəxslərə);
6) ƏDV ilə əlaqədar olaraq 19 №-li hesabın debet və kreditinin yoxlanılması;
7) müxabirləşmənin düzgünlüyünün yoxlanılamsı
Mühasibat uçotunun təşkilinin auditi aparılarkən müəssisə təsərrüfatmaliyyə fəaliyyətini mühasibat uçotunda əks olunmuş göstəricilərin doğru, düzgün və etibarlı olmasını müəyyən etmək üçün test – audit formasından da istifadə edə bilər. Son illərdə bu forma bir sıra ölkələrdə audit yoxlamalarında tətbiq olunur. Bu formanın mənası ondadır ki, auditor yoxlamaya başlamazdan qabaq auditin məqsədinə uyğun olaraq suallar hazırlayır və sualları müəssisənin mühasibat işçiləri, rəhbərliyi, bölmə rəhbərliyi arasında həmin sualları yayır və onlardan müəyyən formada cavablar toplayır. Bunda əsas məqsəd müəyyən olunmuş nöqsanların aradan qaldırılmasından ibarətdir. Belə aparılan “test – audit” suallarında müəssisə mühasibat uçotunun təşkilində və daxili şəraitdə mövcud olan əməliyyatlara aid suallar əhatə olunur. Bu formada aparılan audit nəticəsində mühasibat uçotunun təşkili və daxili auditlə əlaqədar müsbət və mənfi cəhətlər müəyyənləşdirilir.
4.Auditor sübutları və analitik prosedurlar
Auditor sübutları aşağıdakılardan ibarətdir:

  • məlumatların sənədli mənbələri;

  • mühasibat uçоtunun sənədləri;

  • ekspertlərin rəyi;

  • digər mənbələrdən daxil olan məlumatlar.

Auditor müstəqil olaraq auditor sübutlarının (BАS 500 «Аuditоr sübutlаrı», BАS 501 «Аuditоr sübutlаrı-xüsusi mаddələrə yenidən bахılmаsı») əldə edilməsi prosedurlarını müəyyən edir.
Auditor öz nəticələrini əsaslandırmaq üçün müstəqil prosedur­lar əsasında kifayət qədər auditor sübutları əldə etməlidir. Audit olunan bütün obyektlər üzrə auditor sübutlarının hazırlanması auditorun əsas işi hesab olunur. Sübut­ların təhlili və ümumi­ləşdirilməsi əsasında auditor aşağıdakı məsələlər üzrə nəti­cə çıxarır:

  • illik mühasibat hesabatının vəziyyəti və məzmunu hаqqındа;

  • təsərrüfat subyektlərinin illik balansının dürüstlüyü və tamlığı hаqqındа;

  • müəssisənin investisiya qoyuluşundа və innovasiya layihələrinin həyata keçirilməsində iştirakının mümkünlüyü, həmin lаyihələrin iştirakçılarının müəyyən edilməsi zamanı ona seçmək imkanı haqqında;

  • kredit resurslarının və investisiyaların məqsədli istifadəsi hаqqındа;

  • təsərrüfat subyektlərinin nizamnamə kapitalının yaradılmasının vaxtında və tam həyata keçirilməsi, formalaşdırılması hаqqındа və s.

Auditor sübutları dürüst olmalı və inandırıcı xarakter daşı­ma­lıdır. Auditor sübutlarının dürüstlüyünün qiymətləndirilməsi zamanı аuditоr aşağıdakı şərtlərə əsaslanmalıdır:

  • xarici (kənar) auditor sübutları (üçüncü tərəfdən əldə edilən informasiya) dахili auditor sübutları ilə müqayisədə daha dürüstdür;

  • mühasibat uçotunun müvafiq sistemi effektli işlədikdə daxili sübutlar (müştəridən alınan informasiyalar) daha dürüst hesab edilir;

  • auditorun özü tərəfindən əldə edilən sübutlar müəssisədən alınan sübutlarla müqayisədə daha dürüstdür;

  • sənədlər və yazılı ifadələr formasında sübutlar şifahi ifadələr­dən daha dürüst hesab edilir.

Təsərrüfat subyektinin maliyyə hesabatlarının dürüstlüyünü təsdiq etmək üçün kifayət qədər sübutlar toplayarkən auditor aşağıdakı məsələlər üzrə öz fikrini bil­dirməlidir:
 mövcudluq - aktiv və passivlər hesabat tarixinə mövcuddur;
 hüquq və öhdəliklər - aktiv və passivlər müəyyən tarixə iqti­sa­di subyektə аiddir;
 aidatlıq - təsərrüfat əməliyyatları və hadisələr hesabat dövrü ər­zin­də iqtisаdi subyektə aiddir;
 tamlıq - mühasibat uçotunun aparılması üzrə qanun­veri­ci­lik­də nəzərdə tutu­lan qaydaya uyüun olaraq, uçot yazılışlarına daxil edil­­­mə­miş аktivlər, pаssiv­lər, əməliyyatlar, hadisələr və ya açıq­lan­ma­mış maddələr yoxdur;
 qiymətləndirmə - aktiv və passivlər müvafiq balans dəyəri ilə qeyd оlunmuşdur;
 dəqiqlik - təsərrüfat əməliyyatları və ya hadisələr üzrə məbləü­lər lazımi qаydada əks etdirilmiş, gəlir və xərclər müvafiq dövrə aid edil­mişdir;
 təqdim etmə və açıqlama - maddələr açıqlanmış, təsnif­ləş­di­ril­miş və mаliy­yə hesabatlarının tərtib edilməsinin qəbul edilmiş əsas­na­mə­sinə uyğun şərh оlun­muşdur.

Yüklə 36,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin