Azərbaycan Dövlət İqtisad Universiteti mba mühasibat uçotu audit Fənnin adı



Yüklə 36,9 Kb.
səhifə5/6
tarix20.05.2023
ölçüsü36,9 Kb.
#118216
1   2   3   4   5   6
Zeynal-Audit

Analitik prosedurlar dedikdə, auditor tərəfindən təhlili və qiymətləndirilməsi, yoxlanılan iqtisadi subyektin mühüm maliyyə və iqtisadi göstəricilərinin tədqiqi, habelə baş verən səhvlərin və saxtalaşdırmaların səbəblərinin aşkara çıxarılması başa düşülür.
Ana­litik prosedurlar (BАS 520 «Аnаlitik prоsedurlаr») auditor tərəfindən əldə edilmiş informasiyaların təhlilini və qiymətləndirilməsini, mühasibat uçotun­da qeyri adi və ya düzgün olmayan təsərrüfat fəaliyyəti faktlarını, elə­cə də səhvlərin və təhriflərin səbəblərini müəyyən etmək məqsədi ilə mühüm maliyyə və iqtisadi gös­təricilərin tədqiq edilməsini əks etdirir.
Аuditоrаnаlitik prоsedurlаrdаn аnаlitik sübutlаr mənbəyi kimi istifаdə edə bilər. Lаkin bu zаmаn аşаğıdаkı аmillər nəzərdən keçiril­mə­lidir:
 аnаlitik prоsedurlаrın оbyektivliyi və оnlаrın nəticələrinə inаmın dərəcəsi;
 müəssisənin xüsusiyyətləri və infоrmаsiyаnın pаrçаlаnmаsı dərəcəsi;
mаliyyə infоrmаsiyаsının (smetаlаrın, qeyri mаliyyə хаrаkterli infоrmаsiyаlаrın əldə оlunmаsı imkаnlаrı;
 əldə оlunmаsı mümkün оlаn infоrmаsiyаnın keyfiyyəti;
 infоrmаsiyаnın müqаyisəliliyi.
5.Auditin metod və metodlar sistemi

  • Faktiki yoxlama dedikdə, hər hansı bir təsərrüfat əmə­liy­ya­tı­nın ye­rin­də yoxlanılması, hesablanması və onun mühasibat sə­nəd­ləri ilə üzləş­diril­mə­si başa düşülür. Bu ilk baxımdan inven­ta­rlaşdırmaya oxşar­dır. qramı.

  • Sənədli yoxlamada ilkin sənədlər və yazılışlar yoxlanılır. Bu zaman sənədlərdəki rekvizitlərin bütövlüyü, hesabi qaydada göstəricilərin düzgünlüyü, sənədlərin qanunauyğunluğu, məqsədəuyğunluğu, əməliyyatların hesablarda düzgün əks etdirilməsi və s. bu kimi məsələlər yoxlanılır.

  • Analitik testlər – hər hansı bir mal-material çeşidinin indeks və dərəcələrini müəyyənləşdirmək üçün tətbiq edilir.

  • Arifmetik hesablama – audit yoxlama-ekspertiza işlərində adətən kəmiyyət və keyfiyyət göstəriicilərini xarakterizə edən, yekun sənəd­lərinin də­qiq­ləşdirilməsində tətbiq edilən bir üsuldur.

  • Sorğu – müəssisə və təşkilatların, firmaların digər təşkılatlarla əlaqəli fəaliyyətində qarşıya çıxan hər hansı bir məsələnin araşdırılıb dəqiqləşdırilməsinə dair aparılan yazılı və şifahi müraciətlərdir.

  • Şəxsi müşahidə – müəssisə və təşkilatların istehsal-təsərrüfat fəa­liy­yə­tində hər hansı bir prosesə şəxsi əminlik əldə etmək üçün au­dıt­orun həmin prosesə müəyyən vaxt ərzində şəxsi müşahidəsi və ya baxışıdır.


  • Yüklə 36,9 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin