Seçmənin müəyyən edilməsinin bir neçə metodu var: 1)statistik metod
2) qeyri-statistik metod
3) seçmə metodu tətbiq etmədən aparılan metod.
Statistik seçmə metodu-Statistik seçmə Hər hansı bir seçmənin “statistik seçmə” hesab edilməsi üçün iki əsas xüsusiyyət nümunənin təsadüfi seçilməsi və nəticələri qiymətləndirmək üçün ehtimal nəzəriyyəsinin istifadədir.
Təsadüfi seçmə Burada nümunə üçün elementlər təsadüfi seçilir. Seçim prosesinə əsasən, nümunədəki bütün elementlərin icmalda təmsil edilmək üçün bərabər ehtimalı mövcuddur. Bu səbəbdən ehtimal nəzəriyyəsindən istifadə olunur. B
) Nümunə üzrə nəticələri qiymətləndirmək üçün ehtimal nəzəriyyəsindən istifadə Əgər nümunə təsadüfi seçilibsə, o zaman nəticələri qiymətləndirmək üçün ehtimal nəzəriyyəsinin statistik alətlərindən istifadə oluna bilər. Nümunə üzrə nəticələrin qiymətləndirilməsi haqqında daha ətraflı bu fəslin 4-cü bölməsində bəhs edilir. (Statistik seçmədən istifadə edərək nümunənin seçilməsi haqqında misallar Nələri Öyrənəcəyik 4
Qeyri-statistik seçmə.Əvvəldə də müzakirə etdiyimiz kimi statistik seçmənin xüsusiyyətləri olmayan seçmə yanaşması qeyri-statistik seçmə hesab edilir. Aşağıda seçmədə istifadə olunan bəzi üsullar göstərilmişdir. Nümunə Hər ayın ilk on qəbzi yoxlanış üçün seçilir. Bu seçim subyektiv və ya sistematik olmayan seçimdir və ciddi mənada statistik seçim deyildir.
a) Sistematik seçki.Bu seçilmiş elementlər arasındakı daimi intervaldan istifadə etməklə seçmə elementlərinin seçilməsi deməkdir. İlk element təsadüfən seçilir və daha sonra, məsələn, hər yüzüncü element seçilir. Nümunə intervalının icmaldakı xüsusi bir qanunauyğunluq ilə uyğun gəlməməsindən əmin olmaq lazımdır.
b)Qeyri-sistematik seçim.Burada nümunə elementlər adətən müəyyən edilməmiş qaydada və əl ilə seçilir. Əldə olunmuş qiymətləndirmələrin qərəzsiz olacağına əmin olmamaq mümkün deyil.
c) Ardıcıl seçim və ya blok seçimi.Burada nümunə elementlər ardıcıl olaraq və ya bloklarla seçilir. Yəni, 25 qəbzdən ibarət blok seçilir. Bu növ nümunə icmalın göstəricisi olmaya bilər və yalnız bir gün və ya müəyyən müddətdən olan elementləri seçməyə meylli ola bilər.
d) Vahid seçmə monitorinqi.Bu, icmaldakı hər 1 dolların yoxlanış üçün seçilməyə bərabər şansı olduğu üsuldur. Belə ki, debitor borc qalıqları toplanılır və yoxlamaq üçün müştərinin hesabını seçmək məqsədilə icmal hər dəfə, məsələn, 5.000 dollar artırılır.