YDA Ali təhsilin son pilləsi Yekun Dövlət Attestasiyasıdır (YDA). Yekun Dövlət Attestasiyası Dövlət imtahanı və ya Buraxılış işinin hazırlanması və müdafiəsi formasında həyata keçirilir. Bəzi ixtisaslar istisna olmaqla tələbənin ÜOMG-si 71 və yuxarı olduğu halda, ona YDA formasının seçim hüququ verilir. Bütün digər hallarda YDA Dövlət İmtahanı formasında həyata keçirilir.
YDA-ya görə tələbənin toplaya biləcəyi balların maksimum miqdarı 100-ə bərabərdir.
YDA 9-10 fənndən olan 700 sual ətrafında birləşir
YDA yoxsa DP? Diplomu müdafiə ilə almaq YDA-ya görə üstünlük verir. Akademik karyeranızı bitirəcəksinizsə,YDA verməyiniz daha rahat olar, amma gələcəkdə xaricdə oxumağı düşünürsünüzsə,diplom işi yazmağınız məqbuldur.3-cü kursun son imtahanın verdikdə sonra 2 gün ərzində sizdən YDA, yoxsa DP seçdiyinizi bildirməyiniz tələb olunacaq.
Diplom işi ( Buraxılış işi ) Tələbənin ÜOMG-si (Ümumi Orta Müvəffəqiyyət Göstərici) 71 və daha yuxarı olduğu halda DP seçim hüququ yaranır. Diplom işinin yazılma qaydaları müəyyən akademik yazı standartları ilə tənzimlənir. Yəni, elmi iş yalnız şəxsi fikirlər toplusundan və ya saytda gördüyümüz hər hansı bir xəbərdən fərqlənməlidir.
Diplom işi üçün elmi rəhbər seçimi Elmi rəhbər - DP mövzusunun, təqdiqat obyektinin və predmetinin, tədqiqat metodlarının, tədqiqatın informasiya bazasının və ədəbiyyatın seçilməsi proseslərində, eləcə də DP planının tərtib edilməsində və tədqiqatın aparılmasında tələbəyə zəruri tövsiyələri verən, DP işinin məzmununun qoyulan tələblərə uyğunluğu barədə rəy verən şəxsdir. Elmi rəhbərin elmi-pedaqoji fəaliyyət sahəsi ilə dissertasiya mövzusu arasında uyğunluğun olması məqsədəuyğun hesab edilir.
Mövzu seçimi: Buraxılış işlərinin mövzuları kafedralarda onların profilinə uyğun şəkildə müəyyənləşdirilir və fakültənin elmi şurasında təsdiqlənir.Bu prossesdən əvvəl tələbələr özləri də kafedra ilə əlaqə saxlayıb mövzu təklif edə bilərlər.(Bir mövzunu yalnız bir tələbə işləyə bilər)
DP üzrə əsas tələblər aşağıdakılardır:
-Diplom işinin həcmi 50-55 səhifə
-Şrift ölçüsü: 14
-Font : Times New Roman
-Sətirlərarası məsafə 1,5
-sol kənardan 3 sm, yuxarı və aşağıdan 2 sm, sağ tərəfdən isə 1,5 sm boş yer saxlanılan A4 vərəqdə yazılmalıdır
Plagiat Plagiat - başqasının fikirlərini və ya işlərini istifadə etmək və özünə aid olduğunu iddia etmək.
Əgər, hansısa bir dəqiq tarixdən, statistikadan, özünüz çəkmədiyiniz fotoşəkillərdən və s. bu kimi şeylərdən istifadə olunursa, mütləq mənbə olmalıdır. Eyni zamanda, hər hansı bir nitqi olduğu kimi və ya parafraz edərək qeyd etsəniz, yenə də istinad göstərilməlidir. Elmi kontingetə və ya əksəriyyətə məlum olan faktlara istinad etməsəniz də olar. Məsələn, dünyanın kürə formasında, Bakının Azərbaycanın paytaxtı olmasına istinad etmək şərt deyil.