Qarşılıqlı üzləşmə – audit olunan müəssisə və firmaların təsərrüfat-maliyyə prosesində baş vermiş analitik bir əməliyyatın digər əlaqəli təşkılatla üzləşdirilməsi və hər iki tərəfin razılıüı ilə aparılmış maliyyə əməliyyatının təsdiqinin rəsmi sənədləşdirilməsi deməkdir.
Riyazi statistik üsullar – kombinələşmiş üsuldur, adətən iqtısadi göstəricilərin ümumiləşdirilməsində və hər hansı bir məsələnin qiymətləndırilməsində tətbiq olunur.
Alternativ maliyyə-hesabat sənədlərinin hazırlanması - mühasibat-maliyyə hesabatları audit edilən zaman təsərrüfat-maliyyə fəaliyyətində baş vermiş əməliyyatların uçоt-hesabat sənədlərində doğruluğunu təsdiq etmək üçün bəzi hallarda tərtib olunmuş uçоt və maliyyə hesabatlarına alternativ olaraq hesabatlar tərtib edılir.
Sənədlərin texniki ekspertizası – müəssisə, təşkilatların təsis sənədlərini və digər qeyri-maliyyə sənədlərini texnıki baxışdan keçırməklə, onun qanunverici normativ aktlara uyüun olmasına qiymət verməkdir.
Maddi ekspertiza dedikdə, istehsal olunmuş məhsulun maddi tərkıbinin müvafiq standartlara uyğun olmasını müəyyənləşdirmək üçün xüsusi laboratoriyalarda bu istiqamətdə aparılan ekspertiza işləri başa düşülür.
Başdanbaşa üzləşdirmə dedikdə isə adətən seçmə üsulu ilə aparılmış analitik yoxlamalar nəticəsində mühasibat sənədləri ilə faktiki əməliyyatlar arasında aşkar edilmiş kənarlaşmaların daha dəqiqləşdırilməsi üçün yoxlamanı əhatə edən dövr üçün mühasibat maliyyə əməliyyatlarının həmin istıqamətdə əməliyyatların başdanbaşa ilkin sənədlərlə üzləşdirilməsi başa düşülür və sair.
Analitik testlər müqayisə, indekslər və əmsallar metodudur.
Müayinə problemlə dəqiq və şəxsən tanış olmaüa əsaslanır.
Xüsusi yoxlama dar ixtisaslı mütəxəssisin yoxlamaya cəlb edilməsini nəzərdə tutur.
Nəticə “Auditor haqqında” AR Qanununda göstərilir ki, audit yoxlanması məcburi və ya könüllü (təsərrüfat subyektlərinin öz təşəbbüsü ilə) ola bilər. Qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərəd tutlmuş hallarda və ya səlahiyyətli dövlət orqanlarının müvafiq qərarlarına əsasən (onların sifarişi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür.
Məcburi audit yoxlanması bilavasitə qanunvericilikdə müəyyənləşdirilmiş hallarda və yadövlət orqanlarının tapşırığı ilə keçirilir. Məcburi auditin həcmi və keçirilmə qaydası qanunvericilik normaları ilə tənzimlənir.
Mövcud qanunvericiliyə görə səhmdar cəmiyyətləri, xarici investisiyalı müəssisələr, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları, məhdud məsuliyyətli cəmiyyətlər, investisiya fondları, maliyyə-sənaye qrupları üzrə audit məcburidir. Bundan əlavə AR Mülki Məcəlləsində göstərilir ki, yekun günədək on iki ay ərzində balans məbləği vədövriyyədən mədaxili müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi son mnəbləğdən yüksək olan hər bir hüquqi şəxs, qoşma da daxil olmaqla illik balansı auditor tərəfindən yoxlanılmalıdır.
Təşəbbüslə (könüllü) audit iqtisadi subyektiv qərarı üzrə auditor (auditor firması) ilə müqavilə əsasında həyata keçirilir. Belə yoxlamanın xarakterini və miqyasını sifarişçi müəyyən edir.
Daxili audit idarəetmə nəzarətinin ayrılmaz və mühüm elementidir. Daxili auditə tələbat olnunla əlaqədardır ki, rahbarliyin yuxarı pilləsi təşkilatın və aşağı idarəetmə sturukturların fəaliyyətinə gündəlik nəzarətlə məşğul olmur. daxili audit bu fəaliyyət barədə informasiya verir və menecerlərin hesabatlarının düzgünlüyünü təsdiqləyir. Daxili audit başlıca olaraq ehtiyatların itkisinin qarşısını almaq və müəssisə daxilində zəruri dəyişikliklər aparmaq üçün lazımdır.
Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor formaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır. Sərbəst auditorun sərbəstliyi həm qanunvericilik, həm də etik normalarla müəyyənləşdirilir.
Ədəbiyyat İslam Bayramov,Vəli Rəhimov “Auditin aparılması və sənədləşdirilməsinə dair təlimat” Bakı-2015
Babaşirinova E.M. “Auditin və аuditоr prоsedurlаrının təşkili və teхnоlоgiyаsı”