Korporativ Mailiyyənin Məqsədi Və Mahiyyəti Korporativ mailiyyəyə əsasən müəssisələrin əməliyyatlarını necə mailiyyələşdirmələri, mənfəətin artırılması yollarının necə müəyyən edilməsi, pul vəsaitlərinin hərəkətləri və uzun müddətli mailiyyə məqsədləri ilə əlaqəli gündəlik əməliyyatların aparılması haqqında nəzəri bilikləri və məlumatları çatdırır. Bu fənn keçirilərkən investisiya lahiyyələtinin qiymətləndirilməsi, mailiyyə hesabatlarının təhlili, tətbiqi, beynəlxalq mailiyyə insututlarının işləri barədə məlumatlar verir.
Son illər ərzində mailiyyə bazarında əsaslı dəyişikliklər baş verir. Tez-tez baş verən mailiyyə böhranları, bankların bağlanma səbəblərini bilmək üçün Korporativ Mailiyyənin öyrənilməsinə ehtiyyac yaranır. Korporativ Mailiyyə müəssisələrin mailiyyələşmə mənbələri, kapital quruluşları, mühasibat və investisiya qərarlarının necə verildiyini araşdıran mailiyyə sahəsidir.
Korporativ Mailiyyə uzun və qısa müddətli mailiyyə planlaşdırılması və müxtəlif strategiyaların həyata keçirilməsi yolu ilə səhmdarların gəlirlərini maksimum dərəcədə artırmaq məqsədi görür.
Korporativ Mailiyyənin əsas məqsədi müəssisələrin mənfəətinin artırılması, xərclərinin azaldılması, gündəlik əməliyyatlar çerçivəsində nağd pul axınına nəzarəti təşkil etmək və uzun müddətli mailiyyələşməni təmin etməkdən ibarətdir.
Beləliklə Korporativ Mailiyyə dedikdə fondların dövriyyəsi zamanı kapitalın, gəlirlərin formalaşması və sonrakı istifadəsi ilə əlaqəli pul münasibətləri başa düşülür. Burada mühüm məqam gəlirlərin, fondların formalaşması və bölgüsüdür. Onlarında meydana gəlməsinin mənbəyi, xərclər və vergilər ödənildikdən sonra müəssisənin sərəncamında qalan mənfəətdir.
Korporasiya bir təşkilatdır və onun sahibləri Korporasiyaya yönəltdikləri vəsait həcmində məsuliyyət daşıyırlar.
Korporativ Mailiyyənin Vəzifələri Korporativ maliyyənin vəzifələrindən biri təşkilatın xərclərinin davamlı olaraq pul vəsaitləri ilə təmin edilməsidir. Təşkilatın təsərrüfat fəaliyyətinin maliyyələşdirilməsinin əsas mənbəyi onun öz kapitalıdır (nizamnamə kapitalı və mənfəət). Müəssisə aparmaq xərclərinin öz dövriyyə kapitalının həcmindən müvəqqəti artıq olması ilə təşkilat borç kapitalını cəlb edir. Uzunmüddətli ehtiyacları ödəmək üçün daha tez-tez istiqrazlar və ya səhmlər buraxılır və ya uzunmüddətli kreditlər alınır. Kreditin alınması və ya səhmlərin buraxılması ilə bağlı bu cür strateji qərarlar son nəticədə təşkilatın kapitalının strukturunu müəyyən edir. Qeyd etmək lazımdır ki, mənfəətin ənənəvi mühasibat göstəricisi iqtisadi mənfəət yaratmaq üçün istifadə olunan kapitalın cəlb edilməsi ilə bağlı fürsət xərclərini, həmçinin əlavə dəyər yaratmaq, dövriyyə vəsaitlərinin həcminə, kapital qoyuluşlarına nəzarət etmək üçün zəruri olan artımı nəzərə almır, lakin əsas vəsaitlərin və qeyri-maddi aktivlərin köhnəlməsi kimi qeyri-monetar göstəricini nəzərə alır, ona görə də bəzi maliyyə mütəxəssisləri şirkətin fəaliyyətinin əsas göstəricisi kimi gözlənilən diskontlaşdırılmış pul vəsaitlərinin hərəkətini seçirlər. Bu alternativ idarəetmə üsulu biznes dəyərinin idarə edilməsi adlanır.
Korporativ maliyyənin növbəti vəzifəsi biznesin gəlirliliyi və maliyyə riskləri arasında optimal balansı tapmaqdır.
Korporativ maliyyənin digər mühüm cəhəti investisiya qərarlarıdır, yəni əlavə gəlir əldə etmək üçün pul yatırmaq qərarlarıdır. İnvestisiyaların idarə edilməsi istənilən səviyyədə maliyyənin ən vacib aspektidir və korporativ səviyyə də istisna deyil. İnvestisiya qərarı verməzdən əvvəl aşağıdakı amilləri təhlil etməlisiniz:
arasında əlaqə: hədəf - zaman dövrü - inflyasiya - riskdən yayınma - vergilər - xalis gəlir
aktiv və passiv hedcinq strategiyası arasında seçim