1. Marketinq anlayışı, mahiyyəti və məqsədi Marketinq formalarının təkamülü və marketinq konsepsiyasının mahiyyəti



Yüklə 19,13 Kb.
səhifə1/5
tarix30.04.2023
ölçüsü19,13 Kb.
#104999
  1   2   3   4   5
Sahibkarliq movzu 5


MÜHAZİRƏ 5. Sahibkarlıq fəaliyyətində marketinq və menecment sistemi
PLAN:
1.Marketinq anlayışı, mahiyyəti və məqsədi
2.Marketinq formalarının təkamülü və marketinq konsepsiyasının mahiyyəti
3.Menecmentin mahiyyəti, predmeti, vəzifələri və idarəetmə fəaliyyətinin məzmunu
4.Müəssisənin idarəedilməsi, idarəetmənin məqsədi və funksiyaları


1. Marketinq anlayışı, mahiyyəti və məqsədi.
Marketinq – bir şirkətin xidmət və ya malın alqı-satqısını təşviq etmək üçün həyata keçirdiyi fəaliyyətlər cəmidir. Marketinq – ingilis dilində “market” sözündən götürülüb, bazar mənasını verir. Azərbaycan dilinə hərfi tərcüməsi “bazarda fəaliyyət”dir. Fərdi və ya təşkilati məqsədlərə çatmaq üçün mal, xidmət, fikir və ya hadisələrlə əlaqədar alış-verişi təmin məqsədilə məhsula, paylamaya, qiymətə və saxlamağa bağlı fəaliyyətlərin planlaşdırılması, həyata keçirilməsi və nəzarət müddətidir. Marketinq – mübadilə fəaliyyətini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. Mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların tələbatlarının müəyyən edilməsi bu tələbatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilməsi, satışdan əvvəl və satışdan sonrakı xidmətin təşkili reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilməlidir. Başqa sözlə, bu, buraxılan məhsulun satışı üçün əlverişli şərait yaratmaq, onun keyfiyyətini, çeşidini və istehsal həcmini istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazar şəraitinin təhlili və proqnozlaşdırılmasıdır. Marketinqin fəlsəfəsi çox sadədir: “elə məhsul istehsal et ki, onun satışı təmin edilmiş olsun”. Yalnız belə olduqda, müəssisə bazarda özünə möhkəm yer tuta bilər və onun gəliri də yüksək olar.
Marketinqin əsas məqsədi istehlakçıya yönümlülük, istehlakçının və cəmiyyətin tələbatının ödənilməsi şərti ilə mənfəət əldə etmək, daha effektli marketinq tədbirləri ilə müəssisənin başlıca məqsədinə nail olmaqdır. Marketinqin məqsədi aşağıdakı tələblərə cavab verməlidir:

  • Marketinqin məqsədi ölçülə və müqayisə edilə bilən olmalıdır.

  • Marketinqin məqsədi yazılı şəkildə rəsmiləşdirilməlidir.

Marketinq məqsədinə nail olmaq üçün bir sıra vəzifələr yerinə yetirməlidir. Marketinqin vəzifəsi tələbatın elə səviyyəsini, bu tələbatın ödənilməsinin elə vaxtını və xarakterini müəyyən etməkdir ki, o qarşıya qoyulan məqsədi effektlə həyata keçirməyə imkan versin.

Yüklə 19,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin