1. Marketinq anlayışı, mahiyyəti və məqsədi Marketinq formalarının təkamülü və marketinq konsepsiyasının mahiyyəti



Yüklə 19,13 Kb.
səhifə4/5
tarix30.04.2023
ölçüsü19,13 Kb.
#104999
1   2   3   4   5
Sahibkarliq movzu 5

Sosial marketinq konsepsiyası- Bu konsepsiyaya görə təşkilat istehlakçıların və ümumiyyətlə, cəmiyyətin rifah səviyyəsini qaldırmaq və təmin etmək üçün öz hədəf bazarının ehtiyaclarını, istəklərini və maraqlarını qabaqcadan müəyyənləşdirməli, onlara rəqibləri ilə müqayisədə daha səmərəli şəkildə cavab verməlidir.

Uzun illər işlənib hazırlanmış digər marketinq konsepsiyaları aşağıdakılardır:
Marketinq kompleksi,xidmətlər marketinqinin kompleksi,alternativ marketinq kompleksi, daxili marketinq,münasibətlər marketinqi,inteqrasiya olunmuş marketinq.

3. Menecmentin mahiyyəti, predmeti, vəzifələri və idarəetmə fəaliyyətinin məzmunu.
Menecment (idarəçilik) – təşkilatın məqsədlərinə çatmaq üçün resurslardan effektiv və səmərəli şəkildə istifadə etməklə həyata keçirilən işlərin məcmusudur. Həmin işlər əsas menecment funksiyaları olaraq 4 cür qruplaşdırılır:

  1. Planlaşdırma və qərar qəbuletmə – şirkət üçün hədəflərin eləcə də hədəflərə çatmaq üçün yolların müəyyən edilməsidir.

  2. Təşkiletmə – şirkətin resurslarının düzgün yönəldilməsi və prosedurların formalaşdırılmasıdır.

  3. Liderlik – şirkətin ümumi məqsədinə çatmaq üçün işçi heyətinin motivasiya edilməsidir.

  4. Nəzarət – şirkətin ümumi məqsədinin doğru olub olmamasının yoxlanılması, lazım gəldikdə isə müdaxilə edilməsidir.

Menecment prosesini həyata keçirən şəxs menecer adlanır. Sahibkar biznesi özü idarə etmədikdə menecerə ehtiyyac yaranır. Menecerin vəzifəsi mövcud resursları effektiv və səmərəli şəkildə istifadə etməklə şirkətin məqsədlərinə çatmaqdır. Bunun üçün menecerin istifadəsində 4 cür resurs olur:

  1. Maliyyə – pul ekvavalentləri, qiymətli kağızlar

  2. Fiziki – avadanlıqlar, maşınlar

  3. İnformasiya – hesabatlar, uçot sənədləri, əmrlər

  4. İnsan – işçilər

Menecerlər vəzifələrindən asılı olaraq menecment funksiyalarını müxtəlif dərəcədə həyata keçirirlər. Yəni, yüksək vəzifəli menecerlərin işinin əsas hissəsini planlaşdırma və nəzarət funksiyaları təşkil etdiyi halda, aşağı vəzifəli menecerlərin işinin əsas hissəsini isə təşkiletmə və liderlik funksiyaları təşkil edir. Ümumi menecer xüsusiyyətləri: özünə inam, ambisiya (lovğalıq), vizyon (görmə qabiliyyəti), risk edə bilmək, çeviklik, rəqabətcil olmaq, özünü tənqidi bacarmaq, liderlik;
Menecment konkret bazar şərtləri və ya bazar iqtisadiyyatı şəraitində özünəməxsus idarəetmə metodunu ehtiva edir. Bu, biznes təşkilinin ən optimal variantının əldə olunması məqsədilə şirkəti bazar ehtiyacı və bazar tələbatına oriyentasiya edir, xərclərin azaldılması yolu ilə istehsal effektivliyi göstəricisinin daimi artımına istiqamətləndirir.
İdarəetmə – şirkətin özünün məqsədlərini formalaşdırmaq və ona nail olmaq məqsədilə planlaşdırma, motivasiya, nəzarət və təşkiletmə proseslərindən ibarətdir. Idarəetmənin mahiyyəti şirkət qarşısında duran məqsədlərə nail olmaq üçün mövcud resurslardan (torpaq, əmək, kapital və s) daha optimal istifadəyə əsaslanır.

Yüklə 19,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin