Dövlət imtahanı Sənayenin təşkili və idarə olunması


Sənaye sahələrinin kadr təminati və kadr hazırlığı prosesi



Yüklə 185,94 Kb.
səhifə5/35
tarix18.06.2023
ölçüsü185,94 Kb.
#132224
1   2   3   4   5   6   7   8   9   ...   35
Dövlət imtahanı

Sənaye sahələrinin kadr təminati və kadr hazırlığı prosesi.

Sual 12. Maddi istehsal sahələrindən hər birinin, o cümlədən sənayenin səmərəli fəaliyyəti sahəyə məxsus iş qüvvəsindən, orada çalışan işçilərin səriştələrindən, kadrların peşəkarlıq və ixtisas səviyyəsindən bilavasitə asılı olur. Hər hansı bir müəssisənin istehsal proqramını yerinə yetirmək üçün zəruri sayda işçilər tələb olunur. Sifarişlər portfelindəki öhdəlikləri yerinə yetirmək üçün lazım olan işçilərin sayı onların müəyyən qruplar üzrə konkret sayını nəzərdə tutur. Sənaye kadrlarının peşə-ixtisas və kvalifikasiya üzrə təsnifləşdirilməsi sənayenin sahə strukturunda, texniki bazasında, işçilərin mədəni-texniki səviyyəsində baş verən dəyişikliklərin öyrənilməsində böyük əhəmiyyət kəsb edir. Mühəndis texniki və ya mütəxəssis və rəhbər işçilər kateqoriyasına istehsala texniki rəhbərlik işini həyata keçirən işçilər aid olunurlar. Qulluqçular kateqoriyasına maliyyə-uçot, təchizat-satış, dəftərxana və bəzi inzibati idarə işçiləri aid edilir. Kiçik xidmətedici heyətə inzibati idarə binalarına xidmət edən xadimələr, avtomobil sürücüləri, kuryerlər və digər işçilər daxil olunurlar. Mühafizə işçilərinə isə müəssisənin gözətçiləri, yanğından mühafizə işçiləri aiddir.



  1. Sənaye sahələrində əməyin təşkilinin mahiyyəti və əsas vəzifələri

Sual 13. Sənayenin təşkili və idarə edilməsində əməyin təşkili insan cəmiyyətinin həyat fəaliyyəti və inkişafının əsasıdır. Sənaye müəssisələrində əməyin təşkilinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

  • Bütün işçilərə əmək məhsuldarlığını müntəzəm surətdə yüksəltmək üçün ən əlverişli iş şəraitini yaratmaq.

  • İstehsalın texnikasının, texnologiyasının və təşkilinin daim təkmilləşdirilməsi əsasında əmək şəraitini yaxşılaşdırmaq və yüngülləşdirmək.

  • İstehsalatda ciddi texnoloji və əmək intizamını yaratmaq. Texnoloji intizam – istehsal prosesində məhsulun hazırlanması texnologiyasının tələblərinə ciddi və dəqiq əməl olunmasını nəzərdə tutur.

  • Əmək kollektivinin yaradıcılıq təşəbbüsünü və qabiliyyətini maksimum dərəcədə inkişaf etdirmək.




Yüklə 185,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin