Dövlət imtahanı Sənayenin təşkili və idarə olunması


Proqnozlaşdırmanın mahiyyəti, növləri və metodları



Yüklə 185,94 Kb.
səhifə35/35
tarix18.06.2023
ölçüsü185,94 Kb.
#132224
1   ...   27   28   29   30   31   32   33   34   35
Dövlət imtahanı

50. Proqnozlaşdırmanın mahiyyəti, növləri və metodları.
Proqnozlaşdırma yunan mənşəli termindir və gələcəkdən xəbər vermək, gələcəyi görmək mənasını verir. Hər hansı sosial, iqtisadi, texniki hadisələrin gələcək inkişafının müəyyən edilməsidir.
İqtisadi ədəbiyyatlarda iqtisadi proqnozlaşdırmaya müxtəlif təriflər verilir. Bu tərifləri birləşdirən ümumi cəhət odur ki, bütün hallarda proqnoza gələcəyi keyfiyyət və kəmiyyət baxımından xarakterizə edən ehtimallı elmi mülahizə kimi yanaşılır.
Başqa sözlə desək, proqnoz - məlum meyllərə və faktorlara əsaslanaraq gələcək haqqında fikir söyləməkdir. İqtisadi sahələrdə proqnozlaşdırmanın əsas məqsədi elmi idarəetmənin səviyyəsinin yüksəlməsi və qeyri müəyyənlik şəraitində riskin dərəcəsini azaltmaqdır.
Proqnozlaşdırmanın 2 növü var: normativ (proqram, məqsəd) və axtarış.
Axtarış üzrə proqnozlaşdırma dedikdə hal-hazırda mövcud olan prosesin gələcəkdə necə inkişaf edəcəyi müəyyən edilməsidir. Başqa sözlə desək indiki obyekt əsasında gələcək tədqiq edilir. Axtarış xarakterli proqnozlaşdırmaya elmi tədqiqat, trend əsasında tədqiqatlar daxildir.
Hər 2 proqnozlaşdırma birgə tətbiqi nəticəsində elm və texnikanın inkişaf tendensiyası səmərəliliyini müəyyən edir.
Proqnozlar aşağıdakı növlərə bölünür:

  1. Məqsədli proqnozlar – yəni elmi texniki inkişafın məqsədini təyin edir. Nə? və Nəyə görə? sualına cavab verir.

  2. Proqram proqnozlar – məqsədə nail olmaq üçün konkret Nə lazımdır? sualına cavab verir. Son məqsədə nail olmaq üçün məqsədinin ardıcıllığı və onların yerinə yetirilməsi müəyyən edilir.

  3. Layihə proqnozlar - bu və ya digər obyektin gələcək konstruksiyasının obrazını yaradır. Proqnozlar vaxta görə bir-birindən fərqlənir:

  1. Operativ cari proqnozlar

  2. Qısa müddətli (1,2 illik)

  3. Orta müddətli (3-5 illik)

  4. Uzun müddətli proqnozlar (5>)

Şərti olaraq proqnozlaşdırmanın ümumi metodikasının prinsipləri 3 qrupa bölünür:

  1. Konseptual, yəni əsas prinsiplər: Sistemlilik, Uyğunlaşma, Çoxvariantlı, Fasiləsizlik, Rentabellik

  2. Proqram məqsədli yanaşmadan irəli gəlir. Yəni məqsədin müəyyən edilməsi cəmiyyətin tələbatının dəyişməsinə müvafiq olaraq son məqsədə nail olmaq üçün dəyişmələr nəzərə alınmalıdır. 3. Strukturlaşdırma. Obyektin zaman və məkanca şərhi bütövlülük nöqteyi-nəzərindən baxılır. Formalaşma səviyyəsi üzrə proqnozlaşdırma metodları 2 qrupa bölünür:

  1. İntiutiv (ekspert).

  2. Formalaşdırılmış.

İntiutiv metodu ekspertlərin rəyi əsasında aparılır.
Formalaşdırma metodunun içərisndə inkişaf tendensiyasını statik metodlar əsasında müəyyən etmək olur. Bunlara interpolyasiya, yəni bizə məlum olmayan informasiyanın müəyyən məlumatlar əsasında müəyyən edilməsidir, ekstropolyasiya metodu yəni keçmiş illərin məlumatları əsasında inkişafın konkret istiqaməti müəyyən edilir, iqtisadi riyazi metodlar.
Formalaşdırılmış proqnozlaşdırma metodlarına riyazi statistik metodlarda aiddir. Buraya korrelyasiya,reqressiya tənliyi aiddir.







Yüklə 185,94 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin