Dövlət imtahanı Sənayenin təşkili və idarə olunması



Yüklə 185,94 Kb.
səhifə33/35
tarix18.06.2023
ölçüsü185,94 Kb.
#132224
1   ...   27   28   29   30   31   32   33   34   35
Dövlət imtahanı

y=α+βx+U
ŷ=a+bx
x-sərbəst dəyişən

cov(x,y) = cov (x, α+ βx +u) = cov (x, α) + β var(x) + cov (x,u)


47. Riyazi statistikanın əsas anlayışları.
Riyazi statistika üsuarının öyrənilməsi vəonlardan bacarıqla istifadə etmək müvəffəqiyyətli ekonometrik təhlil üçün zəruri ilkin şərtdir. İqtisadçı üçün ehtimalın hesablanmasının əhəmiyyəti çox böyükdür. Çünki heç bir dəyişən iqtisadiyyatda dəqiq ölçülə bilmir. Bundan əlavə riyazi modelə daxil olan bəzi kəmiyyətlər sabit qəbul edilsə də əslində dəyişən kəmiyyətdir. İqtisadi parametrlər təsadüfi kəmiyyət olduğundan onların xarakteristikalarını təyin etmək mühüm əhəmiyyətə malikdir. İqtisadi riyazi modellərdə parametrlər arasında təsadüfi asılılıqların təyini riyazi statistika üsulları ilə aparılır. İqtisadi riyazi statistikanın tətbiqi ilə ekonometrika məşğul olur və ekonometrika riyazi statistikanın yalnız müəyyən hissəsindən istifadə edir.
Riyazi statistika və statistik təhlilin əsas anlayışları ehtimal, təsadüfi kəmiyyətlər, diskret və fasiləsiz təsadüfi kəmiyyətlər, baş məcmu və seçmə məcmu anlayışlarıdır.
Müəyyən hadisənin ehtimalı dedikdə, mümkün olan ümumi hadisədə əlverişli olan hadisənin baş verməsinin xüsusi çəkisi başa düşülür. (Və ya hadisənin ehtimalı - ədədi xarakteristika olub, aparılmış təcrübə şərtləri daxilində verimiş nəticənin mümkünlük dərəcəsini müəyyən edir)
Ehtimalın hesablanmasının ümumi düsturu (A hadisəsinin başvermə ehtimalı):

m – A hadisəsinin baş verməsi üçün sınağın əlverişli olan elementar anlayışların sayıdır.
n – sınağın mümkün olan elementar anlayışın sayıdır. (0  m  n)
Bu zaman elememtar halların eyni imkanlı olması nəzərdə tutulur.
Ədədi qiyməti əvvəlcədən dəqiq müəyyən oluna bilməyən kəmiyyətə təsadüfi dəyişənlər deyilir. Daha geniş şəkildə, təsadüfi kəmiyyət dedikdə qabaqcadan məlum olmayan və təsadüfi vəziyyətlərdən asılı olan, müşahidə nəticəsində bu və ya digər qiymət alan kəmiyyət başa düşülür.
Əgər 2 qonşu mümkün qiymət arasında başqa bir qiymət ola bilməzsə və bu kəmiyyəti müəyyən ehtimalla alan təsadüfi kəmiyyəti diskret təsadüfi kəmiyyət adlandırırlar. Başqa sözlə desək, diskret təsadüfi kəmiyyətin mümkün qiymətlərini nömrələmək olar.
Sonlu yaxud sonsuz ədədi parçada istənilən qiyməti ala bilən təsadüfi kəmiyyət fasiləsiz təsadüfi kəmiyyət adlanır.
Diskret təsadüfi kəmiyyətin bütün qiyməti və ona uyğun olan ehtimalın tapılmasına paylanma qanunu deyilir.
Riyazi statistikanın əsasını baş məcmu və seçmə məcmu təşkil edir. Baş məcmu dedikdə, verilmiş real şərtlər kompleksi daxilində tədqiq edilən göstəricinin bütün mümkün olan elementləri və qiymətləri, sınaqların bütün nəticələr çoxluğu başa düşülür. Lakin tədqiqat zamanı baz məcmunun bütün elementləri deyil yalnız müəyyən hissəsi üzrə müşahidələrin nəticələrindən istifadə edilir, buna seçmə məcmuu deyilir. Müəyyən bir nəzəri modeldən istifadə edərkən söhbət baş məcmudan gedir. Lakin parktiki tədqiqatlar seçmə məlumatlarına əsasən aparılır.



Yüklə 185,94 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin