14.Sənaye sahələrində istehsal prosesi və onun mahiyyəti. Sual 14. Sənayenin təşkili və idarə edilməsində istehsal prosesi – cəmiyyətin mövcud olması və inkişafı üçün zəruri olan maddi nemətlər istehsalı prosesidir. Konkret istehsal şəraitindən asılı olaraq istehsalın məzmununu əmək prosesi müəyyən edir və aşağıdakı 3 şərti nəzərdə tutur:
əmək, yəni insanın məqsədə uyğun fəaliyyəti.
əmək cisimləri, yəni əmək prosesində bu və ya digər dəyişikliklərə məruz qalan və istehlak dəyərinə çevrilən təbiət məhsullarıdır.
əmək alətləri – maşınlar, dəzgahlar, texnoloji alət və tərtibatlar.
İstehsalın 2 növünü: maddi və qeyri maddi növlərini fərqləndirirlər. Maddi istehsal sayəsində məcmu ictimai məhsul və milli gəlir yaradılır. Qeyri – maddi istehsal sahələrində bilavasitə maddi nemətlər yaradılmır. İstehsalın 2 tərəfi var: məhsuldar qüvvələr və istehsal münasibətləri. Məhsuldar qüvvələr – istehsal vasitələri və onları öz əmək vərdişi, istehsalat təcrübəsi və biliyi sayəsində hərəkətə gətirib maddi nemətlər istehsal edən insanlardır.İstehsal vasitələrinə - əmək vasitələri və əmək cisimləri aiddir.
15.Sənayedə istehsalin keyfiyyətinə texniki nəzarətin təşkili və idarə edilməsi. Sual 15. İstehsalın təşkili – konkret sosial-iqtisadi şəraitdə canlı əməyin istehsalın maddi ünsürləri ilə səmərəli əlaqələndirilməsinə yönəlmiş tədbirləri əhatə edir. İstehsalın təşkilinin əsas prinsiplərinə mütənasiblik, fasiləsizlik, paralellik, ahəngdarlıq və düzxətlilik aiddir.
Mütənasiblik prinsipi qarşılıqlı əlaqədar olan bütün istehsal həlqələrinin məhsuldarlıqları arasında müəyyən uyğunluq olmasını əks etdirir.
İstehsalın fasiləsizliyiprinsipi dedikdə, istehsal sisteminin fəaliyyət göstərməsinin fasiləsizliyi başa düşülür.
Paralellik prinsipi eyni məhsul növü istehsalı prosesinin müxtəlif mərhələlərinə, ayrı-ayrı məhsul növləri buraxılışının hissə proseslərinə, əsas və köməkçi proseslərə, hazır məhsulun komponentlərini təşkil edən yarımməhsullar istehsalının hissə proseslərinə aid olan müxtəlif işlər kompleksinin eyni zamanda yerinə yetirilməsini nəzərdə tutur.
Ahəngdarlıq prinsipi bərabər vaxt ərzində bərabər miqdarda məhsul buraxılmasında öz əksini tapır.
Düzxətlilik prinsipi – elə bir istehsalın təşkilini nəzərdə tutur ki, bu halda aralıq həlqələr aradan qaldırılır və istehsal prosesində əmək cisimlərinin ən qısa hərəkət yolu təmin edilir.
Avtomatiklik prinsipi – bütövlükdə istehsalın iqtisadi cəhətdən məqsədə uyğun avtomatlaşmasını nəzərdə tutur.
İxtisaslaşdırma prinsipi – icraçıların iş funksiyalarının ixtisaslaşdırılmasını nəzərdə tutur