1 Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7



Yüklə 89,96 Kb.
səhifə1/25
tarix18.12.2022
ölçüsü89,96 Kb.
#76099
  1   2   3   4   5   6   7   8   9   ...   25
multikulturalizmin imtahan cavablarıı..



1)Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7
Multikulturalizm “multi” və “kultura” sözlərindən əmələ gəlib.Məlum olduğu kimi, multikulturalizm sözü latıncadan tərcümədə “çoxmədəniyyətlilik” mənasını verir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. Multikulturalizm terminini geniş və dar mənalarda işlətmək olar. Sözün geniş mənasında biz müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin birgə yaşadıqları cəmiyyəti multikultural cəmiyyət adlandıra bilərik. Sözün dar mənasında isə multikulturalizm məhfumu cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti – müxtəlifliklərin qorunmasını əks edir. Stenford Ensiklopediyasında qeyd olunur ki, multikulturalizm məfhumuna bütün məzlum qruplar – afro-amerikalılar, qadınlar, cinsi azlıqların nümayəndələri,şikəstlər və s.– aid edilsə də, multikulturalizmin tədqiqatçılarının əksəriyyəti adətən bu məfhuma etnik və dini azlıqları təşkil edən immiqrantları, milli azlıqları və yerli xalqları daxil edirlər.Etnik mədəni müxtəliflik olan cəmiyyətdə müxtəliflik qorunmalı və inkişaf etdirilməlidir.H.Əliyev demişdir ki, “Dövlət,ölkə özündə nə qədər çox xalqı birləşdirərsə,bir o qədər zəngin olur.Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töfhəsini verir. Multikulturalizm fənninin məqsədi müasir multikultural cəmiyyətdə etnik,irqi,dini və mədəni müxtəlifliklətrin həmçinin bu müxtəlifliklərin əsasını təşkil edən etnik,dini və mədəni dəyərlərin qorunmasının yollarının müəyyən edilməsidir. Multikulturalizm elə bir təlimdir ki, o, mədəni plüralizmi bəşəri fəaliyyətin əsas məzmunu elan edir, pozitiv müxtəlifliyin qorunmasını və inkişafını özünün əsas vəzifəsi kimi təsdiq edir. Bu, dar mənada konkret götürülmüş ölkənin, qlobal anlamda dünya əhalisinin etnik, irqi və dini müxtəlifliyindən asılı olmayaraq, hüquq və azadlıqlarının müdafiəsini Nəzərdə tutur.
_2. Multikulturalizm fənninin predmeti və obyekti və 7
Hər bir fənnin, elmin öyrənilməsi onun obyektinin, predmetinin və məqsədinin müəyyən edilməsindən başlayır. Bu isə öz növbəsində elmin məzmununun açıqlanmasına kömək edir. Elmin obyekti və predmeti birbirilə sıx bağlıdır. Lakin onları bir-birilə eyniləşdirmək düzgün deyil. Elmin obyektini insanın idraki fəaliyyəti vasitəsilə dərk olunan reallıq təşkil edir. Obyektin bilavasitə tədqiq olunan xüsusiyyətləri, əlamətləri, tərəfləri isə elmin predmeti kimi çıxış edir. Elmin obyekti onun predmetinə münasibətdə daha genişdir. Daha konkret desək, elmin predmeti onun obyektinin müəyyən bir Hissəsi kimi obyektin bu və ya digər elm sahəsi üçün müəyyən elmi-nəzəri Və praktiki əhəmiyyət kəsb edən xüsusiyyətlərini, əlamətlərini, tərəflərini əks etdirir. Elmin predmeti subyektin, yəni tədqiqatçının obyektə münasibətini ifadə edir. O, subyekt tərəfindən reallığın hansı xüsusiyyətlərinin və əlamətlərinin öyrənildiyini göstərir. Elmin obyekti və predmeti haqqında yuxarıda deyilənləri nəzərə alaraq “Multikulturalizmə giriş” fənninin obyektini və predmetini müəyyən etmək olar. “Multikulturalizmə giriş” fənninin obyektini çoxmədəniyyətlilik təşkil edir. Əvvəlki yarımfəsildə qeyd olunmuşdur ki, çoxmədəniyyətlilik məfhumu sözün Geniş mənasında işlədilən multikulturalizm məfhumunun məzmununu əks edir və o, cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəliflikləri, eləcə də bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərləri ehtiva edir. “Multikulturalizmə giriş” fənninin predmetinə gəldikdə isə, cəmiyyətdəki Çoxmədəniyyətliliyin, yəni etnik, irqi, dini və mədəni müxtəlifliklərin, bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin qorunmasının Yollarını öyrədir. Fənnin predmetinin tərifində onun məqsədi aydın şəkildə özünü büruzə verir. Müasir multikultural cəmiyyətdə etnik, irqi, dini və mədəni müxtəlifliklərin, həmçinin bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlərin qorunmasının yollarının müəyyən edilməsi “Multikulturalizmə giriş” fənninin məqsədidir. “Multikulturalizmə giriş” fənninin obyekti olan çoxmədəniyyətliliyi digər Fənlər də öyrənə bilər. Məsələn, çoxmədəniyyətlilik fəlsəfə, sosiologiya və mədəniyyətşünaslıq kimi elmlər üçün də tədqiqat obyekti qismində çıxış edə bilər.


Yüklə 89,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin