1 Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7


)MULTİKULTRALİZM-ENTİK MƏDƏNİ MÜXTƏLİFLİKLƏRİN TƏNZİMLƏNMƏSNİN BİR SİYASƏT MODELİ KİMİ



Yüklə 89,96 Kb.
səhifə6/25
tarix18.12.2022
ölçüsü89,96 Kb.
#76099
1   2   3   4   5   6   7   8   9   ...   25
multikulturalizmin imtahan cavablarıı..

12)MULTİKULTRALİZM-ENTİK MƏDƏNİ MÜXTƏLİFLİKLƏRİN TƏNZİMLƏNMƏSNİN BİR SİYASƏT MODELİ KİMİ
Multikulturalizm termini iki mənada İşlədilir: geniş və dar mənalarda. Sözün geniş mənasında multikulturalizm termini Çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi işlədilirsə, sözün dar mənasında Bu termin cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə Münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur.Multikulturalizmin sosial hadisə kimi təqdim edilməsi onun mühüm cəhətlərindən birinin qeyd olunması deməkdir.Multikultralizm hemde siyasət modeli kimi isledilir.siyasət modeli mənasında işlədilən multikulturalizm termini bu sosial hadisənin mühüm cəhətini xarakterizə edir- onu dövlət ideologiyasınin tərkib hissəsi, dövlət siyasətinin mühüm istiqaməti kimi təqdim edir. Daha konkret desək, multikulturalizm siyasət modeli kimi cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasını nəzərdə tutur. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması ictimai inkişafın mühüm mənbələrindən biridir. Bununla bağlı 2 noyabr 2001-ci il tarixində UNESKO-nun “Mədəni müxtəliflik Haqqında ümumdünya Bəyannaməsi”nin “Mədəni müxtəliflik, bəşəriyyətin Ümumi irsi” adlı 1-ci maddəsində deyilir: “Mübadilənin, innovasiyanın və Yaradıcılığın mənbəyi olan mədəni müxtəliflik təbiət üçün biomüxtəlifliyin Zəruri olduğu kimi bəşəriyyət üçün zəruridir. Buna görə də mədəni müxtəliflik Bəşəriyyətin ümumi irsidir və o, indiki və gələcək nəsillərin rifahı naminə tanınmalı Və təsdiq olunmalıdır”. Cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunmasına Yüksək önəm verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların Hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
13.Qədim azərbaycanlıların mifik təsəvvürlərində tolerantlıq.
Azərbaycanın mədəniyyətlər qovşağında yerləşməsi, həm dini azadfikirliyin və tolerantlığın olmasına, həm də yeni dini cərəyanların zaman-zaman yaranmasına və inkişafına zəmin yaratmışdı. Azərbaycan olduqca unikal bir mədəniyyətə malikdir. Bu torpaqda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət sistemlərinin təbii, tarixi inteqrasiyası baş vermişdir. Bu torpaqda atəşpərəstlik, türk, iran, qafqaz, yəhudi, xristian, islam, Şərq, Qərb, slavyan, sosializm və s kimi müasir dünya sivilizasiyasını formalaşdıran mədəniyyətlər çulğalaşmış, dünyanın inkişafı üçün görk olan mədəniyyət, inkişaf modelləri yaratmışdır.Hər bir xalqın tarixinin, ilkin ictimai fikrinin öyrənilməsin də miflər mühüm əhəmiyyət kəsb edir. Xalqların ictimai fikir tarixi əvvəlcə mifologiya şəklində olmuş, sonra əsgi dinlər, inanclar sistemi gəlmişdir. Mifoloji şüur ictimai şüurun formalarından biridir. Mifoloji şüur qədim insanın hələ təbiətdən ayırılmadığı, fövqəltəbii qüvvələrin təsiri nəticəsində yaranan ilkin emosional şüur formasıdır. Mifoloji şüur fərdə, mifoloji düşüncə isə kollektivə məxsusdur. L. Brül mifoloji düşüncəni məntiqəqədərki təfəkkür, şüur tipi kimi qiymətləndirir. Bəşəriyyətin lap qədim çağlarında, insanın özünü təbiətdən ayırmadığı dövrdə mifoloji şüurun da söykəndiyi xaotik təfəkkür tərzi olmuşdur ki, buna da ədəbiyyatda Mifoloji təfəkkür deyilir. Mifoloji təfəkkürdə yaranan ideyalardır, mifoloji şüurun yaratdığı isə konkret məhsuldur. Yəni mifoloji təfəkkürdə qədim insanların öz dünyaları ilə bağlayan ilk ibtidai “dini” təsəvvürlərin formalaşması əsas yer tutur, mifoloji şüura isə dini-mifoloji strukturların sabitləşməsi və onların ibtidai cəmiyyəti idarə edən qüvvəyə çevrilməsi xasdır. Mifoloji təfəkkürdə ibtidai insanların təbiət qüvvələri qarşısında keçirdiyi qorxu hissi başlıca rol oynayır. Mifoloji şüurda isə qorxu müəyyən inam və sitayişlərə, dini mərasim və rituallarla əvəz olunmmuşdur.İbtidai təfəkkürdən sonra mifoloji şüurun formalaşması, əsasən, qədim dünyanın mənzərəsinin xaotik quruluşundan harmonik quruluşa – nizamlılıq, sistemlilik, tarazlılıq düzümünə başlaması ərəfəsinə təsadüf edir.Mif dünyanın işarələrlə, sakral obrazlarla dərkidir. Mifologiyaya verilən təriflərdən biri belədir: “Mifologiya dünyanı özünəməxsus qanun və vasitələrlə biçimləyən və izah edən dinamik işarələr sistemidir”. Yəni mifologiya əsgi gerçəkliyi simvollarla izah edən bir sistemdir. Mirzə Kazımbəy bu barədə yazırdı: “Əfsanəsiz xalq, rəvayətsiz ölkə yoxdur, köçəri xalqlarda əfsanə şifahi hekayələr şəklində nəsildən-nəsilə keçir, yarım-mədəni xalqların inanclarının özülünü, yazılarının başlıca məzmununu, ədəbiyyat və tarixlərini təşkil edir, maariflənmiş xalqlarda müqəddəs irs kimi xalqın təxəyyülünə qida verir”.Miflər sinifli cəmiyyətə qədər xalqların tarixinə işıq salır, onun öyrənlməsində əhəmiyyətli bir mənbəyə çevrilir. Qədim Azərbaycanlıların yaratdığı üxtəlifxarakterli miflər zamanın sərhədlərini aşaraq Azərbaycan ərazisində yaşayan tayfaların dünyaduyumunu, əxlaq tərzini, ailə-məişət həyatını, təbiətə, ətraf mühütə olan münasibətini və s..ni öyrənməmizə yardımçı olur. Bu baxımdan mif xalqımızın tarixinin tədqiqində, onun tarixi dərkində əhəmiyyətli rol oynayır. “...mif xalqın özü haqqında söylədiyi ən bakir, ən kamil həqiqətin bədii ifadəsidir”. Mif xalqların tarixində ilkindir, başlanığıcdır. Hansı xalqın mifik təfəkkürü güclüdürsə onun tarixdəki sonrakı mövqeyi də gücü olur. Çünki siyasi təfəkkürün genezisi mifologiya ilə bir başa bağlıdır. Məşhur folklorşünas alim Y. Lotman deyirdi ki, “Kim əcdadının adını çəkə bilirsə, o siyasi cəhətdən mövcuddur”Mifologiya konkret etnik-mədəni birliklərin arxaik dövrlərdə meydana çıxan universal sistemidir. M.Kazımbəy mifologiyanın mahiyyətindəki universalizmə diqqət çəkərək yazırdı ki, mifoloji mətnlər “bütün xalqlarda və tayfalarda eynidir” və bütün fərqlər ayrı-ayrı xalqların əxlaqi anlayışları, insan düşüncəsinə təsir edən amillər ilə bağlıdır. Ortaq xarakter daşıyan mifoloji abidələrin bir çoxlarının sonrakı dövrlərdə də müxtəlif türk xalqlarında izlərinə rast gəlmək mümkündür. Məs. Türklərin yaranış əfsanələrindən olan Ergənikondan çıxış və xilasedici bozqurdla bağlı miflər bir çox türk xalqlarında xeyli deyim və inancların meydana gəlməsinə səbəb olmuşdur. Qeyd edək ki, qurd bir totem kimi türk xalqlarının demək olar böyük əksəriyyətində tarixən ulu əcdad, xilasedici, yolgöstərən, müqəddəs bir varlıq kimi qəbul edilmiş və xalqın mifoloji təfəkküründə, zoomorfik təssəvüründə özünəməxsus parlaq bir yer tutmuşdur. Qurdun qorxmazlıq, toxunmazlıq simvolu kimi xalqın mifik dünya görüşündə özünə yer tutması el arasında qurdun bədən əzalarına qarşı müxtəlif münasibətlərin bu günə qədər qorunub saxlamasında da öz əksini tapmışdır.Yeni dövr və orta yüzillər mədəniyyətlərindən fərqli olaraq arxaik mədəniyyətlərdə nəinki ideoloji sahədə, hətta bötövlökdə etnik-mədəni sistem daxilində elə bir gözəgəlimli diferensiasiya yoxdur. Onların başlıca səciyyəvi cəhəti sinkretizmdir (bir şeyin inkişafının ilk mərhələsi üçün səciyyəvi olan ayrılmazlıq, qovuşuqluq).

Yüklə 89,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin