1 Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7


Multikulturalizmin Azərbaycan modelinin mahiyyətini, xüsusiyyətlərini və üstünlüklərini anlayırlar



Yüklə 89,96 Kb.
səhifə5/25
tarix18.12.2022
ölçüsü89,96 Kb.
#76099
1   2   3   4   5   6   7   8   9   ...   25
multikulturalizmin imtahan cavablarıı..

Multikulturalizmin Azərbaycan modelinin mahiyyətini, xüsusiyyətlərini və üstünlüklərini anlayırlar;

  • Azərbaycan Respublikasının multikultural təhlükəsizlik prinsiplərinin müəyyənləşdirilməsi meyarlarını təhlil edirlər;

  • Dünya ölkələrinin multikulturalizm təcrübəsi ilə tanış olurlar;

  • Azərbaycan Respublikasının dünya dövlətlərinin humanitar təmas plasdarmına çevrilməsinin qanunauyğunluqlarını öyrənirlər;

  • Azərbaycan Respublikasında multikulturalizm siyasəti ilə ölkənin sosial-iqtisadi inkişafının və xarici siyasətinin qarşılıqlı münasibətini anlayırlar;

  • Müasir dövrdə Azərbaycanda multikulturalizm sahəsində həyata keçirilən işlərlə tanış olurlar

    11.Plurualzim ,tolerantlıq və multikulturalizm.
    Dünya elmi fikrində multikulturalizm məfhumu yetərincə birmənalı anlaşılmır. Amerika tarixçisi R.Bernstayn “multikulturalizm”i qeyri-müəyyən anlayış hesab edirdi. Kolumbiya Ensiklopediyasında göstərilir ki, “Multikulturalizm və ya mədəni plüralizm – regionda hansısa mədəniyyətin üstünlüyünü istisna edən və bir ərazidə çoxlu sayda mədəniyyətlər nəzəriyyəsini təsvir edən termindir. Böyük sayda insanlar üçün məqbul olan insan müxtəlifliklərinin geniş diapazonunun yaradılması sayəsində multikulturalizm irqçilik, seksizm və digər diskriminasiya formalarının aradan qaldırılmasına səy göstərir” (The Columbia Encyclopedia, Columbia, 1993. – 839 p.). Ayrı-ayrı alimlər tərəfindən də multikulturalizmin müxtəlif aspektləri nəzərdən keçirilir. Multikulturalizm müxtəlif mədəniyyətlərin bərabərləşməsi cəhdini, bir mədəniyyətin hegemonluğuna əks olaraq digər mədəniyyətlərin bərabərhüquqlu mövcudluq modelini; bir dövlət daxilində müxtəlif qrupların institusional razılığa nail olmasını; hakim mədəniyyətin olmadığı və “mədəniyyət” anlayışının “etnos” anlayışına söykənmədiyi cəmiyyəti; etnik dəyərlər üzərində ümummilli dəyərləri bərqərar edən ideologiya və siyasəti; “çoxmədəniyyətliliyə” sinonim olan sosiumun etnomədəni fraqmentləşmə fenomenini nəzərdə tutur.Proqressiv multikultural siyasətin üç konsepti var: 1.Mədəni-intellektual-yaradıcı fəaliyyət azadlığının nisbəti və texnokratizmin inkişafı ilə müqayisədə onun inkişafının qabaqlanması; 2.Milii mədəniyyətlərin innovativ istiqamətlərə qarşı həssaslığı; 3.Yüksək mədəniyyət və sivilizasiyalara inteqrasiya. Bütün bunlar həmişə və xüsusilə də bu gün Qafqazda multikulturalizmin inkişafı üçün səciyyəvidir.Mütəxəssislərin fikrincə, multikulturalizm mahiyyətinə görə tolerantlıqla sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına gətirib çıxarır. Bu isə insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.Mütəxəssislərin fikrincə, multikulturalizm mahiyyətinə görə tolerantlıqla sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına gətirib çıxarır. Bu isə insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.Multikulturalizmin alternativinin özünütəcrid olduğunu bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: “Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Azərbaycanda yaşayan xalqlar əsrlər boyu multikulturalizm şəraitində yaşayıblar” Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibət azərbaycanlıların mentaliteti üçün çox səciyyəvi bir dəyərdir. Hesab edirəm ki, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizm Azərbaycan üçün daha böyük önəm kəsb edir.



    Yüklə 89,96 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   25




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin