Multikultrializme giriş fənnindən imtahan suallarinin cavablari
1)Multikultrializme giriş Fənnin predmeti obyekti və ehemiyyeti-
Elmi ədəbiyyata
“
Multikulturalizm” termini təxminən XX əsrin 60-cı 70-ci illərində daxil olmuşdur.
Multikulturalizm məfhumu iki mənada işlədilir:
geniş və
dar mənalarda. Geniş
mənada işlədilən multikulturalizm məfhumu onun etimologiyasını əks etdirir.
Məlum
olduğu kimi, “multikulturalizm” məfhumu iki sözün birləşməsindən əmələ gəlmişdir-
“multi” və “kultura” (latın dilindən tərcümədə çoxmədəniyyətlilik deməkdir). Buna
görə də sözün geniş mənasında multikulturalizm termini onun etimologiyasından irəli
gələrək çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi işlədilir.
Çoxmədəniyyətlilik
dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, eləcə də bu
müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlər nəzərdə tutulur.
Müasir dövrdə dünya dövlətlərinin əksəriyyətində etnik, irqi, dini və mədəni
müxtəlifliklər mövcuddur. Bu müxtəlifliklər tarixi prosesin inkişafının nəticəsi kimi
obyektiv xarakter daşıyır. Müxtəlifliklər xalqların etnik-mədəni dəyərlərini,
mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşü və fəaliyyətlərinin əsasını
təşkil edir.
Biz müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin birgə
yaşadıqları cəmiyyəti
multikultural adlandırırıq. Buna görə də sözün geniş mənasında
müasir dövrdə əksər dövlətlər multikulturaldır.
Sözün
dar mənasında isə multikulturalizm məhfumu cəmiyyətdə mövcud olan etnik,
irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı
konkret siyasəti -
bu müxtəlifliklərin qorunmasını əks etdirir.
İlk baxışda etnik, irqi, dini və mədəni müxtəlifliklərlə yanaşı çoxmədəniyyətlilik
mənasında işlədilən multikulturalizm termininə kişi-qadın bərabərliyi, cinsi azlıqların
hüquqları kimi məsələlər də daxildir. Lakin multikulturalizm məhfumu
çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi ilk növbədə etnik, irqi, dini və mədəni
müxtəliflikləri və bu müxtəlifliklərin əsasını təşkil edən etnik-mədəni dəyərləri ehtiva
edir. Bununla əlaqədar Stenford Ensiklopediyasında qeyd olunur ki, multikulturalizm
məfhumuna bütün məzlum qruplar – afro-amerikalılar, qadınlar, cinsi azlıqların
nümayəndələri, şikəstlər və s. – aid edilsə də, multikulturalizmin tədqiqatçılarının
əksəriyyəti adətən bu məfhuma etnik və dini azlıqları təşkil edən immiqrantları
(mühacirləri) (məs., ABŞ-dakı Latın Amerikalıları, Qərbi Avropada müsəlmanları), milli
azlıqları (məs. katalonları, baskları, uelsliləri, kvebekliləri) və yerli xalqları (məs.,
Şimali
Amerikadakı yerli xalqları, Yeni Zellandiyadakı maoriləri) daxil edirlər. Yuxarıda qeyd
etdiyimiz kimi, multikulturalizm termini iki mənada işlədilir:
geniş və
dar mənalarda.
Sözün geniş mənasında multikulturalizm termini çoxmədəniyyətlilik məfhumunun
sinonimi kimi işlədilirsə, sözün dar mənasında bu termin cəmiyyətdə mövcud olan
etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret