Multikulturalizm


dövlət siyasətinin mühüm istiqaməti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix11.06.2023
ölçüsü0,49 Mb.
#128409
1   2   3   4   5   6
Belge (26)

dövlət siyasətinin mühüm istiqaməti kimi təqdim edir. Daha konkret desək, 
multikulturalizm siyasət modeli kimi cəmiyyətdəki etnik, irqi, dini və mədəni 
müxtəlifliklərin qorunmasını nəzərdə tutur.
Etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması ictimai inkişafın mühüm 
mənbələrindən biridir. 
4)Tolerantlıq anlayışı və onun mahiyyeti-
Tolerantlıq — dini dözümlülük. Yəni digər 
inanc və əqidələrə dözümlü yanaşma. Tolerantlıq 
insan
 hüquqları və vicdanı ilə 
bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və 
demokratiya əsasında formalaşır. Onun üçün həm də 
irqçilik

ksenofobiya
, dini 
dözümsüzlük, 
terror
 və 
ekstremizmin
 qəbul edilməməsi xarakterikdir. Dözümlülük 
ideyası heç də yeni deyildir, belə ki, bu haqda ilk fikirlər XVI- XVII 
əsrlərdə 
Avropada
 peyda olmuşdur. Bu zaman dözümlülük yalnız din və vicdan ilə 
bağlı olmuşdur. 
1648
– ci ildə imzalanmış 
Vestfal sülhü
 dini dözümlülüklə bağlı ilk 
sənəddir. Ancaq Vestfal sülhünün ardınca gələn 30 illik müharibə və bu müharibə 
zamanı göstərilən dini dözümsüzlük həmin dövr üçün dözümlülüyün yetişmədiyini 
sübut etdi. Dözümlülük haqqında tam dolğun fikirlər yalnız II minilliyin sonunda 
formalaşmağa başladı. Müxtəlif qaynaqlarda tolerantlığın bəzi əsas izahları diskussiya 
üçün yaxşı başlanğıc nöqtə sayıla bilər. Məsələn, Etnik Ensiklopediyada Susan Mendus 
göstərmişdir ki, "Dözümlülük beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı və ya əxlaqi 
cəhətdən yanlış saydığı hərəkətə icazə verməsi və ya bu hərəkətin qarşısını 
almamağıdır", buna əlavə olaraq o qeyd edir ki, "Dözümlülük tolerant şəxsin müdaxilə 
etmə gücü olmasını, yalnız onun bu gücdən istifadə etməkdən imtinasını tələb edir" 
(4,1251) 


Digər bir qaynaqda, Fəlsəfə Ensiklopediyasında Maurise Kranston qeyd edir ki: 
"Dözümlülük xoşlanılmayan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda 
təmkinlik göstərmə siyasətidir". 
İlk fikirdə dözümlülüyün aspektlərinin insanın xoşlamadığı şeylərdən əxlaqi inanclara 
qədər geniş olması göstərilir. Burada həmçinin dözümlülüyün beynəlxalq aspektdə 
olması da qeyd edilir və vurğulanır ki, bir kəsə və ya bir qrupa dözmə müəyyən bir 
istiqamətdə seçilmiş rəftar olmalıdır. 
İkinci fikirdə isə dözümlülüyün yalnız insanın davranış siyasəti ilə bağlı olduğu və 
dözümlülüyün beynəlxalq hərəkətdən çox insanın bu gün, sabah və gələcəkdə 
müəyyən qaydada davranışı olduğu vurğulanır. Hər iki fikir açıq-aydın göstərir ki, 
dözümlülük heç də xoşbəxt dövlət demək deyildir. Dözümlülük baş verən hadisələrə 
məmnun olmamaq və eyni zamanda bəyənilməyən hərəkətin qarşısını almaq üçün 
heçnə etməməkdir. Dözümlülük doğru və yanlış, günahkar və ya günahsız, pis və yaxşı 
kimi üç hissəli etik konsepsiyadan fərqlənir. Burada bir tərəfdə dözümsüzlük digər 
tərəfdə isə başqalarının inancını qəbul etmə dayanır. Tolerantlığı başa düşməkdən 
ötrü tərəddüd edən digər tərəfin konsepsiyasını anlamaq çox vacibdir. Ümumilikdə 
götürdükdə dözümsüzlük əsasən başqasına qarşı mənfi münasibətdə olmaq və bu 
münasibətə qarşı hər hansı bir hərəkət etməməkdir. 
Məşhur siyasi xadim 
Mahatma Qandinin
 qeyd etdiyi kimi, "Günümüzün ehtiyacı yalnız 
bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür". 
Həqiqətən də dinlər arasında dialoqun yaradılması, qarşılıqlı hörmət göstərilməsi 
müasir cəmiyyətdə demokratik stabilliyin yaradılması üçün çox vacibdir. 
Hər bir xalqın dözümlülük haqqında müxtəlif düşüncələri vardır. 
Məsələn, 
Amerikalılar
 dözümlülüyü öz konstitusiyalarının ayrılmaz hissəsi hesab etdiyi 
halda 
Britaniyalılar
 dözümlülüyü milli xarakterlərinin ayrılmaz hissəsi hesab edirlər. 
Dözümlülük hər bir ölkənin vətəndaşları tərəfindən yüksək qiymətləndirilir, lakin çox 
zaman dözümlülük tam dərk edilmir bununda əsas səbəbi qeyri-sabit və 
müvəffəqiyyətsiz azadlıq təcrübəsidir. Təcrübə elə bir təsis edilmiş nümunədir ki, o, 
özündə formal və qeyri-formal qaydaları, davranış tərzini, qarşılıqlı münasibəti ehtiva 
edir. Dözümlülüyün formal qaydaları hüquqi və konstitusional, qeyri-formal qaydaları 
isə sosial normalardır. Bütün bunlar göstərir ki, dözümlü davranış tərzi liberal 
cəmiyyətin nail olmaq istədiyi əsas nailliyyətdir və dözümlülük münasibəti də onun 
açarıdır. Dözümlülük münasibətinin möhkəm qurulmadığı cəmiyyətdə əsasən 
dözümsüzlük davranışı yararanacaqdır ki, onların ünsiyyəti də, mədəniyyəti də 
dözümsüzlük davranışlarına məcbur edəcəkdir və beləliklə də bütün təcrübə bu 
davranışlar nəticəsində puç olacaqdır. 
5)Multikultiralizmə kommunitarizm yanaşması və onun nümayəndələri-

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin