Azərbaycan Səfəvilər dövləti (XVI-XVII əsrlər)



Yüklə 112,82 Kb.
tarix14.12.2022
ölçüsü112,82 Kb.
#74570
Mövzu 7. Azərb.səfəvilər dövləti


Azərbaycan Səfəvilər dövləti
(XVI-XVII əsrlər)



  1. Səfəvilərin Ərdəbil hakimiyyəti. Qızılbaşlar hərəkatı.

  2. Vahid Azərbaycan dövlətinin yaradılması. I Şah İsmayıl.

  3. XVI əsrin sonu-XVII əsrdə Azərbaycanın ictimai-siyasi vəziyyəti. Səfəvi-Osmanlı münasibətləri.

  4. XVI- XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı.



Azərbaycanın dövlətçilik ənənələri qədim və zəngindir. Onun tarixində yadda qalan, özündən sonra dərin iz buraxan, Azərbaycan xalqının həyatında əhəmiyyətli rol oynayan dövlətlərimiz olub. Səfəvilər onların içərisində tamamilə seçilir.
Azərbaycanın XV əsr tarixinin siyasi xəritəsində Səfəvilərin Ərdəbil hökmranlığı ayrıca yer tutur.XIII yüzillikdə Monqolların istilası zamanı işğal edilmiş ərazilərdə kortəbii şəkildə sufi-dərviş təriqəti (orden və ya məktəb) yarandı. Bu təriqət birlikləri sənətkar və kəndlilər arasında geniş yayılmışdı. Belə təriqət birliklərindən biri Ərdəbil şəhərində Şeyx Səfiəddin İshaq əl-Musəvi-əl-Ərdəbili (1252-1334) tərəfindən yaradılmışdır.
Ərbədildə böyük hörmətə sahib olan Şeyx Səfıəddinin çoxlu müridləri vardı və onlar təriqət başçısının dediklərinə sözsüz əməl edirdilər. Nəinki Ərbədildə, həm də Azərbaycanın bir sıra digər ərazilərində, hətta Rumda (Kiçik Asiyada), Farsda, İraqda, Gilanda, Şeyx Səfıəddin təriqət başçısı kimi qəbul edilirdi. Bu təşkilatlara sultanlar və feodal hakimləri də daxil olmalarına (hətta onlar müridlər sırasına da qoşulurdular), baxmayaraq burada əsas məqsəd hakimiyyətin ələ keçirilməsi idi. Ona görə də Səfəvilər dünyəvi və ruhani işləri öz əllərində birləşdirdilər, onların çoxlu vəqf torpaqları və başqa sərvətləri vardı. Onlar, həmçinin ideoloji təbliğatdan geniş istifadə edir, təriqətin nəzərdə tutmadığı vergi və mükəlləfiyyətlərin ləğv olunması üçün mövcud hakimiyyətin ağalığına son qoymağı tələb edirdilər. XIII yüzilliyin sonunda Şirvanşah II Axsitanın Səfəviyyə ordenini ittiham etməsi, kəndliləri öz mükəlləfıyyətlərini yerinə yetirməkdən çekindirməsi təsadüfi deyil.
XIV yüzilliyin ikinci yarısında Səfəvi təriqət qurumu ictimai siyasi dəyişikliyə uğradı, təriqət başçısı şeyx böyük torpaq sahibinə çevrildi. Şeyx Səfıəddinin oğlu Şeyx Sədrəddin (1334-1392) belə bir torpaq sahibi idi.
Özlərini kəndlilərin və şəhər yoxsullarının vəziyyətini yüngülləşdirməyə can atan qüdrətli müdafıəçilər kimi qələmə vermiş Səfəvilər Ağqoyunlular dövləti ərazisində yüksəlmiş geniş xalq hərəkatında şiəlikdən ideoloji silah kimi istifadə edirdilər. O dövr üçün rəsmi müsəlman məzhəbi olan sünnilikdən fərqli olaraq şiəlik bidətçi məzhəb kimi hakim dairələr tərəfindən təqib edilirdi. Ona görə də cəmiyyətin ictimai cəhətdən yenidən qurulması, zülmün və çoxəsrlik istismarın məhv edilməsi ideyası xalqın şüurunda şiəliyin qələbəsi ilə, imam Mehdinin zühuru ilə əlaqələndirilirdi. Bu onların siyasəti idi. "Açıq bidət şəklində" inkişaf edən inqilabi müxalifətdən Səfəvilər böyük məharətlə istifadə edə bildilər. Şiəlik təriqətindən öz məqsədləri üçün istifadə etməyə çalışan Səfəvilər müxtəlif vədlərlə xalq kütlələrini öz tərəflərinə çəkir və hakimiyyət uğrunda mübarizəni genişləndirirdilər. Səfəvilərin bu müvəffəqiyyətinə səbəb Ərdəbil şeyxlərinin başçılıq etdiyi hərəkatın ölkənin oturaq əhalisinin tələbini ifadə etməsi idi.
Səfəvilərin Ərdəbil hakimliyində Şeyx Səfıəddinin sələfləri olan Şeyx Xacə Əli (1392-1427), ondan sonra isə Şeyxşah adı ilə məşhur olan Şeyx İbrahim (1427-1447) başçı olmuşlar. Onlar, sonuncu Ərdəbil vilayətinin irsi feodal hakimi kimi çıxış edirdi. Artıq bu zamandan etibarən təriqətin hərbi-siyasi təşkilatı ruhani dövlətinə çevrildi. Belə ki, bu təriqət öz görüşlərini yaymaqla yanaşı, ölkənin ayrıca bir vilayətində siyasi hakimiyyəti ələ aldı, ruhani və dünyəvi hakimiyyət onun əlində birləşdi. Ərdəbil şeyxləri təriqət üçün mürid və qazilər toplayaraq, onlardan əsgəri birləşmələr yaradır, bu qüvvələri inzibati dövlətçilik təşkilatının dayağına çevirirdilər. Onlar "qəzavat" bayrağı altında quzey vilayətlərə yürüşlər keçirir, həm öz əsgəri gücünü sınayır, həm də sərvət və qənimət ələ keçirib güclənməyə çalışırdılar. Səfəvilər ilk belə çıxışları Şeyx Cüneydin dövründə (1447-1460) etmişlər.
Səfəvilərin hakimiyyəti Ərdəbil dövründən başlanır. Bu kiçik ruhani feodallığı Azərbaycan feodal dövlətlərinin istinadgahı olmaqla, onların birləşdirilməsində mühüm rol oynamışdır. Məhz Səfəvilərin Ərdəbil hakimiyyəti mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılmasında rüşeym olmuşdur.
XV yüzilliyin ortalarından Səfəvilər daha fəal siyasət yeritməyə başladılar, tədricən Ərdəbildə öz mövqelərini möhkəmləndirdilər. XV yüzilliyin II yarısında Muğanın bir hissəsi, Qarabağ və Azərbaycanın Talış dağlarına qədər olan şərq torpaqları onların təsiri altına düşdü. Səfəvilərin ayrı-ayrı nümayəndələri (Şeyx Cüneyd, Şeyx Heydər) tarix səhnəsində yalnız ruhani başçısı kimi yox, siyasi xadim kimi tanınırdılar.
Bu zaman Azərbaycanın cənubunda Cahanşahın başçılıq etdiyi mərkəzi Təbriz olan Qaraqoyunlu dövləti mövcud idi. O, Şeyx Cüneydin möhkəmlənməsindən qorxduğu üçün ondan dövlətin ərazisini tərk etməyi tələb edir. 1449-cu ildə Şeyx Cüneyd Ərdəbili tərk edir, Misiri, Suriyanı, Mesopotamiyanı gəzib, Diyarbəkrə gəlir, burada Qaraqoyunluların rəqibi Ağqoyunlu Uzun Həsən tərəfindən səmimi qarşılanır, onunla qohumluq əlaqəsi yaradır. Şeyx Cüneyd Uzun Həsənin bacısı Xədicə bəyimlə evlənir. Bu bir maraqlı faktdır ki, Cüneydlə Uzun Həsənin təriqət ayrılığı onların qohumluq əlaqələrinə mane olmur. Dörd il Diyarbəkrdə yaşayan Şeyx Cüneyd Kiçik Asiyada - Kilikiyada qonşu türk tayfaları ilə əlaqəsini möhkəmləndirdi, müridlərin sayını artırdı. Ustaclı, şamlı, rumlu, əfşar, qacar, təkəli, zülqədər, varsaq, bayat, qaramanlı, baharlı, alpout, ərəşli, qazaxlı türkdilli tayfaları, Qaradağ, Əhər, Talış sufıləri də Səfəvilərə qoşuldular. Azərbaycan, Anadolu, Şamda həyat sürən şamlı, ruhlu boyları vaxtilə Teymurun Osmanlılarla Ankara yaxınlığındakı (1402-ci il) döyüşündən sonra bütünlüklə Səfəvi şeyxi Xacə Əlinin ixtiyarına verilmişdi. Təkəli və zülqədərlər Anadoludan keçib burada yerləşmiş, ustachlar Qars bölgəsinə köçmüş, əfşar və qacarlar monqol yürüşləri zamanı İran və Orta Asiyadan Azərbaycana gəlmişlər. Bütün bunlar Azərbaycan türklərinin etnik tərkibinin daha da zənginləşməsinə səbəb olmuşdur. Şeyx Cüneyd Türkiyədə, Suriyamn şimalında, Maraş, Antak, Kilis bölgələrində və Mesapotamiyada özünə çoxlu mürid topladı. Cüneyd Ərdəbildən getdikdən sonra burada hakimiyyəti Şeyx Cəfər idarə edirdi. 1459-cu ildə Cüneyd bir qrup müridlə Ərdəbilə qayıtmaq istəyir, lakin Şeyx İbrahimin oğlu Şeyx Cəfər onu Ərdəbilə buraxmır. Çünki Şeyx Cüneyd şiəliyi, Şeyx Cəfər isə sünniliyi təbliğ edirdi. 1460-cı il martın 3-də Cüneyd buradan Dağıstana yürüş edir. Fəzlullah ibn Ruzbihanın yazdığına görə, Şeyx Cüneyd Şirvanı tutmağa can atır, ancaq öz istəyini "çərkəzlərə qarşı qəzavat" adı ilə pərdələyirdi. O "kafirləri dinə gətirmək" şüarı altında Şirvanşah dövlətinin razılığı ilə onun ərazisindən keçib gedir. Sonra Şirvana yürüşə hazırlaşır, Şirvanşah I Xəlilullah isə vəziyyətin ağırlaşacağını görərək Qaraqoyunlu Cahanşahla ittifaqa girir və Dərbənd yaxınlığında Səfəvi qoşununun qabağını kəsir. Samur çayı sahilində tərəflər arasında toqquşma olur. Döyüş Səfəvilərin məğlubiyyəti ilə qurtarır. Şeyx Cüneyd öldürülür. Müridlərin bir hissəsi Ərdəbilə qayıdır.
Şeyx Cüneydin oğlu Şeyx Heydər (1460-1488) atasının siyasətini davam etdirir. Onun vaxtında Səfəvilərin Ərdəbil hakimiyyətinin sərhədləri genişlənir. O, dayısı Uzun Həsənin qızı Aləmşah bəyimlə evlənir və atasının ağqoyunlularla yaratdığı əlaqəni və qohumluq münasibətlərini daha da möhkəmləndirir, ağqoyunlu Uzun Həsənin düşərgəsində olarkən, Şeyx Heydər (1468-1469)-cu illərdə Cahanşah və onun müttəfiqi Teymuri Əbu Səidlə ağqoyunluların döyüşlərinin şahidi oldu. Cahanşahın ölümündən və Qaraqoyunlu dövlətinin süqutundan sonra, 1470-ci ilin əvvəlində Uzun Həsən Ərdəbilə gəldi və Şeyx Cəfəri qəyyum saxlamaqla Şeyx Heydəri təntənəli surətdə ordenin irsi taxtında oturtdu (Şeyx Cəfər 1449-1470-ci illərdə Ərdəbilin hakimi olmuşdu).
Şeyx Heydərin vaxtında qazı, sufi dəstələri dürüst hərbi qaydada təşkil olundular. Əvvəlki türkmən başlıqları əvəzinə on iki imamın (müqəddəs şiələrin) şərəfinə başlarına on iki zolaqlı qırmızı çalma qoyurdular. Ona görə də onlara "qızılbaşlar" deyirdilər. Bu tədbirin həyata keçirilməsi Şeyx Heydəri məşhurlaşdırdı. Venesiyalı Katerino Zeno yazır ki, müasirləri ona "qurban olduğum, sadağa olduğum, pirim, mürşüdüm" - deyə müraciət edirdilər. Qızılbaşlıq tərəfdarları Şeyx Cüneydi İlahi (Tanrı), oğlunu isə "ibn-Allah" adlandırmışlar. Beləliklə, muridlərə allah kimi baxır, Şeyxi özlərinin qiblələri fövqəltəbii xilqət, varlıq hesab edirdilər.
Müasirlərinin məlumatlarına görə, Şeyx Heydər son dərəcə qoçaq, mərd adam olmuş, öz əqidəsi və məqsədi uğrunda çox ürəklə çalışmışdır. O, hərbi cəhətdən qüvvətləndikdən sonra, bir növ asılı olduğu qaynı - Uzun Həsənin oğlu Yaqub padşahla razılaşdıqdan sonra I yürüşünü 1483-cü ildə Dağıstan və Şirvana edir. Bu yürüşlər qızılbaşlar üçün uğurla nəticələnir. 1487-ci ildə onlar Şirvana ikinci dəfə yürüş edirlər. Qızılbaşlar oradan 6000 əsirlə geri dönürlər. Şeyx Heydər artıq öz yürüşləri ilə həm ağqoyunluları, həm də şirvanşahları qorxuya salır. Üçüncü yürüşdə "Çərkəzistan gavurları" əvəzinə Qarabağda Bərdə vilayətinin Clrabörd (indiki Ağdərə) nahiyyəsini tutur. Oradakı zimmi icmasını (cizyə ödəyən xaçpərəstləri) özünə tabe edir. Bu ərazi Baş qazıya "ölkə" kimi bəxşiş edilmişdi. Şeyx Heydər unudur ki, Quranda da belə yazılmışdır: "Kim zimmiyə toxunur, mənə (Allaha) toxunur". Bu yürüşdə onlar Şamaxını da tuturlar. 1488-ci ildə Sultan Yaqub Şirvanşah Fərrux Yasarla birləşərək mətin sərkərdə Süleyman bəy Bicanoğlunu böyük bir qoşunla Şeyx Heydərin üzərinə göndərir. 1488-ci il iyunun 9-da Şahdağın ətəyində Tabasaranda Səfəvilər Şirvanşahlarla Ağqoyunluların birləşmiş qoşununa məğlub olurlar. Hər iki tərəf böyük itki verir. Şeyx Heydər öldürülür. Səfəvilərin niyyəti baş tutmur, Səfəvilərin Ərdəbil hakimliyi zəifləyir. Əvəzində Sultan Yaqub Səfəvilərin Ərdəbil daxil olmaqla bir sıra torpaqlarını tutur. Ən dəhşətlisi bu idi ki, Sultan öz bacısı Aləmşah bəyimi, onun üç oğlunu - Sultanəlini, İbrahimi və 2 yaşlı İsmayılı həbs elətdirib Şiraz yaxınlığındakı İstəxr qalasına saldırır (bəzi Avropa qaynaqlarında isə onların Van gölü arasındakı Axtamar monastırına salındığı qeyd edilir). Onlar dörd il yarım həbsdə qalırlar. Belə bir dövrdə Ağqoyunlu feodal dövlətində daxili çəkişmələr ölkəni zəiflədir. 1490-cı ildə Sultan Yaqubun ölümü bu ziddiyyətləri daha da artırır. 1490-1493-cü illərdə Yaqubun oğlu Baysunqur, sonra isə Uzun Həsənin nəvəsi Maqsud bəyin oğlu Rüstəm padşah hakimiyytə gəlir. Baysunqur Şirvan hökmdarı Fərrux Yasarın yanına qaçıb dayısından kömək istəyir. Rüstəm padşah isə vəziyyətdən çıxış yolu tapmaq üçün Bayanduri əmirlərinin yığıncağını çağırır. Yığıncaqda əmirlər Şeyx Heydərin ailəsinə azadlıq tələb edirlər. Rüstəm padşah onları azad etdikdən sonra Şeyx Heydərin intiqamını almağın əsl məqamı çatdığını Sultanəliyə başa salır. Beləliklə 1493-cü ilin yazında Sultanəli Rüstəm padşahın əmiri Əbih Sultanla (Ayba Sultan) Kürün cənubunda yerləşir. Bu zaman İsfahan hakimi Kosa Hacı Bayanduri Rüstəm padşaha qarşı qiyam qaldırır və Baysanqurun adına xütb oxutdurur. Bundan istifadə edən Baysanqur II dəfə Şirvan qoşununu hərəkətə gətirdi. Təhlükəni görən Rüstəm Sultanəliyə müraciət edir. Sultanəli də Əmir Qara Piri bəy Qacarı İsfahana, Kosa Hacı ilə mübarizəyə göndərir, özü isə Hüseyn bəy Lələ Şamlu və Qaramanlı Rüstəm bəy ilə Baysunqura qarşı döyüşə gedir. Əhər-Şeykin döyüşündə Baysunqur öldürülür. Qələbə ilə Təbrizə qayıdan Sultanəlini qardaşları ilə birlikdə Rüstəm padşah Ərdəbilə göndərir. Ərdəbil Şeyx Heydərin övladlarını çox gözəl qarşılayır. Hətta ətraf ərazilərdən Ərdəbilə çoxlu mürid axışır. Rüstəm Mirzə bundan qorxuya düşür və qardaşları yenidən Təbrizə qaytarır, onlara qəsd təşkil edir. Qəsdin üstü açılır. Sultanəli yenidən Təbrizdən Ərdəbilə geri qayıdır. Ağqoyunlular onlardan əl çəkmək istəmirlər. 1494-cü ildə döyüşdən əvvəl Sultanəli sufı əmirlərini toplayır. Gələcək təhlükələrdən "Səfəviyyə" ordenini qoruyub saxlamaq üçün kiçik qardaşı İsmayılı ordenin başçısı kimi öz xələfı təyin edir. Qardaşlarını təcili Ərdəbilə yola salır, özü isə Rüstəm padşahla döyüşə gedir. Döyüş Şəməsi adlı yerdə baş verir. Qeyri-bərabər döyüşdə qızılbaşlar məğlub olur və Sultanəli ölür. Ağqoyunlular bu qələbədən istifadə edərək Səfəvilərin mülklərini tuturlar (1494-1495).
Ağqoyunlu Rüstəm padşahın əsas məqsədi İsmayılı tapıb məhv etmək, ümumiyyətlə Səfəviyyə ordenini süquta yetirmək idi. İsmayıl atasının sədaqətli dostları və müridləri tərəfındən qorunub saxlanılır. Onu oba-oba, gizlədə-gizlədə qaçırırlar. O, Ərdəbil məscidində Allahvermiş ağa adlı birinin sərdabəsində gizlədilir, çox əziyyətlərdən sonra Şəməsi döyüşündə sağ qalmış müridlərdən biri bu barədə Rüstəm bəy Qaramanlıya xəbər verir. Rüstəm bəy Qaramanlı, Mənsur bəy Qıpçaq, Hüseyn bəy Lələ və başqa 80 nəfər sufi onu Şeyx Cüneydin qızı Paşa xatunun əri Rəşt hakimi Əmir İsaqın evinə aparırlar. Sonra qardaşlar İsmayılı Kəskərə göndərirlər, yerli hakim Əmir Siyavuşa tapşırırlar. İsmayıl Rəştə gətirilir. Lakin Rəşt İsmayıl üçün təhlükəli olduğuna görə Lahicana - Gilanın Biyetin vilayətinin hakimi Gərgiyə Mirzə Əlinin sarayına getməsinə şərait yaradılır. Kay Əfrudin Mədrəsəsi qarşısında yerləşdirilir. Burada ərəb və fars dilini, Quranı oxumağı öyrənmək üçün görkəmli alim Şəmsəddin Lahici İsmayıla və qardaşına məsləhətçi təyin edilir. İsmayıl Lahicanda çox məharətlə qorunub saxlanılır. Bu 6 il müddətində qızılbaş əmirləri həm məsləhətçisi, həm də onun mühafızəçiləri olurlar. Rumdan, Qaracadağdan, Əhərdən İsmayılın yanına çoxlu tərəfdaş gəlir. Beləliklə, İsmayılın gələcək zəfərlərinin təməli qoyulur.
Artıq 13 yaşlı İsmayılın fıziki və hərbi hazırlığı, həmdə ağlı, zəkası, öyrəndiyi elm, aldığı təlim onun uğurlarının yaxın olduğunu göstərirdi. 1499-cu ilin avqustunda İsmayıl Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy Talış), Hadim bəy Hülafə, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayqutoğlu Xunuslu və Qara Piri bəy Qacarın müşayiətilə Lahicandan Ərdəbilə gedir. Onların əsas məqsədi "Səfəviyyə" təriqətinin müridlərini öz bayraqları altında birləşdirmək idi. Deyləmdən Taroma gələn İsmayıl burada öz qoşununu (1500 nəfərlik) sabitləşdirir, oradan Xalxala gəlir. Qızılbaşlar Gilandan Ərdəbilə getməli idilər. İsmayıl Qızılüzən çayı üzərində məskunlaşan Şamlu tayfasını ətrafında birləşdirmək istəyirdi, lakin Ağqoyunlular ona Ərdəbildə qışlamağa imkan vermirlər. 1500-cü ilin başlanğıcında İsmayıl öz qoşunu ilə Xəzər sahilində Ərcivanda-Astarada qışlayır. Ağqoyunlu Əlvənd Mirzə və Şirvanşah Fərrux Yasarın casusları İsmayılı məhv etməyə çalışsalar da qızılbaş rəhbərlərinin sayıqlığı üzündən bu baş tutmur. Yeniyetmə İsmayıl öz məqsədinə nail olmaq üçün bütün çətinliklərə sinə gərməyi bacarırdı. Hətta belə söyləyirlər ki, o, soyuq bir qış günündə qardan tikdirdiyi böyük bir qalada müridləri məşq elətdirir. Beləliklə, bu kiçik yaşlı sərkərdə sələflərindən xeyli irəli gedəcək, özünün gələcək böyük imperiyasının əsasını qoymaq üçün bütün əzmkarlığı ilə çalışır. Həm öz bacarıq və qabiliyyətindən, ağıl və uzaqgörənliyindən, fıziki hazırlığından, həm də sədaqətli və iş bacaran məsləhətçi sərkərdələrinin gücündən məharətlə istifadə edir.
Tədqiqatçı alim İ.P.Petruşevski Səfəvilərin tarixini dörd dövrə bölür: Birinci dövr - XIII yüzilliyin sonlarından 1447-ci ilə qədər davam edir. Bu dövrdə Səfəvilər şioliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına başçılıq etməyə çalışırlar. Səfəvilərin hakimiyyəti Ərdəbildən kənara çıxmır.
İkinci dövr - 1447-1501-ci illər. Bu dövrdə müstəqil ruhani feodallar olan Səfəvilər Azərbaycanın siyasi həyatında qabaqcıl yer tutmağa can atırlar.
Üçüncü dövr - 1501-1587-ci illər. Artıq Səfəvilərin hakimiyyəti Ərdəbildən çıxaraq bütün Azərbaycana yayılır, onun iqtisadi-siyasi, mədəni həyatında mühüm rol oynayır.
Dördüncü dövr - 1587-1736-cı illəri əhatə edir və bu dörd artıq dövlətin paytaxtı Təbrizdən köçürülür İsfahana, hətta onun mahiyyəti də dəyişir. Beləliklə, Səfəvilərin Ərdəbil hakimiyyəti dövrü 1501-ci ilə qədərki dövrüdür. İsmayılın Ərcivandan Göyçə gölünün cənubu ilə Çuxur-Sədi aşaraq hərəkətə gəlməsi, burada çoxlu Anadolu qızılbaşlarını, Mingöldə ustaclıları özünə qoşması, Sarıqayadan aşaraq yeddi min qazi ilə Qaradağ sufıləri ilə birləşməsi, Ərzincan müşavirəsində Şirvanşah Fərrux Yasar üzərinə yürüşünü qətiləşdirməsi gələcək dövlətçiliyin mütləq vacibliyini müəyyənləşdirdi.
XV əsrin sonlarında Azərbaycanda dövlətin idarə olunmasında vəziyyət kəskinləşmişdi. Ağqoyunlu feodal çəkişmələri, hökmdlarların bir-birini əvəz etməsi, soyurqal sahiblərinin özbaşmalıqları, onların mərkəzi hakimiyyətə tabe olmamaları, şah xəzinəsinin boşalması Ağqoyunlu xanədanının artıq pis vəziyyətdə qaldığına sübut idi. Kənd və şəhər əhalisinin vəziyyəti xeyli pisləşmişdi. Ağır vergilər, xüsusən də monqol dövründən qalmış tamğa şəhər əhalisi, sənətkarlar üçün zərbə idi. Uzun Həsənin islahatlarının uğursuzluğu da xalqa böyük çətinliklər törətdi, narazılıqlar artdı.
Lahicanda gizli saxlanılan yeniyetmə İsmayıl və onun tərəfdarları 1499-cu ilin avqustunda artıq vaxtın gəlib çatdığını anladılar. Ərdəbil şeyxlərinin Səfəviyyə ordeninin başçısı gənc İsmayıl öz babalarının dövlətçilik ənənələrini davam etdirəcək, on yaxın adamlarının köməkliyinə arxlanaraq yeni dövləti qurmağa başladı. Atası Şeyx Heydərin yaxın silahdaşları onun məsləhətçiləri oldular. Əsas tərbiyəçisi və qəyyumu Hüseyn bəy lələ, bundan başqa Əbdüləli bəy Dədə, Xadim bəy Xəlifə, İlyas bəy Ayqutoğlu, Qarapiri bəy Qacar, Qaramanlı tayfasından Rüstəm bəy və Bayram bəy onunla idilər. Beləliklə, İsmayıl 1500-ci ilin Cabanı döyüşündə şirvanlı Fərrux Yasara, 1501-ci ilin ortalarında Şərur düzündə Əlvənd Mirzəyə qalib gələrək payızda Təbrizdə özünü şah elan edir, 1503-cü il iyunun 21-də Almaqulağı adlanan yerdə (Həmədan yaxınlığında) Murad Mirzəyə qalib gələrək Ağqoyunlu dövlətinin varlığına son qoyur.
Səfəvilər dövlətinin yaranması Azərbaycan tarixində mühüm hadisə idi.Vahid, mərkəzləşmiş Azərbaycan dövlətinin yaranması həqiqətən də o dövr üçün böyük tarixi hadisə idi. Qızılbaşlar yalnız bununla kifayətlənmirlər, İraq, İran, Kürdüstan və Kiçik Asiyanın bir sıra yerlərini ələ keçirirlər. Artıq 1503-1508-ci illərdə I Şah İsmayıl Qum, Kasan, İsfahan, Yəzdi və Giraıanı tutur.
I Şah İsmayılın məqsədi Azərbaycanı Şərqdə mərkəzləşdirilmiş bir dövlət kimi tanıtmaq idi. Bu işdə o, doğrudan da şiə təriqətindən istifadə edir. O,bütün müsəlman şiəsinin dini başçısı və dini himayəçisi idi. Şah İsmayıl, əqidəsinin həyata keçməsi üçün heç nədən çəkinmir. Şəhər məscidində xütbə oxutdurarkən 12 imam xatırlanmış, 3 əvvəlki xəlifə isə lənətlənmişdir. I Şah İsmayıl hakimiyyətə gəldiyi ilk andan ölkədə öz istəyinə uyğun dövlət qurmağa çalışmış, bu işdə yaxın silahdaşları ona can-başla kömək etmişlər. Pul islahatı da şiəliyə təbliğ üzərində qurulmuşdu. Amma səfəvilər bu işdə bəzən toqquşmalara məruz qaldılar.
Şah özünü həm dünyəvi, həm də dini hakim hesab edirdi. Hakimiyyətin idarəçiliyində inzibatçılığa yol verilirdi. Bəzən özünün ən yaxın silahdaşlarına qarşı da ağır cəzalar tətbiq edirdi. Lələsi Hüseyn bəy Şamlını əmir-ül-üməra vəzifəsindən azad edərək onun malik olduğu əraziləri də əlindən aldı.
Daxili siyasətində mərkəzi hakimiyyətin ictimai dayağını möhkəmləndirir. Şəmsəddin Zəkəriyyə Təbrizini vəzir vəzifəsinə təyin edərkən ona "Azərbaycanın açarı" titulunu verir.
Osmanlı Türkiyəsi ilə Mərkəzi Asiyadakı Şeybanilər Səfəvilərə qarşı sünni-şiə üsyanı edirlər. Şeybani xan özü 1507-1508-ci illərdə Teymurilər sülaləsinə son qoyur.
O, Xorasanı, 1509-cu ildə Girmanı tutdu. Şah İsmayıl bu zaman Şirvan yürüşündə idi. Şeybani xan Şah İsmayılı və onun müridlərini dərviş adlandırırdı. Səfəvi hökmdarı özbək xanına belə xəbər göndərir ki, mən səkkinci İmam Rzanın qəbrini ziyarət üçün qoşunla Xorasana gələcəm. Orada görüşərik.
1510-cu ildə Şah İsmayılın Xorasan səfəri Şeybaninin məğlubiyyəti ilə tamamlanır. Düzdür, Şeybani xan Şah İsmayılla qarşılaşmazdan əvvəl Mərvə qoşun dalınca gedir. Lakin İsmayıl qalanı mühasirə edir. Sonra hiylə ilə qaladan bir qədər aralanır, Şeybani xanı aldadır. Onun Azərbaycana qayıtdığını zənn edən Şeybani xan qaladan çıxır. 1510-cu il dekabrın 2-də I Şah İsmayılla Şeybani xan arasında döyüş baş verir. Özbəklər məğlub edildilər, Şeybani xan öldürüldü. Şah İsmayıl Mərv qələbəsi ilə çoxdan arzuladığı bir hakimiyyətə sahib oldu. Bu qələbə Amudəryaya qədər olan bütün Xorasanı İsmayılın hakimiyyəti altına saldı.
Hələ 1504-cü ildə Şah İsmayıl Osmanlılarla dostluq əlaqələri yaratsa da, onlara müqavimət göstərməyin yersiz olduğunu başa düşürdü. Ona görə də Avropa ölkələri ilə gizli əlaqələr yaratmağa səy göstərirdi. Lakin Bəyaziddən sonra hakimiyyətə gələn I Sultan Səlim Şah İsmayılla daim düşmənçilik əhvali-ruhiyyəsində olmuşdur. Belə bir vəziyyət iki türk sultanını Çaldıran savaşına gətirib çıxartdı. Qüvvələr nisbəti qeyri-bərabər idi.
Çaldıran döyüşü 1514-cü il avqustun 23-də Maku yaxınlığında baş verir. Osmanlı türkləri həm say, həm də odlu silahının olmasına görə Səfəvilərdən fərqlənirdi. İdris Bidlisinin verdiyi dolğun məlumata görə Osmanlı ordusunda 100 min, qızılbaşlarda isə 40 min nəfər döyuşçü olmuşdur. Sultan Səlim yalnız ordusunun sayına görə deyil, həm də avropa tipli hərbi təşkilatı ilə İsmayildan üstün idi. Osmanlıların qızılbaşlılarda olmayan topxanası var idi. Şah İsmayıl yaxın məsləhətçilərinin fıkirləri ilə razılaşmayaraq, üzbəsurət döyüşü daha üstün tutdu. Bu onun böyük səhvi idi. Bu döyüş Sultan Səlimin taxt-tac tarixində böyük qələbəsi olsa da, əslində qapıbir, dinibir qardaşların qırğını idi. Bu iki türk dövlətinin faciəsi, qərb diplomatiyasının qələbəsi idi. Döyüş türk dünyasına baha başa gəldi. Şah İsmayıl və sərkərdələri döyüşdə çox böyük qalibiyyətlər qazansalar da, məğlubiyyətdən uzaqlaşa bilmədilər.
Belə rəvayət edirlər ki, İsmayıl qılıncıın topun lüləsinə çırpanda topun lüləsi qırılır. Sultan Səlim bu hadisədən həyəcanlanır və həmin hadisəni özü təkrar etməyə can atır. Lakin topun lüləsi qırılmır. Bundan o, qəzəblənir. Zənn edir ki, İsmayıl onu aldadıb. İsmayıl isə cavab verir ki, qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil. Döyüşdə ağır yaralanan Şah İsmayılı ona çox bənzəyən Sultan Əli Mirzə xilas edir. Beləliklə, Şah İsmayıl əsirlikdən qurtarmış olur, amma məğlubiyyətdən canını qurtara bilmir. Hər iki tərəf həm qüdrətli sərkərdələrini, həm də çoxlu əsgər itirir. Şah İsmayıl tarixi salnamələrdə məğlub olsa da, məğrur, özünə həddən artıq inamı olan bir sərkərdə kimi xatırlanır. Sultan Səlimin qələbələri təkcə odlu silah deyil, həmçinin bu silahdan səmərəli istifadəsi, qoşunun say çoxluğu, Şah İsmayılın düşmənlərindən istifadə etmək bacarığı və s. idi.
Səfəvilərin məğlubiyyəti kürdlərin osmanlılarla yaxmlaşmasına səbəb oldu. Sentyabrın 6-da Sultan Səlim Səfəvilər dövlətinin paytaxtı Təbrizə daxil olur, lakin bir həftə sonra geri dönür. Qışın yaxınlaşması, ərzaq qıtlığı Sultan Səlimi tezliklə Azərbaycandan çıxmağa vadar edir Beləliklə, o şəhəri tərk edir. Geri qayıdan Osmanlı sultanı yol boyu çoxlu qırğınlar törədir. Təbriz sənətkarlarının xeyli hissəsini özü ilə Istanbula aparır. İsmayıl özünün əvvəl malik olduğu mövqeyini itirir.
Mənuçöhr Div Sultanla Naxçıvanda Şah İsmayılın düşərgəsinə gəlirlər. Kartli hökmdarı Səfəvilərə ildə 300 yük ipək və xərac verməyi öhdəsinə götürüb geri qayıdır.
Qeyd etdiyimiz kimi 1500-cü ildə Şirvanşahlar Fərrux Yasarın Cabani döyüşündə ölümündən sonra zəifləmişdilər. Hakimiyyətə onun oğlanları - əvvəl Bəhram bəy, sonuncunun ölümündən sonra qardaşı Qazı bəy, Qazı bəyin ölümündon sonra Şeyx şah II İbrahim adı ilə hakimiyətə gəlir. Bütün bu çevrilişlər Şirvanşahların Səfəvilərdən asılılığını artırdı. Şirvanşahların daxili müstəqillikləri saxlanılsa da əslində onlar Səfəvilərdən asılı idilər. Şirvanın idarəçiliyi Şah İsmayılın ən yaxın məsləhətçisi Hüseyn bəy lələyə tapşırılmışdı. Şeyxşah nəinki oğlunun Şah İsmayılın qızı ilə izdivacma icazə vermiş, həm də öz qızlarından birinin Şah İsmayıla ərə getməsinə razılıq vermişdi.
Beləliklə, Səfəvilər Şirvanşahların irsi idarəçiliyinə toxunmasalar da, əslində onu nəzarətdə saxlayırdılar. Bütün bunlardan sonra I Şah İsmayıl İraqda yaşayan Bayat türklərinin bir dəstəsini Dərbəndə və Şabrana köçürmüşdü.
1524-cü ildə Şeyxşahın (II İbrahimin) ölümündən sonra hakimiyyətə I Şah İsmayılın kürəkəni II Xəlilullah gəlir (1524-1535).
I Şah İsmayıl eyni zamanda Şəkini, Gürcüstanı daim nəzarətdə saxlamağa can atırdı. Şəkiyə hücum edən Kaxetiya çarı Ləvəndi cəzalandırmaq üçün qoşuna hazırlıq keçən I Şah İsmayıl 1524-cü il mayın 23-də 37 yaşında ölür. Bundan sonra Səfəvilərdə hakimiyyət uğrunda qızılbaş əmirləri arasında mübarizə başlayır. 10 yaşlı Təhmasibi (I Şah İsmayılın oğlu) hakimiyyətə gətirmək uğrunda mübarizədə Div Sultan Rumlu qalib gəlir. Lakin 1527-ci ilin iyununda Arpaçay yaxınlığındakı döyüşdə Div Sultan təkəli tayfasının başçısı Çuxa Sultanın təhriki ilə öldürülür. 1527-1531-ci illərdə Çuxa Sultan Şah Təhmasibə himayədarlıq edir. 1531-ci ildə o, Şamlı tayfasından Hüseyn xan tərəfndən öldürülür. Qızılbaş tayfaları arasında qızğın döyüş baş verir (1531-ci il Həmədan döyüşü). Döyüşdə məğlub olan təkəlilər Türkiyəyə qaçaraq Sultan Süleymana sığınırlar. Sonra onlar Sultan Süleymanın Azərbaycana yürüşlərində fəal iştirak edirlər.
1531-1534-cü illərdə Hüseyn xan Şamlı dövlət işlərinin idarəçiliyini əlinə alır. Amma onun I Şah Təhmasibə qarşı olan sui-qəsddə iştirakı hakimiyyətdən uzaqlaşdırılıb edam olunmasına səbəb olur. Beləliklə, 10 illik mübarizələrdən sonra I Şah Təhmasib hakimiyyəti müstəqil idarə etməyə qadir olduğunu sübut edir. O, Qazi Cahan xan Qəzvini vəkil təyin edir. Mərkəzi hakimiyyəti möhkəmləndirməyə başlayır Belə bir zamanda Osmanlı imperiyasında I Sultan Səlimin oğlu I Süleyman Qanuni (1520-1566) hakimiyətə gəlir.
1534-cü ilin yayında I Süleyman Qanuni Cənubi Azərbaycana talançı yürüşlər edir. Sentyabrın 27-də Təbriz tutulur. Qızılbaş əmirləri öz aralarında mübarizə aparsalar da, türklərə ciddi müqavimət göstərirlər. I Süleyman sərt qışa və ərzaq çatışmamazlığına görə cənuba, Bağdada istiqamətlənir. Sonra Sultan I Süleyman ikinci dəfə Təbrizə yürüş edir. Sultan böyük çətinliklərə baxmayaraq, Sultaniyəni, sonra isə Təbrizi tutur.
Şirvanşah II Xəlilullahın (1524-1535) dövründə Şirvan Səfəvilərdən asılı olur. Onun ölümündən sonra Şirvanda taxt-tac uğrunda mübarizə yenidən qızışır. Bu zaman artıq Səfəvi hökmdarı I Təhmasib əyanların təzyiqindən çıxmış, püxtələşmiş bir şah olmuşdu. Bacısı Pərixan xanım Təbrizə gələrək Şirvanda baş vermiş hadisələri qardaşı I Təhmasibə xatırladır. II Xəlilullahın oğlu olmadığı üçün qardaşı oğlu Şahruxu Şamaxıda hakimiyyətə gətirməyə çalışırlar. 1535-1538-ci illərdə Şirvan əyanları azyaşlı şahın bacarıqsızlığından istifadə edirlər. 1538-ci ilin yayında I Təhmasib fürsətdən istifadə ederək qardaşı Əlqas Mirzəni 20 minlik qoşunla Şirvana göndərir. Şirvanın bəzi qalaları Səfəvilər tərəfindən tutulur. Buğurd qalasındakı Şirvan xəzinəsi şah qoşunları tərəfindən müsadirə edilir. Şirvan hökmdarı Şahrux Təbrizdə edam olunur. Şirvanşahlar dövlətinin müstəqilliyinə son qoyulur.
Şirvanşahların Səfəvilərin tərkibinə qatılması Azərbaycanda vahid dövlətin yaranması üçün vacib şərtlərdən biri idi. Şirvanın ilk bəylərbəyi olan Əlqas Mirzə qardaşı Təhmasibə xəyanət edir. Şah isə 1546-cı ildə bu işi sülhlə qurtarmağa çalışır. Bu müddət ərzində 1540-cı ildə Bakı, 1541-ci ildə Tiflis şah tərəfındən tutulur, 1546-cı ildə isə Təhmasib Kartliyə divan tutub Gəncəyə tərəf hərəkət edir. Onun məqsədi qiyam qaldırmış Şirvanı susdurmaq idi.O, İstanbula, Sultan I Süleymanın yanına qaçır. Dərbənd, Gülüstan qalaları işğal olunur. Şirvan yenidən Səfəvilər tərəfindən tutulur.
Qardaşı Əlqasın əvəzinə oğlu İsmayıl Mirzəni Şirvana bəylərbəyi təyin edən Şah I Təhmasib Göyçə Sultan Qacarı oğlunun köməkçisi edir.
Qardaşı Əlqasın xəyanətkarlığı Osmanlıların Səfəvilərə qarşı olan düşmənçiliyində bir vasitə olur. Onsuz da sultan Süleyman Təhmasibi şah kimi qəbul etmək istəmir, şərqdə Ərəb İraqını məhv etməkdə səfəviləri özünə bir mane hesab edirdi. Avropalıların Afrikanın cənubu və Hind okeanı ilə Hindistan və Ərəb ölkələrinə olan müstəmləkə işğalları Osmanlılar və səfəvilər arasındakı düşmənçiliyi bir qədər də artırdı. Elə Sultan I Süleyman Qanuninin I Şah Təhmasibə yazdığı tənəli məktublar buna sübutdur.
1547-1554-cü illərdə Şirvanda baş vermiş böyük qiyamların yatırılmasında Avropa səyyahlarının "Şirvanın kralı" adlandırdıqları Abdulla xanın rolu böyük olmuşdur. Bütün çətinliklərə baxmayaraq, Bürhan Mirzənin başçılığı ilə baş vemıiş qiyam amansızlıqla yatırıldı.
Sultan I Süleyman 1548-ci ildə Səfəvilər üzərinə üçüncü dəfə yürüş etdi. I Təhmasib vəziyyətdən çıxış yolunu paytaxtın müvəqqəti olaraq Təbrizdən Qəzvinə köçürməsində görür. Təhmasib Türk sultanına döyüşdə qalib gələ bilməyəcəyini gördükdə Türkiyə sərhəddindən Təbrizə qədər bütün kəndləri, xarabazara çevirir. Çətinliklər Osmanlıların qısa müddətdə Azərbaycanı tərk etməsinə səbəb olur.
Osmanlıları müşayiət edən Əlqas Mirzə və Ülamə bəyin qoşunları darmadağın edilir, Əlqas Mirzə özü əsir alınaraq, Qəhqəhə qalasına salınır, 1549-cu ildə öldürülür.
1549-cu ildə Abdulla xan Ustaclı Şirvan bəylərbəyi kimi Şirvana daxil oldu. Şirvanlılar bu döyüşlərdə Osmanlılardan kömək alırdılar.
Şirvan Səfəvilər dövlətinin tərkibinə qatıldıqdan sonra Şəki şahdan vassal asılılığını qəbul edir. Şəki hakimi Dərviş Məhəmməd Əlqas Mirzənin şaha qarşı mübarizəsi zamanı ona kömək edir. Şah I Təhmasib Şəkiyə qoşun göndərir, 1551-ci ildə onun müstəqilliyinə son qoyur. Kiş və Gələsən-Görəsən qalalarına, həmçinin Qafqazın ətəklərindəki Sığnaqda gizlənən şəkililər məğlub edilirlər. Şəki Səfəvilərə qatılır. Toygün bəy Qacar Şəkinin ilk qızılbaş hakimi oldu.
I Təhmasib Sultan Süleymanm 3 böyük yürüşündən sonra müdafiə döyüşlərindən hücum taktikasma keçir.
Osmanlı hakimi İskəndər paşanın Xoy və Çüxur - Səd işğallarına qarşı oğlu İsmayıl Mirzəni göndərir. 1552-ci ilin yayında səfərbərlik edərək dörd tərəfdən osmanlılar üzərinə yürüş edir. Xilat qalası dağıdılır. Muş yandırılır. Minlərlə ev talan edilir, dağıdılır. Bitlis, Vostan, Ədilçevaz, Ərciş darmadağın edilir, çoxlu qənimət və əsir götürülür. Bir sıra Osmanlı sərkərdələri əsir alınır. Barqiri qalası tutulur. I Təhmasib Naxçıvana gələrkən Əmir Şəmsəddin Dilicanini dağıtmaq üçün sultanın yanına göndərir və rədd cavabı alır. Həsən bəy Rumlu qeyd edir ki, Sultan Süleyman "Şərqin və Qərbin padşahına" heç bir ehtiram etmir.
1554-cü ilin yazında Sultan I Süleyman dördüncü dəfə Azərbaycana hücum edir. Naxçıvanı ələ keçirir və şəhəri yandırır. Təhmasib yenə də öz köhnə üsulu olan, Sültanın gələcək yollarını xarabaya çevirir. Aclıqdan əzab çəkən Osmanlılar Ərzuruma çəkilirlər. Geri qayıdan türklər Şirvana hücum edirlər. Buğurd qalası yaxınlığındakı döyüşdə Osmanlılar darmadağın edilir.
İndi əksinə, Sultan özü Səfəvilərə sülh danışığı təklif edir. Səfəvi səfıri, eşikağası Fərruxzad Amasiyaya göndərilir. 1555-ci ilin mayın 29-da Amasiyada Səfəvi şahı ilə Osmanlı sultanı arasında sülh müqaviləsi imzalandı. Sülhün şərtlərinə görə Səfəvilər bütün Azərbaycanı, habelə Şərqi Gürcstanı və indiki Ermistanı əlində saxladı. Qərbi Gürcüstan isə Osmanlı hakimiyyətinə keçdi.
Qars vilayətinin əhalisinin boşaldılması qərara alındı. Özü isə boşaldılmış ərazi kimi tanındı və qərara alındı ki, onun əhalisi köçürülsün. Bağdadla birlikdə Ərəb İraq-ı Sultanın əlində qaldı.
1555-ci ildə, Amasiya sülhü bağlanan kimi Şah Təhmasib dövlətinin daimi paytaxtını Təbrizdən Qəzvinə köçürdü və özü də ölənə qədər burada yaşadı. Bu köçürmənin əsas məqsədi Təbrizin hər dəfə Osmanlı işğalına məruz qalması idi.
Osmanlılar onsuz da böyük qüdrətə malik bir dövlət idi. Qonşu ərazilərə basqınları ilə öz hegemon əhvali-ruhiyyəsindən geri çəkilmək istəmirdi. Azərbaycan Sefəvilər dövləti Osmanlıların hücumlarını dəf etmək üçün "yandırılmış torpaq" taktikasından çox gözəl istifadə edirdi. Səfəvi süvariləri düşmən ordusuna qarşı manevr döyüşləri də keçirirdi. Düşməni susdurmaq üçün qəfil hücumlar etmək də ona məxsus cəhət idi.
1566-cı ildə Sultan I Süleyman Qanuninin ölümündən sonra Şah I Təhmasib II Sultan Səlim və III Muradla dostluq əlaqələrində olmuşdur.
I Şah Təhmasib atası kimi həm Xorasanı, həm də Baburun Hindistandakı Moğol imperiyasını daim nəzarətdə saxlayırdı. Moğol imperiyasına diqqətin artırılması elə bir dövrə təsadüf edirdi ki, artıq Qərb dövlətləri Şərqi müstəmləkə əsarətinə almaq üzrə idi.
Hindistana gedən dəniz yolu kəşf olunduqdan sonra (1498-ci il) artıq avropalılar üçün Azərbaycan bir o qədər də maraqlı deyildi. Əksinə, Türkiyə çalışırdı ki, Hörmüzə avropalılar sahib olmasınlar. Lakin məlumdur ki, portuqaliyalılar 1515-ci ildə İran körfəzində hərbi-strateji, iqtisadi əhəmiyyətli Hörmüzə soxuldular.
Şərqə əvvəl tacirlər gəlirdisə, sonralar silahlı müstəmləkəçilər ayaq açdılar. Qərb missionerləri Şərq ölkələri arasında daim ədavət salmağa çalışırdılar. Hətta Portuqaliya dövləti XVI əsrin 30-50-ci illərində Osmanlı-Səfəvi döyüşlərində daim Səfəvilərə silah satırdı. Amasiya sülhündənn sonra isə Şah Təhmasib 1574-1575-ci illərdə gələn Portuqaliya elçilərini qəbul etmir. Portuqaliyalılar bir tərəfdən İran körfəzindəki müsəlmanlara daim əzab verirdilər. Digər tərəfdən isə Amasiya müqaviləsinin şərtlərinə xələl gətirmək istəmirdilər. Azərbaycan digər Avropa ölkəsi olan İngiltərəni də daim maraqlandırırdı. İngilislərin əsas məqsədlərindən biri o idi ki, onlar XVI əsrdə müstəmləkəçi dövlət olsalar da portuqaliyalılarla dəniz yollarında qarşılaşmaqdan çəkinirdilər. Kraliça Yelizaveta Tüdor (1558-1603) Xəzər sahillərindən 1553-cü ildə yaradılan "Moskva şirkəti" ilə karvan yolları vasitəsi ilə Hindistana çıxmaq istəyirdi. Bu məqsədlə şirkətin başçısı Antoni Cenkinson 1561-1563-cü illərdə Volqa-Xəzər yolu ilə Azərbaycana gəlmiş, Şamaxı bəylərbəyi Abdulla xan Ustaclı və Qəzvində I Təhmasiblə danışıqlar aparmışdır. I Təhmasib Amasiya sülhünün şərtlərini pozmaq üçün kraliça Yelizavetanın Azərbaycan-İngiltərə ticarət əlaqələri bağlamaq üçün olan müqaviləni imzalamamışdı.
Bundan başqa Avropa dövlətləri müxtəlif bəhanələrlə daim I Təhmasibi Osmanlılara qarşı müharibələrə sövq edirdilər. 1571-ci ildə Venesiya elçisi Vinçentso Alesandrini, 1572-ci ildə papa V.Piy, papa XIII Qriqori Təhmasibə müttəfiq gözü ilə baxır, Səfəvilərin vasitəsi ilə Türkiyəyə qarşı planlar hazırlayırdılar.
Sonrakı dövrlərdə atılmış addımlar bu mənada heç bir nəticə vermədi.
Azərbaycan öz şimal qonşusundan da daim təzyiqlər hiss edirdi. XVI əsrin ortalarında Rusiya Volqa-Xəzərlə Şərq bazarına çıxmaq istəyirdi. Bu məqsədlə Qazan və Həştərxanı ələ keçirmişdi.
Azərbaycanın özü də Volqa-Xəzərlə Avropa ölkələri ilə əlaqə saxlayırdı. 1561-ci ildə Şah I Təhmasib, 1563-cü ildə Şirvan bəylərbəyi Abdulla xan bu məqsədlə addımlar atmışdı. Avropa ölkələri kimi Rusiya da Səfəvilərlə diplomatik və ticarət əlaqələri yaradaraq, onun üçün Qara dənizdə əsas keçilməz maneə olan Türkiyəyə qarşı istifadə etməyə çalışırdı. Çar IV İvan (1547-1584) özü də 1569-cu ildə göndərdiyi elçilərlə səfəvilərə çoxlu sursat bağışlamış, əvəzində Xəzərin şimalında çoxlu torpaqlar işğal etmişdi. Türkiyə 1578-ci il Qafqaza hücumunda Rusiyanın Xəzər səfərlərinin qarşısını almağa çalışırdı.
Sonralar I Şah Abbasın vaxtında şahın hüzuruna gələn ingilis nümayəndələrini Şah əsasən Türkiyəyə qarşı mübarizə məqsədi ilə istifadə etməyə çalışsa da, inglis şahzadəsi I Yakov Stüart ancaq Ost-Hind kompaniyasının adı ilə ticarət münasibətlərini gücləndirdi. 1616-cı ildən ingilis tacirləri Azərbaycanda sərbəst hərəkət etməyə başladılar. İngilis mahudu, Gilan ipəyi bu ticarətin önündə dururdu. Bundan başqa Azərbaycan xalçaları, zinət əşyaları da əsas yer tuturdu. Zaman keçdikcə Səfəvi hökmdarı Osmanlı təhlükəsi qorxusunun azalması və həmçinin Avropa dövlətlərinin ona kifayət qədər hərbi cəhətdən kömək etmədiyi təqdirdə ingilis tacirlərinə ölkədə o qədər çox imtiyaz vermir. Hətta onların əvəzində tatar, erəb, gürcü, rus əhalisi ilə daha yaxşı mahud alveri edə biləcəyini vurğulayır. Beləliklə, XVII əsrin I yarısına qədər Səfəvi dövləti öz iqtisadi qüdrətini itirməyərək saxlayırdı.
1576-cı il mayın 14-də IŞah Təhmasib vəfat etdikdən sonra Səfəvilər arasında yenidən hərbi-feodal çəkişmələr artır. İsmayıl Mirzə qardaşı Heydər Mirzəyə qalib gələrək Şah II İsmayıl adı ilə, taxta oturur. Onun hakimiyyəti çox qısa olur. 1577-ci ilin noyabrın 24-də onu öldürürlər.
Sarayda yenidən hadisələr gərginləşir. Hakimiyyəti II Xəlilullahın dul qadını Pərixan xanım ələ alır. Bu işdə dayısı Şamxal Sultan ona kömək edir.
Şirazda hakimiyyəti ələ almaq üçün Məhəmməd Mirzə və onun tərəfdarları hərəkətə gəlir. Hətta Pərixan xanımın ətrafında toplanan qızılbaş əyanları da ondan aralanaraq təzə şahın tərəfınə keçir. Nəticədə Məhəmməd Mirzə (Xudabəndə) 1578-ci il fevralın 13-də Qəzvində taxta oturur.
Xudabəndə ilk əvvəl Pərixanı (bacısını), dayıları Şamxal Sultanı, II İsmayılın bir yaşlı oğlunu öldürür. Onun hakimiyyətinin idarə olunmasında Mehdi Ülyanın rolu böyük idi. Ərinin səbatsızlığından istifadə edən Mehdi Ülyaya bu işdə əsil yardımçı qızılbaş əyanları idi. Ali divanın vəkili kimi yüksək vəzifəyə sahib olan bu qadının öz xüsusi möhürü vardı. Qızılbaş tayfa başçıları şahla hesablaşmaq istəmir, ölkədə istədiklərini edirdilər. Xəzinənin vəziyyəti bərbad idi. Səfəvilər dövləti gündən-günə zəifləyirdi.
Ölkə daxildə qiyam və üsyanlar artırdı. Belə qiyamlardan biri 1577-ci il Van hakimi Xosrov paşanın təşkil etdiyi kürd qiyamı idi. Səlmas və Təsuc hakimi Qazı bəy ona köməkçi oldu. Bir qədər sonra Sulduz və Miyanədəki Mükri kürdləri də ayağa qalxdı. Onlara Əmir bəy başçılıq edirdi. Qiyam dalınca Dağıstanda və Çərkəz ellərində gizlənən Bürhan Mirzənin oğlu Əbu Bəkr Şirvanda üsyan qaldırdı. O, türk sultanından kömək istəyərək, qalib gəldikdən sonra ondan vassal asılılığında olacağına söz verdi.
Osmanlı sultanı III Murad (1574-1595) vəziyyətdən istifadə edərək Səfəvilərə qarşı "müqəddəs müharibəyə" hazırlaşırdı. O, Amasiya sülhünü pozdu. Türk ordusunun baş komandanı vəzir Qara Lələ Mustafa paşanın başçılığı altında 100 minlik qoşun Gürcüstana yollandı. O, vassalı olan Krım xanı 2 Məhəmməd Gəraydan Qızılbaşa qarşı müharibədə iştirak etməyi tələb etdi. Dağıstan hakimi (kumık, avar, qeytak, tabasaran) isə Şirvanın işğalına hərbi yardım göstərmək barədə Sultandan sərəncam almışdı.
1578-ci il avqustun 9-da səfəvilərlə osmanlılar arasında Qarsın şimalında, Çıldır gölünün yaxınlığında döyüş baş verdi. Bu döyüşdə səfəvilər məğlub oldular.Şəki, Ərəş, Qəbələ, Bakı, Şabran, Mahmudabad, Salyan tutuldu. Dərbənd əhli qiyam qaldırdı. Vəziyyət gərginləşdi.
Osmanlılar Səfəvilərdəki çox çətin siyasi durumdan istifadə edirdilər. Osmanlı qoşunu 1578-ci il avqustun 24-də Tiflisi, sonra isə Qorini tutdu. Şahın oğlu Həmzə Mirzə düşmənə qarşı Şirvana hərəkət edir. 1578-ci il noyabrın 28-də Ağsu sahilində Molla Həsən adlı yerdə Krım xanı Adil Gəray Abdulla xanın oğlu Həmzə xan Ustaclı tərəfindən məğlub edilir. Şamaxı, Şabran azad edilsə də, əsas iqamətgah olan Dərbənd türklərdə qalır.
Azərbaycan Səfəvilər dövlətinin bu müvəffəqiyyətindən sonra ölkədəki daxili çəkişmələr fars etnik ünsürlərin yavaş-yavaş dövlətçilikdə üstün yer qazanmasına səbəb olurdu. İran etnik ünsürlərinin üstünlüyündə Şah Məhəmməd Xudabəndənin arvadı (Xeyrannisə bəyim), Mazandaran əmirinin qızı (Məhdi Ülya deyirdilər) və isfahanlı baş vəzir Salmanın rolu böyük idi. Məhdi Ülya qızılbaş əmirlərini aradan götürürdü. Məleykənin sərt hərəkətləri, qızılbaş əmirlərinə qarşı dözülməzliyi əmirlərin qəti addımına səbəb oldu. Sədrəddin xan Səfəvi, Elgəsən oğlu Hüseynəli bəy Zülqədər, şahın qohumlarından İmamqulu Mirzə Mosullu, Çələbi bəy Təkəli sarayın hərəm otağında şahın yanında Məleykəni öldürdülər.
1578-1579-cu illərdə Osmanlı Türk ordusunun və Krım xanının Azərbaycana dağıdıcı, talanedici yürüşləri əhali arasında şiddətli aclıq və taun xəstəliyi tüğyan etməsinə səbəb oldu.
Türkmən və Şamlı əmirləri arasında da ixtilaflar güclənir. Qiyamçı Şamlı əmirləri Əliqulu xanı xanlar xanı, Heratda 16 yaşlı Abbas Mirzəni isə şah elan etmələri Xorasanın Səfəvi dövlətindən ayrılmasına səbəb oldu. Beləliklə, Məşhəd valisi Murtuzqulu xanla Əliqulu xan arasında çəkişmələr baş verir.
Belə bir dövrdə 1580-1581-ci illər yalançı İsmayıllar peyda olur. Onlardan biri Kuh-Giluyədə murlar və kürdlər arasından çıxır. Onu 1581-ci ildə buranın bəylərbəyi İskəndər bəy Fars valisi Ümmət xan Zülqədərlə öldürür. Bundan bir qədər sonra Luristanda Təbriz vilayətində ikinci bir yalançı İsmayıl ortaya çıxır. Onu Hüseyn Sultan Təkəli tutub Qəzvinə göndərir, Qəzvində onu şahın əmrilə Ağ meydanda yandırırlar. Üçüncü yalançı İsmayıl Talışda peyda olur. Onu da Ərdəbildə öldürürlər. Dördüncü lurlar arasından çıxır. O, Fərah bəylərbəyliyində əfşarlara qarşı mübarizə aparmış, Fərah hakimi Hüseyn xanı vuruşmada öldürmüş, özünü isə öz adamları öldürmüşdür. Bütün bu yalançı İsmayıllar Səfəvilər dövlətində daxili çəkişmələr baş verdiyi bir vaxtda lurlar və kürdlər içərisindən çıxmışdı. Bu onu göstərir ki, Səfəvilər imperiyasının gələcəkdə mərkəzləşmiş bir dövlət kimi qalıb-qalmaması onun tərkibindəki qeyri-türk millətlərin üsyanlarından, çıxışlarından çox asılıdır,
Lakin ölkə daxilində baş vermiş hadisələrin gərginliyinə baxmayaraq, Səfəvilər Şirvan məsələsində türklərə heç cür güzəşt etmək istəmirdilər. 1580-1581-ci illərdə Sultan III Murad Şirvanı ələ keçirmək üçün bütün qüvvələrini səfərbər etdi. Bu işdə ona Krım tatarları yaxından köməklik göstərdilər. Dərbənd və Bakı türklərin əlində idi.
Bir tərəfdən türk-tatar hücumları, digər tərəfdən daxili çəkişmələr nəticəsində Xorasanın yarısının Səfəvi dövlətinin tərkibindən çıxması 1581-ci ildə şahzadə Abbasın Xorasan əmirləri tərəfındən şah elan edilməsinə mane oldu.
Osmanlı ordusunun komandanı Sinan paşanın 1582-ci ildə qızılbaşlarla sülh danışıqlarına başlamaq cəhdi Sultan III Muradın qəzəbinə səbəb olur. Sultan onun yerinə Fərhad paşanı Şərq yürüşünün komandanı təyin edir. Yeni komandan Fərhad paşa 70-80 minlik qoşunla Ərzurumdan Kars istiqamətindən Çuxur-Səddə daxil olur.
Qızılbaş ordusunun uğursuz hərbi yürüşlərinin iştirakçılarından biri Mirzə Salman idi. O, şah Təhmasibin hakimiyyətinin son dövrlərində saraya gəlmiş, II İsmayılın zamanı vəzir təyin edilmiş, Şah Xudabəndənin dövründə divanın ali vəziri olmuşdu. O, qızını Səfəvi taxtının varisi Həmzə Mirzənin vəliəhdinə vermiş, böyük oğlu Mirzə Abdullanı şahzadənin vəziri təyin etdirmişdi. Sarayda baş verən bütün hadisələrdə demək olar ki, onun əli vardı. İran feodal nümayəndəsi kimi qızılbaşlara divan tuturdu. Şah tərəfindən Xorasan qiyamçılarına qarşı 1582-1583-cü illərdə mübarizə aparılarkən Mirzə Salman əsir alınan bir neçə ustaclı və şamlı əmirlərini edam etdirdi. Bir sıra qızılbaş əmirləri onun bu fıtnəkarlıqlarını duyaraq 1583-cü ildə Heratda onu öldürdülər, var-dövlətini isə müsadirə etdilər.
Belə bir vaxtda Fərhad paşanın hücumu Çuxur-Səd bəylərbəyi Məhəmməd xan Toxmağı qorxuya salır. Kürd qoşunlarının Təbrizə doğru hərəkət etdiyini görən Məhəmməd xan Toxmax idi. Xanlar Təbrizi müdafiəsiz qoya bilməzdilər. Məhəmməd xan İrəvandan Naxçıvana geri çəkilməyə məcbur olur. Fərhad paşa isə ələ keçirdiyi Şirvanda bir qala tikdirib onu ərzaq və silahlı qüvvə ilə təmin edərək geri qayıdır, Səfəvi şahı isə Təbrizə gəlir.
Şah Təbrizə vəliəhdi Həmzə Mirzə ilə gəlirdi. Gənc Həmzə Mirzə anası Məhdi Ülyanın ölümünü heç cür yaddan çıxara bilmirdi. O zaman onun 13 yaşı vardı. İndi o, Azərbaycanın cənub əyalətlərinə başçılıq edən Əmir xandan vasitə kimi istifadə etməyə çalışır. Əmir xan vəliəhdin fıkrini bəyənmir. Osmanlı təhlükəsi olan bir zamanda ölkədə qırğınlar törətməyi düzgün saymır. Digər xanlar isə Əmir xanı vəliəhdin gözündən salırlar.
Həmzə Mirzə onu öz vəzifəsindən sui istifadə edərək varlanmaqda günahlandırır və həbs edib Qəhqəhə qalasına saldırır. Beləliklə, şahzadənin vasitəsi ilə ustaclı və şamlı tayfaları ilə türkmən və təkəli tayfaları arasında yüksək vəzifələr uğrunda yenidən mübarizə güclənir.
1585-ci ilin mayında Əmir xanın Qəhqəhə qalasında ölümü türkmən və təkəli tayfalarının qiyamına bəhanə olur.
Türklər yenə bu çəkişmələrdən istifadə edərək 1585-ci il avqustun 12-də Osman paşanın başçıhğı ilə 200 minlik ordu ilə Rasinabad - Çaldıran - Xoy - Mərənd - Sufıyan - Təbriz istiqamətində Azərbaycana yürüş edirlər. Həmzə Mirzə 20 minlik qoşunla döyüşə girsə də Sufıyan yaxınlığında qüvvələrin qeyri-bərabərliyindən geri çəkilir. Təbriz uğrunda gərgin döyüşlər baş verir. Yüksək mənsəb sahibləri öz mənafelərini müdafıə etdikləri halda, xalq öz doğma şəhərləri uğrunda canlarını qurban verirdilər. İki döyüş tamamilə qeyri-bərabər idi. Qulu bəy Əfşarm və Həmzə Mirzənin başçılıq etdiyi döyüşlərdə qızılbaşlar qalib gəldi. Osmanlı sərkərdəsi əsir düşür.
Osmanlı və qızılbaşlar arasında sülh danışıqları aparılacağı bir məqamda 1586-cı ilin dekabrında şahzadə Həmzə Mirzə sui-qəsdlə öldürülür.
Qeyd etdiyimiz kimi Osmanlı-Səfəvi qüvvələri qeyri bərabər idi. Bu Səfəviləri qorxutmurdu. Lakin yenə Səfəvilərin içərisindəki dönüklük cəhdləri onları süquta sürükləyirdi. Səfəvilərə sülh vacib idi. Həmzə Mirzə başa düşürdü ki, o, Şirvanı, Şəkini, İrəvanı, Cənubi Azərbaycanın işğal olunan xeyli hissəni geri qaytara bilməyəcəkdir. Gəncədə Osmanlı səfıri Vəli bəy söz verir ki, oğlunu məktubla İstanbula göndərəcək. Lakin dəlləyi Xudaverdi tərəfindən yuxuda ikən öldürülür, bu isə ölkədə hərcmərcliyin artmasına səbəb olur. Osmanlılar isə Səfəvilərin bu vəziyyətindən çox gözəl istifadə edirlər. Sülh baş tutmadığı təqdirdə Təbrizdəki Osmanlı başçısı Cəfər paşa Cənubi Azərbaycanın bir sıra vilayətlərini, nizami qoşun isə Qarabağ və ölkənin digər ərazilərini ələ keçirdi.
Əsrin əvvəlində Şərqdə böyük bir imperiyaya çevrilmiş Azərbaycan Səfəvilər imperiyası 1586-1589-cu illərdə Osmanlı Sultanı III Murad tərəfindən tutuldu. Bir tərəfdən isə özbəklər Xorasana tez-tez basqınlar edirdilər.
Şah Məhəmməd Xudabəndə sonuncu dəfə hakimiyyəti əlində cəmləşdirərkən dövləti idarə etməyə cəhd göstərir. Lakin şah buna nail ola bilmir. Sarayda baş verən qruplararası düşmənçilik Azərbaycan Səfəvilər dövlətinin gələcək taleyini həll etdi.
Saray əyanlarının bir hissəsi şahın oğlu Əbutalıb Mirzəni varis kimi tanımağa məcbur etsələr də, Kaşan bəylərbəyi Vəlican xan Türkmən, Kirman bəylərbəyi Vəli xan Əfşar, İsfahanda yaşayan əfşarlar, Farsdakı zülqədərlər Abbas Mirzəni şah kimi tanıdılar.
Səfəvilərin bu çətin vəziyyətində Mürşüdqulu xan Ustaclı kiçik bir hərbi dəstə ilə 1587-ci ildə Qəzvinə girir. Bir çox qızılbaş əmirləri Abbas Mirzəni şah kimi qəbul edirlər. Beləliklə, Səfəvilər dövlətinin çəkişmələrlə çarpışdığı bir zamanda, 1587-ci ildə Abbas Mirzə I Şah Abbas adı ilə taxta oturur. Abbas Mirzənin hüzuruna, onu tanımağa gələn bir çox qızılbaş əmirləri şahı görmədən qətlə yetirilirlər. I Şah Abbas anası Məhdi Ülyanın intiqamını almaq üçün bu tədbiri həyata keçirdi.
1587-ci ildə Özbək Abdullah xan Heratı, sonra isə Məşhədi tutdu. Fərhad paşa isə 1588-ci ildə Gəncəni ələ keçirdi. Bağdadda olan türk valisi Sinan paşa Nəhavəndi (1588) işğal etdi. Osmanlı və şərqdən Özbək hakimlərinin işğalları, həmçinin daxili çəkişmələr nəinki Səfəvi dövlətini tənəzzülə uğradırdı, Osmanhların özlərinin də vəziyyəti çox çətin idi. Uzun sürən müharibələr Osmanlı dövlətini maliyyə cəhətdən zəiflətmiş, həm də tutulan torpaqları əldə saxlamaq çətinləşmişdi. Nəticədə həm Səfəvilər, həm də Osmanlılar üçün sülh vacib idi. I Şah Abbas qardaşı Həmzə Mirzənin oğlu Heydər Mirzəni İstanbula sülh şərtləri ilə danışığa göndərir. 1590-cı ildə Səfəvilər və Osmanlılar arasında İstanbul sülhü imzalanır. 22 mart 1590-cı il İstanbul sülhünün şərtləri Səfəvilər üçün ağır olsa da, I Şah Abbas yerdə qalan əraziləri əldə saxlamaq üçün barışığa razı oldu. Şərtlərə əsasən Azərbaycan (Qaradağ, Ərdəbil, Talış vilayətləri istisna olmaqla) Cənubi Qafqaz, hətta İranın bəzi qərb vilayətləri (Nəhavənd, Luristan, Şəhrizur) Osmanlıların tərkibinə qatıldı.
Beləliklə, Azərbaycanda baş verən uzunmüddətli müharibə ölkədə dağıntıya səbəb olmuş, iqtisadiyyata külli miqdarda ziyan vurmuşdu. Ölkə daxilində feodal əyanların tərkibi həm seyrəlmiş, həm zəifləmişdi. Onlar ölkənin hər yerində öz hakim mövqelərini saxlaya bilmədilər. Azərbaycan Səfəvilər dövləti süquta uğradı.
1587-ci ildə I Şah Abbas (1587-1629) hakimiyyətə gəldikdən sonra Səfəvilərin itirilmiş ərazisini geri qaytaraıaq və sarsılmış qüdrətini bərpa etmək üçün hərbi və inzibati islahat keçirdi. Qızılbaş əyanlarının əvvəlki hərbi qüdrəti bir qədər zəiflədi. Onların təkbaşına silah gəzdirmək hüququ ləğv edildi, qoşuna daxil olmaq hüququ iranlılara verildi. O, tayfa başçılarının irsi vəzifə tutmaq hüququnu əllərindən aldı. Qoşunun komplektləşdirilməsi qaydası həyata keçirildi. Səfəvi dövlətinin dayağı olan azərbaycanlı tayfa birliyinin əsasları sarsıdıldı.
Hərbi islahatla müxtəlif dərəcəli qoşun növü yarandı. Qoşunun aşağıdakı dərəcələri var idi: .

  1. Qızılbaşlar əsasən, süvarilər bütün XVII əsr boyu Səfəvi
    qoşununda üstünlük təşkil edirdilər. Sayı 200 min nəfərə çatırdı,
    60 mini yürüşə gedirdi.

  2. Abbas qızılbaşlardan başqa kürd, lur, cığatay və b. tayfaları da hərbi qulluğa cəlb etdi.

  3. Qulamlar - xüsusi qvardiya təşkil edirdilər. Erməni, gürcü, çərkəz mənşəli gənclər idi, zorla islamlaşdırılır, sarayda xüsusi şəraitdə tərbiyə olunurdular. Onların sayı 15 min idi.

  4. Tüfəngçilər korpusu xüsusi siyahı ilə ölkənin müxtəlif
    vilayətlərindən toplanırdı. Azərbaycanlılar üstünlük teşkil edirdilər. Əhalinin aşağı təbəqəsindən seçilirdi, sayı 12 min nəfərə çatır, tüfəngçi ağası başçıhq edirdi.

  5. Artilleriya - topçular dəstəsi. Səfəvilərdə topdan əsasən düşmənin möhkəmləndirilən mövqeyini elə keçirmək üçün, qala mühasirəsi vaxtı istifadə edilirdi. Bu isə zəif inkişaf etmişdi. I Abbasın 500 səhra topu var idi. Paytaxtın Qəzvindən İsfahana köçürülməsi (1598) Səfəvilərdə İran etnik ünsürlərin gücləndirilməsi demək idi. İsfahana Qəzvindən çoxlu azərbaycanlı köçüb gəlirdi. Onlar üçün tikilən xüsusi məhəllə "Abbasabad" adlandırıldı.

Bir sözlə İran adət-ənənələri qorunur, himayə edilirdi. İsfahan tacirlərinə, əsnaflara xüsusi imtiyazlar verildi, onlar bir illiyə dövlət vergilərindən azad olundular.
İslahatlar Azərbaycan köçəri əyanlarının nüfuzunu azaltdı. Əvəzində şiə ruhanilərinin, məmurlarının dövlət işlərində nüfuzu artdı. Hakimiyyətə qarşı çıxan təkəli tayfasına amansız divan tutuldu. Bir sıra tayfalar məhv edildi. Dövlət vəzifələrinə irəli çəkilən bütün şəxslərdən peşkəş adı ilə xəzinəyə müəyyən məbləğ verilməsi tələb edildi.
Baş vəzir (Etimad-üd-dövlə) böyük xadim kimi şöhrət qazanan Hətəm bəy Ordubadi dövlətin maliyyə işlərinə çox köməklik edirdi.
Dövlətin xristian əhalisi rüsum - cizye verməli idi. Ermənilərin vasitəsilə yepiskoplar, monastırlar şah fərmanı ilə rüsumdan azad edilirdilər. Ancaq Azərbaycan Səfəvi imperiyasının mahiyyəti dəyişsə də, qızılbaşlar Səfəvi imperiyasının idarə olunmasında xüsusi yer tuturdular. Azərbaycan imperiyasının tərkibində xüsusi bir vilayət kimi qalırdı. Azərbaycan türkcəsi orduda və sarayda üstünlük təşkil edirdi. Mərkəzi hakimiyyət qüvvətləndi. Şah Abbas mərkəzi aparatı və mülki bürokratiyanı qüvvətləndirdi. O, İngiltərə, Fransa, İspaniya, Roma papası, Moskva knyazlığı ilə diplomatik əlaqələr yaratmağa çalışırdı.
İstanbul müqaviləsinə görə Azərbaycan Osmanlı və Səfəvilər arasında bölündü. Şirvan, Qarabağ, Təbriz və onun ətraf nahiyyələri, Sərab, Marağa və bu şəhərdən qərbdə yerləşən bütün vilayətlər Osmanlı imperiyasının əlinə keçdi. Xalxal, Ərdəbil, Qaradağ, Talış, Zəncan, Sultaniyyə Səfəvilərin tərkibində qaldı. Osmanlılar yeni inzibati idarə vahidləri yaratdılar. Öz hərbi hissələrini bu yerlərdə yerləşdirdilər. Vergi və mükəlləfiyyətləri müəyyənləşdirdilər. Şirvan Şamaxı və Dərbənd vilayətlərinə bölündü. Şamaxı 16, Dərbənd 8 sancaqlıqdan ibarət oldu. Osmanlılar yeni "idarəetmə hüququ" aldılar. Müqavilədən sonra səfəvi xəzinəsinə verilməli vergilər Osmanlı xəzinəsinə verilirdi. Ölkənin şiə əhalisi təqiblərə məruz qalırdı. Bəzən Osmanlılar əhalini əsir alır, Köfönin (Feodosiyanın) bazariarında satırdılar. İstanbulda, Misirin limanlarında da qul bazarları vardı. İskəndər bəy Münşi bunu Osmanlı işğalının ən mənfi cəhəti hesab edirdi.
Müqaviləyə görə hərbi əsirlər azad edilməli idi. Ancaq hərbi rəislər azad olundu. I Şah Abbas Səfəvi dövləti tərkibində qalan torpaqları vahid "Azərbaycan vilayəti" adı ilə idarə edirdi. Qərargahı Ərdəbildə olan bu inzibati vahidin ilk hakimi 1592-ci ildə Zülfüqar xan Qaramanlı təyin edildi. 1593-cü ildə isə Səfəvi dövlətinin tərkibində qalan bütün Azərbaycan əraziləri vahid bəylərbəylikdə birləşir. Fərhad xan Qaramanlı ilə Zülfuqar xan Qaramanlı Səfəvi Azərbaycanını növbə ilə idarə edirdilər.
Osmanlı zülmü daim əhalinin narazılığına səbəb olurdu. Xalq osmanlılara müxtəlif formada müqavimət göstərirdi. Kütləvi narazılıq, soyğunçuluq, achq, dəhşətli dağıntılar, türk işğalı dövründə Azərbaycanda və qonşu ölkələrdə iqtisadi tənəzzül - bütün bunların hamısı yadellilərə qarşı yeni mübarizəyə səbəb oldu.
XVII əsrin əvvəllərində Osmanlı imperiyası iqtisadi tənəzzül və gərgin ictimai siyasi dövrü keçirirdi. XVII əsrin əvvəllərində Azərbaycanda Osmanlı hakimiyyəti zəiflədi. Səfəvilər isə I Şah Abbasın başçılığı ilə yavaş-yavaş dirçəlirdilər.
I Şah Abbas 1599-cu il iyulun 29-da Herat yaxınlığında Dinməhəmməd xan özbəyi məğlub edib, Mavərənnəhri öz təsiri altına aldı. 1602-ci ildə Bəlx səfəri uğursuz oldu.
1603-cü ildə sentyabrın 14-də I Abbas Azərbaycana yürüş edir. Sentyabrın 28-də o, Təbrizə yaxınlaşır. Təbrizlilərin üsyan qaldırması I Abbasa köməklik edir. Oktyabrın 21-i isə Osmanlılar Təbrizdə təslim olurlar. Arazın cənubundakı Azərbaycan torpaqları azad edilir. İskəndər Münşi göstərir ki, Culfa və Naxçıvan döyüşsüz tutulur. Həmçinin kürd mahmudi tayfasının başçısı, Maku vilayətinin hakimi Mustafa bəy Naxçıvanda - şahın qərargahında təslim olur.
1603-cü 11 noyabrın 16-da I Şah Abbas İrəvan qalasını mühasirəyə alır. Bu qalaya hücumda I Abbas məşhur Azərbaycan topçusu Heydər bəy Anisin oğlu Bahadur bəy Anis topçubaşının təzəcə hazırladığı iri əndazəli topdan istifadə etdi. Qala 1604-cü il iyulun 8-də tutuldu.
I Abbas bundan sonra Qarabağ uğrunda döyüşlərə başlayır. Əvvəl Ziyadoğlu nəslindən Hüseynxan Qacarı bura bəylərbəyi təyin edir. Lakin Sinan paşa Ciqaloğlunun başçılığı altında Osmanlı qoşununun yaxınlaşdığını eşidən kimi Səfəvilər ənənəvi "yandırılmış torpaq" taktikasını tətbiq etdi. Ön Qafqazda yaşayan çoxlu azərbaycanlı, erməni, gürcü, kürdlərin məcburi köçürülməsi başlandı. İsfahana, Mazandarana və b. yerlərə on minlərlə əhali köçürüldü. Buna "böyük sürgün" deyilir.
Azərbaycanlıların köçürülməsi iqtisadi məqsəd daşıyırdı. tkinci səbəb Culfa tranzit ticarət yolunu Səfəvilərin cənubuna köçürməklə Avropa Asiya ipək ticarət yolunu İran körfəzi limanına keçirməklə buradan ipəyi, Osmanlı ərazisi istisna olmaqla, Afrika ətrafından, dənizlə Avropaya daşımaq idi. Culfa əhalisi İsfahana, Naxçıvan əhalisi (Dizağa) Qarabağa köçürüldü. I Abbas həm də azərbaycanlı, erməni, gürcülərin mahir sənətkarlarını öz şəxsi istifadəsində olan Mazandaran və İsfahana köçürdü.
Ciqaloğlu Sinan paşa qışlamaq üçün Vana qayıdır. 1605-ci ildə Şah Ciqaloğlu üzərində qələbə qazandı. Həmçinin kürdlərin bir hissəsini də İrana köçürtdü.
İkinci dəfə Ciqaloğlu Sinan paşa 100 minlik qoşunla Azərbaycana hücum edəndə ona qarşı şahın özü vuruşur, 1605-ci il noyabrın 7-də Ərdəbil və Sərab arasındakı döyüşdə türklər məğlub edilir. Ciqalaoğlu Sinan paşa Diyarbəkirə qaçdı və tezliklə orada vəfat etdi. Səfəvilər döyüş zamanı külli miqdarda hərbi qənimətə sahib oldu.
I Abbas Sinan paşa üzərindəki qələbədən sonra Qarabağa daxil olur və Gəncəni mühasirəyə alır, 1605-1606-cı illərin qışındakı bu döyüşdə Azərbaycan və qonşu ərazilərdə aclıq baş verir. 1606-cı il iyunun 5-də Səfəvi ordusu çətinliklə də olsa, Gəncəni tutdu. 1607-ci ilin yanvarın 9-da Şamaxı mühasirəyə alındı. Həmin vaxt Bakı, Dərbənd əhalisi üsyan etdi. 1607-ci il martın əvvəlində Narınqala (Dərbənd) tutuldu. 1607-ci il iyunun 27-də Zülfüqar xanın qoşunu Şamaxının qala bürcünü tutdu. Zülfüqar xan Qaramanlı Şirvana hakim təyin edildi. 4 il davam edən Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsi Səfəvilərin qələbəsi ilə tamamlandı. Osmanlılar 1611-1612-ci illər-də yenidən hücum edib Təbrizi tutdular. Səfəvilərlə Osmanlılar arasında 1555-ci il sülhünün bərpası və Sərab şəhərində sülh bağlanması qərarlaşdırıldı. Lakin 1611-ci ilin avqustunda Murad paşanın vəfat etməsi, sülh müqaviləsinin imzalanmasını təxirə saldı. Səfəvi Osmanlı sərhəd xətti məsələsi həll edilməmiş qaldı. Şah Abbas 1613-cü il oktyabrın 16-da Azərbaycanın şimal vilayətlərinə və Gürcüstana yürüşə başladı. Şah Abbasın Qafqazdakı hərbi əməliyyatları osmanlıları narahat etdi. 1616-cı ilin yazında Sultan I Əhməd Səfəvilərlə müharibəyə başladı. Osmanlılar Təbrizə daxil oldu, İrəvanı mühasirəyə aldı. Şah Abbas cəhd etsə də, türklərin 100 minlik qoşununa məğlub oldu. Osmanlıları geri çəkilməyə vadar edən sərt qış, aclıq, xəstəlik oldu.
1618-ci ilin mayında Osmanlı sultanı II Osmanın əmri ilə Xəlil paşa Diyarbəkirdən Azərbaycana hücum etdi. Krım tatarları da Osmanlıların vassalı kimi 15 minlik ordu ilə Canıbəy Gəray xanın başçılığı altında döyüşə qoşuldular. Təbriz tutuldu. Şah Abbas Ərdəbili boşaltdı. Həlledici döyüş Sərab vilayətinin Sınıq körpü adlı yerində baş verdi. Xəlil paşa məğlub olub, geri çəkildi. 1618-ci ilin sentyabrın 26-da Mərənddə Xəlil paşa və Şah Abbas arasında sülh müqaviləsi bağlandı. Osmanlı sultanı II Osman 1619-cu il sentyabrın 29-da Səfəvi-Osmanlı müqaviləsini təsdiq etdi. 1619-cu il sülhünü Türkiyə hökuməti təsdiq etdi. 1618-ci il müqaviləsini 20-ci illərdə İran pozdu. I Şah Abbas Ərəb İraqını, Bağdadı, Kərbəla, Nəcəf, Mosul, Kərkük şəhərlərini, az sonra Axalsixini tutdu.
Osmanlı sultanı IV Murad (1623-1640) bu yerlərin yenidən qaytarılması üçün çalışır. Bu zaman həm də Gürcüstanda baş vermiş hadisələr Şah Abbası qorxudur. Şah qoşunları ilə Georgi Saakadze arasında olan döyüşlərdə gürcülər qalib gəlir. Bundan sonra Bağdad uğrunda 1624-1626-cı illər döyüşündə Şah Abbas IV Murada qalib gəlir. Şah Abbasın ölümü (1629, 19 yanvar) zamanı bütün Azərbaycan, Ərəb İraq-ı, Axalsixi daxil olmaqla, şərqi Gürcüstan səfəvilərin hakimiyyətində oldu. Ondan sonra Şah I Abbasın nəvəsi I Səfınin (1629-1642) qərargahı Qəzvində idi. IV Murad I Səfınin hakimiyyətə keçməsindən istifadə edərək yenidən Səfəvilərə qarşı hərbi yürüşə başlayır. 1634-cü ilin yazında Ərzurumdan Rəvana hücum edir, avqustun 10-da qalanı tutur. Sentyabrın 1-də Təbrizi döyüşsüz alır. 1637-1638-ci illərdə Səfəvi-Osmanlı müharibələri Mesopotomiyada davam edir. 1638-ci il dekabrın 25-də Bağdad Türkiyənin əlinə keçir. Sultan Muradın Bağdadı tutması nəticəsində Osmanlı-Səfəvi 1639-cu il mayın 17-də Qəsri-Şirində Osmanlı-Səfəvi arasında 1612-ci il Sərab sülhünü təsdiq edən müqavilə imzalanır. Müqaviləyə görə, Osmanlı-Səfəvi müharibəsinə son qoyuldu. Ərəb İraq-ı osmanlılarda, Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərə qalırdı. Həmçinin Səfəvilər Van, Qars və Axalsıxa hücum etməyəcəklərinə dair təminat verirlər.
Beləliklə, 1639-cu ildə bağlanmış Səfəvi-Osmanlı sülh müqaviləsi XYIII əsrin ikinci yarısına kimi, hər iki dövlət arasındakı münasibətləri nizama saldı, Azərbaycanda müəyyən qədər sakitlik bərqərar oldu. Neçə illərdən bəri boşalmış şəhərlərin bərpası başlandı, iqtisadiyyatın inkişafı üçün şərait yaradıldı.
Səfəvilər dövlətinin siyasi quruluşu, idarəetmə sistemindən danışarkən qeyd etmək lazımdır ki, dövlət quruluşu etibarilə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ənənələri davam etdirilirdi. Mərkəzi bürokratik idarə aparatı vardı. Dövlətin başında şah dururdu. O, dini və dünyəvi hakimiyyətə malik və "Səfəviyyə" şiə ordeninin irsi başçısı idi. Şahın yanında Ali məclis -Dövlət şurası fəaliyyət göstərirdi. Şura şahın yaxın köməkçisi hesab olunurdu. Şurada şahın oğlanları, müavinlər, hörmətli, nüfuzlu əmirlər olurdu.
Dövlətin ərazisi divan vilayətlərinə, xassə vilaytələrinə, yəni dövlət torpaqlarına və şah ailəsinə mənsub mülklərə bölünürdü. Bu torpaqlara divani-məmalik və divani-xassə deyilirdi. Divani xassə şaha və şah ailəsinin nümayəndələrinə aid idi. Onları şah müvəkkilləri sayılan vəzirlər idarə edirdi. Xassə torpaqlarına Ərdəbil şeyxlərinin dədə-baba yurdları, İsfahan, Fars və Heratdakı torpaqlar daxil idi.
Vəkil şahdan sonra ikinci adam idi. O, dini və dünyəvi işlər üzrə tam hüquqlu müavin idi. Səfəvilərdə ilk vəkil I İsmayılın tərbiyəçisi (lələ) Hüseyn bəy Şamlı olmuşdur. Sonra bu vəzifə qızılbaş əmirləri arasında daxili çəkişmələrə səbəb olmuşdur. Div Sultan Rumlu, Çuxa Sultan Təkəli, Hüseyn xan Şamlı sonralar bu vəzifənin icraçısı olmuşlar.
Səfəvi yığma qoşununun başçısı xanlar xanı - əmir-ül-üməra adlanırdı. Bu vəzifədə ancaq azərbaycanlılar olurdu. Məhəmməd bəy Ustaclı (Çayan Sultan), onun oğlu Bayazid Sultan, Hüseyn xan Şamlı, Abdulla xan Ustaclı və b. bu işi həyata keçirmişlər.
Şahın Azərbaycan tayfalarının döyüşçülərindən ibarət xüsusi hərbi dəstəsinə qorçibaşı başçılıq edirdi. I İsmayılın dövründən fərqli olaraq I Təhmasibin zamanı bu vəzifə çox əhəmiyyət kəsb etməyə başladı. Bu vəzifəni şaha ən yaxın olan qorçibaşı Sevindik bəy Əfşar, Allahqulu bəy Əfşar, Qulu bəy Əfşar icra etmişlər. Sonuncu Məhəmməd Xudabəndənin saraymda böyük nüfuz sahibi olmuşdur. Göründüyü kimi, bu vəzifəni Əfşarlar tayfasının nümayəndələri icra etmişlər.
Mülki işlərə vəzir rəhbərlik edirdi. I İsmayılın vəzirinin elə bir nüfuzu olmamışdır. I Şah Abbasa qədər bu vəzifənin sahibi ancaq maliyyə işinə baxırdı. Bir növ xəzinəyə nəzarət edirdi. Səfəvilərdə Zəkəriyyə Keçəçi, Qazi Cahan Qəzvini, Mir Cəfər Savəci, Əhməd bəy Nur Kamal İsfahani, Xacə Sədəddin İnayətulla Xuzani, Məsum bəy Səfəvi adlı öz dövrünün tanınan, yadda qalan vəzirləri olmuşdur.
Dini məsələlər üzrə vəqf işinə baxan sədr adlanırdı. Sədrin vəzifəsi bununla bitmirdi. O, həmçinin bidətçiliyə qarşı mübarizə etməli, islamın şiə məzhəbinin yayıcısı olmalı idi.
Sədr vəzifəsini aparan ilk şəxs vaxtilə gənc yaşlarında I İsmayılın tərbiyəçisi olan Mövlana Şəmsəddin Lahici olmuşdur. Hələ şahlıqdan əvvəl Lahicanda onun tərbiyəçisi olan bu geniş dünyagörüşlü insan I İsmayıla fars, ərəb dillərini, Quranı öyrətmişdir. Sədr vəzifəsində həmçinin, Qazi Məhəmməd Kaşani, Seyid Şərifəddin Əli Şirazi, Nizaməddin Əbdülbaqi Yəzdi, Cəmaləddin Məhəmməd Astrabadi də çalışmışlar.
Səfəvilərdə belə bir qayda da vardı ki, həm sədr, həm də vəzir vəzifəsini eyni adam icra edirdi. Biri divan ərazisinə, digəri sülalə (xassə) ərazisinə nəzarət etdiyinə görə fərqlənirdi.
Maliyyəyə Mustoufi əl-məmalik rəhbərlik edirdi. Onun vəzifəsi vergi aparatına, büdcənin təşkilinə nəzarət etmək, vergi siyahılarını, hərbi və mülki şəxslərin məvacibini, pulları, mükafatların növlərini təsdiq etmək idi. Vergi borclarından xəzinədar vəzifəsi də var idi. Butıa mustoufıyi-bəkaya deyilirdi.
Sarayın təsərrüfat rəisi (naziri-buyutot) şah və onun sülalə üzvlərinin, həmçinin saray əyanlarının mənzil, paltar, əyləncə və zinətə olan tələbat və ehtiyaclarmm ödənilməsinə nəzarət edirdi. Kitabxanalar, anbarlar, tövlələr, sikkəxana, cəbbəxana, tikiş, zərgərlik, dəmirçilik emalatxanalarına, saray mətbəxinə baxırdı.
Ərdəbildə Səfəviyyə ordeninin başçısı xəlifət əl-xüləfa adlanırdı. Bu vəzifənin ilk icraçısı Şah I İsmayılm yaxın dostlarından sərkərdə, Rumlu tayfasından Xadım bəy Xüləfa olmuşdur. Yalnız qızılbaş əyanlarından seçilən xəlifət əl-xüləfa şahın orden işləri üzrə müavini hesab olunurdu.
Xidmətçilər qrupuna - yavərlərə, yasavullara, qapıçılara, carçılara, sarayın yığıncaq və təntənələrinə təşrifat məmuru olan eşikağası rəhbərlik edirdi.
Ov işlərində şahın ovçubəylərinə, şahin saxlayanlarına mir-şikarbaşı rəhbərlik edirdi. Şahın ov mərasimləri on minlərlə adamı əhatə etdiyi üçün əslində hərbi manevrlərə oxşayırdı. Şəhər bazarlarına, ölçü, çəki işlərinə, ticarətin düzgün aparılmasına nəzarəti mühtəsib əl-məmalik edirdi. Onun hər yerdə öz nümayəndəsi vardı.
Dövlət katibi Münşi əl-məmalik, pul işinə baxan müəyyer əl-məmalik, şahın möhürünü saxlayan möhrdar, mehtərlərin başçısı miraxurbaşı, xarici səfır və qonaqları qəbul edən Mehmandarbaşı, bundan başqa süfrəçibaşı, halvaçıbaşı, münəccim-başı kimi vəzifələr vardı.
Səfəvilər zamanı Azərbaycan ərazisi vilayətlərə bölünürdü ki, bunlara şah canişinləri adlanan bəylərbəyi rəhbərlik edirdi (ərəbcə əmir əl-üməra deməkdir). Bəylərbəyin vəzifəsi vergiləri yığmaq, xəzinəni doldurmaq, hərbi yürüşlərdə iştirak etmək idi. Bəylərbəyi Azərbaycan hərbi əyanlarından təyin olunurdu.
Adətən ayrı-ayrı vilayətlərin eyni qızılbaş tayfaları tərəfindən idarə olunması qanuniləşdirilmişdi. Qarabağ və Astrabad Qacar tayfaları, Şirvan və Çuxursəd Ustaclı tayfaları, Təbriz təkəli və türkmən tafyaları, Fars zülqədərlər, Girman əfşarlar, Həmədan təkəli tayfası, herat Şamlı tayfası tərəfindən idarə olunurdu.
Ağqoyunlulardakı kimi Səfəvilərdə də nizami ordu yox idi. Müharibə olan təqdirdə bəylərbəyləri qoşun yığırdılar. Yığılan qoşunun təchizatı feodalların hesabına olurdu. Şahın öz ətrafında isə 4 min, 6 min nəfərlik xüsusi dəstəsi olur. Onlar qorxmaz, igid azərbaycanlı döyüşçüləri idi. Yasovulbaşının rəhbərliyi ilə isə 700 nəfərlik yasovul dəstəsi var idi.
Texniki cəhətdən Səfəvi ordusu Osmanlı ordusundan geri qalırdı. Əsasən soyuq silahla-qılınc, qalxan, dəbilqə, döyüş baltası, yay, nizə ilə silahlanan ordu idi. Odlu silah çox az istifadə olunurdu.
XVII əsrin ortalarında Səfəvilərdəki iqtisadi dirçəliş, I Abbas tərəfindən İran və Azərbaycan üçün görülən tədbirlər nəticəsində Dərbənddə və Ordubadda vergi imtiyazı, Bakıdakı tədbirlər, Gəncənin bərpası və abadlaşdırılması, Təbrizdə şəhər tikintisi, Ərdəbilə həmişəlik isti münasibət və s. Azərbaycanı Yaxın və Orta Şərqdə çiçəklənən diyarlardan birinə çevirdi.
XVII əsrdə Azərbaycanda dörd bəylərbəylik var idi: Təbriz, Çuxur-Səd, Qarabağ və Şirvan.
XVII əsrin əvvəllərində I Abbasın köməyi ilə yengiloy, muğan, digər türksoylu birləşmələr yerli əhalini özlərinə tabe edərək Balakən, Car, Muxax, Tala, Çardaqlı, Abaqçöl Katex, Qaşqaçay, Suvagil kəndlərirıdə həmişəlik məskən saldılar.
Şah Abbas, həmçinin, özünə arxa yaratmaq üçün Azərbaycanın şimal bölgəsinə yarımköçəri tayfalar köçürürdü. Muğana şahsevən ailəsi yerləşdirdi. Türk soylu padarları İrandan Azərbaycana köçürtdü. Onlar əslində ləzgilərin basqınlarını dəf etmək üçün indiki Dəvəçi, Şamaxı, Şəki və s. yerləşdirildi.
Yerlərdə ali hakimiyyətə bəylərbəyi, vilayətə qolbəyi başçılıq edirdi. Kiçik inzibati işlərə sultan başçılıq edirdi müharibəsi başa çatır. Osmanlı sultanının sülh təklifı 1 Şah Səfı tərəfındən qəbul olunur Qoşun bəylərbəyinin hesabına saxlanırdı. Onlar kəndlidən, sənətkardan yığılan vergi ilə saxlayırdılar. Gəlirin müəyyən hissəsini xəzinəyə verirdilər. Bəylərbəyin maliyyə işinə vəzir cavabdeh idi. Azərbaycan bəylərbəylikləri qızılbaş tayfaları olan uğurlu, şamlı, ziyadoğlu və s. tayfalardan olan şəxslər tərəfindən idarə olunurdu.
Geniş dövlətçilik ənənələrinə malik Azərbaycan Səfəvilər dövləti yarandığı zaman iqtisadi cəhətdən zəif idi. Səfəvilər hakimiyyətə gəldikdən sonra ölkə iqtisadiyyatını gücləndirmək üçün monqollar zamanı dağıdılan suvarma şəbəkəsi demək olar ki, bərpa edilir. Əkin yerləri yaxşı vəziyyətə salmır.
XVI əsrdə Azərbaycan əhalisinin əsas məşğuliyyəti əkinçilik idi. Buğda, arpa, çəltik becərilirdi. Maldarlıq, bostançılıq, bağçılıq mühüm yer tuturdu. Azərbaycanda yeddi növ pambıq əklirdi (Həmdullah Qəzvini). Alma, armud, əncir, üzüm, ərik, qoz, fındıq, şabalıd, şaftalı, heyva, nar, qarpız, yemiş, albalı və s. yetişdirilirdi. Bu məhsullar əsasən Ərdəbil, Ordubad, Marağa, Şamaxı və s. yerlərdə becərilirdi. Zəngin tut ağaclarının becərildiyi Azərbaycanda ipəkçilik geniş yayılmışdı. Qarabağ, Gəncə, Təbriz, Şamaxı həmişə Avropanın diqqətində idi. Əmin Əhməd Razi yazırdı ki, "Şamaxıda ildə 20 min xərvər ipək satılırdı". Xarici bazar üçün xam ipək kəndlərdə istehsal edilirdi. Natural təsərrüfat hökm sürürdü.
Yaylaq-qışlaq həyat tərzi hökm sürürdü. Qarabağ, Azərbaycanın dağlıq hissələri yaylaq, Mil-Muğan düzənlikləri isə qışlaq adlanırdı. Yaylaq və qışlaqlar heyvandarlığın uğurlu inkişafını təmin edirdi.
Əvvəllər köçəri həyat tərzi keçirən türk tayfaları (Cəlairi, Qaraqoyunlu, Ağqoyunlu) XVI əsrdə tədricən yarımoturaq, oturaq həyat tərzinə keçirlər. Ümumi oturaq həyat tərzinə uyğunlaşma yerli oturaq feodal soyları və qohumluq münasibətləri yarandıqca güclənirdi.
Beş torpaq mülkiyyət forması vardı. Dördü əvvəlki kimi qalırdı (divani, xassə, vəqf, mülk). Dövlət torpaqları - divani, şah sülaləsi torpaqları - xassə, dini idarələrin torpaqları - vəqf, feodalların şəxsi torpaqları-mülk. Beşincisi tiyulun soyurqalla əvəzidir. Mərkəzləşdirmə ilə əlaqədar irsi xidmət müqabilində paylanmış torpaq mülkiyyətinin (soyurqal) məhdudlaşdırılmasına can atırdılar. Tiyul irsi torpaq sahibliyi forması deyildi, feodalın hərbi, yaxud inzibati xidmət müddətindən asılı idi. Tiyul sahibi mərkəzi hökumətin bağışladığı müvəqqəti ərazidən əldə olunan vergini mənimsəyə bilər, lakin onun tiyulu idarə etmək hüququ məhdud idi. Tiyul başlıca olaraq qızılbaş tayfalarının feodal əyanlarına verilirdi. Soyurqal əvvəlkindən fərqli olaraq şiə ruhanilərinin və inzibati bürokratiyanın ixtiyarında olan xırda kəndlər, digər yaşayış məntəqələrindən ibarət idi.
Kənd icmasının istifadə etdiyi torpaq camaat torpağı adlanırdı. Xəzinənin və ya feodalların ixtiyarında idi. İcma başçısı ağsaqqal hesab olunurdu. O, vergiləri toplayır, əvəzində məhsulun müəyyən hissəsini alırdı.
Bu dövrdə Azərbaycanda beş feodal sinfı vardı. Şah və hakim sülalənin üzvləri, qızılbaş tayfalarının hərbi əyanları, ali şiə ruhaniləri, mülki bürokratiyanın və oturaq əyanların nümayəndələri. Səfəvilərdə bütün siyasi və hərbi hakimiyyət qızılbaş əyanlarına aid idi. Başqa etnik qruplar Azərbaycan əyanlarından fərqli, asılı idilər. Bütün ali vəzifələr, ordu başçılığı Azərbaycanlı qızılbaş əyanlarına məxsus idi.
Hərbi-feodal əyanlarının yuxarı zümrəsi əmirlər idi. Əsas idarəçilik onlara məxsus idi. Belə şərəfli, mənfəətli vəzifə tutan əmirlər əslində bağışlanan torpağa sahib olduqları üçün şaha sədaqətlə xidmət etməyə borclu idilər. Lakin hakimiyyətdən narazı əmirlər bəzən qiyam qaldırırdılar.
Divanın 1576-cı il siyahısında 114 əmir olduğu qeyd edılir.
Dövlətdə Ali ruhanilər səfəvilərin müdafıəçisi hesab olunurdu. Dini idarələr böyük sərvətə malik idi. Geniş torpaq sahələri, dükanlar, sənətkarlıq emalatxanaları, karvansaralar, bağlar və s. vəqf mülkləri hesab olunurdu.
Azərbaycan Səfəvilər dövlətinin yaranması ölkənin sosial-iqtisadi vəziyyətini dəyişdi. Lakin Osmanlı-Sefəvi müharibələri xalqın ağır vəziyyətini bir qədər də ağırlaşdırdı. Heç bir torpaq mülkiyyəti olmayan kəndlilər ağır şərtlərlə dövlətdən, qızılbaş xanlarından, mülk sahiblərindən kiçik torpaq sahələri icarə edirdilər. Böyük xalq hərəkatı nəticəsində hakimaiyyətə gələn Səfəvilər xalqın çətin vəziyyətini yaxşılaşdırmaq üçün güzəştlər etməyə çalışırdılar. Gah vergilər azaldılır, gah onlar ləğv edilir və s. I Təhmasib 1555-ci il Amasiya sülhündən sonra xalqın ağır durumunu nəzərə alaraq malcəhəti (xəracı) və digər bir sıra vergiləri azaltdı. Malcəhət məhsulun 1/6-dən 1/3-nə qədərini təşkil edirdi. Şah həmçinin rəiyyətin əvvəlki 10-15 ildə xalqın yığılan vergi borcunu ləğv etdi. Lakin bir qədər sonra vergilər həddən ziyadə artırıldı. Şah yenidən əvvəlki illərdən qalan vergini tələb etdi. Ölkədə kütləvi aclıq oldu. Şah məcbur olur ki, vergi toplanmasını xəzinənin xeyrinə yenidən qaydaya salsın. Rəiyyət vergidən çox əzab çəkirdi. 40-dan çox vergi və mükəlləfiyyət növü vardı. Ən ağırı malcəhət - bəhrə, bəhrəçe, dəhyek, ixracat, şltaqat, avarizat, alafe, günəlgə, biyar, peşkəş, tərh, quvallıq və s. Kəndli əməyinin bu vergilərdən başqa çobanbəyi, çöpbaşı, bağbaşı, bayramlıq, novruzi kimi üzücü vergiləri də var idi.
Elatların vergisi rəiyyətdən bir qədər az idi. Onların xəzinə üçün əsas vergisi çobanbəyi idi. Hərbi qüvvələr də elatlardan toplanırdı.
XVII əsrdə Azərbaycanda kənd təsərrüfatının vəziyyəti haqqında danışarkən onu qeyd etmək lazımdır ki, Yaxın və Orta Şərq üçün olan məhsul növləri Azərbaycanda yeniləşdirilirdi. XVII əsrin 40-cı illərində Azərbaycanda olan türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə burada növbənöv taxıl, çəltik, paxla (Gəncə, Şamaxı, Təbriz, Ərdəbil, Marağa, Naxçıvan), altı növ pambıq (Şirvan, Xoy, Gəncə, Təbriz, Marağa, Bakı), Ön Şərqdə məşhur meyvələr - alma, armud, şaftalı, badam, püstə, gavalı, üzüm, əncir, qoz, fındıq, şabalıd, Xəzər sahilində sitrus bitkiləri, zeytun yetişdirilirdi.
Tərəvəzçilik, bostançılıq (Təbriz, Şamaxı, Naxçıvan, Bakı), baramaqurdu yetişdirmək (Şirvan, Qarabağ), qızıl boya, zəfəran (Bakı), qırmızı boya (Bərdə, Mərənd), mədəni bitkilərdən tütünçülük (tütün portəgizlər tərəfındən XVI əsrin 90-cı illərində Azərbaycana gətirilib) inkişaf etmişdir.
Süni suvarma kanallarmdan geniş istifadə olunurdu. Maldarlıq iqtisadiyyatda əsas yer tuturdu.
Səfəvi şahlarının Qarabağda, Mərənddə, Marağada xüsusi at ilxıları vardı. Dəvədən yükdaşıma üçün istifadə edilirdi. Şamaxıda quşçuluq, arıçılıq inkişaf etmişdi.
Aşağıdakı feodal-torpaq mülkiyyət formaları var idi:
1. Dövlət torpaqları — divani; 2. Şah nəslinə mənsub torpaqlar - xassə; 3. Hərbi və mülki bürokratiyaya verilən soyurqal, tiyul torpaqlar; 4. Dini-vəqf torpaqları; 5. Xüsusi sahibkar əmlakı (mülk); 6.Camaat torpaqları
Səfəvi-Osmanlı müharibələri Şərqdə mədəniyyət, elm mərkəzi sayılan Azərbaycan şəhərlərini ağır vəziyyətə salmışdı. Həmçinin I Abbasın "böyük sürgün" siyasəti də ölkəyə dağıdıcı təsir bağışlayırdı. XVII əsrin ortalarından şəhərlər yenidən inkişaf etməyə başlayaraq, sənətkarlıq, ticarət, incəsənət, mədəniyyət mərkəzlərinə çevrildilər. Karvan ticarəti inkişaf etməyə başladı. Gəncə, Şamaxı, Ərdəbil, Bakı, Şəki, Dərbənd, Marağa, Ordubad inkişaf edirdi. Miyanə, Xalxal, Sərab şəhərləri karvan yolu üzərində yerləşir, ölkənin təsərrüfat həyatında əsas rol oynamağa başlayırdı. Bu dövrdə Azərbaycanın şəhər əhalisinin sosial tərkibi aşağıdakı kimi idi: 1. Feodallar - hərbi feodallar, mülki bürokratiya, ali ruhani iri və kiçik torpaq sahibləri; 2. Beynəlxalq və daxili ticarət ilə məşğul olan iri, orta, kiçik tacirlər; 3. Sənətkarlar; 4. Şəhərətrafı torpaqların becərilməsi və heyvandarlıqla məşğul olan əkinçilər.
Azərbaycanda karvan yolları üstündə yerləşən bir dövlət kimi ticarət, əmtəə-pul münasibətləri inkişaf edirdi. Daxili ticarətdə Bakı, Təbriz, Naxçıvan, Ordubad, Şamaxı seçilirdi. Xarici ticarətin inkişafı üçün şəhərlərdə karvansaralar, qonaq evləri, tacirlərin icarəyə götürdüyü hicrələr vardı. Aralıq dənizi ilə Qərb ölkələri, qismən Venesiya, Genuya və b. şəhərlərlə ticarət edilirdi. XVII əsrdə Hindistanla da əlaqələr genişlənir. Hind tacirləri də Bakının ticarətində xüsusi mövqe tuturdu. Bakıda - Abşeronun Suraxanı kəndində hindlilərin xüsusi atəşpərəstlik məbədləri var idi.
Amma ticarətin inkişafına quldurların basqını, dəniz piratlarının hücumu, susuzluq təsir göstərirdi. 1667-ci ildə Rusiya Qızılbaş xam ipəyini Həştərxan vasitəsilə Moskyaya, daha sonra Mərkəzi və Qərbi Avropa ölkələrinə daşımaq inhisarı hüququnu almaq üçün Yeni Culfa mərkəz olmaqla erməni kompaniyası ilə müqavilə imzaladı. Ruslara Səfəvilərin bütün hakimiyyəti dövründə gömrüksüz ticarət etmək hüququ, pulsuz arabalar, qonaq evlərində və ticarət məntəqələrində imtiyazlar verildi.
Azərbaycanın hər yerində sikkə zərbi mərkəzləşmiş xarakter daşımırdısa da, İsfahan Yaxın Şərqdə pul zərb edilən ən böyük şəhərlərdən biri idi. Həmədanda, Qəzvində, Rəştdə, Təbrizdə, İrəvanda, Tiflisdə, Naxçıvanda, Ərdəbildə, Gəncədə zərbxanalar vardı.
XVII əsrdə əsas pul vahidi dinar idi. I Abbas isə dövriyyəyə buraxdığı pulu abbası adlandırdı. Onun çəkisi iki misqal təmiz qızıl, qiyməti 200 dinar idi. Onun tərkibində mis də vardı. Aşağıdakı sikkələr dövriyyədə idi:
1) Abbası - 200 dinar, 2) Mahmudi - 1000 dinar, 3) şahı - 50 dinar, 4) bisti - 20 dinar, 5) qazibəyi - 5 dinar dəyərində.
Həmçinin, İskəndər Münşi 10 min dinar dəyərində lan, pul dövriyyəsində olmayan tümən haqqında da söz açır.
Xarici tacirlər, xüsusən də hind tacirləri ölkədəki qızıl sikkələrin Hindistana daşınmasına geniş yer verirdilər. 1685-ci ilin noyabr ayında tədavüldə olan bütün Səfəvi pulları öz dəyərini itirmiş və onların dövriyyəsi dayandırılmışdı. Dövriyyəyə qəlp və dəyərsiz pullar buraxdığına görə şahın əmri ilə pulkəsmə işinə məsul olan şəxsin gözləri çıxarılmışdı. Səfəviləri XVII əsrin ikinci yarısında sarsıdan əsas səbəblərdən biri ölkədəki pul böhranı idi.
Azərbaycan bu dövrdə böyük Səfəvi imperiyasında Rusiya ilə həmsərhəd olan yeganə dövlət idi. Bu dövrdə İsfahan sarayı tərəfindən təyin edilmiş Şirvan bəylərbəyləri bütün hallarda Rusiya ilə sülh əlaqələri yaratmağa və hər hansı gərginlikdən qaçmağa çalışırdılar. Bu dövrdə 1667-1668-ci illərdə Rusiyada Stepan Razinin başçıhq etdiyi kəndli dəstəsi üsyan etdi. Rus kazakları həmin dövrdə Volqa-Xəzər vasitəsi ilə Azərbaycana və İrana qarətçi basqınlar edirdilər. Azərbaycan malları tranzit yolla İranın cənub limanı ilə Rusiya və Avropa ölkələrinə daşınması ticarət əlaqələrinin artmasına kömək edirdi.
XVII əsrdə rus tacirləri Azərbaycan şəhərlərində geniş ticarət aparırdılar. Azərbaycan, İran və Yaxın Şərq tacirlərinin ticarət əməliyyatı Kazan, Novqorod, Yaroslavl, hətta Arxangelskə qədər yayılırdı. Lakin Moskva Azərbaycan malının daimi ticarət yeri olaraq qalırdı.
Ölkə əhalisinin bir qismi şəhərlərdə yaşayırdı. Şəhərlərdə əsasən sənətkarlıqla məşğul olurdular. XVI əsrdə Azərbaycanda 50-dən artıq şəhər var idi. Səfəvilərin ilk paytaxtı Təbriz şəhəri olmuşdur. 1555-ci ildə paytaxt Qəzvinə köçürüldükdən sonra da Təbriz ölkənin siyasi, iqtisadi, mədəni mərkəzi kimi qalırdı. Azərbaycan tarixçisi Xandəmir, Oruc bəy Bayat və b. Təbrizi "Şərqin paytaxtı", "aləmin məskun olan dörddə bir hissəsinin ən abad şəhəri" kimi qiymətləndirirlər.
XVI əsrdə Təbriz əvvəlki kimi Avropa və Asiyanın bir çox şəhərləri ilə irimiqyaslı ticarət əməliyyatlarına cəlb edilmişdi. XV-XVI əsrlərdə Təbrizdə həllaclıq (keçəsalma), ipək və pambıq parça, boyaq istehsalı yüksək səviyyədə inkişaf etmişdir. Təbrtzli tacirlər Suriya, Türkiyə, İsveç, Polşa, Danimarka və b. ölkələrlə ticarət edirdi. Azərbaycanlı tacirlər Venesiyadan Təbrizə yun parça gətirirdilər. Səfəvi-Osmanlı müharibələri şəhərin sənətkarlıq və ticarət əhəmiyyətini xeyli azaltdı.
Şamaxı Şirvanın siyasi və iqtisadi mərkəzi idi. XVI əsrin sonunda türk-tatar basqınları şəhəri xeyli dağıntıya məruz qoymuşdu. Şamaxı həm də Qafqazda ipək istehsalı ve ticarətinin mərkəzi idi.
XVI əsrdə Şirvanın Səfəvi bəylərbəyi Abdulla xan Ustaclının köməyi ilə burada, həmçinin daimi ingilis "Moskva kompaniyası" təşkil olundu.
Bakıdan bir sıra ölkələrə dəniz yolu ilə müxtəlif mallar və neft göndərilirdi. Hətta qeyd edirdilər ki, şəhərin ətrafında 500-ə qədər neft quyusu vardı.
Ərdəbil Azərbaycan Səfəvi xanədanının məskəni kimi xeyli inkişaf etmişdi. Şeyx Səfı məqbərəsi tikilmişdi. Ərdəbil XVI əsrdə ölkənin ticarət həyatında böyük rol oynayırdı. Gilan və Şirvandan Təbrizə, sonra İrana gedən ipək yolunun üstündə yerləşən Ərdəbil az gəlir əldə etmirdi. Şah I İsmayıl tərəfindən çoxlu karvansara tikdirilmişdi.
İpəkçiliyin iri mərkəzlərindən biri də Ərəş idi. Əla növ ağ ipək istehsal olunurdu. Ona mamodi (yəqin ki, Mahmudabad ipəyi) deyilirdi.
Beynəlxalq ipək ticarətinin mərkəzlərindən biri də Culfa idi. Tacirlər Şamaxı, Ərəş və Gilandan gətirdikləri ipəklə Venesiya, Amsterdam, Marsel, Suriya, Türkiyə, Hindistanla ticarət edirdilər. Səfəvi-Osmanlı müharibələri Culfaya da çox böyük mənfı təsir etmişdi. XVI əsrdə Ordubad, Naxçıvan, Əylis, Gəncə, Xoy, Mərənd, Qəzvin, Xalxal, Şabran kimi ölkənin iqtisadi həyatında geniş rol oynayan şəhərlər var idi.
Azərbaycan şəhərlərinin inkişafının əsas səbəbləri mövcud ərazi hüdudlarından əmtəə istehsalı və ictimai əmək bölgüsü, xarici və tranzit ticarətin əlverişli coğrafi mövqeyli olması və s. idi.
1514, 1533-1555, 1578-1590-cı illərdə Səfəvi-Osmanlı müharibələrinin, feodallararası müharibələrin, aclıq, xəstəliklərin ölkə və şəhərlərin iqtisadiyyatına böyük təsiri vardı.
Azərbaycan şəhərləri həm də yarımaqrar xüsusiyyət daşıyırdı. Şəhərlərdə sənətkarlıqla yanaşı, kənd təsərrüfatı, bağçılıq, bostançılıq, əkinçilik mühüm rol oynayırdı.
Vilayət mərkəzləri sayılan şəhərlərdə bəylərbəyləri, əmir əl-üməralar ali hakimiyyətə malik idi.
Şəhərin mülki idarə aparatına kələntər rəhbərlik edir. Onun vəzifəsi sənətkarlıq təşkilatlarının başçılarının, şəhərin məhəllə rəhbərlərinin (kətxuda) təyin olunmasına nəzarət, şəhərin maliyyə işlərinin imzalanması, şəhərlilərin mənafelərinin qorunması idi. Naib kələntərin müavini idi. Şəhərdə və bazarlarda ictimai asayişin təmin olunması darğaya aid idi. Mühafızə başçıları zabitlər idi.
Şəhər sənətkarlarından və ticarətdən tamğa vergisi alınırdı. 1565-ci ildə Şah I Təhmasib tamğanı xüsusi fərmanla ləğv etdi.
Şəhərlərdə toxuculuq, xalçaçılıq, dabbaqlıq, dulusçuluq, metalişləmə inkişaf edirdi.
Azərbaycan xalçaçılığı dünyada həm bədii səviyyəsi, həm istehsal həcminə görə fərqlənirdi. 1522-ci ildə ustad Qiyasəddin Caminin hazırladığı xalça Milot muzeyində, 1539-cu ildə Təbrizdə toxunan xalça Londonun "Viktoriya və Albert" muzeyində saxlanılır. Xalçanın sahəsi 56m2-dir. Həmçinin Nyu-York, İstanbul, Vyana və Tehranın muzeylərində Azərbaycan xalçalarının nümunələri saxlanılır.
Ölkədə əsas dabbaqlıq mərkəzləri Marağa, Şamaxı, Ərdəbil idi.
Metal məmulatları Gəncə, Ərdəbil, Şamaxı, Təbrizdə hazırlanırdı. Odlu silahın başlıca mərkəzi Təbriz idi. Təbrizli Barxudar bəy Ənis Topçubaşı XVI əsrin sonu-XVII əsrin əvvəllərində ən tanınmış silahqayıran usta idi. Keramika istehsalı yüksək inkişaf etmişdi. Qəbələdə (Qala adlı yerdə) XVI- XVII əsrlərə aid müxtəlif saxsı məmulat qalıqları tapılmışdı. Bakıda, Şabranda qazıntılar zamanı çoxlu dulusçu sobaları aşkara çıxarılmışdı.
XVI əsrdə Azərbaycanda ticarətdə əsas əmtəə ipək olmuşdur. Səfəvilər bu sahədə Venesiya, İngiltərə, Türkiyə, Rusiya ilə əlaqə saxlayırdılar.
Azərbaycan Kiçik Asiya və Suriyadan keçən başlıca tranzit yolu ilə Türkiyə, İtaliya şəhərləri ilə, Avropa və Şərq ölkələri ilə ticarət aparırdılar.
Moskva və Səfəvi dövləti arasında sabit ticarət əlaqələri XVI əsrin ikinci yarısında IV İvan zamanı, Qazan və Həştərxan xanlıqlarının əraziləri Moskva dövlətinə ilhaq olunduqdan sonra canlandı.
Şamaxı, Ərəş və Təbrizdə istehsal olunan xam ipək, ipək məmulatı Azərbaycandan Moskvaya ixrac edilən əsas əmtəə idi. Azərbaycandan Moskvaya neft də ixrac edilirdi. Rus tacirləri nefti və ipəyi Azərbaycandan ucuz alır, Qərbi Avropaya baha satırdılar.
Rus dövləti ərazisindən Azərbaycana xəz və dəri məmulatı, yaraq-əsləhə, habelə metal məmulatı (baltalar, bıçaqlar və s.) gətirilirdi. Mahud, qara zəy, şüşə, kağız Avropa ölkələrində istehsal olunur, Rus dövləti ərazisi vasitəsilə Azərbaycana idxal olunurdu.
XVI əsrdə Azərbaycanın Qərbi Avropa ölkələri ilə də ticarət münasibətləri genişlənirdi. Avropa manufakturalarının Azərbaycan ipəyinə ehtiyacı vardı. Böyük coğrafı kəşflər, Asiya və Afrika ətrafından keçən dəniz yolunun Vasko da Qama tərəfindən kəşfi tarixi mərhələnin başlanğıcını qoydu. Beləliklə, Avropa burjuaziyasının Asiyaya olan marağı gücləndi. Dəniz yolu İspaniya və Portuqaliyanın nəzarəti altına keçmişdi. Aralıq dənizi ticarət yolu venesiyalıların və osmanlıların nəzarətində idi. Şimali Avropa ölkələrinin ticarət burjuaziyası dairələrində Moskva dövləti və Xəzər vasitəsi ilə Cənubi Qafqaza, İrana, Hindistana gedən dəniz yolunun mənimsənilməsi baş verirdi. Avropa-Səfəvi ticarət mübadiləsi genişlənirdi.
Volqa-Xəzər ticarət yolunun mənimsənilməsində təşəbbüskarlıq ingilis burjuaziyasının əlində idi. İngilislər Şamaxıya qədər gəlib çatırdılar. Sonra isə Cavad şəhərindən keçərək Ərdəbilə gəlir, oradan isə karvan yolu ilə cənuba hərəkət edirdilər.
İngilis kəşfıyyatçı tacirləri "Moskva şirkəti" ilə əlaqəli işləyirdilər. Onlar Azərbaycan bazarlarında möhkəmlənmək üçün altı səfər etmiş olsalar da, uğursuzluqla üzləşdilər. Rus tacirləri isə Moskva knyazından ingilislərin Volqa-Xəzər yolundan istifadəsinə son qoyulmasını tələb edirdilər. Rus tacirlərinin bu arzusu yerinə yetirildi.
Azərbaycan həm də Şimali və Mərkəzi Avropanın şəhərləri ilə də ticarət əlaqələri saxlayırdı. Arxeoloji qazıntı zamanı tapılan dəfınədə 154I-1572-ci illərdə zərb edilən Qərbi Avropa sikkələri tapılmışdır. Sikkələrin üzərində Şvabiya, Bohemiya, Bavariya, Friziya, Saksoniya, Koli, Drezden, Nürnberq, Hamburq, həmçinin Avstriya, İsveçrə, Belçika adlarına rast gəlinir.
I Şah İsmayılın vaxtında orta çəkisi 9,37 qram olan gümüş sikkələr vahid pul kimi işlənirdi. I Şah İsmayılın pul sistemi o dövrün çəki vahidi olan misqala (4,66 qr) əsaslanırdı. Səfəvilər zamanı tədavülə buraxılan qızıl sikkələr dirhəm, gümüş sikkələr təkkə və si adlanırdı. 50 dinara bərabər şahi işlənirdi. Bu I Şah İsmayılın adı ilə əlaqəli idi.
Şirvanda II İbrahim Şeyxşahın zərb etdirdiyi qazibəyi adlı sikkələr olmuşdur.
I Şah İsmayıl tərəfindən zərb edilən pulların üzərində "Allahdan başqa tanrı yoxdur". "Məhəmməd Allahın rəsuludur. Əli Allahın dostudur" kəlamları zərb olunurdu. Sikkələrin diski ətrafında 12 şiə imamının adları həkk olunurdu, əks tərəfındə I Şah İsmayılın adı, sikkənin zərb edildiyi ünvan vardı. Müəyyən edilmişdir ki, belə ünvanların sayı 60-a qədər olmuşdur: Ərdəbil, Gəncə, Təbriz, İsfahan, Kaşan, Qum, Şirvan, Həmədan, Şabran, Rey və s.
I Şah Abbasa qədər pul vahidinin çəkisi 1 misqal (4,66 qr.) dəyişməmişdir. Şah Məhəmməd Xudabəndə zamanı ölkənin əsas pul vahidi 100 dinara uyğun idi. XVI əsrin sonlarına yaxın pul dövriyyəsi qənaətbəxş olmamışdır. Qızıl sikkələr məhdudlaşdırılmışdır.

  1. Şah Təhmasibin zamanı yeni pul islahatı keçirildi. 20 və
    200 dinar dövriyyədən çıxarıldı, əvəzində 100 və 1000 dinar
    dəyərində qızıl və gümüş sikkələr zərb olunmağa başladı.

  2. Şah İsmayıl pul islahatı keçirmək istədi, lakin uğursuzluğa
    uğradı. Şah Məhəmməd Xudabəndə isə Məhəmmədi adlı sikkələri tədavülə buraxdı. Gümüş sikkələr isə türk sultanlarının adından zərb edilirdi. Həmin dövrdə qızıl altunlar, III Sultan Muradın adından Şamaxıda buraxılan gümüş dirhəmlər, Naxçıvan və Dərbənddə III Sultan Mehmetin adından zərb edilən gümüş pullar bizə gəlib çatmışdır.

XVI əsrin sonlarından Azərbaycana Qərbi Avropanın müxtəlif yerlərində zərb olunan gümüş talerlərin güclü axını baş vermişdir. Bir sıra numizmatik tapıntılar Azərbaycanın həmin dövrdə beynəlxalq ticarət münasibətləri sistemində mühüm mövqe tutduğunu göstərir.
XVI əsrdə bir tərəfdən ölkədəki feodal ara çəkişmələri, ağır vergilər, digər tərəfdən xarici müdaxilələr ölkədə əhalinin onsuz da çətin olan vəziyyətini bir qədər də ağırlaşdırırdı. Bütün bu çətinliklər xalqın səbrini tükədir, onlar öz etirazlarını üsyanlar vasitəsi ilə bildirirdilər.
Lakin bəzən bu üsyanlara təsadüfı adamlar başçılıq edir, həmçinin üsyanlar kortəbii, plansız olduğu üçün qələbə ilə nəticələnmirdi.
Səfəvilərin ilk hakimiyyəti dövründə xalqın vəziyyəti nisbətən yaxşılaşmış olsa da, XVI əsrin ortalarında sosial-iqtisadi problemlərin ağırlığı üzündən 1571-1573-cü illərdə I Şah Təhmasibin zamanı Təbrizdə şəhər yoxsullarının, sənətkarların üsyanı baş verdi.
Üsyanın başlanmasının bəhanəsi Təbriz darğası Allahqulu bəy Ustaclının zülmü olur. Üsyan zamanı evlər talan olundu, dövlətli şəxslərin ailələri zorakılığa məruz qaldılar.
Şəhər iki il üsyançiların əlində qaldı. 1573-cu ildə I Təhmasibin böyük qosunu bu çıxışı yatıra bildi. Şah I Təhmasib üsyan iştirakçılarından ən fəallarının və rəhbərlərinin 150 nəfərini edam etdirdi. Təbrizi bütün divan vergilərindən azad etdi. Şəhər vergi toxunulmazlığı (immuniteti) qazandı.
Beləliklə, Təbriz üsyanı xalq hərəkatının qüdrətini və miqyasını aşkara çıxartdı. Usyan yatırıldı, lakin müəyyən uğurlar əldə edildi: şəhər sakinlərinin güzəranı bir qədər yüngülləşdi.
XVI əsrin başlanğıcında Azərbaycan Səfəvi dövlətinin yaranması, habelə mərkəzləşdirilmiş siyasi qurumun qüvvətlənməsi ilə əlaqədar xalqın mədəniyyəti də xeyli inkişaf etdi.
Gəncə, Təbriz, Şamaxı, Marağa, Ərdəbil şəhərləri bu dövrün mühüm mədəniyyət mərkəzləri kimi tanınmışdı.
XVI əsrdə Azərbaycan mədəniyyətindən danışarkən ilk növbədə maarif, elm sahələri haqqında söhbət açmaq lazımdır. Məktəb və mədrəsələrdə həm şəriət, həm də riyaziyyat, məntiq, fəlsəfə, nücum və s. fənlər tədris olunurdu. Təbrizdə böyük kitabxana var idi. Marağa rəsədxanası bərpa olundu. I Təhmasibin sarayında qulluq edən, hətta onun yürüşlərinin iştirakçısı olan Həsən bəy Rumlu 12 cildlik "Əhsən ət-Təvarix" (Tarixlərin ən yaxşısı) əsərini yazmışdı. Xandəmir təxəllüslü Qiyasəddin ibn Hümaməddin əl Hüseyn (1475-1536) çoxcildlik əsərlər külliyyatının bir hissəsini Səfəvilər dövlətinin yaranmasına həsr etmişdi.
Şərəf xan Bitlisi "Şərəfnamə" əsərində XVI əsr Səfəvilər dövlətinin zəifləməsi haqqında məlumat verir.
Bu dövrdə tibb elmi də inkişaf edirdi. Əbdül Fəth Təbrizi, Əli Təbrizi, İmadəddin Mahmudi kimi məşhur həkimlər vardı. Əsərlər xəttatlar tərəfindən yazılırdı.
XVI əsrdə Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili rəsmi dövlət dili elan edildi. Şairlər əsərlərini ana dilində yazırdılar.
Şah İsmayılın sarayında "şairlərin şahı" - "məlik ül-şüara" Həbibi başda olmaqla Süruri, Şahi, Matəmi, Tüfeyli, Qasimi kimi şairlər var idi. Şah İsmayıl özü Xətai təxəllüsü ilə türk dilində yazırdı. Onun "Divan", "Nəsihətnamə", "Dəhnamə" adlı şerlər toplusu var idi.
XVI əsr Azərbaycan ədəbiyyatının, həm də Şərq dünyasının ustadı Füzuli (1494-1556) elm və mədəniyyət mərkəzlərindən olan Bağdadda yaşayıb yaratmışdır. Klassik ədəbiyyata yaxından bələd olan Füzuli "Leyli və Məcnun", "Şikayətnamə", "Bəngü-badə" əsərlərinin müəllifidir. Ərəbcə isə "Mətlə-ül-etiqad" ("Etiqadm mənşəyi") əsərini yazmışdır.
Şifahi xalq yaradıcılığının yeni forması olan dastanlar yaranır. XVI əsr Azərbaycan musiqisinin görkəmli nümayəndəsi xanəndə Hafiz lələ olmuşdur. Təbriz miniatür məktəbi bütün Şərqdə məşhur idi. Sultan Məhəmməd və onun məktəbinin yetirmələri Kəmaləddin Behzad, Mir Müsaviri, Mir Zeynalabdin Təbrizi və b. dünya incəsənət tarixinin inkişaf salnaməsinə unudulmaz səhifələr yazmışdılar.
XVI əsrdə Azərbaycanda çoxlu sosial binalar, karvansara, hamam, ovdan, körpü, məqbərə, məscid tikilmişdir. 1544-cü ildə Qusarın Həzrə kəndində, Samur çayı sahilində Şeyx Cüneyd məqbərəsi, Qubanın Ağbil kəndindəki məqbərə, Naxçıvan MR Qazançı kəndi yaxınlığında Lincə çayı üzərində tikilən körpü, usta Əmirşah tərəfindən tikilən Bakmm Şərq darvazaları və s. göstərmək olar.
XVI əsrin 90-cı illərində Şərqi Anadoluda geniş vüsət alan Cəlalilər hərəkatı XVII əsrin əvvəllərində bütün Azərbaycana və qonşu ölkələrə yayıldı. İlk böyük çıxışlar 1591-ci ildə Təbriz əhalisinin narazı osmanlı qarnizonun bir hissəsinin iştirakı ilə olan üsyanı idi. Osmanlı əsgərlərinin təbrizlilərin üsyanına qoşulması onların Azərbaycandakı hökmranlığı üçün böyük təhlükə törədirdi. Üsyançılar əvvəlcə cəbbəxananı ələ keçirir. Lakin üsyan rəhbərləri aydın məqsəd və qətiyyət nümayiş etdirmədi. Təbriz hakimi Cəfər paşa bundan istifadə edərək üsyanı amansızlıqla yatırdı. Üsyan uğursuzluqla nəticələndi. Sonradan 1603-1607-ci illər Səfəvi-Osmanlı müharibələri zamanı Cəlalilər hərəkatı qüvvətləndi. Şah Abbas Azərbaycan, Ermənistan, Gürcüstanı zəbt etmək üçün onların qüvvələrindən istifadə edirdi. Cəlali dəstələrinə müflisləşən feodallar da qoşulurdular. 1606-cı ildə Cəlalilərin yeni yüksəlişi olur. Azərbaycanda bu hərəkat son dərəcə mürəkkəb kəskin antifeodal xarakter almışdı. 1608-ci ildə Ərzurum ətrafında 20 minlik Osmanlı qoşununa qarşı son döyüşdən sonra cəlalilər qızılbaşlar ölkəsinə pənah gətirirlər. 1610-cu ildə Anadolu cəlaliləri Osmanlı imperiyasına qayıtsalar da, qalanları I Şah Abbasa sədaqətini nümayiş etdirərək Ali Divanın şəxsi xidmətçiləri sırasına daxil olundular.
Müxtəlif tayfalar içərisindən çıxmış cəlali dəstə başçılarından ən məşhuru Azərbaycan türkü Koroğlu idi. Koroğlu haqqındakı əfsanələrdə Naxçıvan, Salmas, Xoy Koroğlunun məskənləri kimi verilir. Onun iqamətgahı olan Çənlibel qalası Naxçıvanda və Makuda yerləşdiyi göstərilir. Onun əfsanələşməsinin, məşhurlaşmasının əsas səbəbi yadellilərin təzyiqinə, feodalların, varlı tacirlərin, sələmçilərin istismarına qarşı barışmaz mübarizə aparan xalq kütlələrinin hədsiz məhəbbətini, rəğbətini qazanması idi. Ona görə tarixi gerçəklik Koroğlunu real şəxsiyyət kimi göstərməyə imkan verir. Onun yaxın silahdaşları ayrı-ayrı dəstə başçıları olan Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Tanrıtanımaz, Abaza Paşa və b. idi.
XVI əsrdə olduğıı kimi XVII əsrin əvvəllərində də Azərbaycanda müflisləşmiş kəndlilərin geniş çıxışları baş verir. Cəlali hərəkatının sonrakı dövrləri başlanır. 1 Abbas Ön Qafqazı boşaldaraq müsəlmanları və yəhudiləri Fərəhabada, İsfahana, Mazandarana köçürür.
Şirvanda 1615-1616-cı illərdə "Dəli Məlik adı ilə məşhur olan Məlik Pirinin üsyanı baş verir. Üsyançılar Ərəşə soxulurlar. Sonradan o, şahdan qaçaraq Dağıstana sığmır
1625-ci ildə udin mənşəli Mıxlı baba adlı bir nəfərin başçılığı ilə dönük xristian təriqətin hərəkatı Azərbaycanda başlamış, Ermənistana yayılmış, Türkiyədə başa çatmışdır. İlk dövrlər Qarabağ bəylərbəyliyi Davud xan ona hamilik edir. Hərəkat əsasən antifeodal xarakteri daşıyırdı.
1631-1632-ci illərdə Qarabağda sadəlövh türklərin cəmləşdiyi yeni hərəkat olur. Bu hərəkat atışma və itki ilə nəticələnir. Dərviş Rza öldürülür. Səkkiz il sonra onun tərəfdarları (1639-1640) yenidən mübarizəyə başlayırlar. Üsyançılara ağır divan tutulur.
Səfəvi şahları silklər arasında ciddi fərq qoyurdular. Hətta deyirlər ki, əgər rəiyyət ali təbəqənin geyimini geymiş olsa idi I Şah Abbas həmin adamı mütləq cəzalandırmalı idi.
Beləliklə, XVIII əsrdə Azərbaycanda Səfəvi xanədanının gələcək tənəzzülü üçün əsas səbəblərdən biri idi.
Azərbaycan Səfəvi dövlətinin mərkəzləşmiş dövlət kimi yaranması xalqın mədəniyyətinin xeyli inkişaf etməsinə səbəb oldu. Gəncə, Təbriz, Şamaxı, Marağa, Ərdəbil kimi mədəniyyət mərkəzləri öz nüfuzunu itirməmişdi. Həm dünyəvi, həm də dini elmlər inkişaf edirdi. Astronomiya sahəsində Qiyasəddin Mənsur ibn Əmir Sədrəddin Məhəmməd (1463-1542), Şeyx Bəhaəddin Amil, Mövlana Əlirza Təbrizi kimi alimlər vardı. Onlar Marağa rəssədxanasının bərpası ilə məşğul oldular.
Riyaziyyatda Şeyx Məhəmməd Şəbüstərinin ardıcılları Şeyx Abdulla Şəbüstərizadə, Təbrizli Seyid Əhməd Laləvi, təbrizli Mirzə İbrahim (həm də fəlsəfə sahəsində), dövrünün məşhur münəccimi Mövlana Məhəmməd Ərdəbili, şirazlı alim Mahmud bəy Füsuni (riyaziyyat, astronomiya), təbabətdə I Şah Təhmasibin şəxsi həkimlərindən Əbülfəth Təbrizi, İmadəddin Mahmud İmnanuri, Mövlana Kəmaləddin Hüseyn oğlu Nurəddin və b. göstərmək olar. Məşhur ensiklopediyaçı alim Məhəmməd Hüseyn Xələf oğlu Təbrizi, Şirvan alimi Mövlana Mirzə Məhəmməd, fılosof Yusif Məhəmmədcan oğlu Qarabaği kimiləri öz müasirlərindən seçilirdilər.
XVI-XVII əsr tarix elmi sahəsində çalışan alimlərdən Həsənbəy Rumlu, Fəzli İsfahani, İskəndər bəy Münşi öz dövrünün tarixi, diplomatik, dövlət işlərini, hadisələrini çox gözəl qələmə almışlar.
XVI-XVII əsrlərdə əsərləri məktəbdə elm kimi tədris olunan filosof Xacə Nəsrəddin Tusini göstərmək olar. Həmçinin Aristotel, Arximed, Evklid, Qalileyin əsərlərindən də məktəblərdə istifadə olunurdu.
Çoxlu məktəb və mədrəsələr tikilmişdi. Bəzi alimlərin öz məhzəri (ali təhsil müəssisəsi) vardı. Maarif əsasən şəhərlərdə yayılırdı, Kəndlilərin böyük əksəriyyəti savadsız idi.
XVII əsrdə Azərbaycanda kitablar, adətən xəttatlar tərəfındən üzü köçürülməklə yazılırdı. Kitabxanaçılıq da inkişaf edirdi. I Şah İsmayıl Təbriz kitabxanasına diqqəti həmişə artırırdı. Özünün kitabxanasında minlərlə nüsxə kitab vardı. Şeyx Səfı məqbərəsindəki kitabxananın şöhrəti böyük idi.
XVI-XVII əsrlərdə ədəbiyyat sahəsində Məhəmməd Əmani, Əlican Qövsi Təbrizi, Məsihi, Saib Təbrizi, Tərzi Əfşar, aşıq yaradıcılığında "Aşıq Qərib", "Abbas və Gülgəz", "Şah İsmayıl", "Əsli və Kərəm" dastanları, Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq Abdulla kimi xalq poeziyasının nümayəndələri var idi.


Yüklə 112,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin