MÖVZU-1
“AZƏRBAYCAN MULTİKULTURALİZMİ” FƏNNİNİN
PREDMETİ, METODLARI, FUNKSİYALARI VƏ
ƏHƏMİYYƏTİ
1.1. Multikulturalizmin mahiyyəti
ultikulturalizm” termini elmi ədəbiyyata təxminən XX əsrin 60-
70-ci illərində daxil olmuşdur və onun məzmununa dair müxtəlif
fikirlər mövcuddur. Bu termin müxtəlif mənalarda işlədilir. Bu
isə öz növbəsində onun mahiyyətinin dərk olunmasını çətinləşdirir.
Multikulturalizmin səmərəli tədris olunmasının əsas şərtlərindən biri
onun mahiyyətinin düzgün dərk olunması ilə bağlıdır.
Multikulturalizm terminini geniş və dar mənalarda işlətmək
olar. Sözün geniş mənasında multikulturalizm termini onun etimologiyasından
çıxış edərək və çoxmədəniyyətlilik məfhumunun sinonimi
kimi istifadə edilir. Məlum olduğu kimi, multikulturalizm sözü latıncadan
tərcümədə “çoxmədəniyyətlilik” mənasını verir. Çoxmədəniyyətlilik
dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər,
bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur.
Müasir dövrdə dünya dövlətlərinin əksəriyyətində etnik, irqi,
dini və mədəni müxtəlifliklər mövcuddur. Bu müxtəlifliklər tarixi
prosesin inkişafının nəticəsi kimi obyektiv xarakter daşıyır. Müxtəlifliklər
xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə
etməklə onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edir və həyatında müsbət rol oynayır. Biz müxtəlif etnik, irqi, dini vəmədəni qrupların nümayəndələrinin birgə yaşadıqları cəmiyyəti multikultural
cəmiyyət adlandırırıq. Buna görə də sözün geniş mənasında
müasir dövrdə əksər dövlətlər multikulturaldır.
Sözün dar mənasında isə multikulturalizm məhfumu cəmiyyətdə
mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə
dövlətin apardığı konkret siyasəti – müxtəlifliklərin qorunmasını
əks edir. Kanadalı tədqiqatçı Pol Dyumoçel (Paul Dumouchel) “Müqayisəli
multikulturalizm” adlı məqaləsində multikulturalizm terminini
ədəbiyyatda ən azı 3 müxtəlif mənada işlədilməsini qeyd edir. Birinci
mənada bu termin elə bir sosial-tarixi situasiyanı xarakterizə edir ki,
orada bir neçə müxtəlif etnik-mədəni qrupların nümayəndələri birgə
yaşayır. Onun fikrincə, bu mənada işlədilən multikulturalizm termini
deskriptiv (təsviredici) xarakter daşıyır. Dyumoçelin bu mənada işlətdiyi
multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz multikulturalizm
sözünün geniş mənasına bənzəyir.
Dyumoçelə görə multikulturalizm termininin ikinci mənası cəmiyyətdəki
etnik-mədəni müxtəlifliklərə münasibətdə dövlət tərəfindən
aparılan konkret siyasətlə bağlıdır. Multikulturalizm termininin
ikinci mənası onun birinci mənasından irəli gəlir. Belə ki, cəmiyyətdəki
multikultural situasiyanı idarə etmək məqsədilə dövlət bir neçə
mümkün siyasət sırasında multikulturalizm siyasətinə də müraciət
edir. Bu mənada işlədilən multikulturalizm termini dövlətin cəmiyyətdəki
etnik-mədəni müxtəliflərə reaksiyasını, daha konkret desək, bu
müxtəlifliklərin qorunmasını və inkişaf etdirilməsini nəzərdə tutan
multikulturalizm siyasətini ehtiva edir. Dyumoçelin ikinci mənada
işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz multikulturalizm
sözünün dar mənası ilə eynidir.
Və nəhayət Dyumoçel bu terminin üçüncü mənasının olmasını
da qeyd edir. Multikulturalizm termininin üçüncü mənası normativ xarakter
daşıyır, yəni o, çoxmədəniyyətli cəmiyyətin ədalət baxımınından
necə olmalı olduğunu göstərir. Dyumoçel multikulturalizm termininin
bu anlamda multikulturalizm fenomeninin tanınmış tədqiqatçıları
olan Çarlz Teylorun, Vil Kimlikanın və Ceyms Tallinin əsərlərində
istifadə edilməsini göstərir. Bu müəlliflər hesab edirlər ki, etnik-mədənimüxtəlifliklər
olan cəmiyyətdə müxtəlifliklər qorunmalı və inkişaf
etdirilməlidir. Bu, multikultural ədalətin normativ tələbidir.
Azərbaycan multikulturalizmi 15
Dyumoçel haqlı olaraq qeyd edir ki, multikulturalizm termininin
birinci mənası onun ikinci və üçüncü mənalarından daha əvvəl yaranmışdır,
çünki multikulturalizm bir siyasət kimi özünü yalnız son 35-40
ildə göstərməyə başlamışdır. Lakin qeyd etmək lazımdır ki, Dyumoçelin
multikulturalizm termininin üçüncü mənası terminin ikinci mənasının
konkretləşdirilməsidir. Buna görə də onu bu terminin ayrıca bir
mənası kimi vermək düzgün deyil. Biz bu termini geniş və dar mənalarda
işlədəcəyik.
Multikulturalizmə verilən bəzi təriflərdə terminin həm geniş,
həm də dar mənası əks olunur. Məsələn, The Harper Colins sosiologiya
lüğətində (1991) multikulturalizmin belə bir tərifi verilir: “Multikulturalizm
– bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin
Dostları ilə paylaş: |