30
3/2016
Təmsilçilik riski və onun Hüquqi
Tənzimləməsinin Əsasları
Azərbaycanda
Korporativ İdarəetmə:
KORPORATİV İDARƏETMƏ
“Korporativ idarəetmə” məfhumunun müasir Azərbaycanda kommersiya fəaliyyəti ilə bağlı olan ifadələr
lüğətinə daxil olması və onun prinsiplərinin tətbiqi əsasən Azərbaycanın bazar iqtisadiyyatına keçidi, yeni
Mülki Məcəllənin
1
qəbulu və dövlət əmlakının özəlləşdirilməsi proqramı çərçivəsində dövlət müəssisələrinin
bazasında yüzlərlə səhmdar cəmiyyətlərinin və minlərlə səhmdarların meydana çıxmasına təsadüf edir. Lakin
buna baxmayaraq, korporativ idarəetmə sisteminin tətbiqi və inkişafı üzrə qısa bir müddət ərzində müəyyən
uğurlar əldə edilmişdir. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən həyata keçirilən “Azərbaycanda
Korporativ İdarəetmə Lahiyəsi” çərçivəsində aparılan sorğuya əsasən, sorğuda iştirak edən şirkətlərin 97 faizi
bildirmişlər ki, 2005-ci ildən bəri korporativ idarəetmə prinsiplərinin tətbiqi üzrə təcrübə təkmilləşmişdir.
2
Buna baxmayaraq, korporativ idarəetmə prinsiplərinin tətbiqində müəyyən problemlər hələ də qalmaqdadır.
Hazırkı məqalədə Azərbaycanda korporativ ida-
rə etmənin bəzi prinsiplərinin
hüquqi tən zim lən-
mə sinin əsaslarından söz açacağıq. Azər bay canda
hüquqi şəxslərə münasibətdə məcburi qüvvəyə
malik korporativ idarəetmə normaları
əsasən Mülki
Məcəllənin bir neçə maddəsində öz əksini tapıb.
Qanunvericiliyə əlavə olaraq, xüsusi korporativ
idarəetmə normaları
da mövcuddur ki, həmin
normalar banklara, sığorta şirkətlərinə,
investisiya
şirkətləri və investisiya fondları kimi müəyyən
fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərə
tətbiq olunur.
Məcburi korporativ
idarəetmə prinsipləri ilə
yanaşı, Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyasının
nümayəndələrindən ibarət işçi qrupu tərəfindən
işlənib hazırlanmış “Azərbaycan Korporativ
İdarəetmə Standartları” da mövcuddur.
Həmin
standartlar “İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatı”nın (İƏİT) “Korporativ İdarəetmə
Prinsipləri”nin 2004-cü ildəki buraxılışına əsasən
işlənib hazırlanmışdır və könüllü xarakter daşıyır.
3