3/2016
33
qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında
əqd müşahidə şurasının, o olmadıqda
isə hüquqi
şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır.
10
Aidiyyəti olan şəxslə əqdin Mülki Məcəllənin
tələbləri pozulmaqla bağlanılması nəticəsində
hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan
şəxslər məsuliyyət daşıyır.
Bu halda, əqdin digər
tərəfi əqdin Mülki Məcəllənin tələbləri pozulmaqla
bağlandığını bildikdə hüquqi şəxs və ya onun
istənilən iştirakçısı
həmin əqdi mübahisələndirə
bilər.
11
Hüquqi şəxsin müşahidə şurasının rəhbəri və ya
üzvləri özlərinin, yuxarıda qeyd edilən 3-cü və 5-ci
bəndlərdə göstərilən şəxslərin bağlanılan əqdə
münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri,
həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının
xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə
məlumatı hüquqi şəxsin iştirakçılarına yazılı şəkildə
təqdim etməlidirlər. Buna bənzər tələblər hüquqi
şəxsin idarə heyətinin
sədri və digər üzvlərə
münasibətdə də mövcuddur.
12
Son olaraq qeyd etmək istərdim ki, Mülki Məcəllədə
aidiyyəti olan şəxslə bağlanan əqdlərin dəyərinə
dair əhəmiyyətlilik kəndarı nəzərdə tutulmayıb. Bu o
deməkdir ki, aidiyyəti şəxslə bağlanan hər hansı bir
əqd dəyərindən asılı
olmayaraq qanunla müəyyən
edilmiş qaydada təsdiq olunmalıdır. Təəssüf ki,
bu da hazırki müddəanın tətbiqi işində təcrübədə
çətinliklər yaradır.
Ülviyyə Zeynalova-Boçkin
Dentons şirkətinin Bakı ofisinin böyük hüquqşünası
Ülviyyə Zeynalova Xəzər Universitetinin hüquq fakültəsinin (hüquq elmləri üzrə bakalavr,
fərqlənmə ilə; 2006-cı il) və ABŞ-ın Corctaun Universitetinin Hüquq Elmləri Mərkəzinin
(Georgetown University Law Center) (Qiymətli kağızlar və Maliyyə Tənzimlənməsi
sahəsində hüquq magistri; 2009-cu il) məzunudur. 2010-cu ildən Nyu York ştatının vəkillər
kollegiyasının üzvüdür. Korporativ hüquq, hüquqi şəxslərin birləşməsi və satın alınması
(M&A), bank və maliyyə hüququ, o cümlədə İslam maliyyə hüququ üzrə ixtisaslaşıb. Əlavə
olaraq, o, qiymətli kağızlar və maliyyə bazarının tənzimlənməsi sahəsində də xüsusi bilik və
təcrübəyə malikdir ki, buraya ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının Vaşınqton
şəhərindəki qərargahında Korporasiya Maliyyələşdirilməsi Bölməsində, habelə Dentons
şirkətinin Nyu-York və Sinqapur ofislərində staj keçmələr də daxildir.
1.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında” 28 dekabr 1999-cu il tarixli 779-IQ №-li Azərbaycan Respublikasının Qanunu
ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi (“Mülki Məcəllə”) (http://e-qanun.gov.az/code/8)
2.
“2011-ci ildə Azərbaycanda Korporativ İdarəetmənin Vəziyyəti haqqında Sorğunun Nəticələri”, “Beynəlxalq
Maliyyə Korporasiyası”-nın “Azərbaycanda Korporativ İdarəetmə Layihəsi” tərəfindən hazırlanmışdır və
aşağıdakı keçiddən endirilə bilər (İngilis dilində) https://www.ifc.org/wps/wcm/connect/20d3e8804b194a2f8b26
9fd9d0e6d969/Project%26survey%2Breport.pdf?MOD=AJPERES
3.
Azərbaycan Respublikası İqtisadi Inkişaf Nazirinin 28 yanvar 2011-ci il tarixli F-09 №-li əmri ilə təsdiq
edilmiş “Azərbaycan Korporativ İdarəetmə Standartları”. Standartların mətni aşağıdakı keçiddən endirilə bilər
(Azərbaycan dilində) http://www.economy.gov.az/doc/korporativ_idaretme_standartlari.doc
4.
30 may 2008-ci il tarixli 610-IIIQD №-li “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə
Dostları ilə paylaş: