Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti
BDU-nun Hüquq fakültəsinin qiyabi şöbəsinin azərbaycan bölməsinin (əlavə təhsil) ??? kurs tələbəsi XXX YYY ZZZ oğlunun «Mülki Hüquq» fənnindən
“Hüquqi şəxslərin təsnifatı”
mövzusunda
Kurs işi
Kafedra: Mülki hüquq
Elmi rəhbər: TTT RRR
BAKI - 2011
MÜNDӘRİCAT
GİRİŞ
I. HÜQUQİ ŞӘXS ANLAYIŞI VӘ ONUN ӘSAS ӘLAMӘTLӘRİ
II. HÜQUQİ ŞӘXSLӘRİN HÜQUQ SUBYEKTLİYİ, YARADILMASI VƏ XİTAMI
III. HÜQUQİ ŞӘXSLӘRİN TӘSNİFATI
NӘTİCӘ
İSTİFADӘ OLUNAN ƏDƏBİYYAT
GİRİŞ
Azərbaycan Respublikasının hüquq sisteminin mühüm sahələrindən birini də mülki hüquq təşkil edir. Dövlət və hüquq nəzəriyyəsindən məlumdur ki, hər bir hüquq sahəsi digərlərindən öz predmeti və metoduna görə fərqlənir. Hər hansı hüquq sahəsinin predmeti dedikdə, bu hüquq sahəsinin öyrəndiyi və tənzim etdiyi məsələlərin dairəsi başa düşülür. Hüquq ədəbiyyatında və qanunvericilikdə formalaşmış yekdil fikrə görə, mülki hüquqi tənzimetmənin predmetini mülki hüquqi normalarla tənzimlənən iki qrup ictimai münasibətlər təşkil edir. Birincisi, əmlakın müəyyən şəxslərə mənsubiyyəti və ya əmlakın bir şəxsdən başqasına keçməsi ilə bağlı olan əmlak münasibətləri, ikincisi, onlarla bağlı olan qeyri-əmlak münasibətləri. Bu münasibətlərin iştirakçıları vətəndaşlar, müxtəlif hüquqi şəxslər, düvlət ola bilər. Eyni zamanda, əcnəbilər, vətəndaşlığı olmayanlar, xarici hüquqi şəxslər, beynəlxalq təşkilat və xarici dövlətlər də bu münasibətlərin subyektləri qismində çıxış edə bilərlər. Mülki hüquqla tənzim edilən münasibətlərin xüsusiyyəti ondan ibarətdir ki, onlar bərabərhüquqlu və bir-birindən asılı olmayan subyektlər arasında yaranır. Hakimiyyət və tabeçiliyə əsaslanan münasibətlər, o cümlədən əmlak münasibətləri hüququn başqa sahələri ilə (inzibati, maliyyə və s.) tənzim edilir.
Mülki hüquqla tənzim edilən münasibətlərin əsas hissəsini əmlak münasibətləri təşkil edir. Bu münasibətlər bir qayda olaraq əmlakla, maddi nemətlərlə əlaqədar yaranır və maddi dəyərə malik olmaqla yanaşı, əmtəə-pul formasında olur. Eyni zamanda tələb hüququ da buraya aid edilir. Əmlak münasibətləri həmişə ya əmlakın müəyyən şəxsdə olması, ya da əmlakın bir şəxsdən başqasına keçməsi ilə əlaqədar əmələ gəlir və mövcud olur.
Əmlak münasibətləri çoxsaylı və müxtəlifdir. Bu münasibətlər arasında iki əsas qrupu fərqləndirmək lazımdır: əşya xarakterli münasibətlər və öhdəlik xarakterli münasibətlər.
Əşya münasibətləri bu və ya digər subyektin müəyyən əmlaka – təbii obyektlərə, istehsal vasitələrinə və əmək nəticələrinə malik olması ilə əlaqədar olan münasibətlərdir. Əşya münasibətləri sistemində əsas yeri mülkiyyət münasibətləri tutur. Mülkiyyət münasibətləri mənimsəmə xarakteri daşıyır, sahiblik, istifadə, sərəncam səlahiyyətləri ilə bağlı olur.
Bu münasibətləri mənimsəmə subyektlərindən asılı olaraq şəxsi, dövlət, bələdiyyə münasibətlərinə bülmək olar. Bu zaman onların hamısı özlərinin fəaliyyəti və müdafiəsi şəraiti mövqeyindən qanunla bərabərhüquqlu sayılır. Əşya münasibətlərinə həmçinin məhdud əşya hüquqları da aid edilir. Məhdud əşya hüquqları mülkiyyətçi olmayan şəxslərin konkret əşyaya sahiblik, istifadə, bəzən də sərəncamvermə hüququ ilə bağlı yaranır. Məhdud əşya hüquqları mülkiyyət hüququna gürə məhduddur.
Mülki hüquqla tənzim edilən əmlak münasibətlərinin başqa bir qrupunu öhdəlik münasibətləri təşkil edir. Bu münasibətlər əmlakın bir şəxsdən digər şəxsə keçməsi ilə bağlıdır. Əgər əşya münasibətləri maddi nemətlərin mənsubiyyəti münasibətlərinin elə bil statikasını müəyyən edirsə, öhdəlik münasibətləri iqtisadi münasibətlərin həyata keçirilmə formaları olaraq onların dinamikasını göstərir. Bu baxımdan da ədəbiyyatda dinamik və statik münasibətlər terminindən istifadə edilir. Öhdəlik münasibətləri müxtəlif əsaslardan yaranır. Onların ən böyük qrupu əmlakın başqa şəxsin mülkiyyətinə, istifadəsinə, sahibliyinə, sərəncamına verilməsi ilə, bir şəxsin digəri üçün müəyyən işləri yerinə yetirməsi ilə əlaqədar təşkilatlar (hüquqi şəxslər) və ayrı-ayrı vətəndaşlar tərəfindən bağlanılan müxtəlif müqavilələr əsasında meydana çıxır.
Əmlakın bir şəxsdən başqasına keçməsi ilə əlaqədar münasibətlərin xüsusi qrupunu vərəsəlik münasibətləri təşkil edir. Onların əsas xüsusiyyəti odur ki, əmlak yalnız şəxsin ölümündən sonra ölmüş şəxsin iradəsini ifadə edən vəsiyyət əsasında, ya da bilavasitə qanun əsasında onun vərəsələrinə keçir.
Hüquq ədəbiyyatında son zamanlar korporasiyaların xüsusi əmlakının idarəçiliyi üzrə münasibətləri də əmlak xarakterli münasibətlərin bir növünə aid edirlər. Belə hesab edilir ki, həmin münasibətlər təsərrüfat şirkətləri və cəmiyyətlərinin, istehsal kooperativlərinin idarəçiliyində yaranır və iştirakçıların üzvlüyünə əsaslanır.
Əmlak münasibətləri ilə yanaşı şəxsi qeyri-əmlak münasibətləri də mülki-hüquqi tənzimetmənin predmetidir. Bu münasibətlər bir sıra əlamətlərlə xarakterizə edilir. Birincisi, əmlak münasibətləri ilə əlaqəsindən asılı olmayaraq iqtisadi məzmundan məhrumdur. İkincisi, bu münasibətlərin obyekti qeyri-maddi nemətlərdir – ad, şərəf, ləyaqət, şəxsi həyat, ixtiraya müəlliflik və s. Şəxsi qeyri-əmlak hüquqlarının daşıyıcısı təkcə fiziki şəxslər yox, həm də hüquqi şəxslərdir. Hüquqi şəxsin qeyri-əmlak nemətlərinə onun adı, işgüzar nüfuzu, istehsal markası və s. aiddir.
Ümumiyyətlə, ədəbiyyatda bu münasibətlər iki yerə bölünür: əmlakla əlaqədar olan və əmlakla əlaqədar olmayan şəxsi qeyri-əmlak münasibətləri. Əmlakla əlaqədar olan münasibətlərə əqli yaradıcılığın yaranması, onlardan istifadə ilə əlaqədar, habelə əmtəələrin və onların istehsalçılarının fərdiləşdirilməsi ilə əlaqədar münasibətləri aid edə bilərik. Qeyd etmək lazımdır ki, bu münasibətlər indiki kimi geniş olmasa da, hələ 1966-cı il Mülki Məcəlləsində tənzim olunurdu. İndi isə bu münasibətlər Mülki Məcəllə ilə yanaşı, bir sıra qanunlarla da – 4 iyun 1996-cı il "Müəlliflik və əlaqəli hüquqlar haqqında", 25 iyul 1997-ci il "Patent haqqında" qanunlarla da tənzim edilir.
Əmlakla əlaqədar olmayan şəxsi qeyri-əmlak münasibətlərinin obyektini əmlak dəyəri olmayan şəxsi qeyri-maddi nemətlər təşkil edir. Mülki Məcəllə fiziki şəxslərin şərəf və ləyaqətini, işgüzar nüfuzunu, yaşayış yeri seçmək hüququnu bu sıraya aid etmişdir. Bu hüquqlar bir sıra əlamətlərə malikdir. Bu hüquqlar iqtisadi məzmundan məhrum olub, subyektin hər hansı əmlak mənafeyi ilə bağlı deyildir. Eyni zamanda həmin hüquqlar şəxsi qeyri-maddi nemətlər barəsində yaranır. Həmin nemətlər isə şəxsin üzündən ayrılmaz olub, özgəninkiləşdirilmir. Buna görə də onları satmaq, bağışlamaq, dəyişmək, vəsiyyət etmək olmaz. Bir sıra sivilist alimlər bu hüquqları bəzi meyarlar əsasında qruplaşdırmışlar. Məsələn, şəxsiyyətin fərdiləşməsinə yönələn hüquqlar – ad hüququ, şərəf, ləyaqət hüququ, şəxsiyyətin fiziki mövcudluğunu və əmin-amanlığını təmin etməyə yönələn hüquqlar – yaşamaq, azadlıq və s., şəxsiyyətin mənəvi sosial əmin-amanlığını təmin etməyə yönələn hüquqlar – şəxsi həyat sirrini saxlamaq hüququ və s. Qeyd edək ki, bu siyahı tam deyil və müxtəlif meyarlar əsasında genişləndirilə bilər.
Beləliklə, qeyd olunanları nəzərə alaraq, mülki hüquqa belə bir anlayış verə bilərik: “Mülki hüquq hüquq sisteminin ən mühüm sahələrindən biri olmaqla, əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən normaların məcmusudur.” Eyni zamanda mülki hüquq mülki düvriyyənin azadlığını təmin etməklə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaradır.
Son illәr ölkәmizdә, cәmiyyәt hәyatının bütün sahәlәrindә aparılan vә aparılmağa çalışılan köklü hüquqi islahatların әsas strateji mәqsәdi totalitar cәmiyyәtdәn demokratik cәmiyyәtә, militarist-polis dövlәtindәn hüquq dövlәtinә vә planlı-sosialist iqtisadi sistemdәn azad bazar iqtisadi sisteminә keçidi tәmin etmәkdir. Bu isә ictimai münasibәtlәrin daha çox mülki-hüquqi tәnzimlәnmәsinә әsaslanan inkişaf etmiş mülki cәmiyyәtin qurulmasıdır.
Mülki cәmiyyәtin әsasını tәşkil edәn mülki-hüquq münasibәtlәri özünün geniş әhatә dairәsi vә zәngin hüquq-institutları ilә seçilmәkdәdir. Xüsusilә mülki-hüquq münasibәtlәrinin subyektlәri bu baxımdan daha mürәkkәb struktura malikdir. Lakin müasir Mülki Hüquq elmi bunları fiziki vә ya hüquqi şәxs institutları adı altinda ümumilәşdirmәkdәdir.
Bu çalışmanın tәdqiqat obyekti dә köklәri hәlә Qәdim Roma Hüququna dayanan vә müasir hüquq münasibәtlәrinin әsasını tәşkil edәn, kollektiv hüquq subyektlәrinin ümumilәşdirilmiş hüquq institutu olan hüquqi şәxslәrdir.
- Hüquqi şәxs anlayışı vә onun әsas әlamәtlәri : Burada hüquqi şәxslәrin mahiyyәti, funksiyaları, tarixi inkişaf yolu, onlar haqqında yaranmış nәzәriyyәlәr vә onları xarakterizә edәn әsas әlamәtlәrdәn bәhs olunur ;
- Hüquqi şәxslәrin hüquq subyektliyi, onların yaradılması və xitamı : Bu bölmәdә hüquqi şәxslәrin hüquq subyektliyi problemi, onun әsas elementlәri, hüquqi şәxslәrin yaradılması vә indiyәdәk mövcud olan әsas yaradılma sistemlәri, ölkәmizdә geniş şәkildә tәtbiq edilәn qeydiyyatlı sistemin xarakteri vә әsas prosedurları araşdırılmış, hüquqi şәxslәrin xitamı anlayışı, bunun әsas sәbәblәri, mәcburi vә könüllü әsasları, Mülki Hüquqda mövcud olan xitam üsulları, bu zaman qarşıya çıxan hüquq vә vәzifәlәrin varisliyi mәsәlәlәri, bir xitam üsulu kimi hüquqi şәxslәrin lәğvi, lәğvetmә zamanı kreditorlarla hesablaşmalar vә ümumilikdә lәğvetmә proseduru vә.s kimi mәsәlәlәr mövcud qanunvericiliyimiz әsasında izah edilmişdir ;
- Hüquqi şәxslәrin tәsnifatı : Bu bölmәdә isә hüquqi şәxslәr müxtәlif meyarlar әsasında qruplaşdırı olaraq tәsnif edilmişdir ;
Göründüyü kimi problemin araşdırılması zamanı әsasәn ümumidәn xüsusiyә doğru deduktiv bir metod әsas götürülmüşdür.
Bundan başqa toplanan məlumatlar әsasәn bu sahәdә olan dərslik və monoqrafiyalara əsaslanmış vә bu məlumatlar da mövcud qanunvericilik məlumatları ilə möhkәmlәndirilәrәk ölkəmiz üçün xarakterik olan nәticәlәrә gəlinmişdir.
Dostları ilə paylaş: |