I. HÜQuqi ŞӘxs anlayişi vә onun әsas әlamәTLӘRİ II. HÜQuqi ŞӘxslәRİn hüquq subyektliYİ, yaradilmasi və Xİtami III. HÜQuqi ŞӘxslәRİn tәSNİfati



Yüklə 1,81 Mb.
səhifə9/9
tarix13.12.2023
ölçüsü1,81 Mb.
#174897
1   2   3   4   5   6   7   8   9
referat 1441

Kooperativlər də hüquqi şəxsdir və fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır. Bu məqsədilə fiziki və (və ya) hüquqi şəxslər təşəbbüs qrupu yaradırlar.
Qeyri-kommersiya hüquqi şəxsləri ictimai birliklərə, fondlara və ittifaqlara ayrılır.
İctimai birliyin təsisçilərinin (iştirakçılarının) ictimai birliyə verdikləri əmlak birliyin mülkiyyətidir. İctimai birlik bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir. İştirakçılar həmin birliklərin mülkiyyətinə verdikləri əmlaka, o cümlədən üzvlük haqlarına hüquqlarını saxlamırlar. Onlar ictimai birliklərin öhdəlikləri üçün, ictimai birliklər isə öz iştirakçılarının öhdəlikləri üçün məsuliyyət daşımırlar. İctimai birlik ləğv edildikdə onun əmlakı ictimai birliyin nizamnaməsində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.
Fond üzvlüyü olmayan, fiziki və (və ya) hüquqi şəxslərin könüllü əmlak haqları əsasında təsis etdikləri, sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai faydalı məqsədlər güdən təşkilatdır. Fondun təsisçilərinin (təsisçisinin) verdiyi əmlak fondun mülkiyyəti hesab olunur və fond həmin əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir. Təsisçilər yaratdıqları fondun öhdəlikləri üçün, fond isə öz təsisçilərinin öhdəlikləri üçün məsuliyyət daşımır.
Kommersiya təşkilatları özlərinin sahibkarlıq fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərin (əmlak mənafeləri daxil olmaqla) təmsil və müdafiə edilməsi (o cümlədən dövlət və digər orqanlarda, beynəlxalq təşkilatlarda) məqsədi ilə ittifaqlar yarada bilərlər. Əgər iştirakçıların qərarı ilə ittifaqa sahibkarlıq fəaliyyətini həyata keçirmək həvalə edilirsə, belə ittifaq bu Mülki Məcəllədə nəzərdə tutulan qaydada təsərrüfat ortaqlığına və ya cəmiyyətə çevrilir və ya sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün təsərrüfat cəmiyyəti yarada bilər və ya bu cür cəmiyyətdə iştirak edə bilər. Qeyri-kommersiya təşkilatları da özlərinin fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin təmsil və müdafiə edilməsi məqsədi ilə ittifaqlar yarada bilərlər. İttifaqın təsisçilərinin (iştirakçılarının) ona verdikləri əmlak ittifaqın mülkiyyətidir. Bu əmlakdan ittifaq onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir. İttifaq öz iştirakçılarının öhdəlikləri üçün məsuliyyət daşımır. Onun iştirakçıları onun öhdəlikləri üçün nizamnamədə nəzərdə tutulan miqdarda və qaydada subsidiar məsuliyyət daşıyırlar.


NӘTİCӘ

Mövzunun araşdırılması zamanı aşağıdakı nәticәlәrә gәlinmişdir :


- Hәr şeydәn әvvәl onu qeyd edәk ki, aparılan araşdırma nәticәsindә belә nәticәyә gәlinir ki, hüquqi şәxslәrin bir hüquq subyekti kimi meydana gәlmәsi tarixi şәrait nәticәsindә, obyektiv bir zәrurәt kimi ortaya çıxmışdır. Bu zәrurәt әsasәn iqtisadi inkişaf, rәqabәtin güclәnmәsi, әmtәә-pul münasibәtlәrinin genişlәnmәsi vә dünya bazarlarının yaranması vә.s kimi amillәrin tәsiri ilә formalaşmışdır ;
- Hüquqi şәxslәrlә bağlı nә qәdәr çoxlu nәzәriyyәlәr meydana gәlsә dә, hәlә dә onu bütün tәrәflәri etibarilә әtraflı şәkildә izah edә bilәn bir köklü nәzәriyyә formalşdırılmamışdır. Bu xüsusilә dә hüquqi şәxslәrin günü-gündәn artan funksiyaları vә müxtәlif forma vә növlәrinin meydana gәldiyi indiki şәraitdә daha da çәtinlәşmәkdәdir;
- Hüquqi şәxslәrin funksiyaları ilә daha әtraflı tanış olduqdan sonra belә nәticәyә gәlmәk olur ki, hüquqi şәxs qurumunun meydana gәlmәsi bazar subyektlәri üçün bir sıra üstünlüklәr yaratmışdır ki, bunları da fiziki şәxslәr çәrçivәsindә әldә etmәk mümkün deyildir ;
- Hüquqi şәxslәrin hüquq subyektliyi qazanması onların dövlәt qeydiyyatına alınması ilә baş verir ki, bu qeydiyyt prossesi dә hәr bir ölkә qanunvericiliyindә әsas mәsәlәlәrdәn biridir. Çünki normal ölkәlәrdә daim elә bir qeydiyyat sistemi formalaşdırılmasına çalışılır ki, minimum bürokratiya vә maksimum sәmәrәli nәzarәtә nail olunsun ;
- Hüquqi şәxslәrın fәaliyyәti heç dә әbәdi deyil, onlar da bir gün fiziki şәxslәr kimi öz fәaliyyәtlәrinә tamamilә xitam verir vә ya yenidәn tәşkil olunma yolu ilә nisbi xitam olunurlar. Bu zaman әsas prinsipial mәsәlәlәr onların fәaliyyәt müddәtinin uzadılmasına çalışmaq vә xitam prosseindә onların kreditorlarının vә әmәk kollektivlәrinin hüquqlarını vә qanuni mәnafelәrini qorumaqdır. Bu mәqsәdlәrә nail olunmaq üçün dә hәr bir ölkәnin qanunvericiliyi özünәmәxsus normalar yaratmışdır.
İSTİFADӘ OLUNAN ƏDƏBİYYAT
1. Sabir Allahverdiyev,“Mülki Hüquq” (Dәrslik),I Cild, I Kitab, Bakı, 2003
2. Prof. E.A Suxanovun redaktorluğu ilә çap olunmuş “Mülki Hüquq” dәrsliyi, (Tәrcümә edәn İ.M.Tahirov), Bakı, “Qanun” nәşriyyatı, 1999
3. İ. B Novitski “Roma Hüququ” (Dərslik), (tərcüməçi və elmi redaktor: h.e.n. İ.Ə.Vəliyev), “Adiloğlu” nәşriyyatı, Bakı, 2006
4. AR Mülki Mәcәllәsi, 01.09.2000
5. “Sәhmdar cәmiyyәti haqqında” AR Qanunu, 12.07.1994
6. “Hüquqi şәxslәrin dövlәt qeydiyyatı haqqında” AR Qanunu, 06.02.1996
Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin