I. HÜQuqi ŞӘxs anlayişi vә onun әsas әlamәTLӘRİ II. HÜQuqi ŞӘxslәRİn hüquq subyektliYİ, yaradilmasi və Xİtami III. HÜQuqi ŞӘxslәRİn tәSNİfati


II. HÜQUQİ ŞӘXSLӘRİN HÜQUQ SUBYEKTLİYİ, YARADILMASI VƏ XİTAMI



Yüklə 1,81 Mb.
səhifə3/9
tarix13.12.2023
ölçüsü1,81 Mb.
#174897
1   2   3   4   5   6   7   8   9
referat 1441

II. HÜQUQİ ŞӘXSLӘRİN HÜQUQ SUBYEKTLİYİ, YARADILMASI VƏ XİTAMI
Hüquqi şәxslәrin mülki dövriyyәdә iştirakının ilkin şәrti onların mülki hüquq subyektliyinә malik olmalarıdır. Hüququi şәxsin mülki hüquq subyektliyi dedikdә isә, hüquqi şәxsin mülki hüququn subyekti olmağın sosial-hüquqi imkanı vә ya qabliyyәti başa düşülür.
Hüquqi şәxslәrin mülki hüquq subyektliyi fiziki şәxslәrinkindәn fәrqli olaraq unversal deyil, xüsusi xarakter daşıyır. Çünki bu subyektlik qanunvericilik vә onun nizamnamәsi ilә müәyyәn çәrçivәyә salınır. Hüquqi şәxslәrin hüquq subyektliyindәn danışarkәn hüquq әdәbiyyatlarda onun aşağıdakı elementlәrdәn ibarәt olması da göstərilir:
1. Hüquqi şәxslәrin mülki hüquq qabiliyyәti
Hüquqi şәxslәrin mülki hüquq qabliyyәti onların mülki hüquqlara malik olmaq vә mülki vәzifәlәr daşımaq qabliyyәtidir. Mәzmun etibarilә onların sahib ola bilәcәklәri mülki hüquq vә vәzifәlәrin mәcmusudur. AR Mülki Məcəlləsinin 44.1-ci maddəsində göstərildiyi kimi hüquqi şəxs dövlət qeydiyyatına alındığlı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
Fiziki şәxslәrdә insan anadan olduğu andan bu qabliyyәti әldә etdiyi vә onlarda universal xarakter daşıdığı halda, hüquqi şәxslәrdә bu xüsusi (mәqsәdli) xarakter daşımaqla onlar dövlәt qeydiyyatına alındığı andan әldә edilir.
Bәzi fәaliyyәt növlәri sahәsindә isә onlar xüsusi lisenziya alaraq mülki hüquq vә vәzifәlәr әldә edirlәr ki, bunlar da müddәtli vә xüsusi dövlәt rüsumunu ödәmәklә әldә olunur. Ölkәmizdә bu fәaliyyәt sahәlәrinin siyahısı vә onların әldә edilmәsi ilә bağlı qaydalar ayrıca prezident fәrmanı ilә tәnzimlәnir.
2. Hüquqi şәxslәrin mülki fәaliyyәt qabiliyyәti
Hüquqi şәxslәrdә mülki fәaliyyәt qabliyyәti dedikdә, onların öz hәrәkәtlәri ilә mülki hüquqlar әldә etmәk, hәyata keçirmәk vә özü üçün mülki vәzifәlәr yaratmaq, icra etmәk qabliyyәti baş düşülür. Fiziki şәxslәrdә tam fәaliyyәt qabliyyәti әldә edilmәsi ilә bağlı 18 yaşa çatmaq kimi bir mәhdudiyyәt qoyulduğu halda, hüquqi şәxslәr üçün belә bir mәhdudiyyәt yoxdur vә ümumiyyәtlә bizim mülki mәcәllәdә hüquqi şәxslәrin fәaliyyәt qabiliyyәti ilә bağlı bir maddә yoxdur. Lakin ümumi şәkildә belә qәbul edilir ki, onların fәaliyyәt qabliyyәti dә, hüquq qabliyyәti kimi dövlәt qeydiyyatından keçdiklәri andan әldә edilmiş sayılır.
3. Hüquqi şәxslәrin delikt qabiliyyәti
Mülki hüquqda hüquqi şәxslәrin delikt qabiliyyәti dedikdә, onların öz hәrәkәtlәrinә görә müstәqil surәtdә mülki-hüquqi mәsuliyyәt daşımaq qabiliyyәti nәzәrdә tutulur. Yәni söhbәt onların mülki dövriyyәdә öz hәrәkәtlәri ilә digәrlәrinә vurduqları ziyana görә cavab vermәk imkanlarından gedir. Fiziki şәxslәrin belә imkanları üçün müәyyәn yaş mәhdudiyyәti nәzәrdә tutulsa da, hüquqi şәxslәrdә belә mәhdudiyyәt yoxdur vә onlar qeydiyyata alındıqları andan hәm dә delikt qabliyyәtli sayılır. Bu mülki mәcәllәmizin 52-ci maddәsi ilә dә tәnzimlәnir.
4. Hüquqi şәxslәrin transfәaliyyәt qabiliyyәti
Hüquqi şәxslәr mülki dövriyyәdә iştirak edәrkәn heç dә bütün hüquq vә vәzifәlәri özlәri üçün әldә etmirlәr. Bәzәn elә olur ki, onlar öz hәrәkәtlәri ilә başqa bazar subyektlәri üçün hüquq vә vәzifәlәr yaradırlar. Bu özünü nümayәndәlik, vasitәçilik kimi bir sıra fәaliyyәtlәrin hәyata keçirilmәsi zamanı daha qabarıq göstәrir. Mәhz hüquqi şәxslәrin transfәaliyyәt qabiliyyәti dedikdә dә onların öz hәrәkәtlәri ilә başqaları üçün hüquq vә vәzifәlәr yaratmaq qabiliyyәti nәzәrdә tutulur.
Hüquqi şәxslәrin yaradılması mülki hüquqda әsas mәsәlәlәrdәn biridir. Belә ki, müasir bazar iqtisadiyyatı şәraitindә hüquqi şәxslәrin yaradılması zamanı hüquqi cәhәtdәn elә bir mexanizm seçilmәlidir ki, minimum bürokratiya vә maksimum sәmәrәli nәzarәt tәşkil edilsin vә insanların hüquqi şәxslәrdә birlәşmәk hüquqları daha yaxsı hәyata keçirilsin. Bu elә bir hüquqdur ki, insanların tәmәl hüquq vә azadlıqları içәrisindә mühüm yer tutur. Başda insanların tәmәl hüquq vә azadlıqlarının tәsbit edildiyi BMT Ümumdünya İnsan Hüquqları Bәyannamәsi olmaqla, bütün ölkәlәrin konstitusiyalarında da bu hüquq öz әksini tapmışdır.
Hüquqi şәxslәrin yaradılması dedikdә, müvafiq qurumun hüquqi şәxsiyyәtinin dövlәt tәrәfindәn rәsmәn tanınması, ona hüquq subyektliyi verilmәsi başa düşülür. AR Mülki Məcəlləsinin 43.2-ci maddəsində deyilir: “Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər”. Həmin məcəllənin 45-ci maddəsi hüquqi şəxslərin yaradılması barədədir. 45.1-ci maddəyə gorə “Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.”
Hüquqi şәxslәrin yaradılmasının tarixәn üç әsas sistemi formalaşmışdır:


  1. Yüklə 1,81 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin