201314
GӘLӘCӘYİN
DURUMU
1. DAYANIQLI İNKİŞAF
Hamı üçün dayanıqlı inkişafa necә nail olmalı?
İqlim Dәyişikliyi üzrә Hökumәtlәrarası Panel (IPCC) ötәn üç onilliyin hәr birinin ardıcıl şәkildә daha
isti olduğu vә Şimal Yarımkürәsindә son 1,400 il әrzindә ötәn 30 ilin әn isti dövr olduğu vә әgәr bütün
CO2 emissiyaları dayandırılsa belә, “İqlim dәyişikliyinin әksәr aspektlәrinin bir çox әsrlәr mövcud
olacağı”, buna görә dә dünyanın bu mәsәlәyә daha ciddi şәkildә yanaşmalı olması barәdә mәlumat verir.
10 may 2013cü il tarixdә Havay adalarında ölçüldüyü kimi hәr gün atmosferә buraxılan CO2nin
gündәlik orta miqdarı 400 ppmdәn artıq olmuşdur. 2012ci ilin oktyabr ayında bu göstәrici 391.03 ppm;
2011ci ilin oktyabr ayında 388.92 ppm vә 2010cu ilin oktyabr ayında isә 387.15 olmuşdur. NASA
2013cü ilin 58.3°Fnin qeydә alındığı yeddinci әn isti il olduğu vә NOAA isә bunun tarixdә dördüncü әn
isti il olduğu vә 58.3°Fnin qeydә alındığı barәdә mәlumat vermişlәr. İstәnilәn halda, dünya istilәşmәyә
davam edir; ötәn 13 il qeydә alınan әn isti 15 il sırasında yer alır. IPCC dәniz sәviyyәsinin 1901ci ildәn
2010cu ilәdәk 19 sm qalxdığını vә әsrin sonuna әlavә olaraq 26 – 98 sm qalxa bilәcәyi haqda mәlumat
verir.
Ümumi antropogen istixana qazlarının emissiyası ildә CO
2
ekvivalentinin tәxminәn 50.1 qiqatonunu
tәşkil edir. Tәbiәt ildә bunun tәxminәn yarısını udur, lakin bu udma qabiliyyәti getdikcә azalmaqdadır.
Karbon dövriyyәsindә bәrabәrliyә nail olmaq vә udma qabiliyyәtinin eyni sәviyyәdә qalması üçün biz bu
göstәricini ildә 26 GtCO2eyә azaltmalıyıq, bu da siyasi vә iqtisadi baxımdan qәbuledilmәz hesab olunur.
Siyasi baxımdan qәbul edilәn hәdәf 2100cü ilә 2
0
C artımı nәzәrdә tutur ki, bu da 2020ci ilә tәxminәn 44
GtCO2yә azalma tәlәb edir. Biznesdә ümumi fәaliyyәt planı 2020ci ilә tәxminәn 56GtCO2eyә artımı
nәzәrdә tutur. Okeanlar atmosferdә CO2ni (hazırda tәxminәn 25%) udur vә әgәr әsirlәr olmasa da, on
illәrlә insanın yaratdığı CO2ni udmaqda davam edәcәk, bu da turşuluğu artırır vә mәrcan qayalıqlara vә
digәr dәniz varlıqlarının hәyatına tәsir göstәrir. Uzun illәr atmosferdә artan CO2 olduqca zәhәrli qaz olan
hidrogen sulfidi atmosferә buraxan mikrobların yayılmasına gәtirib çıxardır. Okean sәthindә olan pH artıq
sәnayedәn әvvәlki vaxtlardan bu günәdәk tәxminәn 0.11 pH vahidә azalmış vә әgәr bu cür davam etmiş
olarsa, bu әsrin sonunda dәniz ekosisteminә mәhvedici tәsir göstәrmәklә 0.30.4ә düşәcәyi ehtimal
olunur.
Әgәr 1 saylı Әlavәdә göstәrilәn ölkә öhdәliklәri tam şәkildә yerinә yetirilmiş olarsa, onun emissiyaları
2020ci ilә nәzәrdә tutulan sәviyyәyә, yәni 1990cı ilin 1218%dәn aşağı sәviyyәyә çatacaq, bununla
belә onların qeydşәrtsiz öhdәliklәri yerinә yetirilmiş olarsa, azalma yalnız 1990cı il sәviyyәsindәn 5%
aşağı olacaq. Hәmçinin, atmosferdә CO
2
nin 450 ppmdәn artıq olmaması mәqsәdinin düzgün olmadığı
vә bu göstәricinin 350 ppmә salınmalı olması, yaxud әks halda iqlim dәyişikliyinin bәşәriyyәtin onu
qarşısını ala bilmәk iqtidarında olmadığı sәviyyәyә qalxa bilәcәyi kimi narahatlıq artmaqdadır.
Beynәlxalq sәviyyәdә ticarәt üçün istehsal olunan mallardan gәlәn emissiyalar Kioto Protokolunda
nәzәrdә tutulan emissiya mәhdudlaşdırılmasından daha çoxdur. 2012ci ildә könüllü karbon bazarlarının
hәcmi 4% artmış, lakin dünya miqyasında fәaliyyәt göstәrәn müәssisәlәrin karbon bazarlarının qaçılmaz
olması ilә bağlı planlar qurmalarına baxmayaraq, bu göstәrici mәhdud qiymәtlәrin düşmәsi sәbәbindәn
11% $523 milyona düşmüşdür.
Hәyati vә iqtisadi tәmәlin әsasını qoyan qlobal ekosistem xidmәtlәri $16 – 64 trilyon civarında
qiymәtlәndirilir. Bu xidmәtlәr tәbiәtin ehtiyatların yerini doldurmasından daha sürәtlә azalır. İnsan
fәaliyyәti Yer kürәsinin buzla örtülmәmiş torpaq sәthinin 43%ni әhatә edir vә bu sahәyә iki dәfә artıq
tәsir göstәrir. ABŞ vә Avropanın arı ailәlәrinin yarısının son bir neçә onillik әrzindә mәhv olduğu vә
әrzaq mәhsullarımızın çox hissәsinin arı tozlanmasından asılı olduğunu yalnız az sayda insan dәrk edir.
18 ildәn sonra (2030cu ilә) demoqraflar bu ekosistem xidmәtlәrindәn yararlanmaq istәyәcәk әlavә 3
milyard orta sinif istehlakçısının olacağı qәnaәtindәdirlәr. 2013cü ildә Ekoloji Borc Günü – insanların
tәbiәtin verә bilәcәyindәn artıq resurslardan istifadә etdiklәri tarixdir vә bu tarix, 2012ci ildәkindәn iki
gün qabaq, 20 avqustda başa çatmışdır. Ekoloji Borc Günü hәr il orta hesabla 3 gün tez başa çatır. Әgәr
biz öz iqtisadi, ekoloji vә sosial davranışımızı yaxşılaşdırmasaq, onda yaxın 100 il әrzindә bizi fәlakәt
gözlәyir. Sәrvәtin Nәzәrә alınması vә Ekosistem Xidmәtlәrinin Qiymәtlәndirilmәsi, qlobal tәrәfdaşlıq
ekosistemin nәzәrә alınması vә onun milli siyasi tәhlilә daxil edilmәsinә dair rәhbәr göstәrişlәri işlәyib
hazırlayır.
Yer kürәsini Müşahidә edәn Qrup Biomüxtәlifliyi Müşahidә Şәbәkәsi (GEO BON) qlobal miqyasda
biomüxtәlifliyi müşahidә etmәyin tәşkil edilmәsi vә yaxşılaşdırılması üçün yaradılmış vә siyasi kursu
müәyyәn edәnlәr, ekspertlәr vә digәr istifadәçilәrin nәticәlәrә çıxışını daha da asanlaşdırmışdır.
İstixana qazlarının yaranmasından әn az rol oynayan daha kasıb ölkәlәr iqlim dәyişikliyi tәsirinә әn çox
mәruz qalan tәbәqәlәrdir, çünki onlar kәnd tәsәrrüfatı vә balıqçılıq fәaliyyәtindәn asılıdırlar vә bu
çәtinliyin öhdәsindәn gәlmәkdәn ötrü maliyyә vә texnoloji resurslara ehtiyac duyurlar. 8lik ölkәlәri 50
milyon insanı yaxın 10 il әrzindә yoxsulluq durumundan xilas etmәk üçün dayanaqlı vә hәrtәrәfli kәnd
tәsәrrüfatı artımına nail olmaq mәqsәdi güdәn Yeni Әrzaq Tәhlükәsizliyi vә Qidalanma Alyansını
maliyyәlәşdirmişlәr. İqlimin Maliyyәlәşdirilmәsi üzrә Qlobal Mәnzәrә 2013 qlobal iqlim
maliyyәlәşdirilmәsinin 2012ci ildә $359 milyard tәşkil etdiyini vә bunun da 62%nin özәl sektor
tәrәfindәn tәmin edildiyini göstәrir. Әtraf Mühit üzrә BMT proqramının Yaşıl İqtisadiyyata Doğru
hesabatına görә 10 әsas sektora qlobal ÜDMin 2%nin (ildә $1.3 trilyon) yatırılması aşağı karbonlu,
resurslara qәnaәt edәn yaşıl iqtisadiyyata keçidә zәmin yaradar vә bu da adambaşına gәliri artıra vә adi
biznes fәaliyyәti ilә müqayisәdә 2050ci ilә ekoloji izi tәxminәn 50% azalda bilәr. Bununla belә, dünya
qlobal ÜDMin 12%ni subsidiyalara sәrf edir ki, bu da çox vaxt resurslardan dayanaqsız istifadәyә
gәtirib çıxardır. Ötәn әsrdә qlobal sәrfiyyat 10 qat artmış vә bu göstәrici hazırkı dövrlә müqayisәdә 2025
ci ildә ikiqat arta bilәr.
İqlim dәyişikliyini tәhlükәli hallar sürәtlәndirә bilәr: tundralarda buzun/qarın әrimәsi daha çox metan
buraxmaqla az işıq әks etdirir vә daha çox istilik udur vә bu da öz növbәsindә qlobal istiliyi artırır vә
tundranın böyük hissәsinin әrimәsinә gәtirib çıxardır; isinәn okean suları dәniz dibindәn metan
hidratlarını havaya buraxır vә daha çox buzun әrimәsinә sәbәb olur vә bu da sonradan suyu isidir vә
atmosferә daha çox metan hidratları buraxır; metan hidratlardan istifadә vә ya daha dәrin dәniz diblәrinin
oyanması atmosferә daha çox metanın buraxılmasına gәtirib çıxardır vә qlobal istiliyi sürәtlәndirir; qütb
rayonlarında buzun әrimәsi daha az işıq әks etdirir, daha çox istiliyi udur vә bu da buzların әrimәsinә
gәtirib çıxarır.
Buzlaqlar әriyir, qütb buzlaqlarının üst sәthlәri nazilir vә mәrcan qayalıqları mәhv olurlar. Dünyanın qum
qatı dağılır vә 60 ildәn sonra aşına bilәr. balıq ehtiyatının tәxminәn 30%i artıq mәhv olmuş vә mәmәli
heyvanların 21% vә bitkilәrin 70% isә tәhlükә altındadır. Okeanlar hәr gün 30 milyon ton CO
2
udur vә
turşuluqlarını artırırlar. Ölü zonaların – olduqca az oksigeni olan sahәlәrin sayı 1960cı illәrdәn bәri hәr
onillikdә iki dәfә artmaqdadır.
AmerikaÇin Apollon 10illik mәqsәdi kimi vә qlobal R&D NASA strategiyası kimi iqlim dәyişikliyinә
diqqәtin yönәldilmәsi, әsas diqqәtin elektriklә işlәyәn avtomobillәr, duzlu su ilә suvarılan kәnd
tәsәrrüfatı, karbonun toplanması vә yenidәn istifadәsi, günәş enerjisi sistemlәri, maqnitoplanlar, şәhәr
sistemlәri ekologiyası, heyvan artırmadan tәmiz әt әldә edilmәsi, vә daha yaxşı qәrarlar qәbul edilmәsi vә
bunların hamısının izlәnmәsi üçün qlobal iqlim dәyişikliyi üzrә kollektiv idrak sistemindәn istifadә vaxtı
çatmışdır. Heyvan artırmadan sırf әt artımı 96% az istixana qazları emissiyasına, 45% az enerjidәn
istifadәyә gәtirib çıxardacaq vә torpaqdan istifadәni 99% vә әt üçün artırılan heyvanlarla müqayisәdә
sudan istifadәni 96% azaldacaq. Bu texnologiyalara karbon emissiyaları üzrә vergilәr, son hәdd vә ticarәt
sxemlәrini dәstәklәyәn siyasәtlәr, meşә qırılmaları miqyasının azaldılması, sәnaye sәmәrәliliyi,
kogenerasiya, qoruyub saxlama, tәkrar emal әlavә edilmәli, vә hökumәt subsidiyaları hasil edilәn
yanacaqlardan bәrpa edilәn enerji mәnbәlәrinә yönәldilmәlidir. Daha az inkişaf etmiş ölkәlәrdә uğurlu
texnologiya vә siyasәtin hәyata keçirilmәsinin yardıma ehtiyacı olacaq.
Әksәr tәdqiqatlar göstәrir ki, iqlim dәyişikliyi ildә $1.2 trilyon hәcmindә xәrc vә ildә 400,000 ölüm halı
yaradır. 2030cu ilә bu göstәrici qlobal ÜDMin 3.2%i vә inkişaf edәn ölkәlәr üçün isә ÜDMin 11%ni
tәşkil edә bilәr.
Qlobal istilәşmәyә ciddi yanaşılması daha yaxşı konservasiya, daha çox sәmәrәlilik, әrzaq vә enerji
istehsalında dәyişiklik, artıq atmosferdә mövcud olan istixana qazlarının azaldılması üçün metodlar vә bir
çox illәrdir ki, artıq baş vermәkdә davam edәn iqlim dәyişikliyinә öyrәşilmәsini tәlәb edir. Alimlәr
hazırda mәkanda günәşdәn qorunmaq üçün çәtirlәrin necә yaradılması. havadan CO
2
nin sorulması üçün
qüllәlәrin yaradılması, yerin altında CO
2
nin udulması, fitoplanktonun artırılması üçün okeanlarda dәmir
tozunun yayılması vә sementin istehsal edilmәsi üçün elektrik stansiyalarında karbondan tәkrar istehsal
edilmәsi vә bioyanacağın istehsalı üçün yosunların yetişdirilmәsi üzәrindә tәdqiqat işlәri aparırlar. Günәş
işığını әks etdirmәk üçün sulfat aerozolların atmosferә yayılması kimi böyük miqyaslı geomühәndislik
fәaliyyәti stratosferdә ozon qatının nazilmәsinә, bunun üçün beynәlxalq razılaşmaların әldә edilmәsinә vә
gün işığının daha da parlaq vә işıqlı olmasına gәtirib çıxarda bilәr. Digәr tәkliflәrә karbon qazlarının
yığılması vә tәkrar istifadәsi üçün kömür zavodlarının müasirlәşdirilmәsi, yanacaqdan sәmәrәli istifadә
standartlarının artırılması, elәcә dә vegetarianlığın artırılması (maldarlıq sektoru atmosferә nәqliyyat
sektorundan daha çox istixana qazları buraxır) daxildir. Digәrlәri karbon üzrә yeni vergilәri, beynәlxalq
maliyyә әmәliyyatları, şәhәrlәrin әhalisinin sayına yenidәn baxılmasını, beynәlxalq sәyahәtlәri vә ekoloji
izlәri tәklif edir. Bu cür vergilәr yüksәk mәhsuldarlığa malik beynәlxalq dövlәt/özәl maliyyәlәşdirmә
mexanizmlәrinә yardım edә bilәr. Peşәkar şәbәkәlәr vasitәsilә (elmi cәmiyyәtlәrdәn tutmuş Rotari
Klublaradәk) kütlәvi dövlәt tәhsil sәylәri siyasi vә digәr liderlәrә daha yaxşı tәzyiq göstәrmәmiz üçün
sosial mediadan, mәşhur filmlәrdәn, televiziyadan, musiqi, oyunlar vә yarışlardan istifadә etmәlidirdir.
İqlim dәyişikliyinә yönәlmiş qlobal strategiya olmadan ekoloji hәrәkat hasil edilәn yanacaq vә maldarlıq
sәnayelәrinә çevrilә bilәr. Hüquqi bazalar istixana qazlarının sәbәb olduğu ziyanlara görә mәhkәmә işinin
açılmasına imkan yaratmalıdır. İqlim dәyişikliyinә uyğunlaşma vә onun azaldılması siyasәtlәri hәrtәrәfli
dayanaqlı inkişaf strategiyasına daxil edilmәlidir. Dayanaqlı artım olmadan, milyardlarla insan
yoxsulluqla üzüzә qalacaqlar vә sivilizasiyanın әksәr hissәsi mәhv olacaq vә bu da lüzumsuz bir
durumdur, belә ki biz artıq kifayәt qәdәr iqtisadi artıma nail olmaqla iqlim dәyişikliyinin hәll edilmәsi
yolunu bilirik. Ardıcıl şәkildә beş il müddәtindә yaşıl ÜDM artırılan zaman, yoxsulluq vә istixana
qazlarının atmosferә buraxılması azaldılan zaman Çağırış 1 ciddi şәkildә nәzәrdәn keçirilәcәk.
Regional Mülahizәlәr
Afrika: Afrika az miqdarda istixana qazları yaratdığından, o әsas diqqәtini bu cür qazların azaldılmasına
deyil, iqlim dәyişikliyinә uyğunlaşmağa yönәltmәlidir. Quraqlığa davamlı toxumlardan istifadә, ekoloji
baxımdan yararlı tәsәrrüfatın yaradılması, qapalı tәsәrrüfat mühiti, sahil boyu dәniz suyundan istifadә
etmәklә fermer tәsәrrüfatının yaradılması, meşәlәrin bәrpası, әkin üçün qırılmayandırılma tәcrübәlәrinin
azaldılması İPCCnin iqlim dәyişikliyinin Subsaharanın suvarılmayan kәnd tәsәrrüfatı sahәlәrinin 2020ci
ilә 50% azalmasına gәtirib çıxarda bilәcәyi proqnozundan uzaq olmaq üçün lazımdır. Әgәr kәnd
tәsәrrüfatı tәcrübәlәri dәyişmәzsә vә qlobal istilik 3°Сni keçәrsә, demәk olar ki, Afrika boyu hazırda
mövcud olan qarğıdalı, çәltik vә kalış әkin sahәlәri yararsız hala düşәcәk. Sudan 2012ci ildә ilk dәfә
olaraq Bt pambığı әkmiş vә bu da onun Cәnubi Afrika, BurkinaFaso vә Misirdәn sonra biotek bitki әkini
ticarәti üzrә Afrikada dördüncü ölkәyә çevrilmәsinә gәtirib çıxarmışdır. Saharada günәş enerjisi
Afrikanın davamlı inkişafı üçün strateji әhәmiyyәt kәsb edir. Mali merlәrindәn hazırda nikah qeydiyyatı
prosesinin bir hissәsi kimi bir neçә ağac әkilmәsi tәlәb edilir. Afrikanın aşağı karbon emissiyasına malik
dayanaqlı inkişafa nail olması üçün 2030cu ilә tәxminәn $675 milyard lazımdır; bu faktoru azaltmaq
üçün hazırda mövcud olan karbon emissiyası bazarı kifayәt etmir. Tәmiz İnkişaf Mexanizmi, Qırılan
Ağaclardan vә Meşәnin Mәhv olmasından yaranan Emissiyanın Azaldılması proqramı vә könüllü
proqramdan tam şәkildә istifadә edilmir. Afrikanın ümumi ekoloji izi 2040cı ilә ikiqat artacaq. On
Afrika ölkәsi öz milli dәyәrlәrinә tәbii sәrvәtlәrin iqtisadi dәyәrini daxil etmәk öhdәliyi götürmüşlәr.
Asiya vә Okeaniya: Region dünya meqapolislәrinin yarısına malikdir vә bu, iqlim dәyişikliyinә hәssas
olan gecәqondularda yaşayan vә sıx mәskunlaşmış yoxsulların әksәriyyәtinin mәskunlaşdığı mәkandır.
Ekoloji şәhәr sistemlәrinin sürәtlә tәtbiqi regionun dayanaqlı inkişafı üçün zәruri әhәmiyyәt kәsb edir.
Çinin bәrk tullantıları 2005ci ildә gündә tәxminәn 573,000 tondan 2025ci ildә 1.5 milyona artacaq.
Kömür tozunun havanı korlaması Çindә qiyamlara sәbәb olmuşdur. 2009cu ildә Yaponiya CO
2
emissiyasını 2020ci ilә 1990cı ildә mövcud olan sәviyyәdәn 25% azaltmağı vәd etmişdi. Hazırda, atom
enerjisi olmadan Yaponiya tullantıların 2005ci il sәviyyәsindәn 3.8% endirmәk kimi yeni mәqsәdini
bәyan etmiş vә bu da faktiki olaraq 1990cı illә müqayisәdә 3% yüksәliş demәkdir. Şin 2013cü il әrzindә
bir neçә şәhәrdә ildә 700 milyon ton CO
2
ni tәnzimlәyәn karbon bazarları açmışdır. Çin CO
2
emissiyasını
ciddi şәkildә nәzarәtә almış vә kömür istifadәsini azaltmağı planlaşdırır; havanın çirklәnmәsi bәzi
mәktәb, hava limanı vә avtobus marşrutlarının müvәqqәti olaraq bağlanmasına sәbәb olur. Havanın
çirklәnmәsinin qarşısını almaqdan ötrü Çin dörd şәhәrdә yeni avtomobillәrin satışına kvota tәtbiq etmiş
vә daha sәkkiz şәhәrdә mәhdudiyyәt tәtbiq etmәyi planlaşdırır. Son on ildә Pekindә ağ ciyәr xәrçәngi
xәstәliyinin sayı artmışdır. Meşәlәrin qırılmasının Cәnubi vә CәnubŞәrqi Asiya iqliminә tәsirinin daha
yaxşı başa düşülmәsinә ehtiyac duyulur. Hindistan öz iqlim dәyişikliyi üzrә fәaliyyәt planını hәyata
keçirmәyә başlamış vә bu yaxınlarda Himalayda baş vermiş gözlәnilmәz daşqınları vә torpaq sürüşmәsi
kimi tәbii fәlakәtin qarşısını almaq vә / vә ya onun nәticәlәrini azaltmaq üçün daha әlaqәlәndirici,
qabaqlayıcı planlaşdırma vә sürәtli cavab reaksiyalarının tәtbiq edildiyi sistemlәrә ehtiyac duyur. Qlobal
istilәşmәnin tәsiri sәbәbindәn Kiribatinin 103,000 vәtәndaşının qaçqın hәyatı yaşayacağı gözlәnilir; vә
buna görә dә, hökumәt bu tәkrar mәskunlaşmanı hәyata keçirmәk üçün $9.6 milyon vәsait ayırmaqla
Ficiyә 6,000 akr torpaq gәtizdirmişdir. Banqladeş ölkәni okean sәviyyәsinin artmasından yaranan tәbii
fәlakәtdәn xilas etmәk üçün yeni arxitekturaya ehtiyac duyacaq.
Avropa: AB 2050ci ilә tullantıları 8095% azaldacaq aşağı karbonlu fәaliyyәt planı qәbul etmişdir. AB
nin tәqdim etdiyi iqlim vә enerjiyә dair yeni 2030cu il tarixli çәrçivә konsepsiyası istixana qazlarının
1990cı il sәviyyәsinә 40%ә endirilmәsini vә bәrpa edilәn enerjinin istehsalını isә 1990cı ilin istehlak
sәviyyәsindәn әn azı 27% artırmağı planlaşdırır.
Üzv dövlәtlәr milli mәqsәd vә siyasәtlәrini hәyata keçirmәk üçün çevikliyә malik olacaqlar. Aİ öz 2020
ci il iqlim/enerji mәqsәdlәrinә (İstixana qazlarının emissiyasının 1990cı il sәviyyәsindәn 20% azaltmaq;
bәrpa olunan enerjini 20% artırmaq; enerji sәmәrәliliyini 20% artırmaq) nail olmaq yolundadır, lakin
Avropanın borc böhranı 2015ci ilә iqlim dәyişikliyi üzrә mәsәlәlәrin maliyyәlәşdirilmәsindә mövcud
olan kәsiri $45 milyarda qaldıra bilәr. İqtisadiyyatda mövcud olan hәddәn artıq durğunluq sәbәbindәn,
Aİnin karbon qiymәti özünün pik € 30 mәblәğindәn 2013cü ilin әvvәlindә hәr tona tәxminәn €3ya
düşmüşdür ki, bu da Tullantıların Ticarәti Sisteminin (ETS) Aİnin sәnayesinin karbondan azad edilmәyә
sövq edilmәsi fәaliyyәtinә ciddi zәrbә vurur. Fransa bәrpa olunan enerjiyә keçmәyi vә enerjiyә qәnaәt
edilmәsinә sövqlәndirmәk üçün karbon vergisi tәtbiq etmişdir; mәdәn yanacağından mәişәt istifadәsinә
vergi 2014cü ilin әvvәlindәn tәtbiq edilmәyә başlamışdır vә benzin vә dizel yanacağı kimi nәqliyyat
yanacağına isә vergi 2015ci ildәn tәtbiq edilmәyә başlanacaqdır. İspaniyanın ümumi istixana qazı
emissiyaları 2007ci ildәki 432 milyon tondan 2012ci ildә 344 milyon tona – 20%ә azalmışdır; bununla
belә, bәrpa olunan enerjiyә görә subsidiyaların azaldılması bu mәnzәrәni dәyişә bilәr. Rusiya istixana
qazlarını 1990cı illә müqayisәdә 2020ci ilә 2225%ә azaltmaq mәqsәdi güdür (bu göstәrici artmaqda
davam edir, belә ki, Rusiyanın emissiyası Sovet İttifaqı dağıldıqdan sonra kәskin şәkildә azalmışdır).
Ferma, nәqliyyat vasitәlәri, sәnaye vә tullantıların emalından yaranan azot çirklәnmәsi Aİyә ildә €320
milyarda başa gәlir. Avropada pis hava keyfiyyәti bütün ölkәlәrdә ildә tәxminәn 500,000 vaxtından qabaq
ölüm halı ilә nәticәlәnir vә ildә €790 milyarda başa gәlir. “Hava İlinin” sonunda Aİ 2030cu ilәdәk yeni
strategiya tәklif etmişdir vә bu strategiya sayәsindә 58,000 erkәn ölüm hallarının qarşısını almaq vә ildә
€140 milyarda qәnaәt etmәk mümkün olacaqdır. BK 2020ci ilә öz “ÜDMüstәgәl” milli hesablarına
malik olmağı planlaşdırır. Norveç meşә qırılmalarını azaltmaq mәqsәdilә 2015ci ilәdәk Braziliyaya $1
milyard ödәyәcәk. O hәmçinin bu fәaliyyәti İndoneziya, Qayana vә Tanzaniyada da hәyata keçirmәyi
planlaşdırır.
Latın Amerikası: Braziliya 2014cü ildә keçirilәcәk Dünya Çempionatı Kubokunda dünyanın diqqәtini
istixana qazları emissiyalarını idarә etmәyә yönәltmәyi planlaşdırır. Qlobal temperatur ilkin sәnaye
sәviyyәlәrindәn 2°C artmış olarsa, onda region 2050ci ilәdәk ildә $100 milyard itki ilә üzlәşәcәkdir.
Cәnubi Amerika tropik cәngәlliklәri sayәsindә planetin 40% biomüxtәlifliyinә vә dünyada mövcud olan
karbonun tәxminәn yarısına malikdir. Braziliyada meşә qırılmaları sәviyyәsi bir neçә il әrzindә aşağı
düşmüşdür, lakin illik meşә qırılmaları sәviyyәsi 2012ci ilin avqust ayından 2013cü ilin iyul ayınadәk
28% artmışdır. Hidroenergetika vә bioyanacaqlara olan tәlәbat Latın Amerikası meşәlәrinin karbon
uducusu olmaq funksiyasını azalda bilәr. Amazon cәngәlliklәrinin cәnub hissәsinin mәhv olması
gözlәnildiyindәn dә artıq olacağı gözlәnilir, çünki meşәlәr İPCC modellәrinin nәzәrdә tutduqlarından da
sürәtlә qurumaqdadırlar. Braziliya müәssisәlәrinin 40%i 2012ci ildә emissiyanın azaldılması mәqsәdlәri
barәdә mәlumat vermişlәr. Braziliyada tәkrar istehsal 10 milyon ton istixana qazları emissiyasını
azaltmaqla ildә $2 milyarda qәnaәt edir. Kәnd Tәsәrrüfatı üzrә Amerikaarası Әmәkdaşlıq İnstitutuna
görә (IICA) Latın Amerikası dünyanın kәnd tәsәrrüfatı artımı üzrә potensialının 43%nә malikdir. O
hәyati әhәmiyyәtli ekosistem xidmәtlәrinә ziyan vurmadan bu potensialı sürәtlә artırmaqdadır.
Meksikanın iqlim dәyişikliyi ilә bağlı yeni qanunu qanuni şәkildә mәcburi olan emissiyanın azaldılması
mәqsәdlәrini irәli sürür: 2020ci ilә biznes sahәsindә adi sәviyyәdәn 30% aşağı, vә 2050ci ilә 2000ci il
sәviyyәsindәn 50% aşağı. Peruda sahil boyu meşә örtüyünün 50%dәn çoxu artıq itirilmiş vә 150,000
hektardan yuxarı meşә sahәsi ildә kәnd tәsәrrüfatı vә mәdәn işlәri ilә bağlı itirilmәkdәdir.
Şimali Amerika: 2013cü ildә kömür istehlakında az artım sәbәbindәn ABŞda karbon emissiyaları 2%
artmışdır . Onun metan istehsalı әvvәl nәzәrә alınmamış mәdәn yanacağı istehsalı vә maldarlıq sәnayelәri
sәbәbindәn Әtraf Mühitin Qorunması Qanununa (EPA) uyğun olaraq әvvәlki hesablamalardan 50% vә
ya daha artıq ola bilәr. 2012ci il ABŞ tarixindә әn qızmar il olmuş vә 2013cü il isә yeddinci әn qızmar
il sayılmışdır. Prezident Obamanın Enerji vә İqlim Dәyişikliyi Siyasәti Ofisini yaratmasına baxmayaraq,
federal hökumәtә nisbәtәn bәlәdiyyә vә ştatlar dayanaqlı inkişaf vә istixana qazlarının azaldılması üzrә
daha çox siyasәt irәli sürmüş vә hәyata keçirir. Kaliforniya ABŞda ilk ticarәt proqramını hәyata
keçirmәyә başlamışdır; 2013cü ildә verilmiş vә alınmış karbon kreditlәrinin mәblәği demәk olar ki,
$1.1 milyard dәyәrlәndirilmişdir. Milli Elmlәr Akademiyasının ekspertlәr şurası iqlim dәyişikliyi ilә
bağlı erkәn xәbәrdarlıq sisteminin tәtbiqi üçün hökumәt әlaqәlәndirilmәsinin [gözlәnildiyindәn daha
sürәtlә illәri vә onilliklәri әhatә etmәklә] daha yaxşı hәyata keçirilmәsinә çağırmışdır. ABŞ 2020ci ilә
karbon emissiyalarını 2005ci il sәviyyәsindәn 17% aşağı endirmәyi öhdәsinә götürmüşdür, lakin uğurlu
yaşıllaşma fәaliyyәti olmadan ABŞın neft şirkәtlәri karbon vergilәrinin tәtbiqinә başlamışlar. Arıçılar arı
populyasiyasının 2006cı ildәn bәri tәxminәn 30% aşağı düşdüyü haqda mәlumat vermişlәr. Havanın
çirklәnmәsi vә toksik kimyәvi maddәlәrin havaya buraxılması ABŞda uşaqlara $76.6 milyard sәhiyyә
xәrclәri sәrf etmәyә gәtirib çıxarmışdır. ABŞ Floridanın Bataqlıq әrazilәrinin tәmizlәnmәsi üçün $880
milyon hәcmindә sәrmayә yatıracaq. Şimali Alyaskada buzlaq temperaturu son әsr әrzindә 47 °C artmış
vә demәk olar ki, bunun yarısı son 20 ilin payına düşür. ABŞ Konqresi neft subsidiyalarını sona
çatdırmaqdan imtina etmişdir. Amerika Bankı özünün 10 illik, $50 milyardlıq yaşıl investisiya proqramını
bәyan etmişdir. Amerikanın Ümumdünya Boyskautlar Bürosu Dayanaqlıqla bağlı Fәrqlәnmә Nişanı
yaratmışdır. Kanadanın qatran hasilatı müәssisәlәri ekoloji problemlәri artırmaqda davam edirlәr. Alberta
hökumәti әsas diqqәtini neftli qumlara yönәldәn yeni әtraf mühitin monitorinqi agentliyi yaratmaq üçün
qanunvericilik tәtbiq etmişdir. Әgәr tam şәkildә istismar edilәrsә, ümumi istixana qazları Keystoun boru
kәmәrinә qarşı çıxanların fikrincә iqlim dәyişikliyi üçün dönüş nöqtәsi olacaqdır. Kanada rәsmi şәkildә
2012ci ilin sonunda iqlim dәyişikliyinә dair Kioto Protokolundan imtina etmişdir. Britaniya
Kolumbiyasının karbon vergi sistemi Qәrb Yarımkürәsindә әn әhәmiyyәtli sistemlәrdәn biri hesab edilir.
Dostları ilə paylaş: |