Soyqırıma yol açan xəyanətlər



Yüklə 16.9 Kb.

tarix07.09.2017
ölçüsü16.9 Kb.

Soyqırıma yol açan xəyanətlər 

  

Millətimizin taleyinə yazılan amansızlığın bəlkə  də  ən birincisi onun ermənilərlə 



qonşuluqda yaşaması, öz ərazisində, öz torpağında bu namərdlərə yer verməsidir. Məşhur tarixçi 

V.L.Veliçko yazırdı: "Ermənilər haqqında çox-çox qədimlərdən pis bir fikir yaranıb və şübhəsiz, 

bu,  əsassız deyildir. Ona görə ki, əsas olmasaydı, bütöv bir xalq haqqında həm də müxtəlif 

dövrlərdə belə bir fikir yarana bilməzdi". Məhz belə bir mənfur təbiətə malik olan ermənilər 

həmişə xalqımıza, millətimizə qarşı müxtəlif soyqırımlar, terror aktları, repressiyalar həyata 

keçiriblər. 

Xocalı  fəlakəti də  məhz Ermənistanın türk millətinə qarşı yeritdiyi soyqırımı siyasətinin 

tərkib hissəsidir. Bu faciə zamanı şəhid olmuş, əsir və girov düşmüş, qətlə yetirilmiş insanların 

rəqəmlə ifadə olunmuş siyahısına baxanda adamın varlığından gizilti keçir. Lentə köçürülmüş 

məqamları sadəcə seyr etmək də mümkün deyildir. Çünki tükürpədici "mənzərələr" adamın 

varlığına vahimə  gətirir.  İnsan adlanan bəşər övladı bu dərəcədə  qəddarlığı necə bacarır? 

Təbiətdə yaşayan heyvanlar belə, öz cinsinə qarşı amansız olmurlar. Bu səbəbdən də  bəşər 

tarixində heç bir xeyirxah əməlin yiyəsi olmayan ermənilər haqqında pis fikirlər mövcuddur. 

Gözəl Qarabağımızın dilbər guşələrindən biri olan Xocalı ötən  əsrin  əvvəllərində  də 

dəfələrlə erməni daşnakları  tərəfindən yandırılıb, viran edilib. Amma sonuncu soyqırımının 

nəticələri daha ağlagəlməz, daha dəhşətli olub. Neçə illərdir ki, biz bu fəlakətin ağrı-acıları ilə 

nəfəs alır, onun başvermə  səbəblərini araşdırır, müəmmalar qarşısında çırpınır və bir sualın 

cavabını axtarırıq. Bu fəlakət baş verməyə bilərdimi? 

Bəllidir ki, ermənilər bütün zamanlarda millətimizə diş  qıcırdanda bu başıbəlalı Xocalı 

coğrafi mövqeyinə görə əsas hədəflərdən birinə çevrilib. 1988-ci ildə Xocalının da başı üstünü 

fəlakət almışdı. Amma həmin il ermənilər bunu törətməyə  cəsarət edə bilmədilər. Birinci ona 

görə ki, Xocalı xocalılılar tərəfindən inamla qorunurdu. 

İkinci də, daşnaklar içimizdəki satqınların sifətlərinə  hələ tam bələd deyildilər. Bu, o 

zamanlar idi ki, yerli əhalini silahlandırmaq  əvəzinə  əlindəki, ovucundakı ov tüfənglərini də 

alırdılar. Xocalıya qədər ermənilər millətimizin gözünü qorxutmaq üçün bir sıra ağır 

əməliyyatları həyata keçirdilər. Məsələn, 1988-ci ilin fevralında ermənilərin indi dillərinin əzbəri 

olan Sumqayıt hadisəsini törətdilər. 1989-cu ilin payızında Qərbi Azərbaycandan 300 minə yaxın 

soydaşımızı minbir işgəncə ilə qovdular. Respublikamızın ovaxtkı  rəhbərləri, başda Vəzirov 

olmaqla, bu binəsib soydaşlarımıza qarşı son dərəcədə biganə  və soyuq münasibət göstərdilər. 

Dağ şəraitində yaşamış insanların Dağlıq Qarabağda məskunlaşmasına imkan vermədilər. Oraya 

üz tutanları da Dağlıq Qarabağdan çıxardılar.  

1990-cı ilin yanvarında sovet ordusunun köməyi ilə paytaxtımızda faciə törədildi. Dinc 

əhali qətlə yetirildi, Bakı gülləbaran edildi. Vəzirov milləti qan içində qoyub qaçdı. Nazirlər 

Sovetinin sədri Ayaz Mütəllibov tökülən qanları ayaqlayaraq Moskvaya getdi, qayıdanda da heç 

nə olmayıbmış kimi ən yüksək kresloda əyləşdi. Belə insanların yadına millət, vətən düşməzdi. 

Onları maraqlandıran ancaq və ancaq öz ətrafları və can atdıqları hakimiyyət, kreslo davası idi. 

Azərbaycan torpaqları isə ermənilər tərəfindən kənd-kənd, rayon-rayon işğal edilirdi. Bu yerdə 

yadıma bir əhvalat düşür. Bir kişi Əzrayılla dostluq edirmiş. Bir gün ondan xahiş edir ki, bilirəm, 

nə vaxtsa canımı alacaqsan, amma məni xəbərdar et, sonra. Əzrayıl da ona söz verir. Vaxt ötür, 

əvvəlcə bir qonşu, sonra o biri qonşu rəhmətə gedir. Qəfildən  Əzrayıl kişinin başının üstünü 

kəsdirir: "Canını almağa gəlmişəm". "Bəs niyə  məni xəbərdar etmədin?" - deyə kişi gileylə 

soruşur.  Əzrayıl gülür: "Nə  qəribə adamsan, yan-yörəndəki qonşuların hamısı  vəfat etdi, bəs 

bunlar xəbərdarlıq deyildi?" 

Niyə xatırladım bu hadisəni? Xocalıdan öncə, məhz fevral ayında onun ətrafında olan 

kəndlər ermənilər tərəfindən dağıdılır, yandırılır, külü sovrulurdu. Cəmilli, Meşəli, Quşçular, 

Qaradağlı... kimi kəndlər yandırıldı, əhalisi qətlə yetirildi. O zaman bu bölgədə olan müxbirlər 

yazırdılar, qəzetlərə informasiyalar ötürürdülər: Xocalı  təhlükə qarşısındadır. Nəhayət, bu 

şəhərin uzun sürən mühasirəsi, yollarının bağlanması niyə bir kimsəni ayıltmadı? Niyə ölkə 

rəhbəri bu şəhərin müdafiəsini təşkil etmədi, niyə bu insanların harayı eşidilməz oldu? Bax bu 


sualların cavabları o zaman əməli  şəkildə  həyata keçirilsəydi,  əlbəttə, Xocalı soyqırımı baş 

verməyə bilərdi. Amma təəssüf ki, bu soyqırımının elə  dəhşətlə  həyata keçirilməsində  rəhbər 

mövqedə olanların xəyanəti özü yol açdı. 

Faciədən xeyli əvvəl Azərbaycan televiziyasının müxbiri Qulu Məhərrəmli Xocalıda 

olarkən Milli Ordunun burada yerləşdirilmiş 15-20 nəfərinin komandiri, baş leytenant Aqil 

Quliyevlə görüşüb. Aqil Quliyev cəbhədə baş verən uğursuzluqların səbəblərindən danışaraq 

respublika prezidenti Ayaz Mütəllibovun göstərdiyi laqeyd və biganə münasibətə öz hiddətini 

bildirib. "Əgər tezliklə əncam çəkilməsə, baş verə biləcək fəlakətin miqyasını sözlə ifadə etmək 

çətin olacaq" - deyib. Təəssüf ki, o zaman teleşirkətin rəhbərliyində  əyləşənlər də Ayaz 

Mütəllibova xidmət göstərən dinsiz, imansız, duyğusuzlar idi. Onlar həmin çıxışın ekranda 

getməsinə icazə vermədilər. Faciə baş verəndən çox sonra 1994-cü ildə biz ilk dəfə o kadrı 

ekranda gördük. Artıq nə Xocalı var idi, nə də eks-prezident Ayaz Mütəllibov Azərbaycanda idi. 

Bu haqlı ittihamların sahibi Aqil Quliyev də qəhrəmancasına həlak olmuşdu. Xocalıda göstərdiyi 

igidliyə görə Aqil Quliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. 

İndi  Şəhidlər xiyabanında uyuyan Əlif Hacıyev, Tofiq Hüseynov, İnqilab  İsmayılov, Hikmət 

Nəzərli də Aqil Quliyev kimi vətən qarşısında öz borclarını  ləyaqətlə yerinə yetirərək Xocalı 

uğrunda həlak olmuşlar. Onlar da məhz ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adını 

qazanmışlar. 

Qarabağın aran elləri Ağdamdan keçərək hər yay Xocalıya,  Şuşaya üz tutardılar.  İndi 

Şuşada ermənilər yaşayır, Xocalı bayquşlar yuvasına çevrilib. Min illik qədim yaşayış yerlərimiz 

erməni tapdağı altında əzab çəkir. Amma bu yaraların qaysaq tutacağına, nə vaxtsa sağalacağına 

inanırıq.  



 

 

Flora Xəlilzadə 



 

Azərbaycan.-2009.-22 fevral.-S.3. 

 

: xocali -> x qazet
x qazet -> Xocalı faciəsi ermənilərin nə dərəcədə vəhşi, qaniçən olmasını dünyaya əyani şəkildə sübut etdi
x qazet -> İnsanlığın öldürüldüyü gün 1992-ci ilin 26 fevralında vəhşi ermənilər bəşəriyyətə qarşı ən dəhşətli cinayəti- xocalı soyqırımını törətdilər
x qazet -> Xocalı sağalması mümkünsüz yara
x qazet -> Tanınmış amerikalı "Xocalıya ədalət" adlı mahnı yazmışdır
x qazet -> Xocalı soyqırımı xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi
x qazet -> Beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu tam təsdiqləyir
x qazet -> Xocalı və Xocavənd faciələri 1992-ci ilin fevralında ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən qanlı soyqırım aktları
x qazet -> Qərarı 24 fevral 1994-cü il
x qazet -> "Xocalıya ədalət" beynəlxalq kampaniyasının səmərəsi ildən-ilə artır Leyla Əliyevanın təşəbbüsü soyqırımı faktının xaricdə tanınması prosesinə böyük
x qazet -> Kül olmuş şəhər




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə