Atabeyler Eldenizler dovleti: Atabeyler dovleti



Yüklə 53,8 Kb.
səhifə1/2
tarix19.10.2023
ölçüsü53,8 Kb.
#157215
  1   2
Tarix 1ci variant cavablar


Atabeyler Eldenizler dovleti:
Atabeyler dovleti : Atabəylər dövlətinin yaranması Azərbaycanda sənətkarlıq, ticarət və mədəniyyətin inkişafına səbəb oldu. Eldənizlər dövləti Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövründə (1175-1186) daha da qüvvətləndi. O, Səlcuq sultanı II Toğrulun atabəyi idi. Məhəmməd Cahan Pəhləvan Təbrizi Ağsunqurilərin əlindən aldı və Azərbaycanın idarəsini kiçik qardaşı Qızıl Arslana tapşırdı. Qı­zıl Arslan həm də Məhəmməd Cahan Pəhləvanın oğullarının (Əbu Bəkr və Özbək) atabəyi oldu. Qızıl Arslanın iqamətgahı Təbriz idi. Məhəmməd Cahan Pəhləvan Həmədanda otururdu. O, mərkəzi hakimiyyəti möhkəmləndirdi və müstəqilliyə can atan iri səlcuq əmirlərinin müqavimətini qırdı. 1191-ci ildə Qızıl Arslan xəlifə ən-Nasirin razılığı ilə sultan elan edildi.Mərkəzi hakimiyyətin qüvvətlənməsindən narazı qalan iri feodallar 1191- ci ildə sui-qəsd təşkil edib Qızıl Arslanı öldürdülər. Hakimiyyətə Əbu Bəkr gəldi. Eldənizlər dövlətində meydana gələn daxili çəkişmələrdən I Axsitan və gürcülər istifadə etdi. I Axsitan öz qızını Əmir Əmiran Ömərə verib onu qar­daşı Əbu Bəkrə qarşı qaldırdı. Şirvanşahın, Gürcüstanın və Əmir Əmiran Ömərin birləşmiş qüvvələri 1194-cü ildə Şəmkir və Beyləqan vuruşmalarında Əbu Bəkri məğlub etdilər.Gürcülərlə birləşdiyinə görə Gəncə əhalisi Əmir Əmiran Öməri şəhərə buraxmasa da, o hiylə ilə şəhəri aldı. Lakin gürcülər çıxıb getdikdən sonra Əmir Əmiran Ömər əhali tərəfindən öldürüldü. Bunu eşidən gürcü çariçası Tamar və I Axsitan Gəncəyə hücum etsələr də, onu ala bilmədilər. Təbri­zin hakimi, Cahan Pəhləvanın arvadı Zahidə xatun xərac verib şəhəri xilas etdi. Düşmən Naxçıvanı tuta bilmədi. Atabəy Əbu Bəkr (1191-1210) ölkənin müdafiəsini təşkil edə bilmədi. Ondan sonra hakimiyyətə gələn Özbəyin döv­ründə (1210-1225) Atabəylər dövləti daha da zəiflədi və süqutu sürətləndi.
Eldenizler dovleti: Böyük Səlcuq imperiyasının parçalanması dövründə İraq Səlcuq sultanlığı (1118-1194) yarandı. O, İraqı, İranı, Kür çayından cənubdakı Azərbaycan torpaqlarını və Cənubi Qafqazın bir hissəsini əhatə edirdi. Sultanlığın ərazisində yeni yaranan dövlətlərdən biri də Atabəylər dövləti oldu. Bu dövlətin banisi Şəmsəddin Eldəniz Səlcuq sultanı II Toğruldan “əmir” titulu almış və sultanın oğlu Arslan şahın atabəyi təyin edilmişdi. Sultan I Toğrulun (1132-1134) ölümündən sonra onun dul qadını Möminə xatmla evlənən Şəmsəddin Eldəniz 1136-cı ildə Aran hakimi təyin edilərək Bərdəyə göndərildi. Arana gələn Şəmsəddin Eldəniz müstəqil Azərbaycan Atabəylər dövlətinin (1136-1225) əsasını qoydu. O, Arandan başqa bütün Cənubi Azərbaycanı və Naxçıvanı da müstəqil idarə etməyə baş­ladı və öz adından pul kəsdirdi. Dövlətin paytaxtı əvvəllər Naxçıvan oldu. Şəmsəddin 1160-cı ildə Səlcuq sarayında “Böyük Atabəy” titulu alıb oğulluğu Arslan şahın sultan (1161-1176) elan edilməsinə nail oldu. Böyük oğlu Məhəmməd Ca­han Pəhləvanı sultanın hacibi (baş vəziri), kiçik oğlu Qızıl Arslanı isə sultan qo­şunlarının ali baş komandanı təyin etdirdi. Beləliklə, İraq Səlcuq sultanlığı Eldənizlərin hakimiyyəti altına düşərək Azərbaycan sultanlığına çevrildi. Şirvanşahlar dövləti Atabəylər dövlətindən asılılığı qəbul etməli oldu. Beləliklə, Azərbaycan torpaqları vahid dövlət halında birləşdirildi. Dəbil (Dvin) şəhəri da­xil olmaqla indiki Ermənistan ərazisi də birləşdirildi. O, tezliklə gürcülərin hü­cumuna son qoydu və 1161-ci ildə Dəbilə hücum edən gürcüləri cəzalandırdı. Şəmsəddin Eldənizin hakimiyyətinin (1136-1175) sonuna yaxın Eldənizlər döv­ləti Dərbənddən İran körfəzinə qədər çox geniş əraziləri əhatə edirdi.

Yüklə 53,8 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin