“Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikasının



Yüklə 36,81 Kb.
səhifə1/15
tarix03.08.2023
ölçüsü36,81 Kb.
#138471
  1   2   3   4   5   6   7   8   9   ...   15
142 Təhsil müəssisələrinin bina və qurğularinin istismari zamani yanğin təhlükəsizliyi qaydaları


Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat № 3106
30 “ dekabr 2004-cü il


Nazir _____________F.F.Məmmədov

Təsdiq edirəm”
Azərbaycan Respublikası DİN
Baş Dövlət Yanğın Təhlükəsizliyi
Əmr №-142
21” dekabr 2004-cü il


Rəis_______________M.Q.Hüseynov




Razılaşdırılmışdır:
Azərbaycan Respublikasının
Təhsil Nazirliyi
07” dekabr 2004-cü il


Nazir_____________M.C.Mərdanov

TƏHSİL MÜƏSSİSƏLƏRİNİN BİNA VƏ QURĞULARININ İSTİSMARI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARI


1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar təşkilati hüquqi və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrində, o cümlədən ali, orta, xüsusi ixtisas internat məktəbləri, litsey, kollec, uşaq bağçalarında (sonradan təhsil müəssisələri) yanğın təhlükəsizliyi qaydalarını müəyyən edir.


1.2. Təhsil nazirliyinə aid obyektlər və təhsil obyektlərinin binalarında yerləşən ictimai-iaşə, məişət xidməti və digər müəssisələr üçün yanğın təhlükəsizliyi tələbləri müvafiq təlimatlarla və qaydalarla müəyyən edilir.
1.3. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq təhsil müəssisələrinin yanğın təhlükəsizliyinin təmin edilməsində cavabdehlik onların rəhbərlərinin üzərinə düşür. Onların borcudur:
1.3.1. Məktəblilər, tələbələr, professor və müəllim heyəti, elmi işçilər (sonradan əməkdaşlar, tələbələr və məktəblilər) tərəfindən bu qaydaların öyrənilməsini və ona riayət edilməsini təşkil etmək;
1.3.2. Könüllü yanğın drujinasını təşkil etmək və onların fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun olaraq təmin etmək;
1.3.3. Yanğın-texniki minimum üzrə yanğına qarşı təlimatın və dərslərin keçirilməsini təşkil etmək;
1.3.4. Tədris, istehsalat, laboratoriya, inzibati, anbar, köməkçi və digər otaqlarda siqaret çəkilməsi üçün xüsusi yerlərin ayrılmasına, yanar materialların, yanar mayelərin və turşuların müəyyən edilən miqdarda saxlanılmasına, odlu işlərin aparılması qaydalarını müəyyən etmək, habelə bütün xidməti heyət və tələbələr tərəfindən yanğına qarşı müəyyən edilən rejimə riayət edilməsinə müntəzəm nəzarət etmək;
1.3.5. Yanğın baş verən zamanı insanların binadan köçürülməsi planlarını və otaqlarda yanğın təhlükəsizliyi qaydaları barədə təlimatların (yaddaş kitabçaların) işlənib hazırlanmasını təşkil etmək;
1.3.6. İldə bir dəfədən az olmayaraq bütün xidməti heyətlə, tələbə və məktəblilərlə yanğın zamanı hərəkətlərə və təxliyyə planına dair praktiki məşğələlərinin keçirilməsini təşkil etmək.
1.4. Fakültələrin, kafedraların, elmi tədqiqat müəssisələrin laboratoriyaların, məktəblərin, uşaq bağçalarının, sexlərin, anbarların, istehsalat sahələrinin, elektron-hesablama mərkəzlərin, arxivlərin, kitabxanaların, və digər struktur bölmələrin yanğın təhlükəsizliyinə cavabdehliyi onların rəhbərləri daşıyırlar. Onların borcudur:
1.4.1. Müəyyən edilmiş yanğına qarşı rejimə riayət edilməsini təmin etmək və təxliyyə yollarının saxlanılmasına nəzarət etmək;
1.4.2. Qızdırıcı, havadəyişmə, elektrik qurğularının texniki vəziyyətinə nəzarət etmək, və yanğın baş verməsinə səbəb ola biləcək, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə dərhal tədbirlər görmək;
1.4.3. İş günü və dərslər qurtardıqdan sonra iş otaqlarının və yerlərin təmizlənməsinə, habelə növbətçi işıqlandırma və elektrik qurğuları istisna olmaqla onların dövriyyəsində cərəyanın kəsilməsinə nəzarət etmək;
1.4.4. Mövcud yanğınsöndürmə qurğuların və vəsaitlərin daima istifadə üçün yararlı vəziyyətdə saxlanılmasını təmin etmək.
1.5. Könüllü yanğın drujinasının üzvləri, habelə döyüş hesabına daxil edilən şəxslər yanğın təhlükəsizliyi qaydalarını bilməli, ona riayət etməli və başqalarından da bunu tələb etməli, yanğın baş verdikdə isə onun ləğv edilməsi üçün dərhal müvafiq tədbirlər görməlidirlər.
1.6. Bu Qaydalara əsasən, təhsil müəssisəsinin hər bir struktur bölmə və hissələrində yanğın təhlükəsizliyi qaydaları barədə qısa və konkret təlimatlar işlənib hazırlanmalıdır. Təlimat struktur hissələrin (təhsil müəssisəsinin) rəhbərləri tərəfindən işlənib hazırlanır, yerli yanğından mühafizə xidməti ilə razılaşdırılır və rəhbərlik tərəfindən təsdiq edilərək görünən yerlərdən asılır.
1.7. Təhsil müəssisəsinin əməkdaşları, tələbələr və məktəblilər müəyyən edilən yanğın təhlükəsizliyi qaydalarını bilməli və ona ciddi riayət etməklə yanğın və alışmaya səbəb ola biləcək hərəkətlərə yol verməməlidirlər.
1.8. Bu Qaydaların tələblərinin pozulmasında günahkar olan şəxslər pozuntunun xarakterindən və onun nəticələrindən asılı olaraq intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
1.9. Təhsil müəssisəsinin rəhbəri öz əmri ilə aşağıdakıları müəyyən etməlidir:
1.9.1. Əməkdaşlara və tələbələrə yanğın texniki minimum üzrə dərslərin və təlimatların keçirilmə qaydalarını, yerini və müddətini;
1.9.2. “Təhsil müəssisələrinin qulluqçuları, professor müəllim heyəti və fəhlələri ilə yanğına qarşı təlimatın və yanğın texniki minimum üzrə məşğələlərin keçirilmə proqramı”-na uyğun olaraq (Əlavə N 1) yanğın-texniki minimum üzrə yanğına qarşı dərslərin və təlimatların aparılması həvalə edilmiş vəzifəli şəxslərin siyahısını;
1.9.3. Yanğın - texniki minimum proqramı üzrə yanğına qarşı təlimatlandırılan şəxslərin uçota alınması qaydasını.
Yanğına qarşı təlimat keçməyən şəxslər işə buraxılmırlar.
1.10. Yanğına qarşı ilkin təlimat keçirilən otaqlar zəruri olan əyani vasitələrlə təchiz olunmalıdır.(plakatlar, nümunələr, maketlər, sxemlər və s.) Təlimatlandırmanın sonunda təlimatlandırılan şəxslərin bilik və bacarıqları yoxlanılmalıdır.
1.11. İş yerində təkrar təlimatlandırma yanğın təhlükəsizliyinə cavabdeh olan vəzifəli şəxs tərəfindən aparılır. Bu cür təlimatlandırma həmçinin əməkdaş bir iş yerindən başqa iş yerinə göndərildikdə yeni iş yerinin xüsusiyyətinə uyğun olaraq aparılmalıdır.



Yüklə 36,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin