AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ Kafedra: Avtomatika və idarəetmə Fənnin adı: İdarəetmə sisteminin diaqnostikası və etibarlığı
Laboratoriya işi № 3
Müəllim: Əliyeva Sevinc Fakültə: Energetika və avtomatika Kurs: IV Qrup: 679 A3 Tələbə: Əlizadə Kənan
Laboratoriya işi №3
KODER VƏ DEKODERLƏRƏ NƏZARƏT SXEMLƏRİ
İşin məqsədi: Koder və dekoderlərin öyrənilməsi və nəzarət sxemlərinin qurulması.
Nəzəri hissə Koderlərə nəzarət etmək üçün onların çıxışına birbaşa ÖYT qoşulur (şəkil 1).
Özünü yoxlayan testerlərin (ÖYT) tipi koderin generasiya etdiyi kodun növünə uyğun olmalıdır. Əgər koder 2n sayda kod sözündən ibarət adi kod formalaşdırırsa, onda koderlərə ÖYT-nin köməyi ilə nəzarət etmək mümkün deyil. Çünki adi kodlar səhvləri aşkar etmək qabiliyyətinə malik deyil. Belə halda ehtiyatlanma üsulundan istifadə olunur.
Şəkil 2-də dekoderlərə (D) özünüyoxlayan nəzarət sxemi verilmişdir. İstənilən zaman anında dekoderin n sayda çıxışından anjaq birində aktiv siqnal olduğundan, bu qurğuya nəzarəti 1/n-ÖYT-nin köməyi ilə yerinə yetirmək olar (şəkil 2, a).
Şəkil 2. Dekoderlərənəzarətsxemi
Şəkil 2,b-də ikinji nəzarət prinsipinə uyğun sxem verilmişdir. Dekoderin çıxışlar çoxluğu iki altçoxluğa ayrılır. Hər bir alt çoxluğa daxil olan çıxışlar ayrı-ayrılıqda 2 moduluna görə jəm sxemində birləşir. Dekoder saz vəziyyətdə olduqda, 2 moduluna görə jəm sxeminin ikisindən birinin bütün girişlərinə məntiqi 0 siqnalı, ikinji sxemin isə yalnız bir girişində məntiqi 1 siqnalı olur. Ona görə də z1 və z2 çıxışlarında əks fazlı siqnallar formalaşır.
İzafi kodların kodunun açılması zamanı kod açma sxemlərində izafilik yaradan elementlərə nəzarət problemi yaranır. Dekoderlər aşağıdakı əsas xüsusiyyətlərə malikdir: kodun açılması, yəni dekoderin girişinə kod sözü daxil olduqda, ona uyğun olan çıxışda məntiqi 1 siqnalının alınması; dekoderin çıxışında giriş vektoruna nəzarət, yəni dekoderin girişinə ijazəverilməyən kod sözü daxil olduqda, onun çıxışlarında məntiqi 0 siqnalının formalaşması.
İzafi elementlərədə yaranan nasazlıq, kod sözü daxil olarkən dekoderin düzgün iş recimini pozmur (kod açmanın xüsusiyyəti saxlanılır), anjaq ijazəverilməyən kod sözü verildikdə isə dekoderin iş recimi təhrif olunur (dekoderin çıxışında giriş kod vektoruna nəzarət xüsusiyyəti itir). Bunun nətijəsində ijazəverilməyən kod sözü daxil olduqda dekoderin çıxışlarından birində məntiqi 1 siqnalı formalaşır.
Dekoderin strukturunda baş verən bütün nasazlıqların aşkar olunması üçün ÖYƏNS – özünüyoxlayan əlavə nəzarət sxemi qoşulur. Bu sxem də z1 və z2 çıxışlarına və aşağıdakı əlavə xüsusiyyətlərə malikdir: ÖYƏNS-in çıxışında giriş vektoruna nəzarət, yəni dekoderin girişinə ijazəverilən kod sözü daxil olduqda, z1 və z2 çıxışlarında 0,1 və ya 1,0 siqnalları, əks halda isə 0,0 və ya 1,1 siqnalları formalaşır; ÖYƏNS-in özünü yoxlaması, yəni istənilən, yeganə (anjaq bir yerdə) nasazlıq baş verərsə, ÖYƏNS-in nəzarət ediji kodu olduğundan z1 və z2 çıxışlarında 0,0 və ya 1,1 siqnalları alınır; dekoderin nasazlığının aşkar edilməsi, yəni dekoderin yalnız bir yerində nasazlıq baş verdikdə elə kod sözü var ki, z1 və z2 çıxışlarında 0,0 və 1,1 siqnalları formalaşır; dekoderin nasazlıqlardan mühafizəsi, yəni dekoderdə istənilən yeganə nasazlıq baş verdikdə hər hansı kod sözünün qiyməti dekoderin çıxışında təhrif olunmur, əks halda, ÖYƏNS-in z1 və z2 çıxışlarında 0,0 və ya 1,1 qiymətləri alınır.