AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ
P O L İ S A K A D E M İ Y A S I
KAFEDRA: «İctimai elmlər»
FƏNN: «Fəlsəfə»
FAKÜLTƏ: Əyani
MÜHAZİRƏ
MÖVZU:№10 «İctimai şüurun quruluşu və formaları»
Vaxt-2 saat
Tərtib etdi: «İctimai elmlər»
kafedrasının baş
müəllimi, polis baş leytenantı Rəşad Qasımov
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib.
Protokol № ____ “________” ______________ 2016-cı il
BAKI 2 0 1 6
2
MÖVZU №10. «İctimai şüurun quruluşu və formaları»
PLAN
GİRİŞ
1. İctimai şüur və onun strukturu
2. İctimai şüurun formaları
NƏTİCƏ:
ƏDƏBİYYAT:
1. Abbasova M. Siyasi milli şüur: quruluşu, mərhələləri və inkişafı// Tarix və
onun problemləri. № 4. 2009. səh. 332-334
2. Fəlsəfə (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, 1999
3. Fəlsəfə. Ensiklopedik lüğət. Bakı, 1997
4. Fərhadoğlu M. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2006
5. Hacıyev Z. Fəlsəfə (Ali məktəblər üçün dərslik). Bakı, 2012
6. İmanov H. Fəlsəfənin əsasları. Bakı, 2010
7. Mehdiyev R. Fəlsəfə (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, 2010
8. Nəzərova A. Fəlsəfə terminlərinin izahlı lüğəti. Bakı, 2014
9. Ömərov V. İdeologiya anlayışının mahiyyəti// Səs qəzeti. 6 yanvar 2012-ci il.
səh. 7.
10. Rüstəmov Y. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2007
11. Tağıyev Ə. Fəlsəfə. Bakı, 2012
12. Алексеев П.В. Философия (Учебник). Москва, 1998
13. Волчек Е.З. Философия (Учебник). Минск, 2003
14. Габидулин Р. Основы философии. Москва, 2003
15. Горелов А.А. Основы философии. (Учебник для вузов). Москва, 2010
16. Философия: Учебник. / Под ред. А.Ф. Зотова, В.В. Миронова, A.B.
Разина.— 2-е изд., перераб. и доп. Москва, 2004.
17. Канке В.А. Основы философии. (Учебник для вузов) Москва, 2008
18. Михайлов Ф. Т. Общественное сознание и самосознание индивида.
Москва, 1990. - 222 с.
19. Уледов А.К. Структуры общественного сознания. Москва, 1968.
3
GİRİŞ
Cəmiyyət iki hissədən –maddi və mənəvi həyatdan ibarətdir. Əgər cəmiyyətdəki
bütün maddi nemətlərin istehsalı prosesi, insanların əmək fəaliyyətinin maddiləşməsi
sahəsi , sosial-maddi yaşayış tarixi, başqa sözlə, maddi-ictimai varlığı cəmiyyətin maddi
həyatını təşkil edirsə, mənəvi fəaliyyət dairəsi: təhsil, peşə, ixtisas fəaliyyəti, elmi-
texnoloji hərəkətlərin, davranışın, mənəviyyatın, dünyagörüşün ənənələrin və s.
məcmusu isə mənəvi həyatı təşkil edir. Mənəvi həyat tərzi maddi yaşayış üsulu, maddi –
ictimai varlığın əsasında quruluş müəyyən edir. Elə ona görədir ki, hər bir ictimai-
iqtisadi formasiyanın xarakterinə uyğun spesifik mənəvi həyatı olur. Cəmiyyətin
mənəvi həyatı anlayışını çox zaman “ictimai şüur” anlayışı ilə eyniləşdirirlər. Lakin
onlar bir-birinə yaxın anlayışlar olsalarda, eyni deyildilər. Mənəvi həyat ən ümumi ifadə
edib, geniş əhatə dairəsində malikdirsə, ictimai şüur onun tərtib hissəsidir, əhatə dairəsi
cəhətdən nisbətən məhduddur. Cəmiyyətin mənəvi həyatının heçdə bütün tərkib hissələri
(mədəniyyət, dünyagörüşü, adət-ənənələr, təhsil, peşə fəaliyyəti və s.) ictimai şüur
anlayışına aid edilə bilməz.Bilməkdə kifayətlənmək olmaz. İnsanlar maddi-iqtisadi
fəaliyyəti kimi belə müəyyən siyasi və əxlaqi ideyaları rəhbər kimi bilik, baxışlar və
nəzəriyyələr əsasında hərəkət baxış və nəzəriyyələr isə cəmiyyət həyatında mühüm rol
oynayan ictimai şüur sahəsinə aiddir.
İctimai şüur-ictimai varlığın inikasıdır. Cəmiyyətin mənəvi həyatının başlıca
hissəsidir. İctimai şüur- insanların əməli fəaliyyətində istinad etdikləri və rəhbər
tutduqları ictimai ideya və nəzəriyyələrin, siyasi, elmi, hüquqi, fəlsəfi, dini, əxlaqi, bədii
baxışların, ictimai hiss, psixoloji, vərdiş və mənəvi keyfiyyətlərin məcmusudur. İctimai
şüurun inikas obyekti –ictimai varlıqdır, insanı əhatə edən gerçəklikdir. İctimai şüur
yekcins deyildir. İctimai varlığın rəngarəng və çoxsahəli olmasına uyğun olaraq, onun
inikası olan ictimai şüurda mürəkkəb struktura malikdir. İctimai şüurun struktur
komponentləri sırasında ictimai şüur səviyyələrinin –elmi-nəzəri və adi-gündəlik şüurun,
ictimai ideologiya və ictimai psixologiyanın, ictimai və fərdi şüurun düzgün dərk
edilməsinin.
İctimai
şüur
formalarının
qarşılıqlı
əlaqə
və
təsirinin
müəyyənləşdirilməsinin xüsusi əhəmiyyəti vardır. İctimai varlıq ictimai şüurdan asılı
olmayaraq mövcuddur. İctimai şüur ictimai varlıqdan doğur, onun nəticəsidir və onu
əks etdirir.