Kafedra: «İctimai elmlər»


İctimai  şüurun  nisbi  müstəqilliyi



Yüklə 486,89 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix10.05.2022
ölçüsü486,89 Kb.
#57397
1   2   3   4   5   6   7   8   9   ...   13
291 felsefe m N10ictimai shuurun qurulushu ve formalari eyani

İctimai  şüurun  nisbi  müstəqilliyi.  İnsanların  ictimai  varlığı,  maddi  istehsal 

fəaliyyəti onların ictimai şüurunu müəyyən edir. Amma bu heç də o demək deyildir ki, 

ictimai şüur passivdir. İctimai şüur heç də ictimai varlığın müstəqillikdən tam məhrum 

edilmiş passiv inikası deyildir. İctimai şüur öz inkişafında nisbi müstəqilliyə və varislik 

xüsusiyyətinə  malikdir.  İctimai  şüurun  nisbi  müstəqilliyini  qəbul  etmədən  cəmiyyətin 



 

inkişafına  onun  fəal  təsirini  izah  etmək  qeyri  mümkündür.  Əgər  ictimai  şüur  nisbi 



müstəqilliyə  malik  olmasaydı,  mənəvi  həyatın  nisbətən  müstəqil  inkişafını  izah  etmək 

mümkün olmazdı. Belə alınardı ki, cəmiyyətin mənəvi həyatındakı dəyişikliklər, yalnız 

ictimai varlığın dəyişməsi çərçivəsində mexaniki olaraq baş verə bilər. 

Sosial  həyatda  baş  verən  proseslərdə  iştirak  edən  amillər  səbəb  və  nəticə,  fəal  və 

passiv  ünsürlər  kimi  çıxış  edirlər.  Maddinin  mənəviyə  təsirinin  təyinedici  olmasına 

baxmayaraq, mənəvi amillər də maddi həyata öz aktiv təsirini göstərir. 

İctimai  şüurun  nisbi  müstəqilliyi  hər  şeydən  əvvəl  özünün  ictimai  varlığa  əks 

təsirində büruzə verir. Bu təsir cəmiyyətin inkişaf səviyyəsi ilə bağlı olaraq artır. İctimai 

şüurun  nisbi  müstəqilliyinin  struktur  elementləri  ilə  əlaqəsi,  əsasən,  ideologiyanın 

inkişafında  xüsusi  rolu  vardır.  İdeologiyanın  inkişafı  nəticə  etibarilə  iqtisadi  inkişafla 

müəyyən olunsa da, onun hər bir növünün, ictimai şüurun hər bir formasında varisliyi 

özünəməxsus şəkildə təzahür edir.  

Qabaqcıl ideologiya ictimai inkişafın vaxtı çatmış məsələlərini qarşıya qoyur və bu 

mənada onun obyektiv gedişindən qabağa düşür, lakin bunu ictimai şüurun daha ictimai 

varlıqla  müəyyən  edilməməsi  kimi  başa  düşmək  düzgün  olmaz.  Məsələ  bundadır  ki, 

ictimai şüur ictimai varlığın inkişafının müəyyən meyllərini aşkara çıxarır və bunları az-

çox  düzgün  əks  etdirir.  İnkişaf  meyllərini  və  proseslərini  qabaqcadan  görmək  isə 

qabaqcıl ideyaların dəyişdirici gücündən istifadə etmək imkanı verir və onların ictimai 

inkişafda  fəal  rol  oynadıqlarını  göstərir.  Cəmiyyətin  mənəvi  həyatına  aid  ünsürlər, 

ictimai  şüurun  formaları  nəinki  cəmiyyətin  maddi  münasibətlərinə,  həm  də  bir-birinə 

təsir  göstərirlər.  Bu  təsir  siyasi,  hüquqi,  fəlsəfi,  elmi  və  s.  şüur  formalarının 

dialektikasında çox aydın təzahür edir. 

Tarixi inkişafın müxtəlif mərhələlərində cəmiyyətin qarşısında duran məsələlərdən 

asılı olaraq ictimai şüurun bu və ya digər forması daha ciddi rol oynayır.  

Ayrı-ayrı dövrlərdə ictimai şüurun müxtəlif formaları olan din, fəlsəfə, incəsənət, 

əxlaq,  hüquqi  şüur  bəzən  siyasi  ideyaları  təbliğ  etmək  üçün  mühüm  alətə,  siyasi 




 

mübarizə  vasitəsinə  çevrilir,  yəni  onlardan  müəyyən  siyasi  məqsədlər  üçün  istifadə 



olunur.  


Yüklə 486,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin